Məhkəmə qərarları › İş №2(010)-4683/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4683/2025

20.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4683/2025 20.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dаir iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-355/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş alimentin miqdarında dəyişiklik edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan cavabdehin xeyrinə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli qədər alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-355/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş alimentin tutulma qaydasında dəyişiklik edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan cavabdehin xeyrinə onun əmək haqqının ¼ misli qədər alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X6 adlı bir övladı dünyaya gəlmişdir. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da, sonradan cavabdehin ona qarşı laqeyidliyi, hörmətsizliyi və ailəyə uymayan hərəkətləri nəticəsində münasibətləri pozulmuşdur. Bundan sonra cavabdeh aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5209/2018 nömrəli qətnaməsi ilə vərəqəsinə əsasən, övladlarının saxlanılması üçün hər ay 170 manat alimentin ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5209/2018 nömrəli qətnaməsi ilə tutulmuş alimentin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-355/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuş xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5209/2018 nömrəli qətnaməsi əsasında tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində (154:130=1.18) sabit pul məbləğində indeksasiya edilməklə İddiaçı tutularaq Cavabdeh qızma ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin yuxarıda qeyd olunmuş qərardadından tərəfindən şikayət verilsə də, şikayəti təmin olunmamışdır. O cavabdehdən ayrıldıqdan sonra ailə qurmuş və onun bu nikahdan iki azyaşlı övladı vardır. Onun aylıq gəliri 822 manat təşkil edir. Bu vəsaitin 170 manat hissəsini cavabdehə aliment kimi ödəyir. Yerdə qalan 652,0 manat vəsaitlə 4 nəfər ailə yaşamaq məcburiyyətində qalırlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-355/2025 xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş alimentin miqdarının 472,0 manat təşkil edir və cavabdehə ödəniləcək aliment çıxıldıqdan sonra yerdə 350 manat vəsait qalır. 350 manat vəsait ilə 4 nəfərdən ibarət ailəni saxlamaq mümkün deyildir. Ona görə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)- 355/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş alimentin miqdarının azaldılması zərurəti yaranmışdır.

Tərəflərin izahatları.

4. İddiаçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işi ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmədiyini, məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. X2 və atası İddiaçıdur.

7. 6 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. X2 və atası İddiaçıdur.

8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(103)-368/2025 saylı qərardadından müəyyən olunur ki, şikayət təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-355/2025 saylı, 27 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılması, qərardadın qəbul edildiyi andan qanuni qüvvəyə minməsi qərara alınmışdır.

9. xx.xx.2025-ci il tarixli Arayışdan müəyyən olunur ki, “Neftqaztikinti” trestinin X5 3 saylı bazasının 4-cü dərəcəli takelajçısı İddiaçı ondan ötəri ki, həqiqətən ona Dekabr 2024-cü il tarixindən May 2025-ci il tarixinədək aşağıdakı məbləğdə əmək haqqı hesablanmışdır. Məbləğ yazı ilə 5799,90 (beş min yeddi yüz doxsan doqquz manat, 90 qəpik) manat təşkil edir.

10. xx.xx.2025-ci il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, (iddiaçı) xx.xx.2025-ci il tarixində saat 12:20 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat İMS və 10 manat kargüzarlıq xərci ödəmişdir.

11. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(010)- 355/2025 saylı qərardadının surətindən müəyyən olunur ki, ərizə təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5209/2018 nömrəli qətnaməsi əsasında tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə-üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində (154:130=1.18) sabit pul məbləğində indeksasiya edilməklə İddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır.

İşin faktiki halları.

12. İddiaçı Cavabdeh ilə birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 5209/2018 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılmasına dair iddia tələbi təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il-tarixli, 2(010)-239/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh İddiaçı xx.xx.2011-ci i təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Daha sonra Cavabdeh aliment məbləğinin indeksasiya olunmasına dair ərizə vermiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-355/2025 saylı qərardadına əsasən, ərizə təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5209/2018 nömrəli qətnaməsi əsasında tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə-üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində (154:130=1.18) sabit pul məbləğində indeksasiya edilməklə İddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Həmin qərardaddan şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli 8(103)-368/2025 saylı qərardadına əsasən şikayət təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-355/2025 saylı, 27 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılması, qərardadın qəbul edildiyi andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. Hazırda iddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-355/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş alimentin tutulma qaydasında dəyişiklik edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan cavabdehin xeyrinə onun əmək haqqının ¼ misli qədər alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

Məhkəmənin mövqeyi.

19. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından bir uşaq doğulmuş və bu uşaq hazırda cavabdehin himayəsindədir.

20. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-355/2025 saylı qərardadına əsasən, ərizə təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5209/2018 nömrəli qətnaməsi əsasında tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə-üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində (154:130=1.18) sabit pul məbləğində indeksasiya edilməklə İddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(103)-368/2025 saylı qərardadına əsasən şikayət təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-355/2025 saylı, 27 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılması, qərardadın qəbul edildiyi andan qanuni qüvvəyə minməsi qərara alınmışdır.

21. İddiaçı tərəfindən təqdim olunmuş sübutlardan müəyyən olunur ki, İddiaçı “Neftqaztikinti” trestinin X5 3 saylı bazasının 4-cü dərəcəli takelajçısı vəzifəsində işləyir və dekabr 2024-cü il tarixindən may 2025-ci il tarixinədək 6 ay ərzində ona 5799,90 manat əmək haqqı hesablanmışdır.

22. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.

23. İddiaçı tərəf aylıq təxminən 900 manata yaxın əmək haqqı aldığını və həmin əmək haqqının 472 manat hissəsini bir uşağa aliment kimi ödədiyini və qalan məbləğin isə dörd nəfərdən ibarət (ikisi azyaşlı olmaqla) ailə üzvlərinin saxlanılmasına yetərli olmadığını qeyd etmişdir.

24. Məhkəmə qeyd edir ki, iddiaçının əvvəlki nikahından doğulan bir uşağa 472 manat məbləğində alimentin ödənilməsi, digər nikahdan doğulan azyaşlı uşaqların maddi cəhətdən təmin olunmasında çətinlik yaradır.

25. Məhkəmə hesab edir ki, valideynlər uşağın təhsili, fiziki inkişafı, sağlamlığı, məişət qayğılarının çəkilməsi, onun təlim-tərbiyəsi, maddi cəhətdən saxlanılması kimi məsələlərdə bərabər hüquq və vəzifələrə malikdirlər. Hazırda birinci nikahdan doğulan uşağın 14 yaşı vardır, onun saxlanılması üçün minimum dolanacaq xərclərindən daha çox maddi təminat alması, hazırkı halda iddiaçının himayəsində olan digər iki azyaşlı uşaqların maddi təminat almaq hüquqlarını məhdudlaşdırır. Məhkəmə cavabdehin işləyə bilməməsi kimi ehtimallarını da inandırıcı hesab etmir.

26. Məhkəmə tərəflərin bərabər hüquq və vəzifələrə malik olmalarını, onların maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, hazırkı halda iddiaçının himayəsində olan digər iki azyaşlı uşağın maddi cəhətdən saxlanılması halı da diqqətə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti nəzərə alınaraq, lakin hər bir halda uşağın maraqları üstün tutularaq uşağın saxlanılması üçün iddiaçıdan tutulan alimentin miqdarı hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında müəyyən edilməlidir.

27. Məhkəmə, son olaraq onu da qeyd edir ki, miqdarı dəyişdirilmiş alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Belə ki, yuxarıda (§ 25) istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Məhkəmə xərci.

28. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl 50 manat məbləğində mediasiya xərci çəkmişdir.

29. Alimentin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Odur ki, iddianın təmin edilmiş hissəsinə (aylıq əmək haqqı 966.5:4)(241.62x12=2899.5 manat) mütənasib olan manat məbləğində dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-355/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli və İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment Cavabdeh xeyrinə tutulmalı, dəyişdirilmiş aliment məbləğinin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, ödənilməmiş – 49 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-355/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş alimentin məbləği dəyişdirilsin. İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment Cavabdeh xeyrinə tutulsun. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Ödənilməmiş – 49 (qırx doqquz) manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar