Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4754/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Anar Adil oğlu Qasımovun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2008-ci il təvəllüdlü X4, xx xxxx 2010-cu il təvəllüdlü X2 və xx xxx 2014-cü il təvəllüdlü X1 üçün cavabdehin qazancının (başqa gəlirlərin) 1/2 hissəsi miqdarında aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, 2007-ci ildə cavabdehlə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından xx xxxx 2008-ci il təvəllüdlü X4, xx xxxx 2010-cu il təvəllüdlü X2 və xx xxx 2014-cü il təvəllüdlü X5 anadan olmuşlar. Aralarında olan nikah Ankara Ailə Məhkəməsi tərəfindən pozulmuş və qeyd olunan övladları onun himayəsində qalmışlar. Həmin vaxt cavabdehlə uşaqların saxlanması ilə razılıq əldə etdiyinə görə nikahın pozulması barədə qətnamə qəbul edildiyi zaman aliment məsələsi həll edilməmişdir. İlk vaxtlar bundan sonra cavabdeh uşaqlarının saxlanması üçün köməklik göstərsə də, hazırda maddi köməklik göstərmir. O, təkbaşına uşaqlarını saxlamaqda çətinlik çəkir, cavabdeh isə “xxxx” MMC tikinti şirkətində çalışır və yüksək məbləğdə məvacib alır. Bunlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, Cavabdeh iddiaçının qeyd etdiyi təşkilatda işləsə də, Ankara Ailə Məhkəməsi tərəfindən tərəflər arasında nikah pozulduğu zaman uşaqların saxlanması ilə bağlı razılıq əldə edildiyinə əsaslanaraq tələb olunduğu miqdarda aliment ödəməlidir. Qeyd olunan qətnamə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hələ tanınmasa da, bununla bağlı müraciət olunmuşdur. Bu isə ona dəlalət edir ki, hazırki iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəfləri birgə nikahlarından xx xxxx 2008-ci il təvəllüdlü X4, xx xxxx 2010-cu il təvəllüdlü X2 və xx xxx 2014-cü il təvəllüdlü X5 adında övladları vardır. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin etirafı ilə cavabdehin “xxxx” MMC tikinti şirkətində işləməsi işin mübahisəsiz halıdır Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.3.-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı hissəsi miqdarında aliment tutulur. Sadalanan xüsusatları və qanunvericilik aktı normalarını nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdeh daimi işdə işləyərək əmək haqqı alır. İşin bu hallarını nəzərə alaraq, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddələrinin uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehin gəlirlərinin və başqa qazanclarının yarısı hissəsi miqdarında alimentin tutulmalıdır. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında gətirdiyi dəlillərlə razılaşmayaraq məhkəmə qeyd edir ki, Azırbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 458.1–ci maddəsinə görə xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. Həmin Məcəllənin 459-cu maddəsinə əsasən xarici məhkəmələrin öz xarakterinə görə icrası tələb olunmayan aşağıdakı qətnamələri Azərbaycan Respublikasında tanınır: 459.0.1. məhkəmənin qətnamə çıxardığı dövlətin vətəndaşlarının şəxsi statusuna toxunan qətnamələr; 459.0.2. nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ər-arvaddan biri Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr; 459.0.3. nikah ləğv edildiyi və ya etibarsız hesab edildiyi vaxt ər-arvadın hər ikisi Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadıqları hallarda Azərbaycan Respublikasının vətəndaşları arasında nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr. Belə olduğu Ankara Ailə Məhkəməsinin qətnaməsi birgə nikahdan doğulmuş uşaqlarınının saxlanması ilə məsələlərin həlli baxımından Azərbaycan Respublikasında tanınması məcburi olan qətnamələrinə aid olduğuna görə, cavabdeh tərəfindən isə bu qərarın Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tanınma aparılması barədə sübutlar təqdim edilmədiyinə görə cavabdehin nümayəndəsinin aliment barədə iddia tələbinin istisna olunmasına dair dəlilləri əsasssız hesab olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx xxxxxxx 2020ci il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. xx xxxx 2008-ci il təvəllüdlü X4, xx xxxx 2010-cu il təvəllüdlü X2 və xx xxx 2014-cü il təvəllüdlü X1 üçün xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/2 hissəsi məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-4754/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4754/2020
17.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver