Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-535/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların atanın yanında qalması və aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia tələbi. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək hər ay hər uşağa 235 manat olmaqla cəmi 470 manat alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə xx.xx.2025-ci il tarixli tələbin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, Suraxanı Rayon VVADQ (Qeydiyyat) Şöbəsində xx.xx.2007-ci ildə bağlanmış 897 nömrəli qeydlə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2008-ci il tarixində anadan olmuş X4 və xx.xx.2013- cü il tarixində anadan olmuş X5 yetkinlik yaşına çatanadək onun himayəsində qalması, xx.xx.2008-ci il tarixində anadan olmuş X4 və xx.xx.2013-cü il tarixində anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlaması üçün hər ay hər uşağa görə 246 manat olmaqla cəmi 492 manat alimentin alınaraq ona - İddiaçı verilməsi, mediasiya xərcinin və vəkilə ödənmiş xərcin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı, Cavabdeh ilə 2007-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 adlı övladları anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətlər gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. Bundan sonra, birlikdə yaşamaları qeyri-mümkündür. Cavabdeh övladının saxlanılması və müəyyən xərclərin qarşılanması ilə bağlı heç bir köməklik etmir, sözün əsil mənasında ümumiyyətlə maraqlanmır. Bununla bağlı o, qanunvericiliyin tələblərinə görə ilk öncə “8 saylı Mediasiya təşkilatına” aliment tələbi ilə bağlı müraciət etmişdir. Nəticədə xx.xx.2024-cü il tarixində “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi” barədə arayış verilmiş və məsələnin məhkəmə qaydasında həlli ona izah edilmişdir. İddia tələbinə dəqiqləşmə onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı “nikah qeydinin pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsinə dair 2(010)-535/2025 saylı mülki iş məhkəmənin icraatınızdadır. Həmin mülki iş xx.xx.2024-cü il tarixli iddia ərizəsi əsasında məhkəmənin icraatında olsa da sonradan həmin mülki iş üzrə təyin edilmiş qəyyumluq və himayəçilik komissiyasının rəyi və s. səbəblərdən icraat dayandırıldığından, hazırda 2025-ci ilin yaşayış minimumu 246 manat müəyyən edildiyindən, uşağın himayəsi və nikah barədə əvvəlcə tələbim olmadığından və mövcud qaydalara əsasən alimentin tutulması və indeksasiyası qaydası dəyişdiyindən iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Beləliklə, yetkinlik yaşına çatmayan uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq hesab edir ki, aliment hissəsində də ərizəsi təmin edilməlidir. Qarşılıqlı iddia ərizəsi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların atanın yanında qalması və aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunmasına, ilkin iddiaçı və qarşılıqlı cavabdeh İddiaçı ilə onun arasında Bakı şəhəri, Suraxanı rayon VVADQ Şöbəsində bağlanmış xx.xx.2007ci il tarixli, 897 nömrə ilə qeyd edilmiş nikahın pozulmasına, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 onun himayəsində saxlanmasına və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün qarşılıqlı cavabdeh İddiaçı hər ay 2024cü il üçün ölkə üzrə müəyyən olunmuş miqdarda sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına və qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2(010)-5472/2024 saylı mülki iş üzrə İddiaçı ona qarşı “Aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş 30.05,2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlna çatanadək hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya qarşı tərəfindən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 155.1 -cü maddəsinə əsasən iş üzrə qarşılıqlı iddia ərizəsini təqdim edirəm. Bu qarşılıqlı iddia tələbi ilə bağlı hesab edilir ki, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olduğundan və hazırki vəziyyətdə azyaşlı uşaqlar şəxsən onun, atasının və anasının himayəsində olduğundan, qarşılıqlı iddia qəbul olunmaqla onunla cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayon VVADQ Şöbəsində bağlanmış xx.xx.2007-ci il tarixli, 897 nömrə ilə qeyd edilmiş nikahın pozulmasına, azyaşlı uşaqların onun himayəsində saxlanmasına və uşaqların saxlanması üçün qarşılıqlı cavabdeh İddiaçı hər ay 2024-cü il üçün ölkə üzrə müəyyən olunmuş miqdarda sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməlidir. İşin mahiyyəti üzrə məhkəmənin nəzərinə çatdırılır ki, o, 2007-ci il tarixdə İddiaçı ilə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 anadan olmuşdur. Nikaha daxil olduqları vaxtdan bu günə kimi atası İsgəndər Nəcəfova məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi 45 saylı fərdi yaşayış evində yaşayırlar, faktiki olaraq azyaşlı uşaqlar himayələrindədir, onların bütün qayğıları ilə şəxsən məşğuldurlar, iddiaçı işləyir, bu üzdən uşaqlara o, atası və anası şəxsən baxırlar. Bütün qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia təmin olunmaqla onunla cavabdeh İddiaçı arasında Bakı şəhəri, Suraxanı rayon VVADQ Şöbəsində bağlanmış xx.xx.2007-ci il tarixli, 897 nömrə ilə qeyd edilmiş nikahın pozulmasına, azyaşlı uşaqların onun himayəsində saxlanmasına və uşaqların saxlanması üçün qarşılıqlı cavabdeh İddiaçı hər ay 2024-cü il üçün ölkə üzrə müəyyən olunmuş miqdarda sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməlidir. İlkin iddia üzrə cavabdehin etirazı. xx.xx.2024-cü il tarixində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddianın təmin edilməsini xahiş edərək bildirmişdir ki, mülki iş xx.xx.2024-cü il tarixli iddia ərizəsi əsasında məhkəmənin icraatında olsa da sonradan həmin mülki iş üzrə təyin edilmiş qəyyumluq və himayəçilik komissiyasının rəyi və s. səbəblərdən icraatı dayandırıldığından, hazırda 2025-ci ilin yaşayış minimumu 246 manat müəyyən edildiyindən, uşağın himayəsi və nikah barədə əvvəlcə tələbi olmadığından və mövcud qaydalara əsasən alimentin tutulması və indeksasiyası qaydası dəyişdiyindən iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Qeyd edir ki, eyni zamanda xanım əvvəl nikahın pozulmasını istəməsə də hazırda nikahın pozulmasını o da tələb edir. Əvvəlki məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı iddianı müdafiə edərək, boşanmaq istəmədiyini bildirmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi X6 qarşılıqlı iddianın təmin edilməsini xahiş edərək bildirmişdir ki, nikahın pozulmasını müdafiə edirlər. Uşaqların ananın yanıda qalmasına etiraz etmirlər, amma ananın evi yoxdur. Qeyd edir ki, 235 manat aliment olsa daha yaxşı olar, oğlu 400 manat maaş alır. İş materialları. Bakı şəhər Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ seriyalı, 345669 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 997 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Nəcəfova soyadı verilmişdir. Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İİ seriyalı, 181917 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (atası Cavabdeh və anası İddiaçı) xx.xx.2008-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 2712 nömrə ilə qeyd edilmişdir. 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ seriyalı, 227285 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 (atası Cavabdeh və anası İddiaçı) xx.xx.2013-cü ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 3171 nömrə ilə qeyd edilmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞB/8/2024- 02374 nömrəli “X8 iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında mediasiya işi açılmış, xx.xx.2024-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı X12 tərəfindən 50 manat məbləğində mediasiya xərci, 10 manat kargüzarlıq xərci ödənilmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin 17 mart 2025-ci il tarixli rəyindən görünür ki, ilkin iddia üzrə İddiaçı ilə ilkin iddia üzrə Cavabdeh arasında bağlanmış nikah ləğv edildiyi halda xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 öz istəklərinə uyğun olaraq anası İddiaçı himayəsində saxlanılması yetkinlik yaşına çatmayanların mənafeyi baxımından RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən məqsədəuyğun hesab edilmişdir. RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən tərtib olunmuş 27 fevral 2025-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında birlikdə yaşayan ilkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə Cavabdeh mənzil-məişət şəraitinə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, qeyd olunan ünvanda bir ədəd 1 mərtəbəli fərdi yaşayış evi mövcuddur. Yaşayış evi ümumilikdə 4 otaq, 2 mətbəx və 2 sanitar qovşaqdan ibarətdir. Yaşayış evi su, məişət qazı və elektrik enerjisi ilə təchiz edilmişdir. Yaşayış evində ilkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə Cavabdeh, onların övladları xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X10, Cavabdeh valideynləri X7 və X3 yaşayır. Müəyyən edildi ki, ünvan 1 ünvanında yaşayış üçün qənaətbəxş şərait yaradılmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 16. Nikaha xitam verilməsi qaydası. Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19—21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Maddə 19. Nikahın məhkəmə qaydasında pozulması 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Maddə 20. Ər (arvadın) razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ərarvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Maddə 22. Nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlər 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı;.... Maddə 23. Nikahın pozulması zamanı nikaha xitam verilməsi vaxtı 23.1. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. 23.2. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır. 23.3. Nikahın pozulması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 3 gün müddətində məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. 23.4. Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110. Alimentin indeksasiyası 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: ... 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. .... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri ...9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.... “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 36. Mediasiya xərcləri 36.1. Mediasiya prosesinə dair xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. 36.2. Bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36.3. Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər..... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.... “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği: 1. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir: 1. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə - 50 manat. 2. İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.
2. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilən hallardan görünür ki, ilkin iddia üzrə İddiaçı ilə ilkin iddia üzrə Cavabdeh xx.xx.2007-ci il ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 adlı övladları olmuşdur. İlkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehə qarşı ilkin olaraq nikahın pozulması tələbini irəli sürməmişdir, lakin ilkin iddia üzrə cavabdeh nikahın pozulmasını xahiş etmiş, ilkin iddia üzrə iddiaçı isə nikahın pozulmasına razı olmadığını bildirmişdir. İlkin iddia üzrə iddiaçı nikahın pozulmasına razı olmadığından, məhkəmə tərəflərə barışığa gəlmələri üçün 3 ay vaxt vermişdir. Buna baxmayaraq, tərəflər arasında barışıq əldə olunmamışdır və üç aylıq müddət bitdikdən sonra, ilkin iddia üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında nikahın pozulmasını müdafiə etdiklərini, ilkin iddia üzrə iddiaçının nümayəndəsi isə məhkəmə iclasında əvvəl nikahın pozulmasını istəməsələr də hazırda nikahın pozulmasını onların da tələb etdiyini bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri bu hissədə təmin edilməli, tərəflər arasında olan nikah pozulmalıdır. Nikah pozulduqdan sonra uşaqların hansı valideynin yanında saxlanılması məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh nikah pozulduqdan sonra uşaqların – xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X5 onun yanında saxlanılmasını xahiş etmiş, ilkin iddia üzrə iddiaçı uşaqların atanın himayəsində saxlanılması ilə razılaşmamışdır. Bununla bağlı, yəni tərəflər arasında uşaqların himayəsi ilə əlaqədar mübahisə olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə işi Qəyyumluq və Himəyəçilik Komissiyasına rəy alınması üçün göndərmişdir. Rəyə əsasən, ilkin iddia üzrə İddiaçı ilə ilkin iddia üzrə Cavabdeh arasında bağlanmış nikah ləğv edildiyi halda xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 öz istəklərinə uyğun olaraq anası İddiaçı himayəsində saxlanılması yetkinlik yaşına çatmayanların mənafeyi baxımından RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən məqsədəuyğun hesab edilmişdir. Həmçinin ilkin iddia üzrə cavabdehin nümayəndəsi rəy verildikdən sonra məhkəmə iclasında uşaqların ananın yanında qalmasına etiraz etmədiklərini bildirmişdir. Belə olan halda, yetkinlik yaşına çatmayan uşaqların məhkəmə iclasında dindirilməsinə ehtiyac görülməmişdir. Belə ki, uşağın əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafını və Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş rəyi nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu hissədə təmin edilməli, qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməməli, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından dünyaya gəlmiş övladları xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 anası İddiaçı himayəsində saxlanılması müəyyən edilməlidir. Uşaqların saxlanılması üçün aliment tutulması məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi, tərəflərin nikahından iki uşaq doğulmuş və bu uşaqlar hazırda ilkin iddia üzrə iddiaçının yanında qalır. Bu baxımdan uşaqları yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən ilkin iddia üzrə iddiaçı bu uşaqların saxlanılması üçün ilkin iddia üzrə cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (235 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. İlkin iddia üzrə iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün ilkin iddia üzrə cavabdehdən hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 492 manat sabit pul məbləğində aliment tələb etmişdir. Lakin, məhkəmə hesab edir ki, uşaqların saxlanılmaları üçün iddiaçıdan hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşaqların üstün maraqlarına uyğundur. Məhkəmə qeyd edir ki, alimentin məhkəməyə müraciət edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh tutulması məqsədəuyğundur. Həmçinin, Ailə Məcəlləsinin 110-cu maddəsinin tələblərini nəzərə alınmaqla, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Belə ki, ilkin iddia tələbi bu hissədə qismən təmin edilməli, qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməməli, xx.xx.2024-cü il tarixindən başlayaraq (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-16(010)-90/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulan müvəqqəti aliment nəzərə alınmaqla) xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,681 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İlkin iddia tələbinin mediasiya dair xərcin ilkin iddia üzrə cavabdehdən tutulması hissəsində məhkəmə qeyd edir ki, ilkin iddia üzrə Cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi üçün, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci, 10 manat kargüzarlıq xərci Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməli, ilkin iddia tələbi bu hissədə təmin edilməlidir. Hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş haqqın tələbi hissəsində məhkəmə qeyd edir ki, hüquqi yardım göstərilməsi ilə bağlı ilkin iddia üzrə iddiaçı tərəfindən xərclərin ödənildiyini təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinin qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun ilkin iddia üzrə iddiaçıdan alınaraq ilkin iddia üzrə cavabdehə ödənilməsinə dair hissəsində, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı məhkəmə iclaslarında iştirak etdiyindən, tələb isə hər iki tərəfin maraqlarına toxunan məsələlərə aid olduğundan, qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilməklə, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhər Suraxanı rayon VVADQ Şöbəsində 997 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalı, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X5 nikah pozulduqdan sonra İddiaçı himayəsində saxlanılmaları müəyyən edilməli, xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,681 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə xərcləri. İddia ərizəsi ilə məhkəməyə müraciət edən ilkin iddia üzrə iddiaçı dövlət rüsumunun müəyyən hissəsini ödəməkdən azad olunmuşdur. Odur ki, ilkin iddianın təmin edilmiş hissəsinə mütənasib olan 76.4 manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: İlkin və qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhər Suraxanı rayon VVADQ Şöbəsində 997 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X5 nikah pozulduqdan sonra İddiaçı himayəsində saxlanılmaları müəyyən edilsin. xx.xx.2024-cü il tarixindən başlayaraq (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 16(010)-90/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulan müvəqqəti aliment nəzərə alınmaqla) xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,681 misli həddində sabit pul məbləğində aliment tutulsun. Mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində mediasiya xərci, 10 manat kargüzarlıq xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 76.4 manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva