Məhkəmə qərarları › İş №2(010)-4457/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4457/2021

23.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4457/2021 23.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən cavabdehdən 05.04.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə nikahı rəsmi qaydada pozulmuşdur. Onların birgə nikahından bir övladı var: 05.04.2011-ci il tarixdə anadan olmuş X4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.08.2013-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh hər ay aylıq qazancının 1/4 hissəsi miqdarında aliment pulunun bir uşağa görə ona ödənilməsi göstərilmişdir. Cavabdeh hər ay minimum əmək haqqının 1/4 hissəsi miqdarında ödəniş edir və o da hər ay 50 manat deməkdir. Məbləğ az olduğundan heç onu da vaxtı-vaxtında ödəmir. Ona bildirir ki, ümumiyyətlə heç aliment ödəməyəcəkdir. Yəni, bildirir ki, məbləğ çox az olduğundan ildə bir dəfə ödəniş edəcək. Hansı ki, o, övladının qayğısına qalmalıdır. Özü isə hal-hazırda işləmir. Cavabdeh uşaqla maraqlanmadığından bu günə qədər uşağın bütün təminatlarını özü ödəmişdir. Ancaq görür ki, bu ona bir ana kimi çətindir. Övladının bəzi xərclərini çatdıra bilmir. Cavabdehin imkanı yaxşıdır. Aylıq gəliri 1500-2000 manat təşkil edir. Buna baxmayaraq, ödəniş etmək istəmir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddia ərizəsində qeyd ediləndən fərqli olaraq o, hər ay uşağına görə 100-120 manat məbləğində aliment ödəmişdir. Onun iki ildir ki, aylıq gəliri 650 manatdır. İddiaçı ilə nikahı pozulduqdan sonra yenidən ailə qurmuş və bir övladı daha doğulmuşdur. Həmin uşağın da bütün xərcləri onun üzərinə düşür. Bu səbəbdən hazırkı iddianı qismən qəbul edir. Uşağın saxlanılması üçün ayda 160 manat aliment ödəyə bilər. Bundan artığına isə maddi imkanı çatmır. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xaçmaz rayon Müqtədir İƏD tərəfindən 11.07.2013-cü il tarixdə verilmiş AZ-İİİ 140366 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 (atası Cavabdeh, anası X3) 05.04.2011-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 11.07.2013-cü il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 15.07.2013-cü il tarixli, 2(010)-2124/2013 saylı icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh 05.04.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15.07.2013-cü il tarixdən başlayaraq hər ay qazancının və digər gəlirlərinin 1/4 miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı və Cavabdeh birgə nikahından 05.04.2011-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.07.2013-cü il tarixli, 2(010)-2124/2013 saylı qətnaməsinə əsasən Cavabdeh 05.04.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15.07.2013-cü il tarixdən başlayaraq hər ay qazancının və digər gəlirlərinin 1/4 miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda isə iddiaçı məhkəməyə müraciət edərək həmin qətnamə əsasında tutulan aliment məbləğinin artırılmasını və birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay 400 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul etmiş, uşağın saxlanılması üçün hər ay 160 manat aliment ödəyə biləcəyini bildirmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda, həmçinin qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Həmçinin, uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiаçının üzərinə düşməsi və onun uşağa qulluq etməsi diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, 05.04.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15.07.2013-cü il tarixli, 2(010)-2124/2013 saylı qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, cavabdehin maddi vəziyyəti də nəzərə alınaraq 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən nəzərə alır ki, iddiaçı uşağın saxlanılması üçün 400 manat sabit pul məbləğində aliment tələb etsə də uşaq üçün yaşayış minimumundan bu qədər artıq məbləğdə aliment ödənilməsinin zəruriliyi, bunun üçün cavabdehin maddi gəliri olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, məhkəmə onu da nəzərə alır ki, cavabdeh başqa nikahdan doğulmuş uşağına da baxdığını bildirərək aliment təyin edilərkən nəzərə alınmasını xahiş etsə də qeyd edilməlidir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016cı il tarixli qərarı) Alimentin sabit pul məbləği ilə tutulması ilə bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında qeyd edilmişdir ki, qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Üstəlik, nəzərə alınmalıdır ki, məhkəmə iclasında iştirak edən cavabdeh aylıq sabit gəliri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesаb edir ki, ölkə üzrə uşаqlаr üçün yаşаyış minimumu 175 (yüz yetmiş beş) mаnаt müəyyən edildiyindən və vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğa qаyğı göstərmək bоrcu оlduğundаn, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək həddə saxlanmasını əsas tutаrаq, hаbelə uşаğa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini nəzərə аlаrаq 05.04.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15.07.2013-cü il tarixli, 2(010)-2124/2013 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməli və qətnаmə qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli оlduğu hаldа, cаvаbdehdən dövlət rüsumu hesаbınа 30 (otuz) mаnаt аlınаrаq dövlət büdcəsinə keçirilməlidir. Beləliklə, Cavabdeh dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05.04.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15.07.2013-cü il tarixli, 2(010)-2124/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 170 (yüz yetmiş) manat müəyyən edilsin və bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15.07.2013-cü il tarixli, 2(010)-2124/2013 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra edildikdən sonra ləğv edilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar