Məhkəmə qərarları › İş №2(010)-5593/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(010)-5593/2020

07.12.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(010)-5593/2020 07.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı, Kreditor-nin (Texnoplus mağazası) Borclu qarşı pul məbləğinin ödənilməsi barəsində məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor(Texnoplus mağazası) əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1008 manat əsas borcun, 127 manat dəbbə pulunun və 20 manat dövlət rüsumunun Borclu Kreditor-nin (Texnoplus mağazası) xeyrinə tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, borclu xx.xx.2019-cu il tarixli alqı-satqı (nisyə) müqaviləsinə əsasən kreditordan aldığı əmlaka görə 1742 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Həmin sənədlərdən həmçinin görünür ki, kreditorun pul məbləğinin ödənilməsi tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və rəsmi qaydada bağlanmış əqdə əsaslanır. Buna görə də, tələbkar borcludan pul məbləğinin ödənilməsi barəsində ərizə tələbi ilə əmr icraatı qaydasında məhkəməyə müraciət etməkdə haqlıdır. Belə olan halda, hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Belə ki, həmin Məcəllənin 276.1 və 276.2.2-ci maddələrinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa və yaxud tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276 və 280-284cü maddələrini rəhbər tutaraq, əmr etdim: 1008 manat məbləğində pul vəsaitinin, 127 manat dəbbə pulunun və 20 manat məbləğində dövlət rüsumu xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu alınaraq Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti ev 102 mənzil 73 Az 1096 ünvanında yerləşən Kreditor-yə(Texnoplus mağazası) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar