Məhkəmə qərarları › İş №2(010)-476/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-476/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-476/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 manat məbləğində sığorta ödənişi məbləğinin, 1.400 manat işlərin görülməsi xərclərinin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.030 manat məbləğində pul vəsaitinin iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə Cavabdeh arasında xx xxx 2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 2103” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqıliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh Əlibala oğlu xx xxxxxxxx 2019-cu il tarixdə “VAZ 2103” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, R.Qəmbərov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz 190” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 600(altı yüz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ DYPŞ-dən ünvanınıza xx.xx.2019-cu il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh Əlibala oğlu AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. Sabunçu RPİ DYPŞ-nin “xxxx” ASC-yə təqdim etdiyi xx xxxxxxx 2019-cu il tarixli ***-**** saylı Arayışa əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 2103” markalı **- DV-*** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan idarə etdiyi qeyd olunmuşdur. İddiaçı xxxx” Açıq Səhmdar Cəmiyyəti xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iş həcminin çox olması səbəbindən xx xxxxxx 2021-ci il tarixdə saat 15:20yə təyin edilmiş iş üzrə məhkəm baxış iclasını, həmçinin növbəti məhkəmə iclaslarını cavabdehin iştirak etmədiyi halda qiyabi icraat qaydası da daxil olmaqla, iştirakı olmadan keçirilməsini və iddianl tam həcmdə müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx xxxxxxxx 2019-cu ildə Bakı şəhəri R.Qəmbərov küçəsində Cavabdeh etibarnamə olmadan idarə etdiyi "VAZ 2103" markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, “Mercedes Benz 190” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmaqla nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində sonuncu avtomobilə maddi zərər dəymişdir. Həmin yol-nəqliyyat hadisəsini törətmiş sürücü Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Sabunçu RPİ DYPŞ-i tərəfindən qəbul edilmiş TP № ******* saylı inzibati tənbeh vermə haqqında Qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək,40 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, PAA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” ilə Cavabdeh "VAZ 2103" markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili 02 may 2019-cu ildən xx xxx 2020-cu ilədək “xxxx” ASC tərəfindən icbari sığortalamışdır. İş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Hesablama Aktından görünür ki, “Mercedes Benz 190” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 600 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli 19-09873/10/AA-8241/19 №-li Sığorta aktından görünür ki, PAA********** №-li Sığorta şəhadətnaməsi ilə sığortalanmış "VAZ 2103" markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh xx xxxxxxxx 2019cu ildə Bakı şəhəri R.Qəmbərov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində “Mercedes Benz 190” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 600 manat məbləğində maddi zərər vurulmuş olduğundan, ödənilməli olan sığorta ödənişinin miqdarı 600 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli 015567 №-li Ödəniş tapşırığından görünür ki, PAA********** №-li Sığorta şəhadətnaməsi üzrə avtomobilə dəymiş zərərlə əlaqədar “xxxx” ASC tərəfindən 600 manat məbləğində sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Beləliklə də, yuxarıda təsvir olunanlarla 02 may 2019-cu ildə “xxxx” ASC tərəfindən PAA********** №-li Sığorta şəhadətnaməsi ilə icbari sığorta növü ilə sığortalanmış "VAZ 2103" markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh etibarnamə olmadan idarə etdiyi "VAZ 2103" markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri R.Qəmbərov küçəsində törətdiyi yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərə görə sığortaçı “xxxx” ASC tərəfindən 600 manat məbləğində pul vəsaitinin (sığorta ödənişi) zərərçəkmiş şəxsə ödənilməsi təsdiq olunduğundan məhkəmə qeyd olunan qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Bununla belə məhkəmə iddia tələbini qismən əsaslı hesab edir və qeyd edir ki, iddia tələbində işlərin görülməsi xərcləri kimi 1400 manat cavabdehdən tələb edilsə də, həmin iddia tələbini iddia ərizəsində əsaslandırmamış, eləcə də iddiaçı tərəfindən bu tələbin əsaslığına dəlalət edən sübutlar məhkəmə araşdırılması zamanı təqdim edilməmişdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 02 may 2019-cu ildə “xxxx” ASC tərəfindən icbari sığorta ilə sığortalanmış Cavabdeh xx xxxxxxxx 2019-cu ildə Bakı şəhəri R.Qəmbərov küçəsində etibarnamə olmadan idarə etdiyi "VAZ 2103" markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə təqsirli olaraq törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 190” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər görə ödənilmiş 600 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh tutularaq, iddiaçı “xxxx” ASC ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 630 (altı yüz otuz ) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar