Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-515/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə ümumilikdə 4600 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tanışı Cavabdeh1 ona Ramana qəsəbəsində bir sotu 2000-2500 manata torpaq satıldığını bildirərək almağı təklif etmişdir. Həmin vaxt ortaq tanışları X2 ilə birlikdə Cavabdeh1 ilə görüşərək ona təklif olunan torpaq sahəsinə baxmışlar. Cavabdeh1 torpaq sahəsini ona satmaq üçün ondan 2100 manat pul istəmiş və bu pulun verilməsi ilə torpaq sahəsinin alınmasına dair öz aralarında xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsində pulun verilməsinə X2 və satıcı Cavabdeh1 oğlu Cavabdeh2 şahidlik etmişdir və müvafiq olaraq şahidlik etdiklərinə dair alqı-satqı müqaviləsinə imza çəkmişlər. Lakin qeyd olunan torpaq sahəsini cavabdeh onun adına qanuni şəkildə rəsmiləşdirməmişdir. Bunun əvəzinə “xxxx” MMC-nin qiymətləndirmə rəyini vermişdir. Sonradan Cavabdeh1 Torfiq qızı, Cavabdeh2 ilə evinə gələrək torpaq sahəsində ev tikib, 15000 manata satmaqla 7000 manat gəlir əldə etməyi təklif edərək, ondan əlavə 2500 manat pul almışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 bir neçə insana saxta sənədlər əsasında ev satmışdır. Bunu bildikdə cavabdehdən evi qanuni şəkildə onun adına keçirməsini və ya verdiyi pulu qaytarmasını tələb etdikdə hər ikisini etməkdən boyun qaçırmışdır. Nəticədə o, cavabdehlərin onu aldatması ilə bağlı təhqiqat orqanına müraciət etmişdir. Təhqiqat araşdırması zamanı Cavabdeh2 izahat alınarkən Cavabdeh1 onun anası olduğunu bildirmişdir. Həmçinin, anası ilə birlikdə onların evlərində onlara 21000 manat pulun verildiyini etiraf etmişdir. Daha sonra isə, ona məxsus Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində yerləşən mənzilində anası Cavabdeh1lə birlikdə 2500 manat, ümumilikdə 4600 manat pul aldıqlarını boynuna almışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda, məhkəməyə cavabdeh tərəfin məhkəmə iclaslarına gəlmədiyinə görə işə qiyabi qaydada baxılmasına etiraz etməməsi barədə ərizə ilə müraciət etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qiyabi şəkildə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx xxxxxx 2015-ci il tarixli, “Evlərin alqı satqısı və kirayə verilməsi” başlıqlı müqaviləyə əsasən mülkün sahibi Cavabdeh1 mülkü alan şəxs İddiaçı arasında 3000 manat müqabilində mülklə bağlı sövdələşmə olmuşdur. - cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxxx 2017-ci il tarixli qərarın surətindən görünür ki, təhqiqat araşdırması zamanı Cavabdeh2 izahat alınarkən Cavabdeh1 onun anası olduğunu bildirmişdir. Yaşadığı Sabunçu rayonu şuşa şəhərciyində evinin sol tərəfində olan 1,5 sot torpaq sahəsi 2015-ci ildə anası ilə birlikdə satmaq qərarına gəldiklərini və 10-cu dairə yaxınlığında ev alqı-satqısı ilə məğul olan Ramil adlı şəxsə bu barədə bildirdiklərini, 2015-ci ilin dekabr ayında Ramilin onun anasına zəng edərək torpağa müştəri olduğunu bildirmişdir. Sonradan tanıdıqları İddiaçı Raminlə onların evinə gələrək torpaq sahəsinə baxdığını və 1,5 sot torpaq sahəsini 4.500 manata almaq qərarına gəldiyini və həmin gün Təravət Raminin iştirakı ilə onların yaşadığı evdə anası Aygünə 2.100 manat pul verdiyini bildirmişdir. Sonradan Təravət özünə məxsus olan Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində evində anası Aygünə onların iştirakı ilə hissəhissə 2.500 manat pul öz razılığı əsasında vermiş və ümumilikdə Təravət onlardan aldığı 1,5 sot torpağa 4.600 manat pul ödədiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında işə əlavə edilmiş sənədlərin tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəf üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşdən göründüyü kimi, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı ilə bağlı qanunvericilik tərəfindən müəyyən edilən imperativ qaydalara əməl edilməmişdir. Ona görə də, tərəflər arasında olan müqavilə maddi hüquq normaları baxımından etibarlı hesab edilə bilməz. Beləliklə, cavabdehlər iddiaçıdan aldıqları pul məbləğini qaytamaq öhdəliyi daşıyırlar. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Hazırkı işə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cavabdehlər iddiaçıdan tələb edilən pul məbləğini götürmüş və üzərlərinə düşən öhdəliyi icra etməmişlər. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı iddia qiyabi şəkildə təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki-Prosessual Məcəllənin 241.1-ci maddəsinin tələbinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onlrarın dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 244-cü maddəsinin tələbinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 4600 (dörd min altı yüz) manat məbləğində pul tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-515/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-515/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver