Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4964/2022 29.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və müalicə xərcləri” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ondan qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi və Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 üçün zəruri olan əlavə xərclərə cəlb edilərək, ondan əlavə olaraq uşağın xəstəliyi ilə bağlı müalicəsi üçün 150 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 adlı üç uşaqları anadan olmuşdur. İddiaçı cavabdehlə bir müddət mehriban yaşasa da, sonradan cavabdeh ailəsinə biganə yanaşmış, ailəsi ilə maraqlanmayaraq uşaqların qeydinə qalmamışdır. Artıq uzun bir müddətdir ki, cavabdeh öz uşaqlarının maddi problemləri ilə maraqlanmır, onların xərclərini ödəməkdə iddiaçıya yardım etmir. İddiaçı isə heç bir yerdə işləmir və uşaqların tələbatını ödəməkdə, onların normal uşaq həyatı sürməsi üçün lazım olan xərclərin ödənilməsində çox çətinlik çəkir. Hər ay bir uşağın saxlanması üçün iddiaçının təxminən 250 manata qədər xərci çıxır ki, bunun ödənilməsi artıq onun üçün mümkün deyildir və bu səbəbdən də uşaqlar bir çox maddi nemətlərdən, ictimai həyatdan məhrum olmuşlar. xx.xx.2013-cü il təvəllüdlü oğlu Sadiq xərçəng xəstəliyindən əziyyət çəkir. Onun müalicəsinə hər ay pul lazım olur. Belə ki, uşaqlara lazım olan qidaların və vitaminlərin verilməsi xüsusi ilə zəruri olduğu halda, maddi vəziyyəti pis olduğundan uşaqlar həyat üçün zəruri olan nemətlərdən məhrum olmuş, uşağın saxlanması hər iki valideynin vəzifəsi olmasına baxmayaraq, cavabdehin öz vəzifəsini həyata keçirməkdən imtina etməsi isə uşaqların sağlam inkişafını sual altında qoymuşdur. Cavabdeh işləyir, alimentin cavabdehin qazancından müəyyən hissə kimi tutulması mümkündür və belə hesab edir ki, ondan qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulmalıdır. Bundan əlavə Cavabdeh xx.xx.2013- cü il təvəllüdlü X4 müalicəsi ilə ilə əlaqədar zəruri olan əlavə xərclərə cəlb edilməlidir. Cavabdeh uşaqların saxlanması üçün zəruri olan iddiaçının tələb etdiyi bu məbləğləri tam ödəmək iqtidarındadır. Belə ki, o, dövlət işində işləyir və ayda ***- **** manat məbləğində əmək haqqı alır. Məhz cavabdehlə birgə yaşadığı dövrdə uşaqların maddi tələbatı çox yüksək səviyyədə ödənilmiş, uşaqlar çox bolluq, firəvanlıq və çox yüksək səviyyədə saxlanılmışdır. İndi isə uşaqların həmin maddi rifahını əvvəlki səviyyədə saxlamaqda o, tək ana kimi çox çətinlik çəkir və cavabdehin maddi dəstəyi olmadan uşaqların tələbatının əvvəlki səviyyədə saxlanılması qeyri-mümkündür. Məhz bu səbəbdən də o, məhkəməyə müraciət edərək, uşaqların saxlanması üçün cavabdehdən aliment tutulması və onun uşaqların əlavə xərclərinə cəlb edilməsini tələb etməyə məcbur olmuşdur. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, iddiasına uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasındi dindirilən Cavabdeh iddianı qəbul edərək, izahatında göstərdi ki, o, iddiaçının iddia tələbini qəbul edir və uşaqlarının saxlanılması üçün hər ay qazancının yarısı miqdarında alimenti və oğlu Sadiqin müalicəsi üçün əlavə olaraq hər ay 150 manat məbləğində vəsaitin tutulmasına etiraz etmir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah xx.xx.2010-cu il tarixdə bağlanmışdır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki,, X7 xx.xx.2010-cu ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. 2 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2013-cü ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi xx.xx.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2021-ci ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X8 ümumi xəstəlikdən əziyyət çəkir. Milli Onkologiya mərkəzinin xəstəlik tarixindən çıxarışdan görünür ki, X5 “qaraciyərin sağ payının hepatoblastoması, 6 kurs SİOPEL, protokolu ilə neoadyuvant pkt və cərrahi əməliyyatdan sonrakı vəziyyət, XBT-10 üzrə kodu C22.2 diaqnozu qoyulmuşdur. Bakı 6 saylı X2 R.İbrahimovun xx.xx.2022-ci il tarixli MŞB/6-6421 saylı ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, "ailə münasibətlərindən irəli gələn mübahisə" (aliment tələbinə dair) üzrə xx.xx.2022-ci il tarixdə saat 16:00-dan 16:30-a keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. Cavabdeh ərizəsindən görünür ki, o, iddiaçının ona qarşı irəli sürdüyü iddia tələbini qəbul edir. Uşaqlarının saxlanılması üçün hər ay qazancının yarısı miqdarında alimenti və oğlu Sadiqin müalicəsi üçün əlavə olaraq hər ay 150 manat məbləğində vəsaitin tutulmasına etiraz etmir. Məhkəmənin mövqeyi Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2021 -ci il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. Hazırda iddiaçı azyaşlı uşağı ilə birlikdə yaşayır. İddaçı cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2021 -ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi irəli sürmüşdür. Məhkəmə müəyyən edir ki, cavabdeh 3 övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq iddiaçının xeyrinə ödənilməsinə razıdır. İrəli sürülən iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AZEMİS Cavabdeh gəlirlərindən müəyyən olunmuşdur ki, o, Azərbaycan Respublikası DNŞ-nin «Neft Kəmərləri» İdarəsində elektrik montryoru vəzifəsidə işləyir və aylıq əmək haqqı 790.02 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə— qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Həmin Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını və yuxarıda qeyd olunanları rəhbər tutaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə övladları Fidan, Sadiq və Rzanın saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulmalıdır. İddianın "oğlu Sadiqin xəstəliyi ilə əlaqədar cavabdehin hər ay 150 manat məbləğində əlavə xərclərə cəlb edilməsi” hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, cavabdeh iddia tələbinin bu hissəsi ilə də razılaşmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-ci maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qanunvericiliyin yuxarıda sadalanan normalarını və cavabdehin iddia tələbini qəbul etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə övladı Sadiqin müalicəsi ilə bağlı xərclərə görə hər ay 150 manat məbləğində vəsait tutulmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən övladları xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarda aliment və xx.xx.2013-cü il təvəllüdlü X4 müalicəsi ilə bağlı xərclərə görə hər ay 150 (bir yüz əlli) manat məbləğində vəsait tutulmalıdır. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsini xx.xx.2022-ci ildə məhkəməyə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə dərhal icra olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2022ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X4 müalicəsi ilə bağlı xərclərə görə hər ay 150 (bir yüz əlli) manat məbləğində vəsait tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə aliment tələbi hissəsində dərhal icra edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-4964/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4964/2022
29.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver