Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4685/2020 15.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı sədrlik etməklə və məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Abdulməcid qızının Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə əməhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Abdulməcid qızının Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə azyaşlı övladı yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat məbləğində və Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən, övladı Esmeralda üç yaşına çatanadək iddiaçı üçün hər ay sabit pul məbləğində 100 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasınıxahişetmişdir. Məhkəmə, İddiaçı Abdulməcid qızı tərəfindən verilmiş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı Abdulməcid qızı tərəfindən iddia ərizəsinə əlavə edilən sənədlər, o cümlədən doğum haqqında şəhadətnamə, atalığın müəyyən edilməsi haqqında şəhadətnamə lazımi qaydada, yəni notariat qaydasında təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 89-cu maddəsinin tələblərinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallar notariat qaydasında təsdiqlənməlidir. Həmin maddənin 3-cü bəndinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İddiaçı Abdulməcid qızı tərəfindən tərtib olunmuş iddia ərizəsinə əlavə edilmiş ərizəçinin öz tələblərini əsaslandırdıqları hallar barədə olan sənədlər notariat qaydasında təsdiqlənməmişdir. Göründüyü kimi ərizəçi tərəfindən iddia ərizəsinə əlavə edilən sənədlər lazımi qaydada, yəni notariat qaydasında təsdiq edilməmişdir. Beləliklə də, Azərbaycan Respublikası MPM-ninmüvafiq tələbləri ərizəçi tərəfindən pozulmuşdur. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və İddiaçı Abdulməcid qızına qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Abdulməcid qızının Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsinəməhkəmənin icraatında baxılmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Abdulməcid qızına geriqaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, iddia ərizəsinin qaytarılması göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada tərəflərə verildikdən sonra 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva.
Məhkəmə qərarları › İş №2(010)-4685/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4685/2020
15.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver