Məhkəmə qərarları › İş №2(010)-4758/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4758/2022

24.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4758/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə xx.xx.2010-cu ildə anadan olmuş X5 və xx.xx.2013-cü ildə doğulmuş X1 üçün hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat aliment tutulması və ödədiyi 50 manat mediasiya xərcinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onunla cavabdeh arasında olan nikah Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli iş №2(010)-101/2022 saylı qətnaməsi ilə pozulmuş və xx.xx.2010-cu ildə anadan olmuş X5 və xx.xx.2013-cü ildə doğulmuş X6 onun himayəsində saxlanılmışdır. Cavabdehlə aralarında başlanmış mediasiya sessiyasına cavabdeh gəlmədiyinə görə proses davam etdirilə bilməmişdir. Cavabdeh fərdi əmək fəaliyyəti ilə məşğul olmasına baxmayaraq uşaqlara heç bir yardım göstərmir. Onun isə buna maddi imkanı çatmır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi qismində izahat vermiş vəkili Vəkil iddia tələbləri ilə razılaşmayaraq izahatında göstərdi ki, cavabdeh iddiaçı ilə birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 iddiaçının yanında qalmalarına razı olmamaş, lakin buna dair qəbul olunmuş məhkəmə qətnaməsi ona (Cavabdeh) rəsmi təqdim olunnmadığına görə ondan şikayət verə bilməmişdir. İddiaçı isə övladlarına layiqincə baxmır, pullarını isə narkotik vasitə əldə edilməsinə sərf edir. Hazırda iddiaçı barəsində Suraxanı Rayon Məhkəməsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılır. Cavabdeh isə heç bir yerdə işləmir, maddi vəziyyəti ağırdır. Belə olan halda iddiaçının cavabdehdən pul tələbi barədə iddiası əsasssız olduğuna görə təmin edilməməlidir. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razılaşmayaraq onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİ seriyalı 406749 №-li Doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 10 mart 2010-cu il təvəllüdlü X3 atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan AZ-İİİ seriyalı 101631 №-li Doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 29 aprel 2013-cü il təvəllüdlü X4 atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(010)-101/22 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflər arasındakı nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 Nicad Famil oğlunun himayəsində qalmışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən,valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdırıb, tərəflərin maddi vəziyyətini və uşaqların mənafeyini nəzərə almaqla hesab edir ki, uşağın normal şəraitdə yaşamağının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən hər ay hər bir uşaq üçün 25 manat olmaqla cəmi 50 manat miqdarında sabit pul məbləğində aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır. Belə ki, iddiaçı tərəf öz tələbində cavabdehdən hər bir uşaq üçün 200 manat miqdarında aliment olmaqla cəmi 400 manat tələb etdiyini bildirsə də, məhkəmə iclasında həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və eləcə də, həmin xüsusat üzrə həmin tələbi təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşaqların saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından - uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Lakin, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən, tərəflərin maddi vəziyyəti və uşağın mənafeyi, eləcə də iddiaçı tərəfindən uşağın aylıq xərci və cavabdehin ayda cəmi 400 manat məbləğində aliment ödəmək imkanını təsdiq edən gəliri barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməməsi və uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 25 manat cəmi 50 manat miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı aliment tələbi barədə ərizəsini məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim etmişdir. Ona görə də, alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 25 manat olmaqla, cəmi 50 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 25 manat olmaqla, cəmi 50 manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar