Məhkəmə qərarları › İş №2(010)-5243/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5243/2020

13.11.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5243/2020 13.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı “xxx” MMC-nin cavabdeh Borclu qarşı “alğı-satqı müqaviləsindən irəli gələn pul ödənişinin, dəbbə pulunun və digər xərclərin cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxx” MMC cavabdeh Borclu qarşı “alğı-satqı müqaviləsindən irəli gələn pul ödənişinin, dəbbə pulunun və digər xərclərin cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Borclu birinci müqavilə üzrə 704 AZN, ikinci müqavilə üzrə isə 848 AZN və 30 AZN dövlət rüsumu olmaqla, ümumilikdə Texnoplus mağazasına 1582 AZN pulun ödənilməsi barədə əmr çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən iddia ərizəsinin forması və məzmunu ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələbləri pozulduğundan ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəni xahiş hissəsindən görünür ki, məhkəmədən müvafiq məhkəmə əmri çıxarılması xahiş edilmişdir. Həmçinin, ərizədə məhkəmə əmrinin verilməsi ilə bağlı MPMin 276-cı maddəsinə istinad edilmişdir. Buna baxmayaraq, “xxx” MMC ərizədə özünü kreditor kimi yox iddiaçı kimi, Borclu isə borclu kimi yox cavabdeh kimi göstərmiş, həmçinin, məhkəmə əmri verilməsinə dair ərizəni də iddia ərizəsi adlandırmışdır. Halbuki əmr icraatı qaydasında baxılan işlərdə nə iddiaçı-cavabdehdən, nə də iddia ərizəsindən söhbət gedə bilməz. Həmçinin, nəzərə alınmalıdır ki, MPM-in 278.2.2-ci maddəsinə əsasən kreditor haqqında məlumatlar: soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer; 278.2.3-cü maddəsinə əsasən borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri və ya olduğu yer ərizədə göstərilməlidir. Göründüyü kimi burada da kreditor və borclu anlayışlarından istifadə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə düzgün formada tərtib edilmədiyindən geri qaytarılmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, əmrin verilməsi haqqında ərizənin geri qaytarılması deyil, əmrin verilməsi haqqında ərizənin qəbul olunmasından imtinanın əsasları MPM-də nəzərdə tutulmuşdur. Lakin məhkəmə hesab edir ki, ərizənin geri qaytarılması və ərizənin qəbulundan imtina edilməsi mahiyyətcə bir-birindən fərqlidir və fərqli hüquqi nəticələr doğurur. Təsadüfi deyil ki, MPM-in 152-ci (iddia ərizəsinin qaytarılması) və 153-cü (iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina) maddələrində bu fərq müəyyən edilmişdir. Bu iki əsas arasında olan başlıca fərq isə onların doğurduğu hüquqi nəticə ilə bağlıdır. Belə ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bunun əksinə, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Bu mənada məhkəmə hesab edir ki, hazırkı ərizədə yol verilmiş forma və məzmun səhvi MPM-in 279-cu maddəsində müəyyən edilmiş məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtinanın əsası deyil, ərizənin geri qaytarılmasının əsasıdır. Lakin bu cür ərizənin məhz bu əsasla geri qaytarılmasının əsasları MPM-də birbaşa nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəni birbaşa tənzimləyən hüquq norması olmadığından analoji münasibətləri tənzimləyən hüquq norması tətbiq edilməlidir. Belə ki, MPM-in 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bu mənada məhkəmə hesab edir ki, qanunvericilikdə əmrin verilməsi barədə ərizənin forma və məzmunu ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməməsinə görə ərizənin geri qaytarılması ilə bağlı hüquq norması olmasa da, iddia ərizəsinin bu əsasla geri qaytarılmasına dair MPM-in 152-ci maddələri hazırkı halda işə tətbiq edilə bilər. Azərbaycan Respublikasının MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı “xxx” MMC-nin cavabdeh Borclu qarşı “alğı-satqı müqaviləsindən irəli gələn pul ödənişinin, dəbbə pulunun və digər xərclərin cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “xxx” MMC-nin cavabdeh Borclu qarşı “alğı-satqı müqaviləsindən irəli gələn pul ödənişinin, dəbbə pulunun və digər xərclərin cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar