Məhkəmə qərarları › İş №2(010)-4501/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4501/2020

11.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Sair mülki iş - Mənzil mübahisələri - Qanunsuz tikilinin sökülməsi - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4501/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilmə, yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilmə, yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, Yaşayış massivi, 170 saylı fərdi yaşayış evindən istifadə hüququ olmayan şəxs hesab edilməsi, onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, Yaşayış massivi, 170 saylı fərdi yaşayış evindən və fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsindən çıxarılması, həmin ünvanda inşa edilmiş və Cavabdeh yaşadığı özbaşına tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, həmin maddəyə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilmə, yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar