Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4740/2023 22.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron rayon Ərazi İdarəsi) “payçı müqaviləsinin və mülkiyyət hüququna dair DƏDRX-nin Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron rayon Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” massivi, 6-cı bina, mənzil *F, ümumi sahəsi 44,7 kv.m olan, * otaqlı mənzilə dair "xxxx" MTK ilə Cavabdeh arasında bağlanılmış 25 noyabr 20*6-cı il tarixli, 00000*094 saylı Payçı müqaviləsinin və onun əsasında həmin mənzilə dair Azərbaycan Respublikası Dövlət Əmlək Məsələləri Komitəsi Yanında DƏDRX-a tərəfındən verilmiş xx.xx.2023-ci il tarixli **23*09*59 qeydiyyat nömrəli X* ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MTK iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK ilə Cavabdeh arasında 25 noyabr 20*6-cı il tarixli, 00000*094 saylı Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” massivi, 6-cı bina, mənzil İF, ümumi sahəsi 44,7 kv.m olan, * otaqlı mənzili satılmışdır. DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfındən Cavabdeh adına həmin mənzilə mülkiyyət hüququna dair müvafıq çıxarış verilmişdir. Cavabdeh, Cavabdeh xx.xx.2023-ci ildə notarial qaydada təsdiq olunmuş ərizə ilə "xxxx" MTK-ya müraciət edərək, yuxarıda göstərilən mənzilə pay huququndan imtina etməklə, həmin mənzilin MTK-ya qaytarılmasını və digər şəxsə satılmasını xahiş etmiş və MTK-ya qarşı heç bir iddiasının və tələbinin olmadığını bildirmişdir. Lakin, cavabdeh pay hüququndan imtina edərək mənzili geri qaytarsa da, dəfələrlə müraciət etməyimizə baxmayaraq , həmin mənzilə dair aramızda bağlanılan 25 noyabr 20*6-cı il tarixli, 00000*094 saylı Payçı müqaviləsinin və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfındən cavabdehin adına verilmiş xx.xx.2023 tarixli **23*09*59 nömrəli çıxarışın ləğv edilməsi üçün lazım olan hərəkətləri icra etməmişdir və bildirmişdir ki, o, pay hüququndan imtina etmiş və mənzili təhvil vermişdir, çıxarışm ləğvi və digər hüquqi məsələləri isə MTK özü həll etsin. Buna görə də həmin mənzil hələ də formal olaraq cavabdehin adına qeydiyyatdadır. Bu səbəbdən də MTK həmin mənzil üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Yaranmış bu vəziyyət MTK-nın hüquqlarını pozur. Buna görə də 25 noyabr 20*6-cı il tarixli, 00000*094 saylı payçı müqaviləsinin və həmin mənzilə dair dövlət reyestrindən cavabdehin adına verilmiş **23*09*59 qeydiyyat nömrəli çıxarışın məhkəmə qaydasında ləğvinə ehtiyac vardır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, Cavabdehnun adına tərtib olunmuş payçı müqaviləsinin və mülkiyyət hüququna dair Azərbaycan Respublikası Dövlət Əmlək Məsələləri Komitəsi Yanında DƏDRX tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş X* ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin *85.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron rayon Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25.**.20*6-cı il tarixli, 00000*094 saylı payçı müqaviləsindən müəyyən olunur ki, tərəflər arasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” massivi, 6-cı bina, mənzil *F, ümumi sahəsi 44,7 kv.m olan, * otaqlı mənzilə ümumi dəyəri 67944 AZN olan mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, ev 9 A, mənzil 364, Yeni qaydalarla: AZ **33, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Elçin İsmayılov küçəsi, *00, M*, m6 ünvanında yerləşən evə dair xx.xx.2023-cü il tarixdə verilmiş 0060**006 *03-0530*-0934*8 reyestr nömrəli, **23*09*59 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mülki iş materiallarında olan Cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, ərizəçi "xxxx" Mənzil Tikinti Kooperativinin inşa etdiyi binasında adında olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” massivi, 6-cı bina, mənzil *F, ümumi sahəsi 44,7 kv.m olan, * otaqlı mənzilinin payçılığından çıxmaqla istənilən şəxsin adına keçirilməsinə köməklik göstərilməsini xahiş edir. Gələcəkdə ödənişlə və göstərilən mənzil barəsində heç bir iddiası olmayacaqdır. İş materiallarında olan X2 tərəfindən xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, ərizəçi "xxxx" Mənzil Tikinti Kooperativinin inşa etdiyi binasında aldığı və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” massivi, 6-cı bina, mənzil *F, ümumi sahəsi 44,7 kv.m olan, * otaqlı mənzilin payçılıqdan çıxmaqla istənilən şəxsin adına keçirilməsinə heç bir etirazı yoxdur. Gələcəkdə ödənişlə və göstərilən mənzil barəsində heç bir iddiası olmayacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin *78.8-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 20*0-cu il tarixli Qərarında göstərilmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququ əldə edirlər. Kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ varadır. Mənzil üzərində cavabdehin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **2.*-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin mühasibat balansı təsdiq edildikdən sonra həyata keçirilir. Mülki Məcəllənin *39.* və *39.3-cü maddəllərinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi başqasına keçinəsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin *49.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixində notarial qaydada verdiyi ərizə əsasında mənzilə dair pay hüququndan imtina etdiyindən mənzil üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydinin əksi olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və payçı müqaviləsi ləğv olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.20*6-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 8* və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (Nümayəndəanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3* may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 2*7.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq iddia tələbinin əsaslı olduğundan təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsində göstərilir ki, dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 25.**.20*6-cı il tarixli, 00000*094 saylı payçı müqaviləsi ləğv edilsin. Cavabdeh adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, ev 9 A, mənzil 364, Yeni qaydalarla: AZ **33, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Elçin İsmayılov küçəsi, *00, M*, m6 ünvanında yerləşən evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 0060**006*03-0530*- 0934*8 nömrəli, **23*09*59 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarış ləğv edilsin. İş üzrə dövlət rüsumu üçün ödənilmiş *00 (yüz) manat pul vəsaiti iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-4740/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4740/2023
22.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver