Məhkəmə qərarları › İş №2(010)-5460/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5460/2021

11.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5460/2021 11.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə övladları olan 05.08.2005-ci il tarixdə anadan olmuş oğlu X4, 05.07.2006-cı il tarixdə anadan olmuş qızı X3, 30.06.2010-cu il tarixdə anadan olmuş oğlu X5 və 21.12.2020-ci il tarixdə anadan olmuş oğlu X6 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay sabit pul məbləği şəklində hər uşağa görə 300 (üç yüz) manat məbləğində alimentin, cəmi hər ay 1200 (min ik yüz) manat məbləğində alimentın Cavabdeh tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh ilə 13.11.2004-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahından 05.08.2005-ci il tarixdə oğlu X12, 05.07.2006-cı il tarixdə qızı X9, 30.06.2010-cu il tarixdə oğlu X13 və 21.12.2020-ci il tarixdə oğlu X14 anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurandan sonra ilk vaxtlar ailə münasibətləri yaxşı olmuşdur. Lakin son vaxtlar münasibətləri pozulmuşdur. Cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya maddi yardım göstərmir. Bu da iddiaçı üçün çox çətindir və uşaqlar üçün ödənilməli olan aliment onların normal şəraitdə yaşaması üçün çox vacibdir. Cavabdeh “Bahar Energy" əməliyyat şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyində çilingər işləyir və aylıq əmək haqqı 1356 manat təşkil edir. Cavabdeh təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəis ilə ailəsinin saxlanması üçün əmək haqqının tam hissəsini verməyə razı olduğunu bildirir. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual MƏcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə mülki prosessual qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 02.06.2009-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında nikah 13.11.2004-cü il tarixdə bağlanmışdır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 26.08.2009-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X12 05.08.2005-ci il tarixdə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 18.07.2009-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X9 05.07.2006-cı il tarixdə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 01.12.2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X10 30.06.2010-cu il tarixdə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 05.01.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X14 21.12.2020-ci il tarixdə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. “X15 Company Limited”in 13.08.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ondan ötrü ki, o həqiqətən "X16 Company Limited" Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyində Əməliyyat departamentinin Neft qaz mədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsi, Dəniz buruqları özüllərinin və estakadalarının quraşdırılması və təmiri uzrə cilingər vəzifəsində (peşə) 01.10.2010 tarixindən indiyədək çalışır və onun orta aylıq əmək haqqı 1,356.00 (bir min üç yüz əlli altı qəpik) manat təşkil edir. Cavabdeh Suraxanı rayon məhkəməsinə ünvanladığı notarial qaydada təsdiq olunmuş 10.09.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, ailə üzvləri olan arvadı İddiaçı, oğlu X7, qızı X3, oğlu X5 və X6 tam təminatı üçün arvadının tələb etdiyi alimentə əsasən aylıq əmək haqqının tam hissəsinin arvadının adına keçirilməsini xahiş etmişdir. X1 10.09.2021-ci il tarixli “mediasiya prosesinə xitam verilməsi barədə protokolu”ndan görünür ki, İddiaçı və Cavabdeh iştirakı ilə aliment tələbi mübahisəsi ilə əlaqədar, tərəflərin təşəbbüsü ilə 10.09.2021-ci il tarixlərdə mediasiya prosesi həyata keçirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən isə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Həmin Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 13.11.2004-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahından 05.08.2005-ci il tarixdə X12, 05.07.2006-cı il tarixdə X9, 30.06.2010-cu il tarixdə X13 və 21.12.2020-ci il tarixdə X14 adlı uşaqları anadan olmuşdur. Hazırda iddiaçı azyaşlı uşaqları ilə birlikdə yaşayır. İddaçı cavabdehdən övladları - 05.08.2005-ci il tarixdə X12, 05.07.2006-cı il tarixdə X9, 30.06.2010-cu il tarixdə X13 və 21.12.2020-ci il tarixdə X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün iddiaçının xeyrinə hər ay 1200 (bir min iki yüz) manat sabit pul məbləğində aliment tutulması barədə iddia tələbi irəli sürmüşdür. Cavabdeh Yolçiyev X8 rayon məhkəməsinə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizəsində 1356 manat təşkil edən aylıq əmək haqqının tam hissəsinin iddiaçıya ödənilməsinə razılıq vermişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qəbul edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələblərinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunan prosessual normalardan görünür ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olub olmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozubpozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin qanuna zidd hesab edilməsi üçün isə heç bir əsas yoxdur, həmçinin tərəflərin uşaqlarının mənafeyinə uyğundur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən övladları - 05.08.2005-ci il tarixdə X12, 05.07.2006-cı il tarixdə X9, 30.06.2010-cu il tarixdə X13 və 21.12.2020-ci il tarixdə X14 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün iddiaçının xeyrinə hər ay hər uşağa görə 300 (üç yüz) manat olmaqla cəmi 1200 (bir min iki yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsini 16.09.2021-ci ildə məhkəməyə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli 16.09.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə dərhal icra olunmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 05.08.2005-ci il tarixdə X4, 05.07.2006-cı il tarixdə X3, 30.06.2010-cu il tarixdə X5 və 21.12.2020-ci il tarixdə X6 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün 16.09.2021-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay hər uşağa görə 300 (üç yüz) manat olmaqla cəmi 1200 (bir min iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar