Məhkəmə qərarları › İş №2(010)-4704/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4704/2020

30.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4704/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh (Maraqlı şəxsnə) qarşı “alimentdən azad edilmə və aliment borcunun silinməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (Maraqlı şəxsnə qarşı “alimentdən azad edilmə və aliment borcunun silinməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə ona təyin edilmiş alimentdən 2018-ci ilin 14 iyun tarixindən azad olunması və həmin qətnamə əsasında 2018-ci ilin 14 iyun tarixindən bu günədək hesablanılmış 4442 manat məbləğində aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2006-cı il tarixində Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində Cavabdeh ilə nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları – İsmayılov Seyfi və İsmayılova Sənubər dünyaya gəlmişdir. Bir müddət sonra cavabdehlə aralarında münasibətlər pozulduğundan Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. xx xxxx 2015-ci il tarixində işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Zülfüqar Sadıqovun icraatında baxılaraq iddianın təmin edilməsi, birgə nikahdan dünyaya gələn övladlarının analarının yanında qalması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün onun aylıq gəlirinin 1/3 hissəsi qədər, eləcə də bir uşağa görə 72 manat olmaqla, iki uşağa görə 144 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilmişdir. Daha sonra o, birgə nikahdan dünyaya gələn övladları X4 və X12 analarından alınaraq onun himayəsinə verilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müracət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(010)-334/2019 saylı qətnaməsinə əsasən iddianın rədd edilməsi qərara alınmışdır. Daha sonra, həmin qətnamədən narazı qaldığı üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsində mülki işə xx xxxx 2019-cu il tarixində hakim Məmməd Məmmədovun icraatında baxılaraq qətnamənin ləğv edilməsi, iddianın qismən (qızının onun himayəsinə verilməsi) təmin edilməsi barədə qətnamə qəbul eidlmişdir. Cavabdeh qətnamədən narazı qaldığı üçün Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Müki işə xx xxxxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Elşanə Vəliyevanın icraatında baxılaraq kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilmişdir. 2018-ci ilin iyun ayından etibarən qızı və oğlu onun yanında qalmağa başlamışlar. xx xxxx 2018-ci il tarixində oğlunu anası zorla alıb aparsa da qızı onun yanında qalmağı seçmişdir. Həmin tarixdən etibarən qızı fasiləsiz olaraq onun himayəsində olmuşdur. Əlavə olaraq, o, nikah pozulduqdan sonra xx xxx 2017-ci il tarixində ailə həyatı qurararq X8 ilə nikaha daxil olmuşdur. xx xxxxxx 2016-cı il tarixində birgə nikahlarından Yunis adlı bir övladı dünyaya gəlmişdir. İkinci ailə həyatından dünyaya gələn X9 görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-717/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən hər ay qazancının 1/4 hissəsi miqdarında aliment ödəməkdədir. Cavabdehin ona qarşı qaldırdığı və məhkəmə tərəfindən təmin edilən xx xxxx 2015-ci il tarixli, 2(010)-149/2015 saylı qətnamə üzrə xx xxxxxx 2014cü il tarixindən etibarən (qızı 2018-ci ilin 14 iyun tarixindən etibarən fasiləsiz olaraq onun himayəsində qalmasına baxmayaraq) ondan bu günə kimi aliment tutulmaqdadır. Məlum olduğu kimi qanunvericilik uşaqların saxlanılmasını hər iki valideynin üzərinə qoymuşdur. İki uşaqdan birinin onun, (xx.xx.2018-ci il tarixindən) digərinin isə cavabdehin yanında qalmasını, o cümlədən onun yeni ailə həyatı qurduğunu və yeni ailə həyatından bir övladının dünyaya gəlməsini nəzərə alaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149/2015 saylı qətnaməsi ilə ona təyin edilmiş alimentdən xx xxxx 2018-ci il tarixindən azad olunması və həmin tarixdən sonra bu günə qədər yaranmış aliment borcunun silinməsi haqqında qətnamə qəbul edilməlidir. O, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149 saylı, xx xxxx 2015-ci il tarixli icra sənədinə əsasən cavabdehə xx xxxx 2018-ci il tarixinədək 15644.90 manat ödəniş etməli idi. O, bu günədək cavabdehə ümumilikdə 18076.68 manat ödəniş etmişdir. Göründüyü kimi xx xxxx 2018-ci il tarixinədək ödəməli olduğu alimenti tam ödəmişdir. Hətta 2431.80 manat məbləğində pul artıq olaraq ödənilmişdir. xx xxxx 2018-ci il tarixindən etibarən qızı onun himayəsində olsa da ondan bu günədək aliment tutulmuşdur. Həmçinin, bu gün də ondan əlavə aliment borcu tələb edilməkdədir. Belə ki, Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, xx/xx- 23242/3 saylı məktubda qeyd edilir ki: “xx xxxx 2018-ci il tarixindən icra sənədində göstərilən qaydada həmin tarixdən bir uşağa görə aylıq qazancınızın 1/4 hissəsi və 72 manat sabit pul məbləğində aliment hesablanmaqla bu günə olan borcunun 4442 manat təşkil edir”. Odur ki, hazırda tərəfindən ödənilən alimentin məbləğinin artıq olması və xx xxxx 2018-ci il tarixindən bu günədək hesablanılmış olan 4442 manat məbləğində alimentin övladının onun himayəsində olduğu halda hesablandığı üçün silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, 2018-ci ilin iyun ayından etibarən uşaqlardan biri onun yanında qalsa da ondan aliment tutulur. Halbuki uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir və əgər uşaqlardan biri ondadırsa digər uşağa görə aliment ödəməkdən azad olunmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, 2018-ci iln iyun ayından uşaqlardan biri iddiaçının, biri onun yanındadır. İddiaçının yaranmış aliment borcu isə iddiaçının yanında qalmayan bir uşağa görə yaranmışdır və digər uşağa aidiyyəti yoxdur. Eyni zamanda bildirdi ki, iddiaçı davamlı olaraq məhkəməyə müxtəlif iddialarla müraciət etdiyindən o, heç bir yerdə iş tapa bilmir. İş tapsa da məhkəmə iclaslarına görə işdən çıxmalı olur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-149/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X14 arasında xx.xx.2006-ci ildə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuş, iddia qalan hissədə təmin edilməmiş, xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X6 boşanmadan sonra cavabdeh X7 yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay aylıq qazancının üçdə bir hissəsi və eləcə də hər ay hər uşağa görə sabit pul məbləğində 72 manat olmaqla, sabit pul məbləğində cəmi 144 manat miqdarında alimentin X7 xeyrinə tutulması, aliment tutulmasının əvvəlinin xx.xx.2014-cü il tarixdən hesablanması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-334/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “uşağın anadan alınması” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2005/2020 saylı qərarının surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin ediməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-717/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunan xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 44 nömrəli arayışın surətindən görünür ki, X16 xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixədək Azərbaycan Dövlət İqtisad Universitetində informasiya-kommunikasiya texnologiyaları mərkəzində direktor müavini vəzifəsində işləmiş, xx.xx.2017-ci il tarixdən isə Elektron idarəetmə mərkəzinin texniki xidmət şöbəsinin müdiri vəzifəsində işləyir. İddiaçı işlədiyi dövr ərzində hesablanmış əməkhaqqı və mükafat arayışda göstərilmişdir. Maraqlı şəxs tərəfindən X11 verilmiş xx.xx.2020-ci il tarixli, xx/xx-23242/3 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən iki azyaşlı uşağın saxlanılması üçün borclu İddiaçı aylıq qazancının 1/3 hissəsi, eləcə də hər ay hər uşağa görə 72 manat pul tutularaq tələbkar Cavabdeh ödənilməlidir. xx.xx.2018-ci il tarixədək icra sənədində göstərilən qaydada həmin tarixdən xx.xx.2012-ci il təvəllüdlü X2 üçün borclu İddiaçı aylıq qazancının 1/4 hissəsi və 72 manat sabit pul məbləğində aliment hesablanmaqla bu günə olan borcu 4442 manat təşkil edir. Maraqlı şəxs tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli, xx/xx-23242/3 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən iki azyaşlı uşağın saxlanılması üçün aylıq qazancının 1/3 hissəsi, eləcə də hər ay hər uşağa görə 72 manat pul tutularaq tələbkar X11 ödənilməlidir. xx.xx.2018-ci il tarixədək icra sənədində göstərilən qaydada həmin tarixdən bir uşağa görə aylıq qazancının 1/4 hissəsi və 72 manat sabit pul məbləğində aliment hesablanmaqla bugünə olan borc 4442 manat təşkil edir. Məhkəmə araşdırması nəticəsində, yuxarıda qeyd edilən iş materialları və tərəflərin izahatları əsasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2012ci il təvəllüdlü X15 doğulmuşdur. Tərəflər arasında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-149/2015 saylı qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən, birgə nikahdan doğulmuş hər iki uşağın anaları X7 yanında qalması, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay aylıq qazancının üçdə bir hissəsi və eləcə də hər ay hər uşağa görə sabit pul məbləğində 72 manat olmaqla, cəmi 144 manat miqdarında alimentin X7 xeyrinə tutulması qət edilmişdir. Bundan sonra, İddiaçı Cavabdeh qarşı “uşaqların anadan alınaraq ataya verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilsə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək uşaqlardan birinin – xx.xx.2007-ci il təvəllüdlü X4 anadan alınaraq ataya verilməsi qət edilmiş, bu qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. xx.xx.2018-ci il tarixindən etibarən xx.xx.2007-ci il təvəllüdlü X13 iddiaçının yanında qalmağa başlamışdır. Hazırda isə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə ona təyin edilmiş alimentdən 2018-ci ilin 14 iyun tarixindən azad olunması və həmin qətnamə əsasında 2018-ci ilin 14 iyun tarixindən bu günədək hesablanılmış 4442 manat məbləğində aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı belə əsaslandırmışdır ki, 2018-ci ilin iyun ayından etibarən uşaqlardan biri atanın, biri ananın yanındadır. Uşaqları saxlamaq isə tək atanın deyil, hər iki valideynin öhdəliyidir. Bu mənada iddiaçı hesab etmişdir ki, uşaqlardan biri iddiaçıda, biri cavabdehdə olduğundan bir uşağın iddiaçıya verildiyi tarixdən etibarən valideynlərin ikisinin də bir-birinə qarşı heç bir aliment öhdəliyi yoxdur və bu tarixdən etibarən iddiaçı aliment ödəməkdən azad edilməli, alimentə görə hesablanmış borc onun hesabından silinməlidir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, xx xxxx 2018-ci il tarixindən etibarən uşaqlardan biri – X13 iddiaçının yanında qaldığından və aliment uşağın yanında olmayan valideyn tərəfindən ödənilməli olduğundan İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-149/2015 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci X1 üçün ödəməli olduğu alimentdən xx xxxx 2018-ci il tarixdən azad edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Lakin məhkəmə hesab edir ki, iddia ödənilməmiş alimentə görə borcun silinməsi hissəsində əsassızdır. Ona görə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş məktubların surətlərindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 149 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixdən X2 üçün borclu İddiaçı aylıq qazancının 1/4 hissəsi və 72 manat sabit pul məbləğində aliment hesablanmaqla borc 4442 manat təşkil edir. Elə iddiaçı özü də iddia tələbini əsaslandırarkən bu hala istinad etmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2018-ci il tarixdən etibarən bir uşağa (öz yanında qalmayan) görə aliment ödəməsini mübahisələndirmir. O, sadəcə olaraq hesab edir ki, xx.xx.2018-ci il tarixdən tərəflərin hər ikisində bir uşaq olduğundan onların bir-birinə qarşı alimet öhdəliyi olmamalı, beləliklə, o, cavabdehin himayəsində olan oğluna görə aliment ödəməməlidir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, valideynin himayəsində bir uşaq olması onu digər valideynin himayəsində olan uşağa görə aliment ödəməkdən azad etmir. Nəzərə alınmalıdır ki, qanunvericilikdə də bu hal alimentdən azad edilmənin mütləq əsası kimi nəzərdə tutulmamışdır və bunun nə hüquqi, nə də məntiqi əsası yoxdur. Ona görə ki, aliment tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla təyin edilir. Yəni valideynlərdən birinin maddi gəliri digərindən çoxdursa aydındır ki, belə bir halda onların hər ikisindən eyni məbləğdə aliment tutula bilməz. Bu o deməkdir ki, hər valideynin himayəsində bir uşağın olması onları qarşılıqlı olaraq aliment ödəmək öhdəliyindən azad etmir, çünki hər bir uşaq üçün ayrı-ayrı məbləğlərdə aliment müəyyən edilir və bu məbləğlərdən biri digərindən çox ola bilər. Təsadüfi deyil ki, Ailə Məcəlləsinin 78.3-cü maddəsində qeyd edilmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi, qanunvericiliklə tərəflərdən hər birində bir uşaq qalması valideynlərin alimentdən azad edilməsinin mütləq əsası kimi müəyyən edilməmiş, əksinə bu halda digər valideyndən daha az təminatı olan valideynin xeyrinə tutulan alimentin miqdarı müəyyən edilmişdir. İddiaçı isə iddia tələbini əsaslandırarkən şərti olaraq hər iki uşaq üçün tutulacaq alimenti bərabər məbləğdə qiymətləndirərək hesab etmişdir ki, iki tərəfin də bir-birinə aliment ödəmək öhdəliyi yoxdur və o, uşaqlardan birinin faktiki olaraq yanında qalmağa başladığı vaxtdan etibarən digər uşağa münasibətdə aliment ödəməkdən azad hesab edilməlidir. Bu cür mövqenin isə artıq yuxarıda qeyd edilmiş səbəblərdən heç bir əsası yoxdur. Yəni iddiaçı öz himayəsində olmayan oğlunun yetkinlik yaşına çatanadək saxlanılmasına görə yaranmış aliment borcunu ödənilməlidir. Bu eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasınının məcburliyindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Bundan başqa, iddiaçı iddiasını əsaslandırarkən alimenti artıq ödədiyinə istinad etmiş, bununla bağlı məhkəməyə cədvəl təqdim etmişdir. Məhkəmə tərəfindən bu cədvəl tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin cədvəldə göstərilmiş bütün ödənişlər iddiaçı tərəfindən sadəcə olaraq qeyd edilmiş, bu ödənişləri təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Dolayısı ilə təklikdə bu cədvəlin iş üçün hüquqi baxımdan heç bir əhəmiyyəti yoxdur. Məhkəmə qətnaməsinin icrasını təmin edən dövlət orqanı isə açıq şəkildə iddiaçının öz himayəsində olmayan uşağa görə 4442 manat məbləğində borcu olduğunu göstərmişdir. Odur ki, iddia bu hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)- 149/2015 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci X1 üçün ödəməli olduğu alimentdən xx xxxx 2018-ci il tarixdən azad edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)- 149/2015 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci X1 üçün ödəməli olduğu alimentdən xx.xx.2018-ci il tarixdən azad edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar