Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4780/2024 09.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş ovladları xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil vəsatət təqdim edərək, hazırki mülki işin Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3011/2024 saylı mülki işlə əlaqədar olduğundan bir icraatda birləşdirilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəsatətə etiraz etdiyini, lakin məsələ üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, vəsatəti nəzərdən keçirib, hər iki mülki iş üzrə mübahisələrin eyni icraatda baxılmasının qanuni və əsaslı olduğunu, nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh nikahın pozulması və uşaqların atanın yanında qalması” tələbinə dair e-2(010)-3011/2024 saylı mülki işlə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair dair e-2(010)-4780/2024 saylı mülki işin birləşdirilməsi məqsədə uyğundur. Belə ki, həmin işlərin birləşdirilməsi həm də mübahisəyə daha operativ baxılmasına xidmət edəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı İddiaçı Cavabdeh nikahın pozulması və uşaqların atanın yanında qalması” tələbinə dair e-2(010)-3011/2024 saylı mülki işin icraatı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair dair e-2(010)-4780/2024 saylı mülki işin icraatı birləşdirilsin və qeyd olunan mülki işə e-2(010)-3011/2024 nömrəsi altında baxılsın. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4780/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4780/2024
09.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver