Məhkəmə qərarları › İş №2(105)-270/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-270/2025

08.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Sair mülki iş - Mənzil mübahisələri - Qanunsuz tikilinin sökülməsi - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-270/2025 08.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə3, Cavabdeh3, Cavabdeh2 nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülkiyyətində olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6240/2024 nömrəli, 04 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1, İddiaçı MMC-nin Cavabdeh3 qarşı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması, yeni mənzilin verilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı MMC-yə qarşı mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması və dəymiş maddi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-739/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbinin təmin edilməsi, Cavabdeh2 RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında olan 3 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh2 ünvan 1 ünvanında olan 3 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddiaçı “Mahal Skypark" Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsi, ünvan 1 ünvanında olan 3 saylı mənzilin əvəzinə “Mahal Skypark" Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 78,5 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən Cavabdeh2 verilməsi, Cavabdeh2 ünvan 1 ünvanında olan 3 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “Mahal Skypark" Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh2 hər ay cəmi 450 manat məbləğində kirayə haqqı ödənilməsi, Cavabdeh1 ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında olan 10 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh1 ünvan 1 ünvanında olan 10 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddiaçı “Mahal Skypark" Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsi, ünvan 1 ünvanında olan 10 saylı mənzilin əvəzinə “Mahal Skypark" Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən Cavabdeh1 verilməsi, Cavabdeh1 ünvan 1 ünvanında olan 10 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh1 hər ay cəmi 350 manat məbləğində kirayə haqqının ödənilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qətnamədən apellyasiya şikayətləri vermişlər. Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin təmin edilməsi, Cavabdeh3 dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında olan 8 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh3 ünvan 2 ünvanında olan 8 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddiaçı “Mahal Skypark" MMC tərəfindən sökülməsi, ünvan 2 ünvanında olan 8 saylı mənzilin əvəzinə “Mahal Skypark" MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən Cavabdeh3 verilməsi, Cavabdeh3 ünvan 2 ünvanında olan 8 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “Mahal Skypark" MMC tərəfindən Cavabdeh3 hər ay cəmi 400 manat məbləğində kirayə haqqı ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh “Mahal Skypark" MMC-yə qarşı Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 19/16 binada aparılan qanunsuz söküntütikinti işlərinin dayandırılması, həmin binada yerləşən Cavabdeh3 məxsus 8 №-li mənzilin cavabdehin hesabına mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətə gətirilməsi, o cümlədən dörd ay müddətində mənzilin (obyektin) icarəyə verilə bilmədiyinə görə 4000 manat (hər ay üçün 1000 manat) vurulmuş maddi ziyanın, əldən çıxmış fayda olaraq 24000 manat (işlərin 24 ay ərzində aparılmasını nəzərə alaraq), hüquqi yardıma görə ödədiyi 300 manat, dövlət rüsumuna görə 175 manat, ümumillikdə, 28475 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə dair tələbi və xüsusi qərardad çıxarılması tələbinin rədd edilməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı MTK iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında mövcud söküləcək 16/19 nömrəli yaşayış binasında Cavabdeh2 məxsus 3 nömrəli mənzilin əvəzinə RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilmiş 65,2 kv.metr sahəsinə 12,8 kv.metr sahə əlavə edilib yeni tikilən binada sahəsi 78,5 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməklə, digər Cavabdeh1 isə ona məxsus 10 nömrəli mənzilin əvəzinə ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilmiş 46,7 kv.metr sahəsinə 24,3 kv.metr əlavə edilib yeni tikilən binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 350 manat kirayə haqqı ödənilməklə köhnə binanın sökülüb, ərazinin təmizlənməsinin İddiaçı MTK-ya həvalə edilməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən 16/19 nömrəli binadan cavabdehlərin çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı MTK xx.xx.2024-cü il tarixində dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında olan 3 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh2 ünvan 1 ünvanında olan 3 saylı mənzildən çıxarılması, həmin mənzil boşaldılması və iddiaçı “Mahal Skypark" Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsi, ünvan 1 ünvanında olan 3 saylı mənzilin əvəzinə “Mahal Skypark" Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 78,5 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən Cavabdeh2 verilməsi, Cavabdeh2 ünvan 1 ünvanında olan 3 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı “Mahal Skypark" Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh2 hər ay cəmi 450 manat məbləğində kirayə haqqı ödənilməsi, Cavabdeh1 ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında olan 10 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, Cavabdeh1 ünvan 1 ünvanında olan 10 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən sökülməsi, ünvan 1 ünvanında olan 10 saylı mənzilin əvəzinə “Mahal Skypark" Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən Cavabdeh1 verilməsi, Cavabdeh1 ünvan 1 ünvanında olan 10 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh1 hər ay cəmi 350 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində “Pilot” layihə çərçivəsində İddiaçı Mənzil Tikinti Kooperativinə mövcud istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastrukturu nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərin ümumi sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamı ilə “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə İddiaçı MTK-ya icarə qaydasında 5,58 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına uyğun olaraq dövlət mülkiyyətində olan 5,58 ha torpaq sahəsinə və Bələdiyyə Mülkiyyətində olan 2,99 ha torpaq sahəsinə dair icarə müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası FHN Tikintidə X2 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən verilmiş Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında xx.xx.2021-ci il tarixli texniki rəydə qeyd olunmuşdur ki, yaşayış binalarının istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud tikinti norma və qaydalarına, şəhəri ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən yaşayış binalarının sakinləri ilə fərdi qaydada söhbətlər aparılmış, xeyli sayda bina sakini ilə kompensasiya ödənilməsi və ya əvəzləşdirmə qaydasında mənzil verilməsi yolu ilə razılıqlar əldə olunmuşdur. Razılıq əldə olunan sakinlər qısa vaxt ərzində mənzillərini MTK-nın sərəncamına vermiş və mənzillər artıq sökülmüşdür. Lakin qeyd olunan ünvanda yerləşən 16/19 nömrəli binanın 3 nömrəli mənzilinin sahibi Cavabdeh2 və həmin binanın 10 nömrəli mənzilinin sahibi Cavabdeh1 adlı şəxslər İddiaçı MTK-nın bütün təkliflərindən imtina edərək mənzillərinin MTK-nın sərəncamına verilməsi müqavilində qat-qat yüksək məbləğlərdə pul vəsaitlərinin onlara ödənilməsini tələb edirlər. Həmin şəxslərə tələb etdikləri vəsaitlərin real bazar qiymətlərinə uyğun olmaması və tələb olunan məbləğlərin ödənilməsinin mümkünsüzlüyü onlara izah olunsa da onlar təkidlə tələb olunan məbləğlər onlara ödənilmədiyi təqdirdə mənzillərini təhvil verməyəcəklərini bildirmişlər. Bir sözlə həmin şəxslərlə hər hansı razılığa gəlinməsi mümkün olmamışdır. Nəzərə alsaq ki, ilkin mərhələdə 2 binanın tikintisi üçün nəzərdə tutulmuş müddət binanın özül işlərinə başlanmasından etibarən 24 ay nəzərdə tutulmuşdur və artqı söküləcək binalarda kifayət qədər mülkiyyətçi ilə razılıqlar əldə olunmuşdur, qeyd olunan şəxslərin MTK ilə razılığa gəlməkdən imtina etməsi mənzillərini MTK-ya təhvil verən mülkiyyətçilərin hüquqlarını kobud şəkildə pozur. Bu isə yolverilməzdir. Belə ki, yuxarıda qeyd edilən sənədlərin qəbul edilməsində məqsəd sözügedən ərazidə yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılmasına xidmət edir ki, bu da ilk növbədə onlar üçün həyati vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyriqənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. İddiaçı MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Cabbarov Eldar Salman oğlunun RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə,ev 19/16 ünvanında olan 8 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdeh Cabbarov Eldar Salman oğlunun Sumqayıt şəhəri, 4-cü məhəllə, ev19/16 ünvanında olan 8 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və İddiaçı MMC tərəfindən sökülməsi, ünvan 2 ünvanında olan 8 saylı mənzilin əvəzinə “Mahal Skypark" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən cavabdeh Cabbarov Eldar Salman oğluna verilməsi, cavabdeh Cabbarov Eldar Salman oğlu Sumqayıt şəhəri, 4-cü məhəllə, ev19/16 ünvanında olan 8 saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh Cabbarov Eldar Salman oğluna hər ay cəmi 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində “Pilot” layihə çərçivəsində İddiaçı Mənzil Tikinti Kooperativinə mövcud istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərin ümumi sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamı ilə AR “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə İddiaçı MTK-ya icarə qaydasında 5.58 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına uyğun olaraq dövlət mülkiyyətində olan 5.58 ha torpaq sahəsinə və Bələdiyyə Mülkiyyətində olan 2.99 ha torpaq sahəsinə dair icarə müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası FHN Tikintidə X2 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən verilmiş Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında xx.xx.2021-ci il tarixli texniki rəydə qeyd olunmuşdur ki, yaşayış binalarının istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 25 nömrəli, xx.xx.2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən yaşayış binalarının sakinləri ilə fərdi qaydada söhbətlər aparılmış, xeyli sayda bina sakini ilə kompensasiya ödənilməsi və ya əvəzləşdirmə qaydasında mənzil verilməsi yolu ilə razılıqlar əldə olunmuşdur. Razılıq əldə olunan sakinlər qısa vaxt ərzində mənzillərini MTK-nın sərəncamına vermiş və mənzillər artıq sökülmüşdür. Lakin qeyd olunan ünvanda yerləşən 19/16 nömrəli binanın 8 nömrəli mənzilinin sahibi Cabbarov Eldar Salman oğlu adlı şəxs İddiaçı MMC-nin bütün təkliflərindən imtina edərək mənzilinin MMC-nin sərəncamına verilməsi müqabilində qatqat yüksək məbləğlərdə pul vəsaitinin onlara ödənilməsini tələb edir. Həmin şəxsə tələb etdiyi vəsaitin real bazar qiymətlərinə uyğun olmaması və tələb olunan məbləğlərin ödənilməsinin mümkünsüzlüyü ona izah olunsa da o, təkidlə tələb olunan məbləğlər ona ödənilmədiyi təqdirdə mənzilini təhvil verməyəcəyini bildirmişdir. Bir sözlə həmin şəxslə hər hansı razılığa gəlinməsi mümkün olmamışdır. Nəzərə alsalar ki, ilkin mərhələdə 2 binanın tikintisi üçün nəzərdə tutulmuş müddət binanın özül işlərinə başlanmasından etibarən 24 ay nəzərdə tutulmuş və artıq söküləcək binalarda kifayət qədər mülkiyyətçi ilə razılıqlar əldə olunmuşdur, qeyd olunan şəxsin MTK ilə razılığa gəlməkdən imtina etməsi mənzillərini MTK-ya təhvil verən mülkiyyətçilərin hüquqlarını kobud şəkildə pozur. Bu isə yolverilməzdir. Belə ki, yuxarıda qeyd edilən sənədlərin qəbul edilməsində məqsəd sözügedən ərazidə yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılmasına xidmət edir ki, bu da ilk növbədə onlar üçün həyati vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyriqənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzu olunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. 16 dekabr 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında cavabdeh Cabbarov Eldar Salman oğlu əsl Cavabdeh3 ilə əvəz edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 19/16 binada aparılan qanunsuz söküntü-tikinti işlərinin dayandırılması, həmin binada yerləşən ona məxsus 8 nömrəli mənzilin cavabdehin hesabına mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətə gətirilməsi, o cümlədən dörd ay müddətində mənzilin (obyektin) icarəyə verilə bilmədiyinə görə 4000 manat (hər ay üçün 1000 manat) vurulmuş maddi ziyanın, əldən çıxmış fayda olaraq 24000 manat (işlərin 24 ay ərzində aparılmasını nəzərə alaraq), hüquqi yardıma görə ödədiyi 300 manat, dövlət rüsumuna görə 175 manat, ümumillikdə, 28475 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 19/16 evdə 8 №-li mənzili var. Tezliklə həmin əmlakından məhrum olma riski var. Buna səbəb cavabdeh tərəfindən aparılan qanunsuz söküntü işlərinin həyata keçirilməsidir. Belə ki, İddiaçı MTK tərəfindən aparılan qanunsuz söküntü işləri nəticəsində həmin mənzili nə obyekt, nə də yaşayış üçün istifadə edə bilmir. İddiaçı MTKnın əməkdaşları gələrək binanın sökülməli olduğunu, ayda 400 manat verməklə kirayədə yaşamalı olduqlarını, binanın yerində yeni tikiləcək 15 mərtəbəli binada mənzillərinin əvəzinə mövcud sahəsindən 20 kvadrat artıq olmaq şərti ilə yeni mənzil veriləcəyini bildiriblər. Hazırda cavabdeh çoxmənzilli yaşayış binasının qanunsuz olaraq bir hissəsini söküb, binanın sökülən hissəsinin yerində isə bünövrə qazmağa başlamışdır. Məhkəməyə təqdim edəcəyi foto şəkillərdən də göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpağın bir hissəsi ovulub sürüşməyə məruz qalmışdır. Nəzərə alsalar ki, qış ayındayıq və artıq yağış və qar yağmağa başlayıb binanın tezliklə uçacağı şübhəsizdir. Hətta ərazidə iş aparılarkən bina silkələnir. Uşaqların oynadığı, sakinlərin hərəkət etdiyi, yaşayış davam edən bina və onun həyatyanı sahələri dağılmış, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə vardır. Hər an qəza baş verməsi mümkündür. Diqqətə çatdırır ki, binanın sol tərəfindəki qazıntı nəticəsində torpağın bir hissəsi ovulub sürüşməyə məruz qalmış və bunun nəticəsində 05 dekabr 2024-cü il tarixdə saat 07:00 – 09:00 radələri aralığında yaşayış olan binada güclü silkələnmə baş vermiş, binanın yarısı uçmuşdur. Hadisə ilə bağlı sakinlər tərəfindən müvafiq dövlət orqanlarına müraciət edilmişdir. Qeyd olunan ünvanda tikinti işlərinin aparılması barədə hər-hansı qərarın, həmin işlərin görülməsi üçün İddiaçı MTK-nın icazəsinin olub-olmamasının aydınlaşdırılması ilə bağlı araşdırma apararkən, MTK-nın qanunsuz əməlləri barədə onlar tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Verilən cavabda binanın sökülməsi işlərinin yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılığı alındıqdan sonra aparıla bilməsi bildirilmişdir. Aşağıdakılara əsasən cavabdehin hərəkətlərinin qanunsuz olmasını, iddia ərizəsinin rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini hesab edirlər. Cavabdeh, onlar tərəfindən mübahisələndirilən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli, xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamlarını əsas gətirərək öz hərəkətlərinin qanuni olmasını bildirir. Lakin hazırki iddia üzrə cavabdeh nə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli Sərəncamında göstərilənlərə, nə də qanunvericiliyin çoxmənzili binaları sökməsi barədə müəyyən etdiyi qaydalara əməl etməmişdir. Belə ki, qeyd olunan Sərəncamın 7-ci bəndində İddiaçı MTK tərəfindən binaların söküntüsü, tikintisi və vətəndaşlara təqdim edilməsi ilə əlaqədar aparılacaq işlər zamanı sakinlərlə bağlanacaq müqavilə və digər sənədlərlə bağlı yarana biləcək anlaşılmazlıqlar qanunverciliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə hüquqi müstəvidə həll edilməsinin təmin olunması qeyd olunmuşdur. Buna baxmayaraq, cavabdeh çoxmənzilli 19/16 saylı binanın sakinlərinin hamısı ilə razılığa gəlmədən hazırda sakinlər yaşayan binanı qanunsuz sökmüşdür. Cavabdehin digər sakinlərlə müqavilə bağlaması isə çoxmənzilli binanın, özüdə sakinlər yaşadığı halda, sökməsinə haqq qazandırmır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamına gəldikdə isə, həmin Sərəncam qanundan üstün deyil. Azərbaycan Respublikasının qanunlarına zidd olan hər bir Sərəncam qanunsuzdur, onunicrası isə məsuliyyətə səbəb olur. Cavabdeh iddia edir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına uyğun olaraq dövlət mülkiyyətində olan 5.58 ha torpaq sahəsinə və bələdiyyə mülkiyyətində olan 2.99 ha torpaq sahəsinə dair icarə müqavilələri bağlanmışdır. Lakin cavabdehin dəlil kimi göstərdiyi bələdiyyə mülkiyyətində olan 2.99 ha torpaq sahəsinə dair icarə müqaviləsinin mövcudluğunu təsdiqləyən heç bir sənədi nə onlara, nə də iddia ərizəsinə əlavə edilməmişdir. Sakinlərin yaşadığı binanın nə Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 2.99 ha, nə də 5.58 ha torpaq sahəsində yerləşməsi barədə iş materiallarında məlumat yoxdur. Bu səbəbdən məhkəmə tərəfindən müvafiq mütəxəssislərin çağırılaraq mübahisənin müəyyən olunması həyata keçirilməlidir. İddiaçı tələbini sübut etməyə borcludur. 19/16 saylı binanın sökülməsi üçün iddiaçı qismində İddiaçı MMC deyil, Fövqəladə Hallar Nazirliyi olmalı idi. Hazırda 19/16 saylı binanın söküntüsünün aparılmasına səbəb həmin Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində göstərilən əsaslar daxil deyil. İcra Başçısının Sərəncamnda və iddiaçının iddia ərizəsində isə binanın hazırda qəzalı olması göstərilmişdir. Göründüyü kimi həmin 19/16 saylı binanın sökülməsi məhkəmənin qərarı olmadan həyata keçirilə bilməzdi. Nəzərə alınmalıdır ki, həmin binada bir çox sakinin mülkiyyət hüququ vardır. Bu səbəbdən binanın sökülməsi bütün sakinlərin razılığı alındıqdan sonra həyata keçirilə bilərdi. Lakin, təqdim etdiyim şəkillərdən də göründüyü kimi cavabdeh qeyd olunan binanın razılaşdırılmış mənzillərini, yəni binanın yarısını artıq sökmüş, digər sakinlərin mülkiyyət hüquqlarını isə kobud şəkildə pozmuşdur. Çoxmənzilli binanın yarısı artıq söküldüyünə görə isə binanın hər gün bir hissəsi uçur, sakinlərin həyat və sağlamlğı isə təhlükə altında qalmaqda davam edir. Ümumiyyətlə İcra Başçısının 19/16 saylı binanın yenidən tikilməsinin cavabdehə tapşırması barədə mövqeyi ağıla sığmır. Belə çıxır ki, bu gün Azərbaycan ərazisində müddəti bitmiş binaların söküntüsünü istənilən şirkət qanuna əsaslanmadan İcra Başçısı ilə razılaşdıqdan sonra tikə bilər. Bu çox absurddur. Bəs üzərinə öhdəlik götürən şirkət binanı tikə bilməsə necə olacaq. Oxşar hallar respublikada dəfələrlə olmuş və bu da onlardan biri ola bilər. Kim buna cavab verəcək. Təbii ki bu məsələdə İcra Başçısı sakinlərin özlərinin razılığı ilə mənzillərini təhvil verdiyini bildirərək məsuliyyətdən boyun qaçıracaqdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-270/2025 nömrəli 01 iyul 2025-ci il tarixli qərardadı ilə İddiaçı MTK-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülkiyyətində olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması tələbinə dair hazırki 2(105)-270/2025 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin Cavabdeh3 qarşı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması, yeni mənzilin verilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı MMC-yə qarşı mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması və dəymiş maddi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair 2(105)-661/2025 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməsi, həmin işə 2(105)-270/2025 nömrəsi verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə çıxarıldığından qanunsuz olduğunu hesab edir. Birinci instansiya məhkəməsi, iddiaçının qanunsuz əməlləri nəticəsində cavabdehin artıq mülkiyyətindən məhrum edilməsi faktını görməzdən gələrək, iş üzrə mövcud halları nəzərə almadan qanunun tələblərinə zidd olaraq cavabdehi mülkiyyətindən məhrum etmişdir. Məhkəmə isə iddiaçıdan bu barədə heç bir sübut əldə etmədən, işin hallarını tam araşdırmadan qanunsuz qərar qəbul edərək onların mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Nizami küçəsində yerləşən oxşar binaların sökülməsinin yolun başından deyil, mərkəzdən başlanması iki sualın yaranmasına gətirib çıxarır, ya 16/19 saylı bina digərlərinə nisbətdə daha çox qəzalı vəziyyətdədir, ya da yüksək gəlir üçün daha əlverişli yerdə yerləşməsidir. 16/19 saylı binanın digər oxşar binalardan daha çox qəzalı olması barədə nə iddiçı tərəfindən, nə də müvafiq icra hakimiyyəti tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası X3 Tikintidə X2 Agentliyi tərəfindən verilən cavab məktubunda Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binanın sökülməsi ilə bağlı Fövqalada Hallar Nazirliyi tərəfindən heç bir rəyin verilməməsi göstərilmişdir. Deməli, Nizami küçəsində yerləşən məhz 16/19 saylı binanın sökülməsi kimlərəsə daha çox pul qazandırmaq məqsədi daşıyır. Bu hal isə Konstitusiya Məhkəməsinin qərarlarında göstərilən mövqelərinə tamamilə ziddir. Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı bina çoxmənzilli binadır. Həmin binanın sökülməsi yalnız sakinlərin hamısı ilə razılıq alınmasından sonra həyata keçirilə bilərdi. Bu barədə İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli sərəncamının 7-ci maddəsində də göstərilmişdir. Həmin maddədə göstərilir ki, İddiaçı MTK tərəfində binaların söküntüsü, tikintisi və vətəndaşlara təqdim edilməsi ilə əlaqədar aparılacaq işlər zamanı sakinlərlə bağlanacaq müqavilə və digər sənədlərlə bağlı yarana biləcək anlaşılmazlıqlar qanunverciliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə hüquqi müstəvidə həll edilsin. Buna baxmayaraq, iddiaçı özbaşınalıq edərək, yekun məhkəmə qərarı olmadan mülkiyyətə qəsd etmiş, sakinlər yaşayan binanın, həyat və sağlamlıq üçün təhlükəli şəraitdə bir hissəsini sökmüşdür. Məhkəmə isə qeyd olunan qanunsuzluqlara ümumiyyətlə münasibət bildirməmişdir. Göründüyü kimi məhkəmənin qətnaməsi Azərbaycan Respublikasının Konstitusiyasına, Konstitusiya Məhkəməsinin qərarlarında göstərilən mövqelərinə ziddir. Birinci instansiya məhkəməsi Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19, 3 saylı binanın altında yerləşən torpaq sahəsinin hazırda kimin istifadəsində olmasını, hazırda həmin torpaq sahəsinə iddiaçının istifadə hüququnun qanuni olub-olmamasını araşdırmadan, gəldiyi nəticəni əsaslandırmadan qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı tələbinin əsaslandırlmasında göstərmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamı ilə AR “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə İddiaçı MTK-ya icarə qaydasında 5.58 ha torpaq sahəsi ayrılmışdır. Lakin, iddiaçı nəzərə almamışdır ki, həmin torpaq sahəsinə onun icarə hüququ bina çoxmənzilli olduğundan bütün sakinlərlə razılaşma əldə etdikdən və dövlət qeydiyyatına alındıqdan sonra verilə bilər. Sumqayıt İcra Hakimiyyətinin qeyd olunan binanın altındakı torpaq sahəsini İddiaçı MTK-ya icarəyə verilməsi qanunsuzdur. Birinci instansiya məhkəməsi isə iddiaçının bu əməlini qanunsuz saymalı olduğu halda, qeyd olunan maddi normaları tətbiq etməyərək cavabdehi Konstitusiya ilə müəyyən edilən mülkiyyət hüququndan pozmuşdur. Fövqəladə Hallar Nazirliyi məhkəməyə müraciət etmədiyindən normanın tələbləri İcra Hakimiyyəti tərəfindən pozulmuş, məhkəmə isə bu hala əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsi qanunla tənzimlənməli olan münasibətləri tətbiq etməmiş, hansı yollarla Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binanın sökülüb yerində yenisinin tikintisinin cavabdehin öhdəliyinə verilməsini araşdırmamış, nəticədə qanunsuz qərar qəbul edərək onu və ailəsini əmlakından məhrum etmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən mülki qanunvericiliyin “müqavilə azadlığı” prinsipinin cavabdeh tərəfindən pozulduğunu görmüş, buna baxmayaraq qanunazidd qərar qəbul etmişdir. ünvan 1 ünvanında olan 3 saylı mənzil onun - Tahirə Hümbətovanın tam mülkiyyətindədir. Vurğulanmalıdır ki, yaranan mübahisə üzrə gördüyü odur ki, bütün şərtlər cavabdeh tərəfindən onlara diktə edilmiş, nəticədə müqavilə azadlığı prinsipi pozulmuşdur. İddiaçı yeganə yaşayış yeri olan mənzili sökür və əvəzində özünün tikdiyi 15 mərtəbəli binadan onlara az bir artımla mənzil verəcəyini deyir. Bu cür razılaşma yalnız qarşılıqlı qaydada ola bilər. Kompensasiya məbləğinə gəldikdə isə mənzilin yerləşdiyi yer və mənzilin vəziyyəti, bir mənzildə yaşayan ailələrin sayı da nəzərə alınmaqla əmlakın əvəzində haqlı olaraq istədiyi müəyyən məbləğ bildirilmiş, lakin iddiaçı bu təklifləri qəbul etməmiş və aralarında qarşılıqlı razılaşmanın əldə edilməməsinə baxmayaraq binada söküntü işləri aparmaqla həmin binanı və yaşadığı otaqları qəzalı vəziyyətə gətirmişdir. Eyni zamanda, yuxarıda qeyd etdiyi kimi İcra Başçısının qanunsuz Sərəncamında da bildirmişdir ki, binanın sökülməsi işləri yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılıq əldə edildiyi halda aparıla bilər. Hazırda isə nə onunla, nə də bir çox sakinlə heç bir razılıq əldə edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsi isə qeyd olunan halları nəzərə almadan mülkiyyət hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrini və müvafiq münasibətləri tənzimləyən şikayətdə göstərilən digər qanunvercilik normalarına uyğun olaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamışdır. Məhkəmənin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 №-li 24 noyabr 2005-ci il tarixli qərarına uyğun deyil. Birinci instansiya məhkəməsi sübutları qiymətləndirməmişdir. Belə ki, mənzil mülkiyyətçilərinin 16/19 saylı binanın qəzalı olması barədə məlumatları olmadığından təmirlə əlaqədar müraciət edilmədiyini, onlardan başqa hər-hansı orqan tərəfindən də məhkəməyə müraciət olunmadığını, məhkəmə tərəfindən təmir müddəti müəyyən olunmamış və sakinlər bundan imtina etmədiyini, o cümlədən 16/19 saylı yaşayış binasının məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılması qət edilmədiyini məhkəmə görməzdən gəlmiş, qanunsuz iddia tələbini təmin etmişdir. Eyni zamanda məhkəmə, iş materiallarında olan İcra Başçısının Sərəncamlarını, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin «Azkommunlayihə» KLİ-nin tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli texniki rəyini, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin məktubunu, cavabdehlərin dəlillərini əlaqəli şəkildə qiymətləndirmədən qərar qəbul etmişdir. İddiaçının təqdim etdiyi texniki rəydə binanın qəzalı olması göstərilsə də Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binada yaşayışın təhlükəli olması və mümkün olmaması barədə məlumat öz əksini tapmamışdır. Bundan əlavə məhkəmədə bildirmişdir ki, yaşadığı bina heç vaxt qəzalı vəziyyətdə olmamış, yalnız tikinti şirkəti bu binada yaşayan bütün sakinlərlə razılaşmadan burada söküntü işlərinə başladıqdan sonra binanı yaşayış üçün yararsız bir hala salmışlar. Göründüyü kimi məhkəmə qeyd olunan sübutları qiymətləndirmədən qərar qəbul etmişdir. Bundan başqa, bir anlıq qəbul etsə ki məhkəmənin qərarı düzgündür onda belə iş üçün əhəmiyyətli olan hallar müəyyən edilməmişdir. Belə ki, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın sökülüb yerində yenisinin tikilməsinin hansı yollarla İddiaçı MTK-nın öhdəliyinə verilməsinin həmin şirkətin bu işləri görməyə lazımi vəsaitinin olubolmamasını, hazırda qeyd olunan torpaq sahəsinin altında yerləşən torpağa istifadə hüquqlarının dövlət qeydiyatına alınıb-alınmamasını, iddiaçının Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanı məhkəmə qərarı olmadan sökməsinin qanuniliyini, 400 manat kirayə pulunun mənzillərindən çıxarılan sakinlərin eyni şəraitdə yaşamasına bəs edəcəyini, çıxarılacaq sakinlərin hazırda sağlamlıq vəziyyətinin onların kirayədə yaşamasına imkan verib-verməməsini və s. halları müəyyən etməmişdir. Halbuki göstərilən hallar tərəflər arasında yaranan mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edir. Bu halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarmışdır. Qeyd olunan hallarla bağlı yuxarıda ətraflı məlumat göstərilmiş, məhkəmənin qərarının qanunsuz olması həmin hallarla öz əksini tapmışdır. Məhkəmə həmçinin mübahisənin əsl mahiyyətindən kənara çıxmış, çünki yuxarıda da qeyd etdiyi kimi mülkiyyətçilər onların evlərindən qanunsuz çıxarılmalarına etiraz edir. Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın sökülməsi dövlət ehtiyacları üçün həyata keçirilmir. Şəhərin abadlaşdırılması adı altında kimlərinsə 21 mənzildən ibarət 3 mərtəbəli binanın yerində bəlkədə 100-dən çox mənzili olacaq 15 mərtəbəli bina tikərək qazanc əldə etməsi sakinlərin mülkiyyət hüquqlarını pozmamalıdır. İddiaçının əlavə tikiləcək mənzilləri baha qiymətə sataraq yüksək gəlir əldə etməsi onun hazırki işdə iqtisadi maraqlarının olduğunu təsdiq edir. Belə vəziyyətdə isə mənzil mülkiyyətçisi olaraq onun azad bazar iqtisadiyyatına söykənən mülkiyyəti qarşılığında istədiyi məbləğin ona verilməməsi mülki dövriyyə iştirakçısı olaraq da hüququnu pozur. Məhkəmə iş üzrə tətbiq edilməli olan qanunu tətbiq etməmiş, Azərbaycan Respublikasının qanunlarında bu cür binaların sökülüb yerində yenisinin tikilməsi ilə bağlı əminli mexanizmi nəzərdə tutan normalardan fərqli qanunlara istinad etmişdir. Yuxarıda qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin qərarlarında göstərilənlərə cavab vermir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi qanunusuz hesab edilməlidir. Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6240/2024 saylı, 04 noyabr 2024-cü il tarixli qətnaməsini “Cavabdeh1 ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev16/19 ünvanında olan 10 saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilsin. Cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev16/19 ünvanında olan 10 saylı mənzildən çıxarılsın, həmin mənzil boşaldılsın, iddiaçı“Mahal Skypark" Mənzil Tikinti Kooperativi tərəfindən sökülsün. Sumqayıt şəhəri, 4-cü məhəllə, ev16/19 ünvanında olan 10 saylı mənzilin əvəzinə “Mahal Skypark" Mənzil Tikinti Kooperativi tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən Cavabdeh1 verilsin” hissəsində ləğv edərək apellyasiya şikayətinin təsviri əsaslandırıcı hissəsində qeyd olunan əsaslarla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlara qarşı qaldırılmış iddia tələbi tamamilə Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin «Azkommunlayihə» KLİ-nin xx.xx.2021-ci il tarixli texniki rəyi üzərində qurulmuşdur. Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında texniki rəydən görünür ki, baxış keçirilən ərazidə yaşayış evləri və mənzillər əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri ağac konstruksiyasından inşa edilmişdir. Sakinlər tərəfindən tikinti norma və qaydalarına uyğun olmadan yaşayış binasında çoxsaylı artırmalar inşa edilmişdir. Binada inşa edilmiş bu artırmalar binanın əlavə yüklənməsinə səbəb olaraq dayanıqlılığına mənfi təsir göstərir. Yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə və mənzilərə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri və yaşayış binası məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində və yaşayış binasında təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Yaşayış evləri və yaşayış binası ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Qeyd edir ki, ümumiyyətlə həmin rəyin verilməsi zamanı heç bir bina sakini iştirak etməmiş, həmin rəydən yalnız məhkəmə zamanı məlumat almışlar. Necə ola bilər ki, onların mənafeyinə toxunacaq rəy tərtib olunur, lakin bundan yalnız 3 il keçəndən sonra məlumat almışlar. Bu barədə məhkəmədə münasibət bildirsə də məhkəmə bununla bağlı qətnamədə heç nə göstərməmişdir. Hazırki rəy iddiaçının müraciəti əsasında alınmış və məhz həmin rəy əsasında iddia qaldırılmış, məhkəmə də bu rəyə istinad etmişdir. Əvvəla qeyd etmək istəyir ki, bu cür müraciət iddiaçı tərəfindən deyil, aidiyyəti dövlət qurumu tərəfindən qaldırılmalı idi. Bundan başqa həmin rəy iddiaçının müraciəti əsasında alındığından məhkəmə tərəfindən təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilib keçirilməli, ixtisaslı ekspertin rəyi alınmalı və yalnız bundan sonra ziddiyyət olmadığı halda yekun fikrə gəlməli idi. Bu barədə də fikir bildirsə də məhkəmə qətnamədə buna münasibət bildirməmişdir. Sözügedən rəydə qeyd olunmuşdur ki, bina 1950-ci illərdə tikildiyindən istismara yararsız vəziyyətə düşmüşdür. Buradan rəyin absurd olması görünür. Belə çıxır ki, bu tip həm Sumqayıtda, həm də ölkədə nə qədər bina var, hamısı yararsız və sökülməlidir. Buna görə də hesab edir ki, qaldırılmış iddia tələbi ilə bağlı məhkəmə yuxarıda qeyd olunan ekspertizanı təyin edib keçirməli idi. Lakin, iddiaçı nəzərə almamışdır ki, həmin torpaq sahəsinə onun icarə hüququ bina çox mənzilli olduğundan bütün sakinlərlə razılaşma əldə etdikdən və dövlət qeydiyyatına alındıqdan sonra verilə bilər. Lakin, bugünkü günə kimi heç bir razılaşma yoxdur və belə bir təklif ümumiyyətlə irəli sürülməmişdir. Bununla bağlı artıq formalaşmış məhkəmə təcrübəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları mövcuddur. Faktiki mənzil mülkiyyətçilərinin mənzillərinin altında yerləşən torpaq sahəsi qanunsuz olaraq İddiaçı MTK-ya icarə qaydasında verilmişdir. Qərarlardan da görünür ki, hər bir halda mülkiyyətçinin mövqeyi bu hallarda daha önəmlidir və mütləq qaydada nəzərə alınmalıdır. Lakin, məhkəmə yekun qərara gələn zaman ölkənin ən ali qanunu olan konstitusiyanın mövqeyini nəzərə almamışdır. Burada mühüm olan vəzifə ilk növbədə ondan ibarətdir ki, mülkiyyət hüququ məhdudlaşdırılan zaman bu tərəflərlə razılaşdırılmalıdır. Belə ki, yuxarıda qeyd olunan mənzil Cavabdeh1 mülkiyyətindədir və şəxs orada yaşayır. Bu razılıqla bağlı iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia tələbində qeyd etmişdir ki, cavabdehlər onlara təklif edilənlərdən qat-qat yüksək məbləğ istəmişlər. Lakin, iddiaçı onlara hansı məbləği təklif etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Çünki, belə bir təklif olmamışdır. Bununla əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli Sərəncamının 7-ci maddəsində də göstərilmişdr ki, İddiaçı MTK tərəfində binaların söküntüsü, tikintisi və vətəndaşlara təqdim edilməsi ilə əlaqədar aparılacaq işlər zamanı sakinlərlə bağlanacaq müqavilə və digər sənədlərlə bağlı yarana biləcək anlaşılmazlıqlar qanunverciliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə hüquqi müstəvidə həll edilsin. Hüquqi müstəvi dedikdə görünür iddiaçı məhkəmə qaydasında müraciət etməyi nəzərdə tutmuş və məhkəmə də hazırki qətnaməsi ilə mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Pozuntu həm də əsas ondan ibarətdir ki, şirkətin təklif etdiyi mənzilin hazırki ölçülərindən 10-20 faiz artıq kvadrat təklifi həddindən artıq azdır, bununla bağlı məhkəmədə bildirsələr də, heç bir nəticə olmamışdır. Sumqayıt Şəhər Məhkəməsi 2(060)-6240/2024 nömrəli, 04 noyabr 2024-cü il tarixli qətnaməsində formal olaraq yalnız yuxarıda qeyd etdiyi Fövqalada Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin «Azkommunlayihə» KLİ-nin xx.xx.2021-ci il tarixli texniki rəyinə istinad etmiş və onlar tərəfdən gətirilmiş dəlillərə əhəmiyyət verməmişdir. Hətta həmin rəyi mübahisələndirdiyini və icraatı dayandırmağa dair vəsatət versə də, məhkəmə əsassız olaraq həmin vəsatəti rədd etmişdir. Bu isə öz növbəsində sübutların hərtərəfli və tam baxılmamasını göstərir. Qarşılıqlı iddiaçı Cavabdeh3 Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-739/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə çıxarıldığından qanunsuz olduğunu hesab edir. Birinci instansiya məhkəməsi, iddiaçının qanunsuz əməlləri nəticəsində mülkiyyətindən məhrum edilmə riskini görməzdən gələrək, iş üzrə mövcud halları nəzərə almadan qanunun tələblərinə zidd olaraq onu mülkiyyətindən məhrum etmişdir. Belə ki, Sumqayıt şəhəri, 4cü məhəllədə yerləşən 16/19 bina Nizami və Polad Həşimov küçələrinin kəsişməsində, İcra Hakimiyyətinin binasından 100 metr aralıqda, Sumqayıt şəhərinin tam mərkəzində, ən gözəl və bahalı yerində yerləşir. Nizami küçəsində yol boyunca eyni illərdə tikilən, eyni mərtəbəli, oxşar dam örtüklü və fasadlı binalar sıra ilə düzülməkdədir. Lakin, Sumqayıt İcra Başçısının Sərəncamında və ya iddiaçının iddia tələbində nə hansı səbəbdən məhz 16/19 saylı binanın sökülməsi əsaslandırılmır, nə də bu barədə məhkəmə araşdırma aparmamışdır. Halbuki bu məsələ dəfələrlə məhkəmə baxışında səsləndirilmiş və araşdırılması üçün müvafiq vəsatətlər verilmişdir. İlk növbədə Sumqayıt İcra Hakimiyyətinə vəkil sorğusu göndərilmişdir. Cavab verilmədiyindən məhkəməyə texniki tikinti ekspertizasının keçirilməsi barədə vəsatət verilmişdir. Lakin birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən vəsatəti təmin etməmiş, nəticədə hansı səbəbdən məhz 16/19 saylı binanın sökülməsi müəyyən olunmamışdır. Halbuki İcra Hakimiyyətinin verdiyi cavabda hazırda işin məhkəmədə olması ilə əlaqədar sorğununun cavablandırılmasının qeyri-mümkünlüyünün göstərilməsi barədə məhkəməyə məlumat verilmişdir. Nizami küçəsində yerləşən oxşar binaların sökülməsinin yolun başından deyil, mərkəzdən başlanması iki sualın yaranmasına gətirib çıxarır, ya 16/19 saylı bina digərlərinə nisbətdə daha çox qəzalı vəziyyətdədir, ya da yüksək gəlir üçün daha əlverişli yerdə yerləşməsidir. 16/19 saylı binanın digər oxşar binalardan daha çox qəzalı olması barədə iş materiallarında heç bir sübut yoxdur. Binanın istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması, sakinlərin təcili olaraq binadan çıxarılması, binadakı bütün kommunikasiya xətlərinin kəsilməsi, binaya girişin qadağan edilməsi, binanın təcili olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması kimi vacib məsələlər məhkəmə tərəfindən yoxlanılmamışdır. Baxmayaraq ki həm iddiaçının tələbi, həm də İcra Hakimiyyətinin Sərəncamı binanın sökülməsinin qəzalı olması ilə əsaslandırılmışdır. Qeyd edir ki, MMC-nin qanunsuz əməlləri barədə bina sakinləri tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Verilən cavabda binanın sökülməsi işlərinin yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılığı alındıqdan sonra aparılması bildirilmişdir. Sorğu əsasında əldə edilmiş Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən həmin binanın sökülməsi ilə bağlı heç bir rəyin verilməməsi barədə 3-18-2/2-10325/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu məhkəməyə təqdim edilmişdir. Məhkəməyə həmçinin 16/19 saylı binanın sol tərəfindəki qazıntı nəticəsində torpağın bir hissəsi ovulub sürüşməyə məruz qaldığından 05 dekabr 2024-cü il tarixdə saat 07:00 – 09:00 radələri aralığında yaşayış olan binada güclü silkələnmə baş verməsi, binanın yarısı uçması barədə məlumat verilmişdir. Yaşayış binalarının sökülməsini tənzimləyən Mənzil Məcəlləsinin 28.2-ci maddəsinə əsasən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və y a ) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq (mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi tərəfindən) verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. 16/19 saylı binanın sakinləri binanın qəzalı olması səbəbi ilə yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün ərizə ilə heç kimə müraciət etməmişdir, çünki bina qəzalı olmamış, qəzalı olubsa da bu barədə onlara hər hansı səlahiyyətli orqan tərəfindən məlumat verilməmişdir. Hətta binada qanunsuz söküntü işləri aparılmasından bir il əvvəl binanın dam örtüyü dəyişdirilərək təmir işləri aparılmışdır. Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən verilən 3-18-2/2-10325/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda həmin binanın sökülməsi ilə bağlı heç bir rəyin verilməməsini göstərilmişdir. Buna baxmayaraq, İddiaçı MMC öz qanunsuz əməllərinə davam etdiyindən və qanunsuz söküntünü Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 25 nömrəli, xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamlarına əsasən aparmasını bildirdiyindən o və həmin binada hazırda yaşayan digər 6 mülkiyyətçi həmin Sərəncamlarının ləğv edilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər. Lakin birinci instansiya məhkəməsinin qərarı ilə onun mülkiyyət hüquqları məhdudlaşdırılarkən göstərilən şərtlər nəzərə alınmamış, Konstitusiya Məhkəməsinin məcburi qüvvəyə malik olan hüquqi mövqeyi yerinə yetirilməmişdir. Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binanın 8 №-li mənzil onun tam mülkiyyətindədir. İddiaçı MMCnin əməkdaşları gələrək binanın sökülməli olduğunu, ayda 400 manat verməklə onun kirayədə yaşamalı olduğunu, binanın yerində yeni tikiləcək 15 mərtəbəli binada az artımla mənzil veriləcəyini bildiriblər. Binanın yerləşdiyi yer, mənzilin təmiri üçün qoyulan vəsait, yerləşdiyi mərtəbə, qeyri-yaşayış obyekti olaraq istifadə edilməsi, ailə vəziyyəti və s. hallar nəzərə alınmaqla haqlı olaraq tərəfindən mənzilin əvəzinə müvafiq kompensasiya verilməsi təklif olunmuşdur. Lakin iddiaçı təkliflə razılaşmamış, binanı sökməyə başlamışdır. İddiaçı MMC-ni Bakı və digər şəhərlərdə həyata keçirdiyi tikinti işlərindən narazı qalan sakinlərin əziyyət çəkməsini, o cümlədən razılığı olmadan, heç bir məhkəmə qərarı olmadan binanı sökərək onun mülkiyyətini yarasız vəziyyətə salmalarını nəzərə alaraq 8 №-li mənzilin mülkiyyətçisi olaraq qanunla ona verilən hüquqlarından istifadə edərək yalnız kompensasiya qarşılığında mənzilini verəcəyəni bildirsə də məhkəmə qanunsuz olaraq mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmənin bu mövqeyi isə yuxarıda adı çəkilən Konstitusiya Məhkəməsinin qərarlarında qeyd edilən mütənasibliyin qorunması, layiqli həyat səviyyəsinin yaxşılaşdırılması deyil. Bütün bunlar Konstitusion hüququnun pozulmasıdır. Bundan başqa, məhkəmə qanunsuz qərar qəbul edərkən mənzilin yerləşmə mərtəbəsini nəzərə almamışdır. Göründüyü kimi məhkəmənin əsassız və qanunsuz qətnaməsi Azərbaycan Respublikasının Konstitusiyasına, Konstitusiya Məhkəməsinin qərarlarında göstərilən hüquqi mövqelərə tamamilə ziddir. Birinci instansiya məhkəməsi Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın altında yerləşən torpaq sahəsinin hazırda kimin istifadəsində olmasını, hazırda həmin torpaq sahəsinə iddiaçının istifadə hüququnun qanuni olub-olmamasını araşdırmadan, gəldiyi nəticəni əsaslandırmadan qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı tələbinin əsaslandırılmasında göstərmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamı ilə “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə İddiaçı MTK-ya icarə qaydasında 5.58 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, Sumqayıt şəhəri, 4-cü məhəllədəki 16/19 saylı binanın altında yerləşən torpaq sahəsinin iddiaçıya verilməsini qanunsuz hesab etdiyindən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamını inzibati qaydada mübahisləndirmişdir. Bununla bağlı mülki icraat qaydasında işin inzibati icraat üzrə yekun məhkəmə qərarı çıxarılana qədər dayandırılmasını xahiş etmişdir. Vəsatətdə həmin binanın sökülməsi ilə bağlı heç bir rəyin verilməməsi, qeyd edilən ərazidə İddiaçı MMC tərəfindən tikinti-quraşdırma işlərinin aparılmasına icazə sənədi olmadığı üçün tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən 05 sentyabr 2024-cü il tarixli 0802 saylı “Qərar” verilməsini və işlərin dayandırılması barədə Azərbaycan Respublikası Fövqalada Hallar Nazırliyi Tikintidə X2 Agentliyi tərəfindən verilən 3-18-2/2-10325/2024 saylı, xx.xx.2024-cü il tarixli, 3-18-2/2-13885/2024 saylı, xx.xx.2024-cü il tarixli, 3-18-2/2-Q- 9909/2-42/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktublarının təqdim olunmasını, bundan sonra iddiaçı hansısa yollarla 2-3 gün ərzində ərazidə tikinti işlərinin aparılması üçün icazə sənədi almasını, Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsi ilə obyektlərin həm söküntüsünə, həm də tikintisinə icazə tələb olunmasını, İddiaçı MMC-nin isə Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 16/19 saylı binanın sökülməsi üçün icazə sənədinin olmamasını bildirsə də məhkəmə icraatı dayandırmamışdır. İddiaçı MMC isə qanunsuz əməllərinə davam edərək binanı sökməyə davam etmişdir. Məhkəmənin bu yanaşmasını kobud prosessual pozuntu və cinayət törədilməsinə şərait yaradılması kimi qəbul edir. Çünki, məhz məhkəmənin bu cür yanaşması onun mülkiyyətinə edilən qəsdin davamına yol açmışdır. Eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamı ilə Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın altında yerləşən torpaq sahəsinin iddiaçıya verilməsinin qanuni olub-olmamasını dəqiqləşdirmək üçün üçüncü şəxs kimi Sumqayıt İcra Hakimiyyətini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin cəlb edilməsi barədə məhkəməyə vəsatət verilmişdir. Lakin məhkəmə qanunsuz qətnamə qəbul etməsi üçün həmin vəsatəti də heç bir əsas göstərmədən təmin etməmişdir. Ümumiyyətlə məhkəmə ən azından onun vəkili tərəfindən verilən əsaslı vəsatətləri təmin edərək ədaləti bərpa etməli idi. Lakin məhkəmə qanunvericiliyin tələblərinə əməl etməmiş, nəticədə onu mülkiyyətindən qanunsuz olaraq məhrum etmişdir. İlk növbədə Sumqayıt İcra Başçısı, daha sonra isə məhkəmə istinad olunan normanı pozaraq mülkiyyətçilərin hüquqları və iradəsi ziddinə əmlaklarını iddiaçıya vermişdir. Belə ki, həmin maddədə göstərilir ki, çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnda payları çox mənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır. Göstərilən mülkiyyətçilər mülki qanunvericiliyə uyğun olaraq bu maddədə nəzərdə tutulan əmlaka sahiblik edir, ondan istifadə edir və barəsində sərəncam verirlər. Sumqayıt İcra Hakimiyyətinin qeyd olunan binanın altındakı torpaq sahəsini İddiaçı MTK-ya icarəyə verməsinin qanunsuz olmasını hallar sübut edir. Mənzil Məcəlləsində yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər barədə məlumat verilərək göstərilir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Birinci instansiya məhkəməsi isə iddiaçının bu əməlini qanunsuz hesab edib iddianı rədd etməli olduğu halda, qeyd olunan maddi normaları tətbiq etməyərək cavabdehin Konstitusiya ilə müəyyən edilən mülkiyyət hüququnu pozmuşdur. İstənilən tərəfdən müzakirə etdikdə yaranan mübahisənin Sumqayıt şəhər İcra Başçısınının qanunsuz sərəncamlarında dayanmasını görür. Məhz bu səbəbdən qanunvericiliyin tələblərinin pozulması ilə verilmiş həmin sərəncamları mübahisləndirdiyindən, inzibati iş üzrə məhkəmənin yekun qərarı qanuni qüvvəsini alanadək mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişlər. Lakin məhkəmələr onun heç bir vəsatətini təmin etməmişdir. Məhkəmə sadəcə iddiaçı tərəfindən təqdim edilən dövlət və bələdiyyə torpaqlarının iddiaçıya verilməsi barədə əsassız və qanunsuz “sübutlara” istinad edərək, qanunvericiliyin bununla bağlı dəqiq müəyyən edilmiş tələblərini, beləliklə də onun mülkiyyət hüquqlarının məhkəmə müdafiəsi kimi Konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Bundan başqa İddiaçı MTK İddiaçı MMC-nə çevrilməsi tərəflər arasında yaranacaq hüquqi münasibətlərin tamamilə dəyişməsini göstərir. Əgər 16/19 saylı binanın sakinləri İddiaçı MTK ilə bağladıqları müqavilələri üzvlük əsasında bağlamışlarsa, İddiaçı MMC ilə bu münasibətlər öz hüquqi qüvvəsini itirir. Belə olan halda 16/19 saylı binanın sakinləri İddiaçı MMC ilə bu münasibətlərini Mülki Məcəllənin 6.1-ci maddəsində göstərilən prinsiplər nəzərə alınmaqla podrat müqaviləsi əsasında qurmalıdırlar. Bu münasibətlərin də tənzimlənməsi qaydası Mənzil Məcəlləsində ətraflı şəkildə göstərilmişdir. Lakin, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı çoxmənzilli binanın sakinlərinin razılığı olmadan, qanunvericiliklə onlara qoyulan müvafiq qadağalara əks olaraq, Sumqayıt İcra Hakimiyyəti 16/19 saylı çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsini üzvləri məlum olmayan İddiaçı Mənzil Tikinti Kooperativinə vermiş, o da öz növbəsində hazırda hüquqlarından sui-istifadə edərək Kooperativin təşkilati-hüquqi formasının Məhdud Məsuliyyətli Cəmiyyətə dəyişərək çoxmənzilli binanın mənzil mülkiyyətçilərinin qanunla göstərilən hüquqlarını pozmuş, pozmaqda da davam edir. Hazırda iddiaçının tələbinə görə Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı çoxmənzilli bina sökülərək yeni layihə əsasında qurulmalıdır. Lakin, bu layihənin həyata keçirilməsi qeyd olunan normaya zidd həyata keçirilməkdədir. Çünki, bu yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmamışdır. Qeyd olunan halları isə məhkəmə nə araşdırmış, nə də qətnamədə onlara müvafiq qiymət verməmişdir. Göründüyü kimi məmurlar və məhkəmə tərəfindən qanunsuz əsaslarla mülkiyyətçilərin iradəsinə zidd olaraq mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. Həmin məhdudiyyətin qanuniliyini mübahisələndirən mülkiyyətçilərin təqdim etdikləri sübutlar isə məhkəmə tərəfindən qanunsuz və əsasız olaraq rədd edilmişdir. Məhkəmə ədaləti bərpa etmək əvəzinə onu kobud şəkildə pozmuşdur. Qeyd olunan normalardan görünür ki, 16/19 saylı binanın qəzalı olması səbəbi ilə bərpası (sökülməsi) yuxarıdakı qaydalara əsasən həyata keçirilməli idi. Lakin, hər bir halda, sözü gedən binanın sökülübbərpasını nə şəhər icra hakimiyyəti, nə də tikinti şirkəti məhkəmə qərarı olmadan həyata keçirə bilməzdi. Bu normanın tələbləri Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamlarının mübahisələndirilib-mübahisələndirilməməsindən asılı olmayaraq hazırki mülki iş üzrə iddianın rədd edilməsi üçün birbaşa əsasdır. Lakin məhkəmə, dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüququna təcavüz edən bilə-bilə qanunsuz qətnamə çıxararaq tək mülkiyyət hüququnu deyil, həmçinin Konstitusiyada nəzərdə tutulan hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququ da daxil olmaqla ədalət sözü keçən bütün normaları da pozmuşdur. Qanunsuz qətnamə qəbul edən məhkəmə iş üçün əhəmiyyətli olan bu halları araşdırmamışdır (Bu anlaşılandır. Çünki məhkəmə bunu araşdırsaydı yenə də iddianı rədd etməli idi). Birinci instansiya məhkəməsinin qanunsuz qətnaməsi tərəflər arasında bərabərlik prinsipinin də pozulması ilə qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi isə qanuna zidd qərarı ilə onun mülkiyyət hüquqlarını pozmuşdur. Ümumiyyətlə məhkəmənin mövqeyi ağıla sığmır. Belə çıxır ki, bu gün Azərbaycan ərazisində müddəti bitmiş binaların söküntüsünü istənilən şirkət qanuna əsaslanmadan İcra Başçısı ilə razılaşdıqdan sonra mülkiyyətçini evindən çölə ata bilər. Şirkət binanı tikə bilməsə necə olacaq. Oxşar hallar respublikada dəfələrlə olmuşdur. Təbii ki bu məsələdə İcra Başçısı sakinlərin özlərinin razılığı ilə mənzillərini təhvil verdiyini bildirərək məsuliyyətdən boyun qaçıracaq. Birinci instansiya məhkəməsi qanunla tənzimlənməli olan münasibətləri tətbiq etməmiş, qeyri-qanuni yollarla Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binanın sökülüb yerində yenisinin tikintisinin iddiaçının öhdəliyinə verilməsini doğru hesab edərək, qanunsuz qətnamə qəbul edərək onu əmlakından məhrum etmişdir. Birinci instansiya məhkəməsi Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 saylı binanın altında yerləşən torpaq sahəsinin hazırda kimin istifadəsində olmasını, hazırda həmin torpaq sahəsinə iddiaçının istifadə hüququnun qanuni olub-olmamasını araşdırmadan, gəldiyi nəticəni əsaslandırmadan qanunsuz qətnamə qəbul etmişdir. Göründüyü kimi şikayətdə qeyd olunan halları birinci instansiya məhkəməsinin diqqətinə dəfələrlə çatdırsa da, bu hallar barədə nə araşdırma aparmış, nə də bu halların davam etməsinin qarşısını almışdır. Nəticədə qanunsuz qətnamə qəbul edərək mülkiyyət hüquqlarını qanunsuz məhdudlaşdırmışdır. Şikayətdə qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən üçüncü şəxslərin izahatlarını dinləmək üçün onları işə cəlb etməmiş, ekspertin rəyinin öyrənilməsi üçün ekspertiza təyin etməmiş, bir sözlə üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə3 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli və 05 fevral 2025-ci il tarixli qətnamələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərə yeni mənzillərin verilməsi və qarşılıqlı iddianın xüsusi qərardadın çıxarılması hissələrində ləğv edilməli, qətnamələrin qalan hissələrdə dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı mülkiyyətində olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə iddia tələbinin təmin edilməsini iddiaçı tərəfindən cavabdeh tərəfin hüququnun pozuntusu hallarına yol verilməməsi və iddiaçının belə bir niyyətinin də olmaması, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilməsi, yəni, həmin mənzillərin qanuni sahələrindən 10-20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və iddiaçının vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətində olması, qarşılıqlı iddia tələbinin isə əsassız olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdehlər apellyasiya şikayətləri verərək qətnaməni mübahisələndirmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 25 nömrəli, xx.xx.2021ci il tarixli sərəncamına əsasən, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində “Pilot” layihə çərçivəsində İddiaçı Mənzil Tikinti Kooperativinə mövcud istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərin ümumi sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilməsi, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 202 nömrəli Sərəncamı ilə “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə İddiaçı MMC-yə icarə qaydasında 5,58 ha torpaq sahəsi ayrılması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi cavabdehlərin mülkiyyətində olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması, qarşılıqlı iddia tələbi isə mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması və dəymiş maddi ziyanın ödənilməsi barədədir. İşin araşdırılmış hallarından görünür ki, İddiaçı MMC Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 25 saylı sərəncamına və yuxarıda adları çəkilən digər hüquqmüəyyənedici sənədlərə əsasən cavabdehlərin yaşadığı Sumqayıt şəhəri 4-cü məhəllə 16/19 saylı üç mərtəbəli binanın çox hissəsini sökmüş və sökülən hissədə yeni bina inşa edilməkdədir. Həmin binanın bir hissəsi sökülməmişdən əvvəl verilmiş Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azkommunlayihə” KLİ-nin xx.xx.2021-ci il tarixli texniki rəyində binanın fiziki köhnəlməyə məruz qalması, əhəngdaşından olan yük daşıyan divarlarda keçici çat və aşınmaların yaranması, binalardakı kommunikasiya xətlərinin uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşməsi, əksər pilləkən qəfəsindəki metal tirlərin korroziyaya uğrayaraq möhkəmliyini itirməsi, ümumiyyətlə yaşayış binasının istismarının yolverilməz olması qeyd edilmişdir. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2025-ci il tarixli 3-16-16/2-10/2618/2025 nömrəli ekspert və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin xx.xx.2025-ci il tarixli 3-18-2/2-4864/2025 nömrəli mütəxəssis rəylərində qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən binanın bir hissəsinin sökülməsi ilə əlaqədar həmin bina qəzalı vəziyyətdə hesab olunur və sökülməyən hissə istismara yararsızdır. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, sökülməyən hissədə olan mənzillərdə yaşayan sakinlərin həyat və sağlamlıqları üçün real təhlükə var. Göründüyü kimi cavabdehlərin yaşadıqları binanın qəzalı vəziyyətdə olmaqla, möhkəmliyini itirmiş, həmin binanın istismarı yolverilməzdir və hazırda da binanın bir hissəsinin sökülməsi nəticəsində yaşayış binası qəzalı hesab olunmaqla sökülməyən hissəsində istismara yararsızdır. Məlum olduğu kimi, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləridir (Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1., 4.2.1. maddələri). Həmin Məcəllənin 17.1. maddəsinə əsasən bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər (Mənzil Məcəlləsinin 3.1. maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2020-ci il tarixli qərarında da qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yaşayan sakinlərin çox hissəsi ilə razılaşma əldə edilmiş və həmin sakinlər öz mənzillərindən çıxmaqla, binanın həmin mənzillər olan hissəsi sökülmüş və onlar yeni binanın inşasını gözləməkdədirlər ki, lakin hazırkı iş üzrə cavabdehlərlə razılığın əldə olunmaması, əmlak hüquqlarından sui-istifadə etməklə, artıq sosial öhdəliklərə səbəb olan mülkiyyətlərinə görə qeyri-mütənasib kompensasiya tələb etmələri, bununla əlaqədar olaraq da söküntü və tikinti işlərinin uzanması çoxluqda olan və artıq ictimai marağa çevrilmiş digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olur. Nəzərə alınmalıdır ki, çoxmərtəbəli binada müəyyən intizam çərçivəsində məskunlaşma və ümumi isifadə obyektləri müəyyənləşməklə birgəyaşayış formasında ictimai maraq formalaşır ki, hazırkı mübahisə də fərdi maraqlarla ictimai maraq arasındakı ədalət tarazlıq baxımından qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əsaslara görə cavabdehlərin mülkiyyət hüququnun məhdudlaşdırılması onların bu hüquqlarının ədalətli şəkildə tam olaraq kompensasiya edilməsini zəruri etməkdədir. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür. Hazırkı iş üzrə cavabdehlər iddiaçı tərəfindən mülkiyyət hüquqlarının məhdudlaşması ilə əlaqədar təklif edilən əvəzləşdirmə və kompensasiya məbləğləri ilə razılaşmayaraq, edilən təklifin ədalətli olmamasını bildirərək iddiaya etiraz etmişlər. Qeyd olunmalıdır ki, cavabdehlərin çoxmənzilli binada yerləşən mənzillərinin sökülməsi tələbi vətəndaşların, o cümlədən onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması tədbirləri ilə əhatə olunur və cavabdehlərə məruz qaldıqları təsirin kompensasiyası olaraq sökülən mənzillərin sahəsindən artıq sahəli təmirli mənzillə təmin olunmaları, həmçinin bu mənzillərin onlara təhvil verilənədək kirayə haqqının ödənilməsi, Konstitusiya Məhkəməsinin qərarlarında bəhs olunan mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsaslardan biri kimi çıxış edir. Bu kontekstdə, mülkiyyətçilərdən hər hansı birinin əmlaka dair hüquqları digərlərinin hüquqlarından üstün sayılmamalı, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalı, yaşayış sahəsinə mülkiyyət hüququ müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməli, Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2.1, 4.2.2, 7.0.1-ci maddələrinə uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulması hallarında mülkiyyətçilər öz əmlak hüquqlarından sui-istifadə etməməli, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməməlidirlər. Belə ki, mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Həmçinin o da qeyd edilməlidir ki, cavabdehlərin istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, onların iddiaçının təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehlərin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, cavabdehlər fərdi yaşayış evlərini boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və sonuncu da bu vəzifəsini yerinə yetirməkdən imtina etmir. Bu mənada cavabdehlər Cavabdeh2 ünvan 1 ünvanında olan 3 saylı mənzildən, Cavabdeh1 ünvan 1 ünvanında olan 10 saylı mənzildən, Cavabdeh3 ünvan 2 ünvanında olan 8 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddiaçı “Mahal Skypark" MMC tərəfindən sökülməsi hissəsində iddia tələbi əsaslı olduğundan, birinci instansiya məhkəməsi bu hissədə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə kollegiyası mübahisəli ünvanda inşa ediləcək yeni binada sahəsi 65,2 kv.metr olan mənzilin əvəzinə sahəsi 78,5 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin Cavabdeh2, sahəsi 46,7 kv.metr olan 10 saylı mənzilin əvəzinə sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin Cavabdeh1, sahəsi 48,05 kv.metr olan 8 saylı mənzilin əvəzinə 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin Cavabdeh3 verilməsi və onların mənzildən çıxarıldıqları gündən yeni təmirli mənzillə təmin olunanadək onlara iddiaçı tərəfindən hər ay 400 manat məbləğində kirayə haqqının ödənilməsi də mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından ədalətli hesab edir. İddia tələbinin mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 203.1. maddəsində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun itirilməsi anı müəyyən edilmişdir. Mülki Məcəllənin 139 və 139-1-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhz bu baxımdan Mülki Məcəllənin 203.1-ci maddəsi müəyyən etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi ilə mülkiyyət hüququna xitam verilir. Lakin daşınmaz əmlakın məhv olması onun üzərində mülkiyyət hüququnun birmənalı xitam olunmasına səbəb olmur. Belə ki, Mülki Məcəllənin 150-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi məhkəmə qaydasında həyata keçirilir. Bu mənada Mülki Məcəllənin 203.1. maddəsi bu halda da daşınmaz əmlak üzərində mülkiyyət hüququnun xitamını daşınmaz əmlak üzərində qeydiyyat yazısı ilə əlaqələndirmişdir. Mövcud tələb cavabdehlərin yaşadıqları binanın sökülməsi nəticəsində yerində çoxmənzilli binanın inşa edilməsi ilə bağlı yeni binada onları artırılmış sahəsi olan təmirli yeni mənzillərlə təmin edilmələri təşkil edir. Belə olan halda iddianı bu hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanında olan cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məxsus mənzillərin texniki cəhətdən yolverilməz vəziyyətdə (yükdaşıma qabiliyyətinin azalması) olmasını, yaşayış evinin istismarının təhlükəli olmasını, həmçinin digər mülkiyyətçilərin (şəxslərin) iddiaçı ilə razılığa gələrək öz yaşayış yerlərini tərk etməsini, yeni mənzillə təmin edilmələrini gözləmələrini, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsinin ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etməsini nəzərə alaraq Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus ünvan 1 ünvanında olan 3 saylı mənzilin yenisi ilə əvəz edilməklə, həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 78,5 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı “Mahal Skypark" MMC tərəfindən Cavabdeh2, Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus ünvan 1 ünvanında olan 10 saylı mənzilin yenisi ilə əvəz edilməklə həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı “Mahal Skypark" MMC tərəfindən Cavabdeh1, Cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus ünvan 2 ünvanında olan 8 saylı mənzilin yenisi ilə əvəz edilməklə həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı “Mahal Skypark" MMC tərəfindən Cavabdeh3 verilməlidir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə gəldikdə isə qeyd edir ki, bu hissədə də iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş olsa da, lakin xüsusi qərardadın çıxarılmasına barədə vəsatətə iddia kimi baxaraq qətnamənin nəticə hissəsində bunu göstərməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə iddiaçının bu xahişinə iddia tələbi kimi yanaşaraq həmin hissədə də iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Halbuki məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisənin dairəsi kifayət qədər geniş olsa da, iddiaçılar bir-birindən maraqlı şəxslərin – proses tərəflərinin adları, iddiaçının müdafiəsi üçün xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyinə əsas olmuş hallarla fərqlənirlər. İddiaçının ərizəsində deyil, ayrıca etdiyi bu xahiş tələb hüququ olmamaqla mahiyyət etibarı ilə prosessual vəsatətdir. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmənin xüsusi qərardadı isə məhkəmə aktının elə bir növüdür ki, o işə (iddia və ya digər növ ərizələrə) baxılması zamanı müəyyən olunmuş hər hansı şəxs tərəfindən qanunçuluğun pozulmasına məhkəmənin reaksiya verməsinin prosessual vasitəsi kimi çıxış edir. Odur ki, qarşılıqlı iddiaçının belə bir xahişi (vəsatəti) müstəqil iddia predmeti ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli və 05 fevral 2025-ci il tarixli qətnamələri mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni mənzillərin verilməsi və qarşılıqlı iddianın xüsusi qərardadın çıxarılması hissələrində ləğv edilməsi və Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus ünvan 1 ünvanında olan 3 saylı mənzilin yenisi ilə əvəz edilməklə, həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 78,5 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı “Mahal Skypark" MMC tərəfindən Cavabdeh2, Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus ünvan 1 ünvanında olan 10 saylı mənzilin yenisi ilə əvəz edilməklə həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı “Mahal Skypark" MMC tərəfindən Cavabdeh1, Cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus ünvan 2 ünvanında olan 8 saylı mənzilin yenisi ilə əvəz edilməklə həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı “Mahal Skypark" MMC tərəfindən Cavabdeh3 verilməli, qətnamələrin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada keçirilmiş ekspertiza xərci 50 (əlli) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli və 05 fevral 2025-ci il tarixli qətnamələri mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni mənzillərin verilməsi və qarşılıqlı iddianın xüsusi qərardadın çıxarılması hissələrində ləğv edilsin və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus ünvan 1 ünvanında olan 3 saylı mənzilin yenisi ilə əvəz edilməklə, həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 78,5 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı “Mahal Skypark" MMC tərəfindən Cavabdeh2, Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus ünvan 1 ünvanında olan 10 saylı mənzilin yenisi ilə əvəz edilməklə həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı “Mahal Skypark" MMC tərəfindən Cavabdeh1, Cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus ünvan 2 ünvanında olan 8 saylı mənzilin yenisi ilə əvəz edilməklə həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı “Mahal Skypark" MMC tərəfindən Cavabdeh3 verilsin. Qətnamələr mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada keçirilmiş məhkəmə ekspertizası xərci 50 (əlli) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar