Məhkəmə qərarları › İş №2(010)-4807/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4807/2021

11.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4807/2021 11.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən daxil olmuş İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair mülki iş materiallarını nəzərdən keçirərək MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh iddia ərizəsində siyahısı göstərilmiş cehiz əşyalarının onun mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2(001)-4427/2021 saylı qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, ilk növbədə, mülki iş Cavabdeh Bakı şəhəri, Suraxanı rayonunda qeydiyyatda olması əsası ilə ərazi aidiyyəti üzrə Bakı şəhərinə Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Lakin iş materiallarında Cavabdeh harada qeydiyyatda olması ilə bağlı heç bir sənəd yoxdur. Məhkəmə tərəfindən cavabdehin qeydiyyat ünvanının dəqiqləşdirilməsi üçün “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğu edilsə də Cavabdeh şəxsiyyəti barədə heç bir məlumat sistemdə mövcud olmadığından cavabdehin həqiqətən Bakı şəhəri, Suraxanı rayonunda qeydiyyatda olub-olmadığı müəyyən edilə bilməmişdir. Bundan əlavə, məhkəmə hesab edir ki, cavabdeh Suraxanı rayonunda qeydiyyatda olsa belə işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehə məxsus cehiz əşyaları iddiaçının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu ərazisində olan evdə yerləşdirilmişdir və iddiaçı həmin cehiz əşyalarının bu evdən çıxarılmasını tələb edir. Yəni, cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus evdə qalmışdır və iddiaçı həmin əşyaların öz evində qalmasını istəmədiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı ev üzərində hüquqlarının pozulmasını aradan qaldırmaq üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, istənilən şəxsin yaşadığı evdə onun razılığı olmadan başqa şəxsə məxsus əşyaların qalması həmin şəxsin ev üzərində hüquqlarının məhdudlaşdırılması deməkdir. Bu baxımdan İddiaçı Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən evi üzərində hüquqlarının pozulmasını aradan qaldırmaq məqsədi ilə (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) məhkəməyə müraciət etmişdir. Belə olan halda mübahisəyə müstəsna aidiyyət tətbiq edilməli və işə iddiaçının evi üzərində hüquqlarını pozan cehiz əşyalarının yerləşdiyi evin olduğu yer üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.06.2021-ci il tarixli Qərarı) Göründüyü kimi mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsə də işin aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı vardır. Məhkəmə hesab edir ki, işə müstəsna aidiyyət qaydasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə hesab edir ki, işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılması ilə mübahisə predmeti olan əşyaların yerində müayinəsi, evə baxış keçirilməsi, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə hesab edir ki, işin aidiyyəti ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi arasında fikir ayrılığı yarandığından aidiyyət məsələsinin həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikasının MPM-in 45, 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRARA A L D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair mülki işin aidiyyətinin müəyyən edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikаyət verilə bilməz. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar