Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5504/2021 23.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı, ünvan 1 ünvanında qeydiyyatda olan Kreditor Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Kreditor Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Qazax rayonu, Ağköynək ərazi dairəsi, Qarapapaq kəndi ünvanında qeydiyyatda olan Borclu 816 manat məbləğində pulun və ödənilmiş 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 836 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət olunmadan verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 277.1.-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir . Bu Məcəllənin 31.1.-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə olan halda kreditor ərizəsini məhkəməyə təqdim edərkən məhz MPM-nin 35.1-ci maddəsinin tələbinə zidd olaraq, tələbini borclunun qeydiyyatda olduğu ünvan üzrə deyil, onun faktiki yaşayış yeri üzrə vermişdir. Halbuki hazırkı iddia borclunun rəsmi ünvanı üzrə verilməlidir. Hazırda məhkəməyə təqdim edilmiş ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən borclunun rəsmi olaraq Bakı şəhəri, Suraxanı rayonunun ərazisində qeydiyyatda olmasına dair heç bir hal müəyyən edilməmişdir. Əksinə, Borclu qeydiyyatda olduğu ünvanı Qazax rayonu, Ağköynək ərazi dairəsi, Qarapapaq kəndidir və bu hal DİNnin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən arayışla da təsdiqlənir və görünür ki, Borclu Qazax rayonu, Ağköynək ərazi dairəsi, Qarapapaq kəndi ünvanında qeydiyyatdadır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 279.3, və 279.4-cü maddələrinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz», «Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31, 35 və 279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Borclu qarşı məhkəmə əmrinin verilməsi tələbinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-5504/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5504/2021
23.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver