Məhkəmə qərarları › İş №2(010)-4968/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4968/2022

28.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4968/2022 28.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İlkin iddiaçı Əlı̇ osmanlı Daşqın Nadı̇ rşah oğlunun Cavabdeh Çı̇ ngı̇ z qızına qarşı alimentin azaldılması tələbi və qarşılıqlı iddiaçı Cavabdeh Çı̇ ngı̇ z qızının cavabdeh Əlı̇ osmanlı Daşqın Nadı̇ rşah oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İlkin İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1284/2019 №-li, 27 may 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehin xeyrinə 12 iyul 2017-ci ildə anadan olmuş oğlu X2 üçün tutulan almentin miqdarının azaldılması və cavabdehin xeyrinə ondan 12 iyul 2017-ci ildə anadan olmuş oğlu X2 üçün hər ay əmək haqqından sabit məbləğ formasında 110 (yüz on) manat miqdarında alimentin tutulması və ya Cavabdeh təklifinə uyğun olaraq almentin ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 128412019 №-li, 27 may 2019-cu il tarixli qətnaməsinə əsasən 16 yanvar 2019-cu il tarixdən başlayaraq ondan cavabdehin xeyrinə 12 iyul 2017-ci ildə anadan olmuş oğlu X1 üçün bütün növ qazancının 160 (yüz altmış) manat miqdarında aliment tutulur. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı o əmək haqqının demək olar hamısını aliment kimi ödəyirdi və eyni zamanda subay idi. 14 avqust 2019-cu il tarixdə X6 ilə nikaha girmiş və ailəsi ilə bir yaşamağa başlamışdır. Hazırda o, 21 saylı Poçt şöbəsində müdir vəzifəsində işləyir və onun vəzifə maaşı 345 (üç yüz qırx beş) manat təşkil edir. Digər gəlir yeri yoxdur. Onun ailə həyatı dəyişmişdir. Belə ki, o, əvvəlki miqdarda təyin olunmuş aliment ödəyəndə yeni ailəsinə hər ay 160 (yüz altmış) manata qədər maddi yardım göstərə bilir. O, bu əmək haqqı ilə yeni ailəsi ilə dolana bilmir. Cavabdeh ona ata olaraq öz uşağının atalıq adından imtina etməyini və aliment ödəməməyi təklif etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh Çı̇ ngı̇ z qızı cavabdeh Əlı̇ osmanlı Daşqın Nadı̇ rşah oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məlıkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-1284/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin İddiaçı iddia ərizəsi əsasında birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 üçün ödədiyi aliment məbləğinin 110 manat həcmində müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli bildirişi əsasında ilkin iddia ərizəsi ona poçt vasitəsilə çatdırılmışdır. İlkin iddiaçı həm işləyərək əmək haqqı alır, həm də digər fəaliyyətlərlə məşğul olaraq kifayət qədər gəlir əldə edir. Lakin uşağa aliment ödəmək istəmir. Məhkəmə iclasında İddiaçı öz iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbinin təmin edilməməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-1284/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 145 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 anası - Cavabdeh yanında qalması və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay 110 manat sabit pul məbləği və əmək haqqısının (əlavə gəlirlərinin) dörddə bir hissəsində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, № 14/567 saylı "xxxx" MMC-nin 1 saylı Poçt filialının arayışından görünür ki, İddiaçı, həqiqətən də, 21 saylı Poçt şöbəsində əmək haqqı 345 manat olmaqla müdir vəzifəsində işləyir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X7 ilə xx.xx.2019-cu il tarixdə rəsmi qaydada nikaha daxil olmuşdur. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər rəsmi qaydada nikaha daxil olmuş və bu nikahdan bir övladları dünyaya gəlmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-1284/2019 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 anası - Cavabdeh yanında qalması və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat sabit pul məbləği və əmək haqqısının (əlavə gəlirlərinin) dörddə bir hissəsində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda ilkin İddiaçı yenidən ailə həyatı qurduğunu və aldığı aylıq 345 manat əmək haqqı ilə aliment məbləğini ödədikdən sonra qalan vəsaitlə ailəsinə lazımi maddi yardım göstərə bilmədiyini qeyd edərək aliment məbləğinin azaldılmasını xahiş edir. Qarşılıqlı iddiaçı isə İddiaçı aldığı əmək haqqından əlavə gəlir mənbəyinin də olduğunu qeyd edərək aliment məbləğinin artırılmasını xahiş edir. Məhkəmə ilk öncə ilkin iddia tələbi ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə işin hallarını və yuxarıda göstərilənləri nəzərə alaraq, ilkin iddia tələbini əsassız hesab edir. Belə ki, İddiaçı hazırda yenidən nikaha daxil olduğunu və aylıq əmək haqqısının cəmi 345 manat olmasını bildirərək xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay təyin olunmuş aliment miqdarının azaldılaraq hər ay 110 manat məbləğində təyin edilməsini xahiş etsə də, lakin tələbini Ailə Məcəlləsinin yuxarıda istinad olunan normaları baxımından əsaslı hesab edəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbindən görünür ki, aliment miqdarının dəyişdirilməsi, tərəflərdən birinin ailə və maddi vəziyyətindəki dəyişikliklə bağlı hallarla əlaqəli ola bilər. İlkin İddiaçı yenidən nikaha daxil olması, onun əvvəlki nikahdan doğulmuş övladı - xx.xx.2017-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş aliment miqdarının azaldılması üçün əsas ola bilməz. Ona görə də, məhkəmə iddia tələbini Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbi baxımından əsaslı hesab edə bilməz. Məhkəmə qeyd edir ki, eyni zamanda qarşılıqlı iddiaçı Cavabdeh Çı̇ ngı̇ z qızının cavabdeh Əlı̇ osmanlı Daşqın Nadı̇ rşah oğluna qarşı alimentin artırılması tələbinə dair iddia tələbi də əsassızdır. Məhkəmə yenidən AR MPM-nin yuxarıda qeyd olunan 112.1-ci maddəsinin tələbinə əsaslanaraq qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh Çı̇ ngı̇ z qızı təyin olunmuş aliment məbləğinin artırılaraq hər ay 193 manat məbləğində müəyyən edilməsini xahiş etsə də, lakin alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər imkanının olmasını göstərən sübutları məhkəməyə təqdim etməmiş və şifahi şəkildə cavabdehin əlavə gəlir mənbəyinin olduğunu söyməklə kifayətlənmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi də AR MPM-nin 112.1-ci maddəsinin tələbi baxımından əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İlkin iddiaçı Əlı̇ osmanlı Daşqın Nadı̇ rşah oğlunun Cavabdeh Çı̇ ngı̇ z qızına qarşı alimentin azaldılması tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddiaçı Cavabdeh Çı̇ ngı̇ z qızının cavabdeh Əlı̇ osmanlı Daşqın Nadı̇ rşah oğluna qarşı alimentin tutulması qaydasının dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar