Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-470/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək maddi ehtiyaclarının ödənilməsi məqsədi ilə xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 51 manat dövlət rüsumunun və mediasiya xidməti üçün ödədiyi 51 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək məhkəmə iclasında bildirmişdir ki, o, həyat yoldaşı X1 ilə rəsmi 1977-ci il tarixdə rəsmi nikahda olmuş və onların həmin nikahdan üç övladları vardır. Əri - X1 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. O, oğlu Cavabdeh ilə birlikdə yaşamış və ana kimi oğlu üçün lazım olan hər bir şeyi etmiş, ona qulluq edib böyütmüşdür. O, oğluna toy edərək öz yaşadığı evə gəlin gətirmişdir. Lakin üç aydır ki, oğlu onu tərk edib getmişdir. Hazırda onunla maraqlanmır, maddi cəhətdən ona heç bir köməklik etmir. O, çox çətin bir maddi duruma düşmüşdür. Cavabdeh sürücü vəzifəsində işləyir, ekspeditel kimi mağazalara ərzaq paylayır. Aylıq məvacibi 800 manat təşkil edir. O, isə xəstəliyi ilə əlaqədar olaraq işləyə bilmir. Eyni zamanda 2-ci qrup əlildir. İşləyə bilmədiyi üçün maddi vəziyyəti çox ağırdır. Mütəmadi olaraq xəstəliyi ilə əlaqədar müalicələr alır, lakin maddi vəziyyəti pis olduğuna görə hal-hazırda müalicə ala bilmir. Dəfələrlə maddi vəziyyətinin çətin olmasını, maddi yardıma ehtiyacının olmasını oğlu Cavabdeh desə də, lakin o ona heç bir köməklik göstərməmişdir. Belə olan halda hesab edir ki, maddi ehtiyaclarının ödənilməsində ona yardım göstərilməsi üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək məhkəmə iclasında bildirmişdir ki, onlar ailədə üç uşaqdırlar, lakin anası isə yalnız ondan aliment tələb edir. Bu da anasının ona qarşı qərəzli olmasıdır. Onun anası 2022-ci ilin avqust ayında onu ailəsi ilə birlikdə yaşadığı evdən qovmuş və o, hazırda ailəsi ilə birlikdə 200 manat qarşılığında kirayə yaşayır. Belə ki, o sürücü işləyir və onun aylıq gəliri 400 manat təşkil edir. O, bir övlad kimi daim valideynlərinin hörmətini saxlamış, onlara qarşı qayğı göstərmiş və əlindən gələni bir oğul kimi etmişdir. Odur ki, iddianı qismən qəbul edir, hər ay 70 manat pulun ondan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir və bu barədə ərizə təqdim etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə əlavə olunmuş xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X2 xx.xx.2012-ci il tarixində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixdə verilmiş nikah bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 xx.xx.2009-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərin Sovqatov, arvadın Səfəri qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixində Bərdə rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası X3r. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X3r. İşə əlavə olunmuş ŞAM.Fİ tərəfində verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh həqiqətən xx.xx.2018-ci il tarixdən hal-hazıradək “ŞAM.Fİ MMC-də Təminat şöbəsində sürücü vəzifəsində çalışır və aylıq əmək haqqı 400 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli, elektron informasiya sistemdən çıxarılmış sənədin surətindən görünür ki, İddiaçı İİ qrup əlil təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminatı Agenliyi 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan ailə başçısını itirməyə görə 268,61 manat əmək pensiyası alır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Mediasiya Şurası tərəfindən verilmiş Barışıq Sazişindən müəyyən olunur ki, tərəflər öz aralarında razılığa gəlmişlər, aralarında olan aliment tələbinə dair məhkəmə qaydasında baxılaraq öz hüquqi həllini tapsın. Məhkəmənin yekun qərarından aslı olaraq tələbin icrası tərəflər üçün məqbuldur və razıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 82.1.-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Bu Məcəllənin 82.2.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3.-ci maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Bu Məcəllənin 82.4.-ci maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Bu Məcəllənin 82.5.-ci maddəsinə əsasən valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə hesab edir ki, iddiaçının əmək qabiliyyəti olmadığından, maddi və tibbi yardıma ehtiyacı olduğundan, həmçinin cavabdeh iddia tələbini qismən qəbul edərək əmək qabiliyyəti olmayan valideynini saxlamağa etiraz etmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər ay 70 manat sabit pul məbləğində İddiaçı xeyrinə tutulmalıdır. İş üzrə ödənilmiş - 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə xərcləri – 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment anası-İddiaçı xeyrinə tutulsun. İş üzrə ödənilmiş - 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. Məhkəmə xərcləri – 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-470/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-470/2023
19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver