Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2420/2025 03.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və 16 saylı X1rşı müqavilələrin dəyişdirilməsi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və 16 saylı X1rşı müqavilələrin dəyişdirilməsi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, 16 saylı Təmir İnşaat İstehsal Tresti və "xxxx" MTK arasında bağlanmış 30 iyun 2014-cü il tarixli borc müqaviləsinin və 16 saylı Təmir İnşaat İstehsal Tresti və "xxxx" MTK-nın hüquqi varisi Cavabdeh1 MTK arasında bağlanmış 13 iyul 2016-cı il tarixli borcun əvəzləşməsinə dair müqavilənin dəyişdirilməsi və hər iki müqavilə üzrə "xxxx" MTK və Cavabdeh1 MTK əvəzinə borc verən (birinci tərəf) şəxs qismində fiziki şəxs olaraq onun adının qeyd edilməsi, yəni hər iki müqavilənin 16 saylı Təmir İnşaat İstehsal Tresti və onunla bağlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 16 saylı Təmir İnşaat İstehsal Trestinin direktoru Yusif Nəsirov ondan maliyyə dəstəyi olaraq borca pul istədiyindən o, şəxsən öz vəsaiti hesabına ona ******* manat pul vəsaitini borc qismində Trestə vermiş və Trest də borcun təminatı olaraq ümumi çəkisi 2624 ton (1 ton=800 manat) olan 2200 ədəd dəmir borunu girov qismində qoymuşdur. Həmin zaman o, Trestdə məsuliyyət yaratmaq üçün aralarındakı razılığa əsasən pulların şəxsən ona çatması şərtilə 30 iyun 2014-cü il tarixində Trest və təsisçisi olduğu "xxxx" MTK arasında borc müqaviləsi bağlamışdır. Bu müqavilə bağlanılsa da, həmin pul vəsaiti onun şəxsi vəsaiti olmuş, yəni müqavilə üzrə borc verən qismində MTK qeyd edilsə də, MTK-nın büdcəsindən heç bir pul məbləği verilməmişdir. Bu faktı MTK-nın büdcəsində pulun olmaması da birbaşa olaraq təsdiq edir. Trest üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyi üçün "xxxx" MTK-nın hüquqi varisi olan Cavabdeh1 MTK arasında borcun əvəzləşdirilməsinə dair 13 iyul 2016-cı il tarixli müqavilə bağlanılmış, dəmir boruların borcun əvəzi olaraq verilməsi razılaşdırılmışdır. Borc verilmiş pulun onun şəxsi vəsaiti olduğunu, MTK-ya heç bir aidiyyətinin olmadığını Cavabdeh1 MTK-nın digər təsisçiləri və eləcə də həmin zaman direktoru olan X3 da bilirdi. Sözügedən müqaviləni Qənbər Fətullayev bağlayan zaman razılaşmışlar ki, həmin müqavilədə boruların satılması və satışdan əldə ediləcək pulun ona qaytarılması barədə qeyd olacaq. Lakin yenicə məlumat əldə etmişdir ki, MTK sözügedən qeydi yazmayaraq ona çatası vəsaitin qanunsuz və əsassız şəkildə MTK-ya çatması barədə müqavilə bağlayıb. Cavabdehlərə də məlum olduğu kimi, Trest əsl həqiqətdə həmin pulu və ya bunun təminatı olan dəmir boruları ona verməli idi, bir sözlə pullar, onun təminatı olaraq dəmir borular hazırki gün də ona çatmalıdır. Son illərə kimi “narahat olma, pulların sənə veriləcək” deyərək vaxt istəsələr də hazırki günə qədər nə pulu, nə də ki boruları ona verməmişlər. Cavabdehlərin hərəkətləri nəticəsində o, pulundan, ona çatası haqlardan məhrum olmuşdur. Hazırki gündə ona çatası pullar ödənilmədiyindən, müqavilələr ümumi danışıqlara, razılaşmalara zidd olduğundan ya borc verdiyi pullar, yaxud da borcun təminatı olan dəmir borular ona qaytarılmalı, ya da sözügedən hər iki müqavilə dəyişdirilməli və hər iki müqavilə borc verən şəxs qismində fiziki şəxs olaraq şəxsən onunla bağlanmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində qeyd olunmuşdur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. İşdən görünür ki, hazırki mübahisə 16 saylı Təmir İnşaat İstehsal Trestinə borc verilmiş pulun qaytarılması və ya borcun təminatı kimi girov qoyulmuş boruların borcla əvəzləşdirilməsi barədə müqavilələrin dəyişdirilməsi barədədir. Məlum olduğu kimi, trestlər təşkilati-hüquqi formasına görə hüquqi şəxs sayılırlar və VÖEN-ə malikdirlər. İddiaçı isə fərdi sahibkardır. Başqa sözlə, 16 saylı Təmir İnşaat İstehsal Trestinə verilmiş borc iddiaçının şəxsi vəsaiti hesab olunsa belə, bu məbləğ Trestin kommersiya fəaliyyəti ilə birbaşa bağlıdır. Göründüyü kimi, hazırki işə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəmə sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci ildə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 284-3.5-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və 16 saylı X1rşı müqavilələrin dəyişdirilməsi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı hazırki mülki iş (2(012)-2420/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2420/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2420/2025
03.03.2025 · Müqavilələrin dəyişdirilməsi - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver