Məhkəmə qərarları › İş №2(010)-5084/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5084/2021

03.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5084/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı Cavabdeh Ramiz qızına qarşı "aliment tutulmalarına yönəldilmiş məbləğin azaldılması" tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh Ramiz qızına qarşı "aliment tutulmalarına yönəldilmiş məbləğin azaldılması" ərizə ilə məhkəməyə müraciət edərək, onun ailə və maddi vəziyyətində mənfi dəyişikliklərin olmasını nəzərə alaraq vaxtı ilə ödənilməmiş aliment məbləğindən əmək haqqına yönəldilmiş tutulmanın məbləğinin 80 (səksən) manata endirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçı hazırki tələblə bağlı “məhkəmə qərarlarının icrası qaydasında” müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1 və 153.3-cü maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad çıxarır. Eləcə də işə məhkəmə qaydasında baxılmalı deyildirsə, qərardadda iddiaçının hansı orqana müraciət etməli olması göstərilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının sözügedən tələbinə məhkəmədə iddia icraatı qaydasında baxılmalı olmadığından iddiaçının həmin ərizəsini qəbul etməkdən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh Ramiz qızına qarşı "aliment tutulmalarına yönəldilmiş məbləğin azaldılması" tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya izah edilsin ki, o, hazırki tələblə bağlı məhkəməyə “məhkəmə qərarlarının icrası qaydasında” müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÜBABƏ QAFAROVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar