Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5211/2022 28.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Rzayeva Aytac Habil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay 1000 manat və əvvəlki 3 ay üçün bir ayı 350 manatdan hesablanmaqla aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında olan nikah Bakı şəhəri 5 saylı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 21 iyul 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh və ailəsi ilə yaranan problemlər ucbatından hal-hazırda o, atasının evində yaşayır. Cavabdeh oğlunun saxlanması üçün heç bir maddi kömək göstərmir. Onun imkanı kifayət qədər çoxdur. Belə ki, o xarici şirkətdə işləyir və yüksək məbləğdə əməkhaqqı alır. Əlavə olaraq, cavabdehin bir neçə evi və avtomobili vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində yazılanları müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X6 iddia tələbləri ilə qismən razılaşaraq izahatında göstərdi ki, cavabdeh iddiaçı ilə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 üçün tələb olunan alimenti ödəməyə hazırdır, amma ödəyəcəyi alimentin 50%-ini X3 adına açılacaq bank hesabına ödəmək fikrindədir. Həmçinin alimentin təyin olunması tərəf məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalı olduğuna görə məhkəməyə müraciət olunan vaxtdan 3 ay əvvəl hesablanması barədə tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİ seriyalı seriyalı 445890 №-li Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında nikah Bakı şəhəri 5 saylı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 21 iyul 2021-ci il tarixdə 2326 nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İV seriyalı seriyalı 751522 №-li Doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2022-ci ildə doğulmuş X3 anası İddiaçı, atası isə Cavabdehdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Sadalanan xüsusatlara əsaslanaraq məhkəmə hesab edir ki, 02 iyun 2022-ci il təvəllüdlü X5 anasının himayəsində olduğuna görə həmin uşağın saxlanması üçün aliment tutulması barədə iddia əsaslıdır. Bununla belə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh daimi işdə işləyir və onun müntəzəm əmək haqqı var. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh "AZFEN" Birgə müəssisəsində işləyir və əmək haqqı 4459 manat təkil edir. İşin bu halarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən sabit pul məbləğində aliment tutulmasına dair iddia tələbi əsaslı hesab edilə bilməz və cavabdehdən aliment Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən onun qazancının dörddə bir hissəsi miqdarında tutulmalıdır. Həmin normaya görə aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə hər ay onların valideynlərindən qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsində aliment tutulur. Bununla belə, iddiaçı tərəf öz tələbində cavabdehdən hər ay 1000 manat və əvvəlki 3 ay üçün bir ayı 350 manatdan hesablanmaqla aliment tələb etsə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmədə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək onun aliment almaq üçün hansı tədbirlər gördüyünü, tədbir görülməsinə baxmayaraq cavabdehin alimenti verməkdən boyun qaçırdığını və bunun nəticəsində iddiaçının aliment ala bilməməsi barədə məhkəməyə sübut təqdim edə bilmədiyini nəzərə alaraq hesab edir ki, işin materialları ilə iddiaçı alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etdiyindən, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən ərizənin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay qazancının (digər gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (digər gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulsun. Aliment tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(010)-5211/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5211/2022
28.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver