Məhkəmə qərarları › İş №2(010)-5172/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5172/2025

27.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5172/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-572/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilərək ondan hər ay tutulmalı olan hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment miqdarının azaldılaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.475 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-157/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilərək iddiaçı X3 xeyrinə cavabdeh İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 136.60 manat olmaqla, cəmi 273.20 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh alimentin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 157/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 aliment miqdarının 2025-ci il üçün 246 manat müəyyən edilmiş minimum əmək haqqına uyğun indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)- 572/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. Hazırda ailəlidir, himayəsində iki azyaşlı uşağı var. Əmək haqqı isə 410 manat təşkil edir. Onun maddi vəziyyətində dəyişiklik baş verdiyindən məhkəmə qətnaməsi ilə, daha sonra indeksasiya barədə qərardadı ilə müəyyən edilmiş məbləğdə alimenti ödəməkdə çətinlik çəkir. Ayda 410 manat gəliri olduğu halda, həmçinin öhdəsində işləməyən həyat yoldaşı və iki azyaşlı övladı olduğu halda onun ayda minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment ödəmək öhdəliyi onu olduqca ağır maddi vəziyyətə salır və dolanışığını maddi baxımdan qeyri-mümkün edir. Bu səbəbdən də aliment məbləğinin azaldılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İddianın dəyişdirilməsi.

3. İddiaçının nümayəndəsi X4 iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)- 572/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilərək iddiaçıdan hər ay hər uşaq üçün tutulmalı olan hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment məbləğinin azaldılaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşaq üçün 0.475 misli həddində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər on ildən artıq müddətdir ki, boşanmışlar. Hazırda iddiaçının ikinci nikahından iki körpə uşağı var və aylıq əmək haqqı 410 manat təşkil edir. Oğlunun (iddiaçının) əmək haqqından başqa gəlir yeri yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, aliment miqdarının azaldılmasına etiraz etməsə də bu azalma iddiaçının istəyinə uyğun deyil, hər ay 250 manat məbləğində müəyyən edilməlidir. Əgər aliment miqdarı hər ay hər uşağa görə 250 manat məbləğində müəyyən edilərsə, buna etirazı yoxdur.

6. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

7. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 394756 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X5 arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 535 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Orucova soyadı verilmişdir.

8. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 744729 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 (atası İddiaçı, anası X6) xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 2381 nömrə ilə qeyd edilmişdir.

9. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İV seriyalı, 985780 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 (atası İddiaçı, anası X6) xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 681 nömrə ilə qeyd edilmişdir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)- 572/2025 nömrəli qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qərara alınmışdır.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)- 572/2025 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-595/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının nəticə hissəsində “xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulsun” əvəzinə, “xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulsun” kimi oxunması qərara alınmışdır.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində çilingər vəzifəsində çalışır və aylıq əmək haqqı 410 manat təşkil edir.

İşin faktiki halları.

13. İddiaçı və Cavabdeh birgə nikahından iki uşaq - xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X15 doğulmuşdur.

14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş hər iki uşağın ananın yanında qalması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün atadan hər ay hər uşağa görə 136.6 manat olmaqla, cəmi 273.2 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə aliment məbləği indeksasiya edilmiş, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qərara alınmışdır.

16. İddiaçı xx.xx.2020-ci il tarixdə X6 ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan iki uşaq – xx.xx.2022-ci il təvəllüdlü X10 və xx.xx.2024-cü il təvəllüdlü X12 doğulmuşdur.

17. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində çilingər işləyir və aylıq əmək haqqı 410 manat təşkil edir.

Tətbiq edilən hüquq.

18. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110. Alimentin indeksasiyası. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

21. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

22. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin.

23. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

24. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.6. ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

26. İşin faktiki hallarından göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə hər uşağa görə 136.6 manat sabit pul məbləğində müəyyən edilən aliment sonradan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilərək, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1.18 misli həddində müəyyən edilmişdir.

27. Məhkəmə hesab edir ki, İddiaçı müvafiq indeksasiyadan sonra ondan tutulan alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçıdan hər uşağa görə 136.6 manat sabit pul məbləğində alimentin tutulmasına dair məhkəmə qətnaməsinin qəbul edildiyi 2017-ci ildə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu məbləği 136.6 manat, minimum aylıq əməkhaqqı məbləği isə 116 manat olmuşdur. Bu səbəbdən həmin qətnamə ilə tutulmuş aliment məbləği indeksasiya edilərkən 136.6/116 hesabı ilə hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı məbləğinin 1.18 misli həddində aliment tutulması qərara alınmışdır. Hazırda isə Azərbaycaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği 246 manat, minimum aylıq əməkhaqqı məbləği isə 400 manatdır. Buna baxmayaraq, aliment məbləğləri indeksasiya edilərkən məhkəmə qətnaməsinin qəbul edildiyi il üzrə minimum aylıq əməkhaqqı məbləği əsas götürüldüyündən indeksasiyadan sonra hazırkı iş üzrə iddiaçıdan hər uşağa görə tutulmalı olan alimentin məbləği 2025-ci il üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinin 1.18 misli olan 472 manatdır.

28. Göründüyü kimi, iddiaçıdan tutulan aliment məbləği indeksasiya olunduqdan sonra ondan bir uşağa görə 136.6 manat məbləğində tutulan alimentin miqdarı təxminən 3.5 dəfə artaraq 472 manat təşkil etmişdir. Bu məbləğ isə cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş 246 manat məbləğindən təxminən iki dəfə çoxdur. Məhkəmə bu halı iddiaçının maddi vəziyyətində baş vermiş əhəmiyyətli dəyişiklik kimi qiymətləndirir. Belə ki, indeksasiyadan sonra iddiaçıdan bir uşağa görə tutulmalı olan aliment məbləği dəfələrlə artmışdır ki, bu da təbii olaraq, iddiaçının maddi vəziyyətinə əhəmiyyətli təsir göstərmişdir. Bu zaman xüsusən nəzərə alınmalıdır ki, iddiaçının aylıq əməkhaqqı 410 manat məbləğindədir. Bu vəziyyətdə iki uşağa görə əvvəllər 273.2 manat olan aliment məbləği indeksasiyadan sonra 944 manata yüksəlməklə, iddiaçının maddi vəziyyətində əhəmiyyətli dəyişiklik yaranması mübahisəsiz qəbul edilməlidir.

29. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçıdan tutulan aliment məbləğinin azaldılmasına zərurət yaranmışdır. Belə ki, aliment təyin edilərkən uşaqların təminat səviyyəsi və diqqətəlayiq maraqları ilə birlikdə, həm də valideynlərin, eləcə də aliment ödəyən valideynin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. İşin yuxarıda qeyd edilmiş halları baxımından məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmalarıı üçün iddiaçıdan tutulmalı olan aliment miqdarının cari ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinə uyğun olaraq 246 manat məbləğində müəyyən edilməsi həm uşaqların maraqlarına, həm də valideynlərin maddi və ailə vəziyyətinə uyğundur. Hansı ki, məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh də bir uşağa görə təxminən 250 manat məbləğində aliment tutulmasına etirazı olmadığını bildirmişdir.

30. Lakin nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yenə yuxarıda istinad edilmiş əlaqəli qərarında da qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

31. Odur ki, məhkəmə bir uşağın saxlanılması üçün cavabdehdən 246 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəldiyindən müvafiq məbləğin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq indeksasiyası məqsədilə cavabdehdən 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (400 manat) 0.615 misli miqdarında aliment tutulmalıdır.

Məhkəmə xərcləri.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir. Halbuki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azaddırlar. Hazırkı iddia aliment miqdarının azaldılması ilə bağlı olduğundan iddiaçı məhkəməyə müraciət edərkən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə uyğun hesablanan aliment ödəməli idi. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1-1-ci maddəsinə müvafiq olaraq, iddiaçının ödədiyi mediasiya xərcinə görə ödəməkdən azad olduğu 50 manat məbləğində dövlət rüsumu nəzərə alınmaqla, 37.68 manat təşkil etmişdir.

34. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməmiş 24.24 manat məbləğində dövlət rüsumu cavabdehdən, ödənilməmiş 13.44 manat məbləğində dövlət rüsumu isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

35. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)- 572/2025 nömrəli qərardadı əsasında indeksasiya olunan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilməlidir.

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-572/2025 nömrəli qərardadı əsasında indeksasiya olunan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqının 0.615 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 24.24 manat (iyirmi dörd manat iyirmi dörd qəpik) məbləğində dövlət rüsumu Cavabdeh, ödənilməmiş 13.44 manat (on üç manat qırx dörd qəpik) məbləğində dövlət rüsumu isə İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar