Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-543/2026 12.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər cavabdeh3 və cavabdeh1 qarşı birinci iddiası, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Quliyev İlham Qurban oğluna qarşı ikinci iddiası, Quliyev İlham Qurban oğlunun İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi, qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsi, mənzilin boşaldılması, mülkiyyətdə və qanuni istifadədə olan sahənin sökülməsinə görə kompensasiya) Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), X21 və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili nümayəndə3, cavabdeh cavabdeh3 nümayəndəsi nümayəndə2 iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh cavabdeh3 qarşı mülkiyyətində olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə İşin halları 1.Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanda yerləşən, ümumi sahəsi 65,2 kv.m. olan * saylı mənzil ##.##.2018-ci il tarixdə cavabdeh3 adına qeydiyyata alınmışdır. 2.Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli ** saylı, İddiaçı Mənzil Tikinti Kooperativinə Pilot layihə çərçivəsində Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binası tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında Sərəncamına əsasən,
1. Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində 10 ha sahədə Pilot layihə çərçivəsində İddiaçı MTK-ya mövcud, istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərinin ümumi yaşayış sahəsindən 10- 20 % artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. 3.Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısının ##.##.2023-ci il tarixli *** saylı Sumqayıt şəhəri ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə qaydasında ayrılması haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə İddiaçı MTK-ya icarə qaydasında 5,58 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. 4.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubov ilə İddiaçı MTK-nın qanuni təmsilçisi X7 arasında imzalanmış ##.##.2023-cü il tarixli, **** nömrəli hüquqi şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən, icarəyəverən icarə əsasında Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən 55.800 kv.m. torpaq sahəsini icarəçiyə Yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədi ilə verilmiş, icarəçi isə onu qəbul edir. 5.Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X33 Agentliyinin ##.##.2021-ci il tarixli Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətini Başçısının Aparatının məktubuna əsasən, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında texniki rəydən görünürki, Sumqayıtşəhəri,4-cüməhəllədə yеrləşən Bina100/104,Bina-112/116, Bina-106/110, Bina- 96/98, Bina-87/97, Bina-84/94, Bina-124/128, Bina-118/122, Bina-132/136, Bina-90/94 (köhnə nömrəsi 16/19), Bina-102/106, Bina-96/98, Bina-110/114, Bina-134/138, Bina- 140/144 Bina-126/128, Bina-120/124, Bina-118/118, Bina-137/141, Bina-131/135, Bina127/129, Bina-121/125, Bina-117/119, Bina-105/115, Bina-161/165, Bina-155/159, Bina171/175, Bina-158/162, Bina-150/154 və Bina***/*** nömrəli yaşayış binalarının mühəndisimüayinəsi nəticəsində yaşayış binaları keçən əsrin 50-ci illərində inşa edildiyindən tikintidə istifadə olunmuş materialların fiziki köhnəlməyə məruz qaldığı, elektrik naqilləri uzun müddət baxımsızlıqdan yararsız vəziyyətdə olduğundan hər an yanğın təhlükəsi yarada biləcəyi, müəyyən olunmuşdur. Yığma dəmir beton tirlərin mühafizə qatı dağılmış, armaturları korroziyaya uğramış, yaşayış binalarına sonradan xaotik şəkildə Tikinti Norma və Qaydalarına zidd olaraq əlavə tikililər inşa olunmuş, əhəng daşından olan yükdaşıyan divarlarda keçici çat və aşınmalar yaranmışdır. Bəzi tikililərin dam örtükləri zədələndiyindən atmosfer yağıntıları otaqların daxilinə sızmışdır. Divarlarda rütubət izləri müşahidə olunur. Tikililərin əksəriyyətində ağac konstruksiyalardan olan döşəmə, dam örtüyü, qapı və pəncərələr çürüyərək yararsız hala düşmüşdür. Binalardakı kommunikasiya xətləri uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşmüşdür. Əksər pilləkən qəfəsəsindəki metal tirlər korroziyaya uğrayaraq möhkəmliyini itirmişdir. Yaşayış binalarının istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud Tikinti Norma və Qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. 6.Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin İddiaçı MTK-ya ünvanladığı ##.##.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən, bələdiyyə mülkiyyətinə aid 2,99 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə ayrılmasına dair rəy verilməsi barədə ##.##.2022-ci il tarixli **** nömrəli məktuba Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi TikintiPlanlaşdırma Mərkəzində baxılmış, məktuba əlavə edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 2,99 hektar torpaq sahəsinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılmasına etiraz edilməmişdir. 7.##.##.2023-cü il tarixli ** saylı Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Sumqayıt Bələdiyyəsinin *** saylı, # ###### 2023-cü il tarixli müraciətinə əsasən, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan torpaq sahəsinin ayrılmasına dair rəydən görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin MİHO/2.**-*****- **** nömrəli, ## ### 2022-ci il tarixli rəyinə, Sumqayıt Bələdiyyəsi tərəfindən təqdim olunmuş mövqe planına və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan yerquruluşu, təsərrüfat planına və baş plana uyğun olan 2,1542 hektar torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. 8.##.##.2023-cü il tarixli ** saylı “X1” MTK-nın sədri X7 ilə X11 arasında bağlanmış əvəzləşdirmə müqaviləsindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus ünvan 2 ünvanında yerləşən, girov və ipoteka yüklülüyü olmayan faktiki ümumi sahəsi 53,5 kv.m. olan 2 otaqdan ibarət mənzilini Sumqayıt şəhər icra Hakimiyyəti Başçısının ** saylı # ###### 2021-ci il tarixli Sərəncamı əsasında “Pilot” layihə çərçivəsində Sumqayıt şəhəri. 4-cü məhəllə ünvanında nəzərdə tutulmuş yaşayış binalarının tikintisi üçün “Kooperativ”in sərəncamına verir, həmçinin ona verilməsi nəzərdə tutulan aylıq kirayə haqqından imtina edir. “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yaşayış binaları tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının “D” blokunda, 7-ci mərtəbədə ümumi sahəsi 90 kv.metr təşkil edən 2 otaqdan ibarət mənzili təmirli qaydada payçının sərəncamına verməyi öhdəsinə götürür. 9.##.##.2023-cü il tarixli ** saylı İddiaçı MTK-nın sədri X7 ilə İbadova Məleykə Mustafa qızı arasında bağlanmış əvəzləşdirmə müqaviləsindən görünür ki, İbadova Məleykə Mustafa qızı Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən verilmiş ##.##.2006-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Əlişova Nuriyə İosifovnaya məxsus ünvan 16 ünvanında yerləşən, girov və ipoteka yüklülüyü olmayan faktiki ümumi sahəsi 64,51 kv.m. olan 2 otaqdan ibarət mənzili Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ** saylı, # ###### 2021-ci il tarixli sərəncamı əsasında “Pilot” layihə çərçivəsində Sumqayıt şəhəri. 4-cü məhəllə ünvanında nəzərdə tutulmuş yaşayış binalarının tikintisi üçün “Kooperativ”in sərəncamına verir. “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yaşayış binaları tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının “A” blokunda, 6-cı mərtəbədə ümumi sahəsi 75 kv.metr təşkil edən 2 otaqdan ibarət mənzili Əlişova Nuriyə İosifovnanın ərizəsi nəzərə alınmaqla təmirli qaydada sərəncamına verməyi öhdəsinə götürür və payçıya tikinti müddətində müvəqqəti yaşayacağı yer üçün aylıq 300 manat kirayə haqqının ödənilməsini təmin edir. 10.##.##.2023-cü il tarixli ** saylı İddiaçı MTK-nın sədri X7 ilə X10 arasında bağlanmış əvəzləşdirmə müqaviləsindən görünür ki, Cavadova Əsli Məhəmmədiyə qızı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı. ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus ünvan 15 ünvanında yerləşən, girov və ipoteka yüklülüyü olmayan faktiki ümumi sahəsi 72 kv.m olan 2 otaqdan ibarət mənzilini Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısını ** saylı, # ###### 2021-ci il tarixli sərəncamı əsasında “Pilot” layihə çərçivəsində Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında nəzərdə tutulmuş yaşayış binalarının tikintisi üçün “Kooperativ”in sərəncamına verir. “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yaşayış binaları tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının “D” blokunda. 4-cü mərtəbədə ümumi sahəsi 90 kv.metr təşkil edən 2 otaqdan ibarət mənzili təmirli qaydada payçının sərəncamına verməyi öhdəsinə götürür və payçıya tikinti müddətində müvəqqəti yaşayacağı yer üçün aylıq 400 manat kirayə haqqının ödənilməsini təmin edir. 11.##.##.2023-cü il tarixli ** saylı İddiaçı MTK-nın sədri X7 ilə Cavadova Əsli Məhəmmədiyə qızı arasında bağlanmış əvəzləşdirmə müqaviləsindən görünür ki, Cavadova Əsli Məhəmmədiyə qızı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus ünvan 13 ünvanında yerləşən, girov və ipoteka yüklülüyü olmayan faktiki ümumi sahəsi 60 kv.m. olan 3 otaqdan ibarət * nömrəli mənzilini Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ** saylı, # ###### 2021ci il tarixli Sərəncamı əsasında “Pilot” layihə çərçivəsində Sumqayıt şəhəri. 4-cü məhəllə ünvanında nəzərdə tutulmuş yaşayış binalarının tikintisi üçün “Kooperativ”in Sərəncamına verir, “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yaşayış binaları tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının “D” blokunda, 2-ci mərtəbədə ümumi sahəsi 72 kv.metr təşkil edən 2 otaqdan ibarət mənzili təmirli qaydada payçının sərəncamına verməyi öhdəsinə götürür və payçıya tikinti müddətində müvəqqəti yaşayacağı yer üçün aylıq 300 manat kirayə haqqının ödənilməsini təmin edir. 12.##.##.2024-cü il tarixli ** saylı İddiaçı MTK-nın sədri X15 ilə Salamzadə Şahin Zahid oğlu arasında bağlanmış əvəzləşdirmə müqaviləsindən görünür ki, Salamzadə Şahin Zahid oğlu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yerləşən, girov və ipoteka yüklülüyü olmayan faktiki ümumi sahəsi 46,50 kv.m. olan 2 otaqdan ibarət ** nömrəli mənzilini Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ** saylı, # ###### 2021-ci il tarixli sərəncamı əsasında “Pilot” layihə çərçivəsində Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında nəzərdə tutulmuş yaşayış binalarının tikintisi üçün “Kooperativi”n sərəncamına verir, eyni zamanda müvəqqəti yaşayacağı yer üzrə ona verilməsi nəzərdə tutulan kirayə haqqından imtina edir. “Kooperativ“ isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yaşayış binaları tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının “D-1” blokunda, 7-ci mərtəbədə ümumi sahəsi 102 kv.metr (binanın yola baxan hissəsi) təşkil edən 3 otaqdan ibarət mənzili təmirli qaydada payçının sərəncamına verməyi öhdəsinə götürür. 13.##.##.2024-cü il tarixli ** saylı İddiaçı MTK-nın sədri X15 ilə X13 arasında bağlanmış əvəzləşdirmə müqaviləsindən görünür ki, X13 ona məxsus ünvan 1 ünvanında yerləşən, girov və ipoteka yüklülüyü olmayan faktiki ümumi sahəsi 100 kv.m. olan 3 otaqdan ibarət ** nömrəli mənzilini Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ** saylı, # ###### 2021-ci il tarixli Sərəncamı əsasında “Pilot” layihə çərçivəsində Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında nəzərdə tutulmuş yaşayış binalarının tikintisi üçün “Kooperativ”in sərəncamına verir. “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yaşayış binaları tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının “D-1” blokunda, 6-cı mərtəbədə ümumi sahəsi 71 kv.metr (həyətə baxan hissəsi) təşkil edən 2 otaqdan ibarət mənzili təmirsiz qaydada payçının sərəncamına verməyi öhdəsinə götürür. 14.##.##.2024-cü il tarixli ** saylı İddiaçı MTK-nın sədri X15 ilə X13 arasında bağlanmış əvəzləşdirmə müqaviləsindən görünür ki, X13 ona məxsus ünvan 1 ünvanında yerləşən, girov və ipoteka yüklülüyü olmayan faktiki ümumi sahəsi 100 kv.m. olan 3 otaqdan ibarət ** nömrəli mənzilini Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ** saylı, # ###### 2021-ci il tarixli sərəncamı əsasında “Pilot” layihə çərçivəsində Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında nəzərdə tutulmuş yaşayış binalarının tikintisi üçün “Kooperativ”in Sərəncamına verir. “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yaşayış binaları tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının “D-1” blokunda. 6-cı mərtəbədə ümumi sahəsi 102 kv.metr (binanın yola baxan hissəsi) təşkil edən 3 otaqdan ibarət mənzili təmirli qaydada payçının sərəncamına verməyi öhdəsinə götürür və payçıya tikinti müddətində müvəqqəti yaşayacağı уer üçün aylıq 1.000 manat kirayə haqqının ödənilməsini təmin edir. 15.##.##.2024-cü il tarixli ** saylı İddiaçı MTK-nın sədri X15 ilə Salmanov Rahim Zahid oğlu arasında bağlanmış əvəzləşdirmə müqaviləsindən görünür ki, Salamov Rahim Zahid oğlu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən, girov və ipoteka yüklülüyü olmayan faktiki ümumi sahəsi 101 kv.m. olan 3 otaqdan ibarət ** nömrəli mənzilini Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ** saylı, # ###### 2021-ci il tarixli Sərəncamı əsasında “Pilot” layihə çərçivəsində Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında nəzərdə tutulmuş yaşayış binalarının tikintisi üçün “Kooperativ”in sərəncamına verir. “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yaşayış binaları tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının “D-1” blokunda, 4-cü mərtəbədə ümumi sahəsi 102 kv.metr (binanın yola baxan hissəsi) təşkil edən 3 otaqdan ibarət mənzili təmirli qaydada payçının sərəncamına verməyi öhdəsinə götürür və payçıya tikinti müddətində müvəqqəti yaşayacağı yer üçün aylıq 550 manat kirayə haqqının ödənilməsini təmin edir. 16.##.##.2024-cü il tarixli ** saylı İddiaçı MTK-nın sədri X15 ilə Salmanov Rahim Zahid oğlu arasında bağlanmış əvəzləşdirmə müqaviləsindən görünür ki, Salamov Rahim Zahid oğlu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən, girov və ipoteka yüklülüyü olmayan faktiki ümumi sahəsi 101 kv.m. olan 3 otaqdan ibarət ** nömrəli mənzilini Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ** saylı, # ###### 2021-ci il tarixli Sərəncamı əsasında “Pilot” layihə çərçivəsində Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında nəzərdə tutulmuş yaşayış binalarının tikintisi üçün “Kooperativ”in sərəncamına verir. “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yaşayış binaları tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının “D-1” blokunda, 5-ci mərtəbədə ümumi sahəsi 71 kv.metr (binanın yola baxan hissəsi) təşkil edən 3 otaqdan ibarət mənzili təmirli qaydada payçının sərəncamına verməyi öhdəsinə götürür. 17.##.##.2024-cü il tarixli ** saylı İddiaçı MTK-nın sədri X15 ilə Pavlenkova Lyudmila İvanovna arasında bağlanmış əvəzləşdirmə müqaviləsindən görünür ki, Pavlenkova Lyudmila İvanovna Sumqayıt şəhər Texniki İnventarlaşdırma börosu tərəfindən verilmiş ***** nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yerləşən, girov və ipoteka yüklülüyü olmayan faktiki ümumi sahəsi 52 kv.m. olan 2 otaqdan ibarət ** nömrəli mənzilini Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ** saylı, # ###### 2021-ci il tarixli sərəncamı əsasında “Pilot” layihə çərçivəsində Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında nəzərdə tutulmuş yaşayış binalarının tikintisi üçün “Kooperativi”n sərəncamına verir, eyni zamanda müvəqqəti yaşayacağı yer üzrə ona verilməsi nəzərdə tutulan kirayə haqqından imtina edir. “Kooperativ“ isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yaşayış binaları tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının “D-1” blokunda, 7-ci mərtəbədə ümumi sahəsi 71 kv.metr (binanın yola baxan hissəsi) təşkil edən 2 otaqdan ibarət mənzili təmirli qaydada payçının sərəncamına verməyi öhdəsinə götürür və payçıya tikinti müddətində müvəqqəti yaşayacağı yer üçün aylıq 400 manat kirayə haqqının ödənilməsini təmin edir. 18.##.##.2024-cü il tarixli ** saylı İddiaçı MTK-nın sədri X15 ilə İsgəndərova Mirvari Salar qızı arasında bağlanmış əvəzləşdirmə müqaviləsindən görünür ki, İsgəndərova Mirvari Salar qızı Sumqayıt şəhər Texniki İnventarlaşdırma börosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən ona məxsus Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 17/18 ünvanında yerləşən, girov və ipoteka yüklülüyü olmayan faktiki ümumi sahəsi 90 kv.m. olan 3 otaqdan ibarət mənzilini Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ** saylı, # ###### 2021-ci il tarixli sərəncamı əsasında “Pilot” layihə çərçivəsində Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında nəzərdə tutulmuş yaşayış binalarının tikintisi üçün “Kooperativi”n sərəncamına verir, eyni zamanda müvəqqəti yaşayacağı yer üzrə ona verilməsi nəzərdə tutulan kirayə haqqından imtina edir. “Kooperativ“ isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yaşayış binaları tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının “D-1” blokunda, 4-cü mərtəbədə ümumi sahəsi 71 kv.metr (binanın yola baxan hissəsi) təşkil edən 2 otaqdan ibarət mənzili təmirli qaydada payçının sərəncamına verməyi, payçıya tikinti müddətində müvəqqəti yaşayacağı yer üçün aylıq 400 manat kirayə haqqının ödənilməsini və əlavə olaraq 70.000 manat məbləğində kompensasiyanın müqavilənin imzalandığı vaxtdan bir aydan gec olmayaraq ödəməyi öhdəsinə götürür. 19.##.##.2024-cü il tarixli ** saylı İddiaçı MTK-nın sədri X15 ilə Allahverdiyeva Qətibə Malik qızı arasında bağlanmış əvəzləşdirmə müqaviləsindən görünür ki, Allahverdiyeva Qətibə Malik qızı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yerləşən, girov və ipoteka yüklülüyü olmayan faktiki ümumi sahəsi 112 kv.m. olan 3 otaqdan ibarət * nömrəli mənzilini Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ** saylı, # ###### 2021-ci il tarixli sərəncamı əsasında “Pilot” layihə çərçivəsində Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında nəzərdə tutulmuş yaşayış binalarının tikintisi üçün “Kooperativi”n sərəncamına verir, eyni zamanda müvəqqəti yaşayacağı yer üzrə ona verilməsi nəzərdə tutulan kirayə haqqından imtina edir. “Kooperativ“ isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yaşayış binaları tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının “D-1” blokunda, 6-cı mərtəbədə ümumi sahəsi 149 kv.metr (binanın yola baxan hissəsi) təşkil edən 3 otaqdan ibarət mənzili təmirli qaydada payçının sərəncamına verməyi, payçıya tikinti müddətində müvəqqəti yaşayacağı уer üçün aylıq 1.000 manat kirayə haqqının ödənilməsini və əlavə olaraq 50.000 manat məbləğində kompensasiyanın müqavilənin imzalandığı vaxtdan bir aydan gec olmayaraq ödəməyi öhdəsinə götürür 20.##.##.2024-cü il tarixli AN-1 № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Kalayev Etibar Vahid oğlu ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 41,24 kv.m. olan 2 otaqlı mənzili X3 102.500 manata satmışdır. 21.##.##.2024-cü il tarixli AN-1 № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Babayeva İlahə Sədyar qızı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 48,1 kv.m. olan 2 otaqlı mənzili X8 100.000 manata satmışdır. 22.##.##.2024-cü il tarixli AN-1 № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Məmmədov Elçin Nurəddin oğlu ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 55 kv.m. olan 3 otaqlı mənzili X12 160.000 manata satmışdır. 23.##.##.2024-cü il tarixli AN-1 № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Zeynalova Zəminə Səməd qızı ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 55,78 kv.m. olan 3 otaqlı mənzili X4 140.000 manata satmışdır. 24.##.##.2024-cü il tarixli AN-1 № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, X5 və Əliyev Araz Əbülfəz oğlu ünvan 14 ünvanında yerləşən, ümumi sahəsi 60,5 kv.m olan mənzili X6 150.000 manata satmışdır. 25.##.##.2024-cü il tarixli AN-1 № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Orucova Əfsanə Sabir qızı ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 42,4 kv.m. olan mənzili nümayəndə3 130.000 manata satmışdır. 26.##.##.2024-cü il tarixli AN-1 № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Babayeva Cəmilə Hüseynəli qızı ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 66,26 kv.m. olan mənzili X9 180.000 manata satmışdır. 27.##.##.2024-cü il tarixli AN-1 № ****** saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Əlizadə Elxan Səlim oğlu ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 37,9,26 kv.m. olan mənzili nümayəndə3 130.000 manata satmışdır. 28.##.##.2024-cü il tarixli AN-1 № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, X23 ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 38,2 kv.m. olan mənzili X16 180.000 manata satmışdır. 29.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Çıxarışından görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativi ##.##.2019-cu il tarixdə qeydə alınmış, 06.11.2024cü il tarixdə təşkilati-hüquqi forması dəyişdirilərək İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyət olmuş və bu barədə çıxarış verilmişdir. 30.Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, İddiaçı MTK-nın Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında apardığı işlər zamanı hərəkətlərində cinayət tərkibinin olması müəyyən edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat Birinci iş: 31.İddiaçı İddiaçı Mənzil Tikinti Kooperativi cavabdehlər cavabdeh3 və cavabdeh1 (bundan sonra birinci iş üzrə cavabdehlər, yaxud ad, soyadı) qarşı ##.##.2024-cü il tarixdə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında mövcud söküləcək **/** nömrəli yaşayış binasında cavabdeh cavabdeh3 məxsus * nömrəli mənzilin əvəzinə RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilmiş 65,2 kv.metr sahəsinə 12,8 kv.metr sahə əlavə edilib yeni tikilən binada sahəsi 78,5 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməklə, digər cavabdeh cavabdeh1 isə ona məxsus ** nömrəli mənzilin əvəzinə ********** qeydiyyat nömrəli, ##.##.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilmiş 46,7 kv.metr sahəsinə 24,3 kv.metr əlavə edilib yeni tikilən binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 350 manat kirayə haqqı ödənilməklə köhnə binanın sökülüb, ərazinin təmizlənməsinin iddiaçı İddiaçı MTK-ya həvalə edilməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən **/** nömrəli binadan cavabdehlərin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 32.Daha sonra İddiaçı MTK ##.##.2024-cü il tarixində dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh3 RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan * saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdeh cavabdeh3 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan * saylı mənzildən çıxarılması, həmin mənzil boşaldılması və iddiaçı İddiaçı MTK tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan * saylı mənzilin əvəzinə 33.İddiaçı MTK tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 78,5 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən cavabdeh cavabdeh3 verilməsi, cavabdeh cavabdeh3 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan * saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı İddiaçı MTK tərəfindən cavabdeh cavabdeh3 hər ay cəmi 450 manat məbləğində kirayə haqqı ödənilməsi, cavabdeh cavabdeh1 ********** qeydiyyat nömrəli, ##.##.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan ** saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdeh cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan ** saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçı İddiaçı MTK tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan ** saylı mənzilin əvəzinə İddiaçı MTK tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən cavabdeh cavabdeh1 verilməsi, cavabdeh cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan ** saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı İddiaçı MTK tərəfindən cavabdeh cavabdeh1 hər ay cəmi 350 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 34.İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ** nömrəli, ##.##.2021-ci il tarixli sərəncamına əsasən, Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində “Pilot” layihə çərçivəsində İddiaçı MTK-ya mövcud istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastrukturu nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərin ümumi sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2023cü il tarixli, *** nömrəli Sərəncamı ilə “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə İddiaçı MTK-ya icarə qaydasında 5,58 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına uyğun olaraq dövlət mülkiyyətində olan 5,58 ha torpaq sahəsinə və Bələdiyyə Mülkiyyətində olan 2,99 ha torpaq sahəsinə dair icarə müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası FHN Tikintidə X33 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən verilmiş Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında ##.##.2021-ci il tarixli texniki rəydə qeyd olunmuşdur ki, yaşayış binalarının istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud tikinti norma və qaydalarına, şəhəri ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının ** nömrəli, ##.##.2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən yaşayış binalarının sakinləri ilə fərdi qaydada söhbətlər aparılmış, xeyli sayda bina sakini ilə kompensasiya ödənilməsi və ya əvəzləşdirmə qaydasında mənzil verilməsi yolu ilə razılıqlar əldə olunmuşdur. Razılıq əldə olunan sakinlər qısa vaxt ərzində mənzillərini MTK-nın sərəncamına vermiş və mənzillər artıq sökülmüşdür. Lakin qeyd olunan ünvanda yerləşən **/** nömrəli binanın * nömrəli mənzilinin sahibi cavabdeh3 və həmin binanın ** nömrəli mənzilinin sahibi cavabdeh1 adlı şəxslər İddiaçı MTK-nın bütün təkliflərindən imtina edərək mənzillərinin MTKnın sərəncamına verilməsi müqabilində qat-qat yüksək məbləğlərdə pul vəsaitlərinin onlara ödənilməsini tələb edirlər. Həmin şəxslərə tələb etdikləri vəsaitlərin real bazar qiymətlərinə uyğun olmaması və tələb olunan məbləğlərin ödənilməsinin mümkünsüzlüyü onlara izah olunsa da onlar təkidlə tələb olunan məbləğlər onlara ödənilmədiyi təqdirdə mənzillərini təhvil verməyəcəklərini bildirmişlər. Bir sözlə həmin şəxslərlə hər hansı razılığa gəlinməsi mümkün olmamışdır. Nəzərə alsaq ki, ilkin mərhələdə 2 binanın tikintisi üçün nəzərdə tutulmuş müddət binanın özül işlərinə başlanmasından etibarən 24 ay nəzərdə tutulmuşdur və artıq söküləcək binalarda kifayət qədər mülkiyyətçi ilə razılıqlar əldə olunmuşdur, qeyd olunan şəxslərin MTK ilə razılığa gəlməkdən imtina etməsi mənzillərini MTKya təhvil verən mülkiyyətçilərin hüquqlarını kobud şəkildə pozur. Bu isə yolverilməzdir. Belə ki, yuxarıda qeyd edilən sənədlərin qəbul edilməsində məqsəd sözügedən ərazidə yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılmasına xidmət edir ki, bu da ilk növbədə onlar üçün həyati vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyri qənaət bəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. 35.Məhkəmə iclasında iştirak edən cavabdehlər cavabdeh3 və cavabdeh1 nümayəndələri ayrı-ayrılıqda iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. 36.Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiyası məhkəməsi) *(***)- ****/**** nömrəli, # ###### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbinin təmin edilməsi, cavabdeh cavabdeh3 RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan * saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdeh cavabdeh3 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan * saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddiaçı İddiaçı MTK tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan * saylı mənzilin əvəzinə İddiaçı MTK tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 78,5 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən cavabdeh cavabdeh3 verilməsi, cavabdeh cavabdeh3 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan * saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı İddiaçı MTK tərəfindən cavabdeh cavabdeh3 hər ay cəmi 450 manat məbləğində kirayə haqqı ödənilməsi, cavabdeh cavabdeh1 ********** qeydiyyat nömrəli, ##.##.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan ** saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdeh cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan ** saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddiaçı İddiaçı MTK tərəfindən sökülməsi, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan ** saylı mənzilin əvəzinə İddiaçı MTK tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən cavabdeh cavabdeh1 verilməsi, cavabdeh cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan ** saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı İddiaçı MTK tərəfindən cavabdeh cavabdeh1 hər ay cəmi 350 manat məbləğində kirayə haqqının ödənilməsi qət edilmişdir. 37.Birinci instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan cavabdehlər cavabdeh1 və cavabdeh3 məxsus mənzillərin texniki cəhətdən yolverilməz vəziyyətdə (yükdaşıma qabiliyyətinin azalması) olmasını, yaşayış evinin istismarının təhlükəli olmasını, həmçinin digər şəxslərin iddiaçı ilə razılığa gələrək öz yaşayış yerlərini tərk etməsini, yeni mənzillə təmin edilmələrini gözləmələrini, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsinin ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət edir. 38.Həmçinin cavabdehlərin istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MTK-nın təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf fərdi yaşayış evlərini boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun təmirli mənzillərin verilməsi sərəncamla MTK-nın üzərinə qoyulmuş vəzifədir və MTK də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, hazırkı iş üzrə iddia tələbinin bir hissəsini də məhz qeyd edilən hal təşkil edir. 39.İddiaçı tərəfindən cavabdehlərin hüquqlarının pozuntusu hallarına yol verilməmişdir və MTK-nın belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 1020% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MTK-nın vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. İddiaçı ilə sözügedən ərazidə yaşayan sakinlər arasında bağlanmış müqavilədən göründüyü kimi iddiaçı mülkiyyətçilərin mənzillərinin qanuni sahələrində 10-20% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MTK-nın vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında mənzil hazır olanadək kirayə haqqının ödənilməsi öhdəliyini götürmüş və buna müvafiq olaraq öhdəliklərini digər sakinlərə münasibətdə yerinə yetirməsi müəyyən edilmişdir. 40.Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12 (İ), 13 (İ, III), 29 (IV), 43 (II), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 560.1, 560.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1, 28.4-cü, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2, 17-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına * saylı Əlavə protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2020-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
İkinci iş: 41.İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cabbarov Eldar Salman oğluna qarşı ##.##.2024-cü il tarixdə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Eldar Cabbarovun RX seriyalı, ******* nömrəli, ##.##.2016-cı il tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 11 ünvanında olan * saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdeh Eldar Cabbarovun ünvan 11 ünvanında olan (48,5 kv.m.) * saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçı İddiaçı MMC tərəfindən sökülməsi, ünvan 11 ünvanında olan * saylı mənzilin əvəzinə İddiaçı MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin iddiaçı tərəfindən cavabdeh Eldar Cabbarova verilməsi, cavabdeh Eldar Cabbarov Sumqayıt şəhəri, 4-cü məhəllə, ev19/16 ünvanında olan * saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh Eldar Cabbarova hər ay cəmi 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 42.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ** nömrəli, ##.##.2021-ci il tarixli Sərəncamına əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində “Pilot” layihə çərçivəsində İddiaçı MTK-ya mövcud istismar müddəti başa çatan və yaşayış üçün təhlükəli olan binaların, sosial infrastruktur nəzərə alınmaqla sökülüb sakinlərə mənzillərin ümumi sahəsindən 10-20% artıq sahə verilərək tam təmirli yeni binalara köçürülməklə çoxmənzilli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2023- cü il tarixli, *** nömrəli Sərəncamı ilə AR “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə İddiaçı MTK-ya icarə qaydasında 5,58 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına uyğun olaraq dövlət mülkiyyətində olan 5,58 ha torpaq sahəsinə və Bələdiyyə Mülkiyyətində olan 2,99 ha torpaq sahəsinə dair icarə müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası FHN Tikintidə X33 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən verilmiş Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 2 və 3 mərtəbəli yaşayış binalarının mövcud vəziyyəti haqqında ##.##.2021-ci il tarixli texniki rəydə qeyd olunmuşdur ki, yaşayış binalarının istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının ** nömrəli, ##.##.2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında yerləşən yaşayış binalarının sakinləri ilə fərdi qaydada söhbətlər aparılmış, xeyli sayda bina sakini ilə kompensasiya ödənilməsi və ya əvəzləşdirmə qaydasında mənzil verilməsi yolu ilə razılıqlar əldə olunmuşdur. Razılıq əldə olunan sakinlər qısa vaxt ərzində mənzillərini MTK-nın sərəncamına vermiş və mənzillər artıq sökülmüşdür. Lakin qeyd olunan ünvanda yerləşən **/** nömrəli binanın * nömrəli mənzilinin sahibi Eldar Cabbarov adlı şəxs İddiaçı MMC-nin bütün təkliflərindən imtina edərək mənzilinin MMC-nin sərəncamına verilməsi müqabilində qat-qat yüksək məbləğlərdə pul vəsaitinin onlara ödənilməsini tələb edir. Həmin şəxsə tələb etdiyi vəsaitin real bazar qiymətlərinə uyğun olmaması və tələb olunan məbləğlərin ödənilməsinin mümkünsüzlüyü ona izah olunsa da o, təkidlə tələb olunan məbləğlər ona ödənilmədiyi təqdirdə mənzilini təhvil verməyəcəyini bildirmişdir. Bir sözlə həmin şəxslə hər hansı razılığa gəlinməsi mümkün olmamışdır. Nəzərə alsalar ki, ilkin mərhələdə 2 binanın tikintisi üçün nəzərdə tutulmuş müddət binanın özül işlərinə başlanmasından etibarən 24 ay nəzərdə tutulmuş və artıq söküləcək binalarda kifayət qədər mülkiyyətçi ilə razılıqlar əldə olunmuşdur, qeyd olunan şəxsin MTK ilə razılığa gəlməkdən imtina etməsi mənzillərini MTK-ya təhvil verən mülkiyyətçilərin hüquqlarını kobud şəkildə pozur. Bu isə yolverilməzdir. Belə ki, yuxarıda qeyd edilən sənədlərin qəbul edilməsində məqsəd sözügedən ərazidə yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılmasına xidmət edir ki, bu da ilk növbədə onlar üçün həyati vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyri qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzu olunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. 43.## ###### 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında cavabdeh Cabbarov Eldar Salman oğlu əsl cavabdeh Quliyev İlham Qurban oğlu ilə əvəz edilmişdir. 44.Həmçinin Quliyev İlham Qurban oğlu (bundan sonra ikinci iş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra birinci və ikinci iş üzə iddiaçı (qaşılıqlı iddia üzrə cavabdeh) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 19/16 binada aparılan qanunsuz söküntü-tikinti işlərinin dayandırılması, həmin binada yerləşən ona məxsus * nömrəli mənzilin cavabdehin hesabına mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətə gətirilməsi, o cümlədən dörd ay müddətində mənzilin (obyektin) icarəyə verilə bilmədiyinə görə 4.000 manat (hər ay üçün 1.000 manat) vurulmuş maddi ziyanın, əldən çıxmış fayda olaraq 24.000 manat (işlərin 24 ay ərzində aparılmasını nəzərə alaraq), hüquqi yardıma görə ödədiyi 300 manat, dövlət rüsumuna görə 175 manat, ümumilikdə, 28.475 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 45.Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 19/16 evdə * №-li mənzili var. Tezliklə həmin əmlakından məhrum olma riski var. Buna səbəb cavabdeh tərəfindən aparılan qanunsuz söküntü işlərinin həyata keçirilməsidir. Belə ki, İddiaçı MTK tərəfindən aparılan qanunsuz söküntü işləri nəticəsində həmin mənzili nə obyekt, nə də yaşayış üçün istifadə edə bilmir. İddiaçı MTK-nın əməkdaşları gələrək binanın sökülməli olduğunu, ayda 400 manat verməklə kirayədə yaşamalı olduqlarını, binanın yerində yeni tikiləcək 15 mərtəbəli binada mənzillərinin əvəzinə mövcud sahəsindən 20 kvadrat artıq olmaq şərti ilə yeni mənzil veriləcəyini bildiriblər. Hazırda cavabdeh çoxmənzilli yaşayış binasının qanunsuz olaraq bir hissəsini söküb, binanın sökülən hissəsinin yerində isə bünövrə qazmağa başlamışdır. Məhkəməyə təqdim edəcəyi foto şəkillərdən də göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpağın bir hissəsi ovulub sürüşməyə məruz qalmışdır. Nəzərə alsalar ki, qış ayındayıq və artıq yağış və qar yağmağa başlayıb binanın tezliklə uçacağı şübhəsizdir. Hətta ərazidə iş aparılarkən bina silkələnir. Uşaqların oynadığı, sakinlərin hərəkət etdiyi, yaşayış davam edən bina və onun həyətyanı sahələri dağılmış, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə vardır. Hər an qəza baş verməsi mümkündür. Binanın sol tərəfindəki qazıntı nəticəsində torpağın bir hissəsi ovulub sürüşməyə məruz qalmışdır və bunun nəticəsində ## ###### 2024-cü il tarixdə saat 07:00- 09:00 radələri aralığında yaşayış olan binada güclü silkələnmə baş vermiş, binanın yarısı uçmuşdur. Hadisə ilə bağlı sakinlər tərəfindən müvafiq dövlət orqanlarına müraciət edilmişdir. Qeyd olunan ünvanda tikinti işlərinin aparılması barədə hər-hansı qərarın, həmin işlərin görülməsi üçün İddiaçı MTK-nın icazəsinin olub-olmamasının aydınlaşdırılması ilə bağlı araşdırma apararkən, MTK-nın qanunsuz əməlləri barədə onlar tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Verilən cavabda binanın sökülməsi işlərinin yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılığı alındıqdan sonra aparıla bilməsi bildirilmişdir. Cavabdeh, onlar tərəfindən mübahisələndirilən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli, ** nömrəli, ##.##.2023-cü il tarixli, *** nömrəli Sərəncamlarını əsas gətirərək öz hərəkətlərinin qanuni olmasını bildirir. Lakin hazırkı iddia üzrə cavabdeh nə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2021- ci il tarixli, ** nömrəli Sərəncamında göstərilənlərə, nə də qanunvericiliyin çoxmənzilli binaları sökməsi barədə müəyyən etdiyi qaydalara əməl etməmişdir. Belə ki, qeyd olunan Sərəncamın 7-ci bəndində İddiaçı MTK tərəfindən binaların söküntüsü, tikintisi və vətəndaşlara təqdim edilməsi ilə əlaqədar aparılacaq işlər zamanı sakinlərlə bağlanacaq müqavilə və digər sənədlərlə bağlı yarana biləcək anlaşılmazlıqlar qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə hüquqi müstəvidə həll edilməsinin təmin olunması qeyd olunmuşdur. Buna baxmayaraq, cavabdeh çoxmənzilli **/** saylı binanın sakinlərinin hamısı ilə razılığa gəlmədən hazırda sakinlər yaşayan binanı qanunsuz sökmüşdür. Cavabdehin digər sakinlərlə müqavilə bağlaması isə çoxmənzilli binanın, özüdə sakinlər yaşadığı halda, sökməsinə haqq qazandırmır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2023-cü il tarixli, *** nömrəli Sərəncamına gəldikdə isə, həmin Sərəncam qanundan üstün deyil. Azərbaycan Respublikasının qanunlarına zidd olan hər bir Sərəncam qanunsuzdur, onun icrası isə məsuliyyətə səbəb olur. Cavabdeh iddia edir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına uyğun olaraq dövlət mülkiyyətində olan 5,58 ha torpaq sahəsinə və bələdiyyə mülkiyyətində olan 2,99 ha torpaq sahəsinə dair icarə müqavilələri bağlanmışdır. Lakin cavabdehin dəlil kimi göstərdiyi bələdiyyə mülkiyyətində olan 2,99 ha torpaq sahəsinə dair icarə müqaviləsinin mövcudluğunu təsdiqləyən heç bir sənədi nə onlara, nə də iddia ərizəsinə əlavə edilməmişdir. Sakinlərin yaşadığı binanın nə Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 2,99 ha, nə də 5,58 ha torpaq sahəsində yerləşməsi barədə iş materiallarında məlumat yoxdur. Bu səbəbdən məhkəmə tərəfindən müvafiq mütəxəssislərin çağırılaraq mübahisənin müəyyən olunması həyata keçirilməlidir. İddiaçı tələbini sübut etməyə borcludur. **/** saylı binanın sökülməsi üçün iddiaçı qismində İddiaçı MMC deyil, Fövqəladə Hallar Nazirliyi olmalı idi. Hazırda **/** saylı binanın söküntüsünün aparılmasına səbəb həmin Məcəllənin 95.1.3-1- ci, 95.1.4-cü və 95.2-ci maddələrində göstərilən əsaslar daxil deyil. İcra Başçısının Sərəncamnda və iddiaçının iddia ərizəsində isə binanın hazırda qəzalı olması göstərilmişdir. Göründüyü kimi həmin **/** saylı binanın sökülməsi məhkəmənin qərarı olmadan həyata keçirilə bilməzdi. Nəzərə alınmalıdır ki, həmin binada bir çox sakinin mülkiyyət hüququ vardır. Bu səbəbdən binanın sökülməsi bütün sakinlərin razılığı alındıqdan sonra həyata keçirilə bilərdi. Lakin, təqdim etdiyim şəkillərdən də göründüyü kimi cavabdeh qeyd olunan binanın razılaşdırılmış mənzillərini, yəni binanın yarısını artıq sökmüş, digər sakinlərin mülkiyyət hüquqlarını isə kobud şəkildə pozmuşdur. Çoxmənzilli binanın yarısı artıq söküldüyünə görə isə binanın hər gün bir hissəsi uçur, sakinlərin həyat və sağlamlığı isə təhlükə altında qalmaqda davam edir. Ümumiyyətlə İcra Başçısının **/** saylı binanın yenidən tikilməsinin cavabdehə tapşırması barədə mövqeyi ağıla sığmır. Belə çıxır ki, bu gün Azərbaycan ərazisində müddəti bitmiş binaların söküntüsünü istənilən şirkət qanuna əsaslanmadan İcra Başçısı ilə razılaşdıqdan sonra tikə bilər. Bu çox absurddur. Bəs üzərinə öhdəlik götürən şirkət binanı tikə bilməsə necə olacaq? Oxşar hallar respublikada dəfələrlə olmuş və bu da onlardan biri ola bilər. Kim buna cavab verəcək? Təbii ki bu məsələdə İcra Başçısı sakinlərin özlərinin razılığı ilə mənzillərini təhvil verdiyini bildirərək məsuliyyətdən boyun qaçıracaqdır. 46.İkinci iş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İlham Quliyevin nümayəndəsi və vəkili İsayev Emin Ağamməd oğlu xüsusi qərardadın çıxarılmasına dair vəsatət ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin rəhbər şəxslərinin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrinin tərkibi yarandığından xüsusi qərardad çıxarmaqla işin prokurora göndərilməsini xahiş etmişdir. 47.Məhkəmə iclasında iştirak edən birinci və ikinci iş üzə iddiaçının (qaşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili nümayəndə3 ilkin iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. 48.Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbinin təmin edilməsi, cavabdeh İlham Quliyevin dövlət reyestrindən çıxarışa əsasən ünvan 11 ünvanında olan * saylı mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüququna xitam verilməsi, cavabdeh İlham Quliyevin ünvan 11 ünvanında olan * saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddiaçı İddiaçı MMC tərəfindən sökülməsi, ünvan 11 ünvanında olan * saylı mənzilin əvəzinə İddiaçı MMC tərəfindən həmin ünvanda inşa ediləcək yeni binada sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı tərəfindən cavabdeh İlham Quliyevə verilməsi, cavabdeh İlham Quliyev ünvan 11 ünvanında olan * saylı mənzildən çıxarıldığı gündən yeni təmirli mənzil təhvil verilənədək, iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh İlham Quliyevə hər ay cəmi 400 manat məbləğində kirayə haqqı ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı İlham Quliyevin cavabdeh İddiaçı MMCyə qarşı Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 19/16 binada aparılan qanunsuz söküntütikinti işlərinin dayandırılması, həmin binada yerləşən İlham Quliyevə məxsus * №-li mənzilin cavabdehin hesabına mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətə gətirilməsi, o cümlədən dörd ay müddətində mənzilin (obyektin) icarəyə verilə bilmədiyinə görə 4.000 manat (hər ay üçün 1.000 manat) vurulmuş maddi ziyanın, əldən çıxmış fayda olaraq 24.000 manat (işlərin 24 ay ərzində aparılmasını nəzərə alaraq), hüquqi yardıma görə ödədiyi 300 manat, dövlət rüsumuna görə 175 manat, ümumilikdə, 28.475 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə dair tələbi və xüsusi qərardad çıxarılması tələbinin rədd edilməsi qət olunmuşdur. 49.Birinci instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ünvan 11, * saylı ünvanında olan cavabdeh İlham Quliyevə məxsus mənzilin texniki cəhətdən yolverilməz vəziyyətdə (yükdaşıma qabiliyyətinin azalması) olmasını, yaşayış evinin istismarının təhlükəli olmasını, həmçinin digər şəxslərin iddiaçı ilə razılığa gələrək öz yaşayış yerlərini tərk etməsini, yeni mənzillə təmin edilmələrini gözləmələrini, cavabdehin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evindən köçürülməsi, yerində isə yüksək mərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsinin ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət edir. 50.Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin istismar müddəti keçmiş, qəzalı mənzildə və evdə yaşamağa davam etməsi onun həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf mənzili boşaltdığı halda, əvvəl yaşadığı mənzildə uyğun təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, hazırkı iş üzrə iddia tələbinin bir hissəsini də məhz qeyd edilən hal təşkil edir. İddiaçı tərəfindən cavabdeh tərəfin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 40- 50% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MTK-nın vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. 51.Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12 (İ), 13 (İ, III), 29 (IV), 43 (II), Mülki Məcəllənin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 560.1, 560.2-ci, Mənzil Məcəlləsinin 28.1, 28.4-cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2, 17-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına * saylı Əlavə protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019- cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2020-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 13.7, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat 52.Cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili nümayəndə2 birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. 53.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # #### 2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı MTK-nın cavabdehlər cavabdeh3 və cavabdeh1 qarşı “mülkiyyətində olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması” tələbinə dair hazırkı *(***)***/**** nömrəli mülki işin Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı MMC-nin cavabdeh İlham Quliyevə qarşı “mənzilə dair mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması, yeni mənzilin verilməsi” tələbinə dair ilk, iddiaçı İlham Quliyevin cavabdeh İddiaçı MMC-yə qarşı “mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması və dəymiş maddi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair *(***)***/**** nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilməsi, həmin işə 2(105)270/2025 nömrəsi verilməsi qərara alınmışdır. 54.Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin # #### 2025-ci il tarixli *-**-**/*-**/****/**** nömrəli ekspert və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X33 Agentliyinin 22.05.2025ci il tarixli *-**-*/*-****/**** nömrəli mütəxəssis rəylərində qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yerləşən binanın bir hissəsinin sökülməsi ilə əlaqədar həmin bina qəzalı vəziyyətdə hesab olunur və sökülməyən hissə istismara yararsızdır. Mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, sökülməyən hissədə olan mənzillərdə yaşayan sakinlərin həyat və sağlamlıqları üçün real təhlükə var. 55.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) cavabdehlər cavabdeh3, cavabdeh1 və İlham Quliyevin apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiyası məhkəməsinin # ###### 2024-cü il tarixli və # ###### 2025-ci il tarixli qətnamələrinin “mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdeh3, cavabdeh1 və İlham Quliyevə iddiaçı İddiaçı MMC tərəfindən yeni mənzillərin verilməsi və qarşılıqlı iddianın xüsusi qərardadın çıxarılması” hissələrində ləğv edilməsi, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməsi, cavabdeh cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan * saylı mənzilin yenisi ilə əvəz edilməklə, həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 78,5 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh cavabdeh3, cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan ** saylı mənzilin yenisi ilə əvəz edilməklə həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh cavabdeh1, cavabdeh İlham Quliyevə mülkiyyət hüququ üzrə məxsus ünvan 11 ünvanında olan * saylı mənzilin yenisi ilə əvəz edilməklə həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh İlham Quliyevə verilməsi, qətnamələrin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması, cavabdehlər cavabdeh3, cavabdeh1 və İlham Quliyevdən müştərək qaydada keçirilmiş məhkəmə ekspertizası xərci olan 50 manat məbləğində pulun tutulması qət edilmişdir. 56.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı İddiaçı MMC Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli ** saylı sərəncamına və yuxarıda adları çəkilən digər hüquqmüəyyənedici sənədlərə əsasən cavabdehlərin yaşadığı Sumqayıt şəhəri 4-cü məhəllə **/** saylı üç mərtəbəli binanın çox hissəsini sökmüş və sökülən hissədə yeni bina inşa edilməkdədir. Həmin binanın bir hissəsi sökülməmişdən əvvəl verilmiş Fövqəladə Hallar Nazirliyi Tikintidə X33 Agentliyinin “Azkommunlayihə” KLİ-nin ##.##.2021-ci il tarixli texniki rəyində binanın fiziki köhnəlməyə məruz qalması, əhəngdaşından olan yük daşıyan divarlarda keçici çat və aşınmaların yaranması, binalardakı kommunikasiya xətlərinin uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşməsi, əksər pilləkən qəfəsindəki metal tirlərin korroziyaya uğrayaraq möhkəmliyini itirməsi, ümumiyyətlə yaşayış binasının istismarının yolverilməz olması qeyd edilmişdir. Göründüyü kimi cavabdehlərin yaşadıqları binanın qəzalı vəziyyətdə olmaqla, möhkəmliyini itirmiş, həmin binanın istismarı yolverilməzdir və hazırda da binanın bir hissəsinin sökülməsi nəticəsində yaşayış binası qəzalı hesab olunmaqla sökülməyən hissəsində istismara yararsızdır. 57.Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yaşayan sakinlərin çox hissəsi ilə razılaşma əldə edilmiş və həmin sakinlər öz mənzillərindən çıxmaqla, binanın həmin mənzillər olan hissəsi sökülmüş və onlar yeni binanın inşasını gözləməkdədirlər ki, lakin hazırkı iş üzrə cavabdehlərlə razılığın əldə olunmaması, əmlak hüquqlarından sui-istifadə etməklə, artıq sosial öhdəliklərə səbəb olan mülkiyyətlərinə görə qeyri-mütənasib kompensasiya tələb etmələri, bununla əlaqədar olaraq da söküntü və tikinti işlərinin uzanması çoxluqda olan və artıq ictimai marağa çevrilmiş digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olur. 58.Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, çoxmərtəbəli binada müəyyən intizam çərçivəsində məskunlaşma və ümumi istifadə obyektləri müəyyənləşməklə birgəyaşayış formasında ictimai maraq formalaşır ki, hazırkı mübahisə də fərdi maraqlarla ictimai maraq arasındakı ədalət tarazlıq baxımından qiymətləndirilməlidir. 59.Məhkəmə kollegiyası cavabdehlərin iddia tələbinə münasibətdə etirazlarına hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlər cavabdeh3 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan * saylı mənzildən, cavabdeh1 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan ** saylı mənzildən, İlham Quliyevin ünvan 11 ünvanında olan * saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması, iddiaçı İddiaçı MMC tərəfindən sökülməsi hissəsində iddia tələbi əsaslı olduğundan, birinci instansiya məhkəməsi bu hissədə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. 60.Həmçinin mübahisəli ünvanda inşa ediləcək yeni binada sahəsi 65,2 kv.metr olan mənzilin əvəzinə sahəsi 78,5 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin cavabdeh cavabdeh3, sahəsi 46,7 kv.metr olan ** saylı mənzilin əvəzinə sahəsi 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin cavabdeh cavabdeh1, sahəsi 48,05 kv.metr olan * saylı mənzilin əvəzinə 71 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzilin cavabdeh İlham Quliyevə verilməsi və onların mənzildən çıxarıldıqları gündən yeni təmirli mənzillə təmin olunanadək onlara iddiaçı tərəfindən hər ay 400 manat məbləğində kirayə haqqının ödənilməsi də mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından ədalətli hesab etmişdir. 61.Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139, 139-1, 203.1-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2.1, 4.2.2, 7.0.1, 17.1-ci, Mənzil Məcəlləsinin 3.1, 28.2-ci, Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.1-385.1.4, 392-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat 62.Qətnamədən birinci iş üzrə cavabdeh cavabdeh3 (vəkil vəkil1) ayrıca, həmçinin birinci iş üzrə cavabdeh cavabdeh1 və birləşdirilmiş ikinci iş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İlham Quliyev (vəkil İsayev Emin Ağaməmməd oğlu) birgə kassasiya şikayətləri vermişlər. 63.Cavabdeh cavabdeh3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş olunmuşdur. 64.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı birinci iş üzrə cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, birinci iş üzrə cavabdeh cavabdeh1 və birləşdirilmiş ikinci iş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İlham Quliyev tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)- ***/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi “cavabdeh cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan * saylı mənzilin yenisi ilə əvəz edilməklə, həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 78,5 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh cavabdeh3 verilməsi” hissəsində ləğv edilsin və mülki iş qeyd olunan hissədə yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 65.Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 148.2, 152.1, 152.6, 203.3, 203.5, 385.1, 386.1, 425.1, 425.2-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2.1, 4.2.2, 7.0.1, 7.0.2, 17.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 0# ##### 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 66.Cavabdeh cavabdeh3 Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 67.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə çıxarıldığından qanunsuz olduğunu hesab edir. Birinci instansiya məhkəməsi, iddiaçının qanunsuz əməlləri nəticəsində cavabdehin artıq mülkiyyətindən məhrum edilməsi faktını görməzdən gələrək, iş üzrə mövcud halları nəzərə almadan qanunun tələblərinə zidd olaraq cavabdehi mülkiyyətindən məhrum etmişdir. Məhkəmə isə iddiaçıdan bu barədə heç bir sübut əldə etmədən, işin hallarını tam araşdırmadan qanunsuz qərar qəbul edərək onların mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Nizami küçəsində yerləşən oxşar binaların sökülməsinin yolun başından deyil, mərkəzdən başlanması iki sualın yaranmasına gətirib çıxarır, ya **/** saylı bina digərlərinə nisbətdə daha çox qəzalı vəziyyətdədir, ya da yüksək gəlir üçün daha əlverişli yerdə yerləşməsidir. **/** saylı binanın digər oxşar binalardan daha çox qəzalı olması barədə nə iddiçı tərəfindən, nə də müvafiq icra hakimiyyəti tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası X24 Tikintidə X33 Agentliyi tərəfindən verilən cavab məktubunda Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binanın sökülməsi ilə bağlı Fövqalada Hallar Nazirliyi tərəfindən heç bir rəyin verilməməsi göstərilmişdir. Deməli, Nizami küçəsində yerləşən məhz **/** saylı binanın sökülməsi kimlərəsə daha çox pul qazandırmaq məqsədi daşıyır. Bu hal isə Konstitusiya Məhkəməsinin qərarlarında göstərilən mövqelərinə tamamilə ziddir. Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən **/** saylı bina çoxmənzilli binadır. Həmin binanın sökülməsi yalnız sakinlərin hamısı ilə razılıq alınmasından sonra həyata keçirilə bilərdi. Bu barədə İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli, ** nömrəli sərəncamının 7-ci maddəsində də göstərilmişdir. Həmin maddədə göstərilir ki, İddiaçı MTK tərəfində binaların söküntüsü, tikintisi və vətəndaşlara təqdim edilməsi ilə əlaqədar aparılacaq işlər zamanı sakinlərlə bağlanacaq müqavilə və digər sənədlərlə bağlı yarana biləcək anlaşılmazlıqlar qanunverciliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə hüquqi müstəvidə həll edilsin. Buna baxmayaraq, iddiaçı özbaşınalıq edərək, yekun məhkəmə qərarı olmadan mülkiyyətə qəsd etmiş, sakinlər yaşayan binanın, həyat və sağlamlıq üçün təhlükəli şəraitdə bir hissəsini sökmüşdür. Məhkəmə isə qeyd olunan qanunsuzluqlara ümumiyyətlə münasibət bildirməmişdir. Göründüyü kimi məhkəmənin qətnaməsi Azərbaycan Respublikasının Konstitusiyasına, Konstitusiya Məhkəməsinin qərarlarında göstərilən mövqelərinə ziddir. Birinci instansiya məhkəməsi Sumqayıt şəhəri, 4cü məhəllədə yerləşən 16/19, * saylı binanın altında yerləşən torpaq sahəsinin hazırda kimin istifadəsində olmasını, hazırda həmin torpaq sahəsinə iddiaçının istifadə hüququnun qanuni olub-olmamasını araşdırmadan, gəldiyi nəticəni əsaslandırmadan qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı tələbinin əsaslandırlmasında göstərmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2023-cü il tarixli, *** nömrəli Sərəncamı ilə AR “Torpaq icarəsi haqqında” Qanununa uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində mövcud yaşayış binalarının sökülərək yerində müasir tipli çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə İddiaçı MTK-ya icarə qaydasında 5.58 ha torpaq sahəsi ayrılmışdır. Lakin, iddiaçı nəzərə almamışdır ki, həmin torpaq sahəsinə onun icarə hüququ bina çoxmənzilli olduğundan bütün sakinlərlə razılaşma əldə etdikdən və dövlət qeydiyyatına alındıqdan sonra verilə bilər. Sumqayıt İcra Hakimiyyətinin qeyd olunan binanın altındakı torpaq sahəsini İddiaçı MTK-ya icarəyə verilməsi qanunsuzdur. Birinci instansiya məhkəməsi isə iddiaçının bu əməlini qanunsuz saymalı olduğu halda, qeyd olunan maddi normaları tətbiq etməyərək cavabdehi Konstitusiya ilə müəyyən edilən mülkiyyət hüququndan pozmuşdur. Fövqəladə Hallar Nazirliyi məhkəməyə müraciət etmədiyindən normanın tələbləri İcra Hakimiyyəti tərəfindən pozulmuş, məhkəmə isə bu hala əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsi qanunla tənzimlənməli olan münasibətləri tətbiq etməmiş, hansı yollarla Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binanın sökülüb yerində yenisinin tikintisinin cavabdehin öhdəliyinə verilməsini araşdırmamış, nəticədə qanunsuz qərar qəbul edərək onu və ailəsini əmlakından məhrum etmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən mülki qanunvericiliyin “müqavilə azadlığı” prinsipinin cavabdeh tərəfindən pozulduğunu görmüş, buna baxmayaraq qanunazidd qərar qəbul etmişdir. Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan * saylı mənzil onun - Tahirə Hümbətovanın tam mülkiyyətindədir. Vurğulanmalıdır ki, yaranan mübahisə üzrə gördüyü odur ki, bütün şərtlər cavabdeh tərəfindən onlara diktə edilmiş, nəticədə müqavilə azadlığı prinsipi pozulmuşdur. İddiaçı yeganə yaşayış yeri olan mənzili sökür və əvəzində özünün tikdiyi 15 mərtəbəli binadan onlara az bir artımla mənzil verəcəyini deyir. Bu cür razılaşma yalnız qarşılıqlı qaydada ola bilər. Kompensasiya məbləğinə gəldikdə isə mənzilin yerləşdiyi yer və mənzilin vəziyyəti, bir mənzildə yaşayan ailələrin sayı da nəzərə alınmaqla əmlakın əvəzində haqlı olaraq istədiyi müəyyən məbləğ bildirilmiş, lakin iddiaçı bu təklifləri qəbul etməmiş və aralarında qarşılıqlı razılaşmanın əldə edilməməsinə baxmayaraq binada söküntü işləri aparmaqla həmin binanı və yaşadığı otaqları qəzalı vəziyyətə gətirmişdir. Eyni zamanda, yuxarıda qeyd etdiyi kimi İcra Başçısının qanunsuz Sərəncamında da bildirmişdir ki, binanın sökülməsi işləri yalnız evlərdə yaşayan sakinlərlə qanunla nəzərdə tutulan qaydada razılıq əldə edildiyi halda aparıla bilər. Hazırda isə nə onunla, nə də bir çox sakinlə heç bir razılıq əldə edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsi isə qeyd olunan halları nəzərə almadan mülkiyyət hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrini və müvafiq münasibətləri tənzimləyən şikayətdə göstərilən digər qanunvercilik normalarına uyğun olaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamışdır. Məhkəmənin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun * №-li ## ###### 2005-ci il tarixli qərarına uyğun deyil. Birinci instansiya məhkəməsi sübutları qiymətləndirməmişdir. Belə ki, mənzil mülkiyyətçilərinin **/** saylı binanın qəzalı olması barədə məlumatları olmadığından təmirlə əlaqədar müraciət edilmədiyini, onlardan başqa hər-hansı orqan tərəfindən də məhkəməyə müraciət olunmadığını, məhkəmə tərəfindən təmir müddəti müəyyən olunmamış və sakinlər bundan imtina etmədiyini, o cümlədən **/** saylı yaşayış binasının məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılması qət edilmədiyini məhkəmə görməzdən gəlmiş, qanunsuz iddia tələbini təmin etmişdir. Eyni zamanda məhkəmə, iş materiallarında olan İcra Başçısının Sərəncamlarını, Fövqəladə Hallar Nazirliyi Tikintidə X33 Agentliyinin «Azkommunlayihə» KLİ-nin tərəfindən tərtib edilmiş ##.##.2021-ci il tarixli texniki rəyini, Fövqəladə Hallar Nazirliyi Tikintidə X33 Agentliyinin məktubunu, cavabdehlərin dəlillərini əlaqəli şəkildə qiymətləndirmədən qərar qəbul etmişdir. İddiaçının təqdim etdiyi texniki rəydə binanın qəzalı olması göstərilsə də Sumqayıt şəhəri, 4cü məhəllədə yerləşən **/** saylı binada yaşayışın təhlükəli olması və mümkün olmaması barədə məlumat öz əksini tapmamışdır. Bundan əlavə məhkəmədə bildirmişdir ki, yaşadığı bina heç vaxt qəzalı vəziyyətdə olmamış, yalnız tikinti şirkəti bu binada yaşayan bütün sakinlərlə razılaşmadan burada söküntü işlərinə başladıqdan sonra binanı yaşayış üçün yararsız bir hala salmışlar. Göründüyü kimi məhkəmə qeyd olunan sübutları qiymətləndirmədən qərar qəbul etmişdir. Bundan başqa, bir anlıq qəbul etsə ki məhkəmənin qərarı düzgündür onda belə iş üçün əhəmiyyətli olan hallar müəyyən edilməmişdir. Belə ki, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən **/** saylı binanın sökülüb yerində yenisinin tikilməsinin hansı yollarla İddiaçı MTK-nın öhdəliyinə verilməsinin həmin şirkətin bu işləri görməyə lazımi vəsaitinin olub-olmamasını, hazırda qeyd olunan torpaq sahəsinin altında yerləşən torpağa istifadə hüquqlarının dövlət qeydiyatına alınıb-alınmamasını, iddiaçının Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən **/** saylı binanı məhkəmə qərarı olmadan sökməsinin qanuniliyini, 400 manat kirayə pulunun mənzillərindən çıxarılan sakinlərin eyni şəraitdə yaşamasına bəs edəcəyini, çıxarılacaq sakinlərin hazırda sağlamlıq vəziyyətinin onların kirayədə yaşamasına imkan verib-verməməsini və s. halları müəyyən etməmişdir. Halbuki göstərilən hallar tərəflər arasında yaranan mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edir. Bu halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarmışdır. Qeyd olunan hallarla bağlı yuxarıda ətraflı məlumat göstərilmiş, məhkəmənin qərarının qanunsuz olması həmin hallarla öz əksini tapmışdır. Məhkəmə həmçinin mübahisənin əsl mahiyyətindən kənara çıxmış, çünki yuxarıda da qeyd etdiyi kimi mülkiyyətçilər onların evlərindən qanunsuz çıxarılmalarına etiraz edir. Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən **/** saylı binanın sökülməsi dövlət ehtiyacları üçün həyata keçirilmir. Şəhərin abadlaşdırılması adı altında kimlərinsə 21 mənzildən ibarət 3 mərtəbəli binanın yerində bəlkədə 100-dən çox mənzili olacaq 15 mərtəbəli bina tikərək qazanc əldə etməsi sakinlərin mülkiyyət hüquqlarını pozmamalıdır. İddiaçının əlavə tikiləcək mənzilləri baha qiymətə sataraq yüksək gəlir əldə etməsi onun hazırki işdə iqtisadi maraqlarının olduğunu təsdiq edir. Belə vəziyyətdə isə mənzil mülkiyyətçisi olaraq onun azad bazar iqtisadiyyatına söykənən mülkiyyəti qarşılığında istədiyi məbləğin ona verilməməsi mülki dövriyyə iştirakçısı olaraq da hüququnu pozur. Məhkəmə iş üzrə tətbiq edilməli olan qanunu tətbiq etməmiş, Azərbaycan Respublikasının qanunlarında bu cür binaların sökülüb yerində yenisinin tikilməsi ilə bağlı əminli mexanizmi nəzərdə tutan normalardan fərqli qanunlara istinad etmişdir. Yuxarıda qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin qərarlarında göstərilənlərə cavab vermir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi qanunusuz hesab edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 68.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları 69.Məhkəmə iclasında cavabdeh cavabdeh3 nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 70.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 71.Maddə 13. (İ) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 72.Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 73.Maddə 60. (İ) Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolu 74.Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi 75.Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 76.Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 77.Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 78.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 79.Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 80.Maddə 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. 81.Maddə 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə əsasən həyata keçirilir. 82.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 83.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 84.Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 85.Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 86.Maddə 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: 4.2.1. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 4.2.2. Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması. 87.Maddə 7.0. Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 7.0.1. sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; 7.0.2. təhlükəsizliyin təmin edilməsi. 88.Maddə 17.1. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 0# ##### 2014-cü il tarixli Qərarı 89.“Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər.”
Apellyasiya baxışının hədləri 90.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 91.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 92.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi “cavabdeh cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan * saylı mənzilin yenisi ilə əvəz edilməklə, həmin ünvanda inşa ediləcək yeni binada mülkiyyət hüququ saxlanılmaqla, sahəsi 78,5 kv.metr olan 2 otaqlı, təmirli 1 mənzil iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh cavabdeh3 verilməsi” hissəsində ləğv edilmiş və mülki iş qeyd olunan hissədə yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. 93.Ona görə də kollegiya kassasiya instansiya məhkəməsi tərəfindən baxılması üçün göndərilən hissəsinin yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 94.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə mövqeyini nəzərə alıb, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi “mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdeh3 iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni mənzilin verilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, cavabdeh cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan * saylı mənzilin yenisi ilə əvəz edilməklə, Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanda inşa edilən yeni binada mülkiyyət hüququ saxlanılmaqla D-1 girişində, 2-ci mərtəbəsində (yaşayışın 1-ci mərtəbəsi), sahəsi 102 kv.metr olan 3 otaqlı, təmirli 1 mənzilinin iddiaçı “xxxx" MMC tərəfindən cavabdeh cavabdeh3 verilməsi barədə yeni qətnamə qəbul edilməlidir. 95.Beləliklə işin mübahisəsiz hallarından görünür ki, iddiaçı İddiaçı MMC Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli ** saylı sərəncamına və yuxarıda adları çəkilən digər hüquqmüəyyənedici sənədlərə əsasən cavabdehlərin yaşadığı Sumqayıt şəhəri 4-cü məhəllə **/** saylı üç mərtəbəli binanın çox hissəsini sökmüş və sökülən hissədə yeni bina inşa edilməkdədir. Həmin binanın bir hissəsi sökülməmişdən əvvəl verilmiş Fövqəladə Hallar Nazirliyi Tikintidə X33 Agentliyinin “Azkommunlayihə” KLİ-nin ##.##.2021-ci il tarixli texniki rəyində binanın fiziki köhnəlməyə məruz qalması, əhəngdaşından olan yük daşıyan divarlarda keçici çat və aşınmaların yaranması, binalardakı kommunikasiya xətlərinin uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşməsi, əksər pilləkən qəfəsindəki metal tirlərin korroziyaya uğrayaraq möhkəmliyini itirməsi, ümumiyyətlə yaşayış binasının istismarının yolverilməz olması qeyd edilmişdir. Cavabdehlər isə iddiaçının qeyd olunan hərəkətlərini qanunsuz hesab etməklə, mülkiyyət hüquqlarının pozmasını bildirərək, iddiaçı tərəfindən mənzillərin əvəzləşdirilməsi üçün təklif olunan mənzillərin ölçüləri ilə razı olmadıqlarını, həmin ərazidə mənzillərin qiymətinin təklif olunandan daha yüksək olduğunu göstərirlər. 96.Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. 97.Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması şübhəsiz olsa da, belə fəaliyyət nəticəsində mülkiyyət hüququna olunan müdaxilənin cəmiyyətin ümumi maraqları ilə əsas hüquqlardan biri olan mülkiyyətin müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub-qorumadığı xüsusi əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, iddiaçının arqumentlərinə görə cavabdehlərin mülkiyyət hüququndan istifadəsi yalnız “ictimai maraq” məqsədilə deyil, həm də onların təhlükəsiz şəraitdə yaşaması ilə bağlı maraqlarının təmin olunması məqsədilə məhdudlaşdırılmışdır. Lakin “Ədalətli tarazlığın” qorunub-qorunmadığına qiymət verilərkən məhkəmələr tərəfindən, mülkiyyətçi kimi birinci iş üzrə cavabdeh cavabdeh3 mülkiyyətində olan ümumi sahəsi 65,2 kv.m. olan mənzillə bağlı, digər sakinlərə münasibətdə daha az, cəmi 13,3 kv.m. artıq sahə, yəni 78,5 kv.metr ölçüdə, qeyri-proporsional ölçüdə mənzilin təklif edilməsi, bununla da onun marağının kifayət qədər nəzərə alınmadığı diqqətdən kənarda qalmışdır. 98.Beləliklə ikinci apellyasiya icraatı zamanı məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdeh cavabdeh3 təklif etdiyi kompensasiya mənzil sahəsinin, həmin ərazidə mülkiyyətləri olan başqa şəxslərə verilən sahələrdən az olması təşkil etmişdir. Odur ki, kollegiya hesab edir ki, cavabdeh cavabdeh3 mənzilinin əvəzləşdirilməsi zamanı cavabdeh cavabdeh3 təklif olunan mənzil, onun hazırda mülkiyyətində olan mənzilin şəraitinə (otaqların sayına, ümumi və faktiki sahəyə), həmçinin, cavabdeh3 pozulmuş mülkiyyət hüququna mütənasib olmalıdır. 99.Belə ki, ikinci apellyasiya icraatı zamanı kollegiya tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanında inşa olunan yaşayış binasının D-1 və D-2 girişlərində, 2-ci mərtəbəsində, ümumi sahəsi 102 kv.metr olan 3 otaqdan ibarət 2 mənzil faktiki mövcuddur. 100.Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh3 mülkiyyət hüququnun məhdudlaşdırılması onun bu hüququnun ədalətli şəkildə tam olaraq kompensasiya edilməlidir. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür. 101.Beləliklə, kollegiya işin faktiki hallarını və həmin ərazidə mülkiyyətləri olan başqa şəxslərə verilən kompensasiya mənzil sahələrini nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan * saylı mənzil yenisi ilə əvəz edilməklə, iddiaçı “xxxx" MMC tərəfindən Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanda inşa edilən yeni binada mülkiyyət hüququ saxlanılmaqla D-1 girişində, 2-ci mərtəbəsində (yaşayışın 1-ci mərtəbəsi), sahəsi 102 kv.metr olan 3 otaqlı, təmirli 1 mənzil cavabdeh cavabdeh3 verilməlidir. 102.Kollegiya qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyər hesab olunur. Eyni zamanda bu hüquq mütləq hüquq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması və sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilməsi qeyd olunmuşdur ki, həmin norma geniş şəkildə təfsir edilməklə, hazrıkı mübahisəyə də tətbiqi qanuni hesab olunur. 103.Nəzərə alınmalıdır ki, ictimai maraqlar naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması mümkündür. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının yolverilən sayılması üçün şəxsin əşyaya mülkiyyət hüququnun olması, bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin prinsiplərin mahiyyəti və məzmunu mülkiyyət hüququ ilə yanaşı digər əşya hüquqlarının elə tərzdə tarazlaşdırılmış və mütənasib müdafiəsini nəzərdə tutur ki, bu zaman ədalət prinsipinə uyğun olaraq nə mülkiyyətçinin nə də üçüncü şəxslərin hüquqları və qanuni mənafələrinə xələl gəlməsin. 104.Belə ki, işin mübahisəsiz hallarından görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında yaşayan sakinlərin çox hissəsi ilə razılaşma əldə edilmiş və həmin sakinlər öz mənzillərindən çıxmaqla, binanın həmin mənzillər olan hissəsi sökülmüş və onlar yeni binanın inşasını gözləməkdədirlər ki, cavabdehlərlə razılığın əldə olunmaması, əmlak hüquqlarından sui-istifadə etməklə, artıq sosial öhdəliklərə səbəb olan mülkiyyətlərinə görə qeyri-mütənasib kompensasiya tələb etmələri, bununla əlaqədar olaraq da söküntü və tikinti işlərinin uzanması çoxluqda olan və artıq ictimai marağa çevrilmiş digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olur. Nəzərə alınmalıdır ki, çoxmərtəbəli binada müəyyən intizam çərçivəsində məskunlaşma və ümumi isifadə obyektləri müəyyənləşməklə birgəyaşayış formasında ictimai maraq formalaşır ki, hazırkı mübahisə də fərdi maraqla ictimai maraq arasındakı ədalət tarazlıq baxımından qiymətləndirlmişdir. 105.Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2024cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi “mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdeh3 iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni mənzilin verilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, cavabdeh cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan * saylı mənzilin yenisi ilə əvəz edilməklə, iddiaçı “xxxx" MMC tərəfindən Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanda inşa edilən yeni binada mülkiyyət hüququ saxlanılmaqla D-1 girişində, 2-ci mərtəbəsində (yaşayışın 1-ci mərtəbəsi), sahəsi 102 kv.metr olan 3 otaqlı, təmirli 1 mənzilinin cavabdeh cavabdeh3 verilməsi barədə yeni qətnamə qəbul edilməlidir. 106.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi “mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdeh3 iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni mənzilin verilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh cavabdeh3 mülkiyyət hüququ üzrə məxsus Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/19 ünvanında olan * saylı mənzilin əvəzinə iddiaçı “xxxx" MMC tərəfindən Sumqayıt şəhəri, 4-cü məhəllə ünvanda inşa edilən yeni binada mülkiyyət hüququ saxlanılmaqla D-1 girişində, 2-ci mərtəbəsində (yaşayışın 1-ci mərtəbəsi), sahəsi 102 kv.metr olan 3 otaqlı, təmirli 1 mənzil cavabdeh cavabdeh3 verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.