Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5591/2021 27.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Qasımov X14 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01.06.2021 təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat aliment və 29.08 2019-cu il təvvəllüdlü X6 3 yaşı tamam olanadək hər ay uşağa qulluğa görə iddiaçının xeyrinə 100 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı "iddia tələbinin azaldılması" barədə ərizə təqdim edərək, hər ay 100 (bir yüz) manat uşağın saxlanılması üçün aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh ilə 26 12.2018-ci il tarixdə rəsmi nikah qeydiyyatına girərək ailə qurmuşdur. Birgə nikahdan 29.11.2019-ci il təvəllüdlü X8 və 01.06.2021-ci il təvəllüdlü X11 adlı uşağı anadan olmuşdur. Bir müddət yaşadıqdan sonra birgə yaşaması mümkün olmadığı üçün o, ikinci oğluna hamilə olan zaman valideynlərinin evinə qayıtmış və məhkəmə qətnaməsinə əsasən nikahı pozulmuş cavabdehlə ayrıldıqdan sonra azyaşlı oğlu onun himayəsində qalmış və uşağın saxlanması üçün cavabdehdən aliment tutulması qət edilmişdir. Hal-hazırda onun 2 uşağı var. İkinci uşağın da saxlanılması üçün cavabdehdən aliiment tələb etmək məcburiyyətindədir. Cavabdeh nəinki uşağın saxlanılmasına kömək etmək, heç xəstəxananın da pulunu ödəməkdən imtina etmişdir. İddiaçı iki uşaqla yaşlı valideyinlərinin yanında qalır, azyaşlı uşaqları qoyub işləyə bilmir. Bu isə iddiaçı üçün bir sıra ciddi maddi problemlər yaradır. Çünki, uşağın saxlanmasına ayda 600 manata qədər vəsait lazım olur ki, həmin vəsaitin iddiaçı tərəfindən təkbaşına ödənilməsi qeyri-mümkündür. Cavabdeh işləyir və sabit gəliri vardır. Lakin cavabdeh uşağın saxlanmasında iddiaçıya heç bir maddi yardım etmir. Bir ailə kimi yaşadığı dövrdə uşağın təminatı yüksək olmuşdur. Lakin faktiki olaraq ayrıldıqdan sonra uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına çalışsa da, buna təkbaşına nail ola bilməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçının nümayəndəsi Qasımov X18 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul edərək, izahatında göstərdi ki, cavabdeh uşağının saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment ödəməyə razıdır. İş materiallarına əlavə edilmiş: 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 29.01.2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 29.11.2019-cu il tarixdə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 28.06.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X11 01.06.2021-ci il tarixdə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Suraxanı rayon məhkəməsinin 05.05.2021-ci il tarixli 2(010)-671/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 26.12.2018-ci il tarixdə 3134 sayla qeydə alınmış nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş 29.11.2019-cu il təvəllüdlü X4 anası - İddiaçı yanında qalması müəyyən edilərək, 29.11.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment və əlavə olaraq 70 (yetmiş) manat sabit pul məbləğində aliment 11.11.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməmiş, qətnamə aliment hissəsində dərhal icra edilməsi, ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. X1 14.09.2021-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ından görünür ki, X5 tərəfindən təsvir edildiyi kimi, ailə mübahisəsi üzrə 14.09.2021-ci il tarixdə, 09:00-09:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasıya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasıya sessiyasının vaxtı və yeri barədə 07.09.2021-ci ıl tarixdə xüsusi sürətli poçt daşıma məktub və bağlamaların çatdırılması üzrə kuryer xidməti vasitəsilə məlumat verilmiş, lakin məktub geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi X2 məhkəməyə verdiyi ərizədən müəyyən olunur ki, İddiaçı iddiasını qəbul edir və hər ay 100 (bir yüz) manat ödəməyə razıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən isə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Həmin Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahından doğulmuş ikinci övladı - X11 01.06.2021-ci ildə anadan olmuşdur. Sözügedən uşaq məhkəmə qətnaməsi qəbul olunduqdan sonra dünyaya gəldiyindən iddiaçı həmin uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməmişdir. Hazırda isə iddiaçı ikinci övladı İbrahimin yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən 100 (bir yüz) manat sabit pul məbləğində aliment tələb etmiş, cavabdeh tərəf isə iddianı qəbul edərək hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qəbul edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələblərinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunan prosessual normalardan görünür ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olub olmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozubpozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin qanuna zidd hesab edilməsi üçün isə heç bir əsas yoxdur, xüsusilə də tərəflərin uşağının mənafeyinə uyğundur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən övladı – 01.06.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsini 27.09.2021-ci ildə məhkəməyə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli 27.09.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə dərhal icra olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 01.06.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün 27.09.2021-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5591/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5591/2021
27.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver