Məhkəmə qərarları › İş №2(010)-5486/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(010)-5486/2020

26.11.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(010)-5486/2020 26.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmə əmrini çıxaran hakim: Səlimə Miriyeva Ərizənin predmeti: Nisyə alğı-satqı müqaviləsi Ərizənin verilməsi üçün əsas olan prosessual hüquq norması: Azərbaycan Respublikası MPM-nin maddəsi - 276.2.1, 276.2.2 Kreditor Huquqi şəxsin rəsmi Kreditor adı: VOEN: ********** Qeydiyyat unvanı: AZ1096, BAKİ ŞƏHƏRİ NİZAMİ RAYONU, QARA QARAYEV PR., ev 102, mənzil 73 Faktiki unvan: AZ1096, BAKİ ŞƏHƏRİ NİZAMİ RAYONU, QARA QARAYEV PR., ev 102, mənzil 73 Borclu Fiziki şəxsin S.A.A.: Borclu QİZİ Şəxsiyyət vəsiqəsinin AZE *******, xxxxxxx nömrəsi, FİN: Doguldugu tarix və yer: xx.xx.1970, BAKİ Qeydiyyat unvanı: BAKİ, Y\GÜNƏŞLİ QƏS"V" Y\S, ev 2, 86 Faktiki unvan: BAKİ, Y\GÜNƏŞLİ QƏS"V" Y\S, ev 2, 86 Ohdəliyə əsas olan xx.xx.2019-cu il tarixli, STN03-4191 nömrəli və xx.xx.2019-cu muqavilənin nomrəsi və il tarixli, STN03-4192 nömrəli tarixi: Muqavilınin/fakturanın 12 ay müddətinə,12 ay müddətinə son tarixi: Borc barədə məlumat Verilən borcun/kreditin məbləği: 1-ci müqavilə üzrə 828 AZN, 2-ci müqavilə 1244 AZN Faiz dərəcəsi: 0 % Ödənilməmiş əsas borc: 1-ci müqavilə üzrə 552 AZN, 2-ci müqavilə 656 AZN Ödənilməmiş faiz borcu: 0 Komissiya haqqı üzrə borc: 0 Tələb olunan dəbbə pulu məbləği: 1-ci müqavilə üzrə 152 AZN, 2-ci müqavilə 192 AZN Tutulmalı olan cəm məbləğ: 1-ci müqavilə üzrə 704 AZN, 2-ci müqavilə 848 AZN, cəmi 1552 AZN Valyuta növü: AZN Hüquqi əsaslandırma MÜLKİ MƏCƏLLƏ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Nəticə hissəsi Əmr etdim Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282-ci və 284-cü maddələrinə əsasən borcludan (Borclu QİZİ) Kreditor ilə bağlanmış öhdəlik müqaviləsi üzrə aşağıdakı məbləğ tutulsun: Borc üzrə tutulmalı 1552 olan məbləğ: Valyuta növü: AZN Ərizəçinin/kreditorun 20 çəkdiyi xərclər üzrə tutulmalı olan məbləğ: Tutulma qaydası: Tutulma qaydası: Ödəniş cari günün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş valyuta məzənnəsinə uyğun olaraq manatla həyata keçirilməlidir. Məhkəmə əmrinin icra edilməsi AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜLKİ-PROSESSUAL MƏCƏLLƏSİ 284.1. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. 284.2. Əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Məhkəmə əmrindən etiraz verilməsi AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜLKİ-PROSESSUAL MƏCƏLLƏSİ

284. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər.

283. Borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir.

DİQQƏT!

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunundan çıxarış

Maddə 3. Elektron imza və elektron sənədin hüquqi qüvvəsi

Elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar