Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4563/2022 26.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili X4 Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2015ci il təvəllüdlü X5 adlı övladlarının saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 05 fevral 2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan iki uşaqları - xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 anadan olmuşdur. Əvvəlcə cavabdehlə münasibətləriyaxşı olmuşdur, lakin sonradan münasibətləri kəskinləşmiş və o, 2022-ci ilin iyun ayının 5-də 2 azyaşlı övladları ilə birlikdə ata evinə qayıtmışdır. Bu günə qədər uşaqlarının xərclərini atası və anası ödəyir. Valideynləri müəllim işləyir, hazırda uşaqların tələbatları artdığından maddi cəhətdən çətinlik çəkirlər. Cavabdeh uşaqları ilə maraqlanmır, uşaqlarına qarşı heç bir qayğı göstərmir, onların saxlanılmasında heç bir köməklik göstərmir və ümumiyyətlə bizə maddi yardım göstərilməsindən imtina edir. Bu səbəbdən hesab edir ki, cavabdeh uşaqların saxlanılmasında borclu olduğundan ondan aliment tutulmalıdır. Bildirir ki, cavabdeh işləyib maaş alır və kifayət qədər gəliri var. Halhazırda cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis Bölməsində polis sahə rəisi vəzifəsində işləyir. Cavabdehin rəsmi nə qədər maaş alması barədə bu günə qədər məlumatım olmamışdır. Maaşını hər zaman ondan gizlətmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X8 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: - AZ-İİ 028747 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Arvada Cəfərova soyadı verilmişdir. - AZ-İİİ 503684 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İV 103598 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh nikaha daxil olmuş və bu nikahdan iki övladları anadan olmuşdur. Hazırda iddiaçı övladları ilə birlikdə cavabdehdən ayrı yaşayır. Məhkəmə iclasında tərəflərin izahatından müəyyən edilmişdir ki, cavabdeh polis işçisidir və onun müntəzəm aylıq gəliri var. Məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Belə olan halda məhkəmə hazırkı iş üzrə cavabdehin daimi gəlirinin və ya qazancının olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, aliment məbləği məhz iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən-xx.xx.2022-ci il tarixdən etibarən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla övladları - xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aylıq qazancının və ya başqa gəlirinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4563/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4563/2022
26.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver