Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5609/2021 25.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi, İddiaçı və İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 28.04.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən cavabdeh Abdullayeva Barkuşad qızı ilə 2004-cü ildə faktiki ailə münasibətlərinə girmiş, 26 mart 2008-ci il tarixda nikahımızı rəsmiləşdirmişdik. Bizim birgə nikahımızdan 28 aprel 2006-ci il təvəllüdlü X7 və 11 may 2008-ci il təvəllüdlü X9 adında övladlarımız vardır. Bizim aramızda ailə münasibətlərimiz pozulduğuna görə Cavabdeh mənə qarşı "nikahın pozulmasi, uşaqların yanında saxlanılması va aliment” tələbi barədə iddia ərizəsi ilə Baki şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, onunla mənim aramda olan nikahın pozulması, uşaqların onun yanında saxlanılmasi, eyni zamanda məndən onun xeyrinə hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(010)-114/2021 saylı qətnaməsi ila iddia tələbi qismən təmin edilərək, iddiaçı X2 ilə mənim aramda 26 mart 2008-ci il tarixdə Rusiya Federasiyasının Voronej Vilayəti vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin Olxotavka rayon VVAQ şöbəsində qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 28 aprel 2006-ci il təvəllüdlü X4 mənim, 11 may 2008-ci il təvəllüdlü X8 isa anası X1 yanında qalması, məndən iddiaçı Cavabdeh xeyrinə 11 may 2008-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat alimentin tutulması, aliment tutulmasının əvvəlinin 19 fevral 2020-ci il tarixdən hesablanması qət edilmişdir. Halbuki, iddiaçı ilə münasibətlərimiz pozulduğu andan 28 aprel 2006-ci il təvəllüdlü X7 mənim himayamda qalmış va bu hal məhkəmə araşdırması zamanı da sübuta yetmişdir. Belə olduqda isə məhkəmə uşağın birinin mənim, digərinin isə iddiaçının yanında qalmasını qarara aldığı zaman uşagin biri üçün aliment tutulduğu barədə qətnamə qəbul edərkən, digar uşağın da mənafeyini nəzərə almalı idi. Lakin məhkəmə iddia ərizəsinə iddia tələbi çərçivəsində baxmış, uşağın biri üçün aliment tutulmasını qət etsə də həmin alimentin ödənilməsinin digər uşağın mənafeyinə necə təsir edəcəyini araşdırmamışdır. Halbuki, mənim tək başına bir uşağı saxlamaq və digəri üçün isə aliment ödəməyə kifayət qədər maddi imkanı yoxdur və uşağın biri üçün aliment ödəmək məcburiyyətində qoyulmağım, mənim himayəmdə olan uşağı həyat üçün zəruri olan bütün maddi vəsaitlərdən məhrum etmiş, buna görə də mən də cavabdehdən himayəmdə olan uşaq üçün aliment tələb etmək məcburiyyətində qalmışam. Ona görə də belə hesab edirəm ki, məhkəmə hər bir halda aliment tələbinə baxan zaman uşaqların hər ikisinin mənafeyini nəzərə almalı, uşağın birinin mənim yanımda qalması qət edildiyi üçün uşaqlara dair maddi yükümüzün bərabər olmasını rəhbər tutub mənim himayəmdə qalan uşaq uşaq üçün cavabdehdən mənim xeyrimə aliment tutulmalıdır. Belə ki, mənim maddi vəziyyətim pis olduğundan mənim himayəmdə olan uşaq həyat üçün zəruri olan bütün nemətlərdən məhrum olmuş, uşağın saxlanması hər iki valideynin vəzifəsi olmasına baxmayaraq, cavabdehin öz vəzifəsini həyata keçirməkdən imtina etməsi isə uşağın sağlam inkişafını sual altında qoymuşdur. Uşağın saxlanılması bir valideyn kimi cavabdehin də vəzifəsi olduğundan belə hesab edirəm ki, ondan 28.04.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat aliment tutulmalıdır". Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, məhkəmə tərəfindən cavabdehlə birgə nikahından doğulmuş uşağın birinin onun, birinin isə cavabdehin yanında qalması müəyyən edilmiş, lakin cavabdein xeyrinə aliment tutulması qət edilsə də onun xeyrinə heç bir aliment tutulmamışdır. Halbuki, onun yanında qızı qalır və onun saxlanılması üçün pul lazımdır. O, taksi fəaliyyəti ilə məşğuldur. Gündəlik müəyyən gəliri olsa da sabit qazancı yoxdur. Bu səbəbdən cavabdehdən aliment tutulmasını tələb edir. Hazırda qızı ilə birlikdə atasının mülkiyyətində olan üç otaqlı mənzildə qalır. Cavabdeh isə Günəşli qəsəbəsində kirayə yaşayır. O, ailəli olduqları vaxtlarda gözəllik salonunda işləmiş, gündəlik 30-70 manat gəliri olmuşdur. Bu səbəbdən hesab edir ki, cavabdeh tələb etdiyi məbləğdə alimenti ödəyə bilər. Özünün isə hazırda yığılmış 3600-3700 manat məbləğində aliment borcu vardır. Cavabdeh uşağın saxlanılması üçün heç bir aliment ödəməsə də ondan aliment tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Hazırkı cavabdehdə qalan uşağın saxlanılması üçün iddiaçıdan aliment tutulur. Lakin bu zaman nəzərə alınmır ki, iddiaçının sabit gəliri yoxdur və digər uşağa görə ödəməli olduğu aliment onda qalan uşağın mənafeyinə toxunur. Bu səbəbdən hesab edir ki, iddiaçıda qalan uşağa görə də cavabdehdən aliment tutulmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının və vəkilinin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2(010)-114/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra 28.04.2006cı il təvəllüdlü X4 atası İddiaçı, 11.05.2008-ci il təvəllüdlü X8 anası Cavabdeh yanında qalması, cavabdeh İddiaçı Cavabdeh xeyrinə 11.05.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 170 manat aliment tutulması, aliment tutulmasının əvvəlinin 19.02.2020-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahından 28.04.2006-cı il təvəllüdlü X7 və 11.05.2008-ci il təvəllüdlü X9 doğulmuşdur. Tərəflər arasında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuş, nikah pozulduqdan sonra 28.04.2006-cı il təvəllüdlü Saidətin atasının, 11.05.2008-ci il təvəllüdlü Əlinin isə anasının yanında qalması, ananın yanında qalan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yanında qalan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən onun xeyrinə 200 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, əgər valideynlərdən hərəsində bir uşaq qalırsa və o, cavabdehdə qalan uşağa görə aliment ödəyirsə, cavabdeh də onda qalan uşağa görə aliment ödəməlidir. Üstəlik, onun yaşamağa mənzili olsa da qeyri-sabit gəliri var və yanında qalan qızı xəstədir. Cavabdeh isə kirayədə qalsa da gözəllik salonunda işləyir və aylıq gəliri kifayət qədərdir. Bu səbəblərdən hesab etmişdir ki, iddiası əsaslıdır və təmin edilməlidir. Məhkəmə isə hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi qanunverici tərəflərdən hər biri ilə uşaq qaldıqda, mütləq qaydada bir valideyndən digər valideynin xeyrinə deyil, daha çox təminatlı valideyndən daha az təminatlı digər valideynin xeyrinə alimentin tutulmasını müəyyən etmişdir. Deməli, hazırkı mübahisə üzrə aydınlaşdırılmalı məsələ tərəflərdən hansının digərindən daha az təminatlı olmasının müəyyən edilməsidir. Lakin bu zaman nəzərə alınmalıdır ki, hazırkı iş üzrə iddiaçıdan cavabdehin xeyrinə aliment tutulmasına dair bundan cəmi beş ay əvvəl məhkəmə qətnaməsi çıxmışdır. Belə olan halda İddiaçı aliment tələbinə dair ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edirsə, Cavabdeh daha az təminatlı olduğunu sübut etmək iddiaçının üzərinə düşür. Lakin hazırkı işdə bunun əksi müəyyən edilmişdir. Belə ki, ilk növbədə, məhkəmə iclasında izahat verən İddiaçı bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğuldur və aylıq sabit gəliri yoxdur. Eyni zamanda, əlavə etmişdir ki, cavabdeh gözəllik salonunda işləyir və günlük gəliri olur. Lakin iddiaçı öz taksi fəaliyyətindən əldə etdiyi gəliri qeyri-sabit gəlir hesab etsə də cavabdehin gözəllik salonundan gündəlik işə görə əldə etdiyi gəliri qeyri-sabit gəlir kimi qiymətləndirməmişdir. Digər tərəfdən, iddiaçı izahatında bildirmişdir ki, hazırda qızı ilə birlikdə atasının mülkiyyətində olan üç otaqlı mənzildə yaşayır, cavabdeh isə oğlu ilə birlikdə kirayədə qalır. Yəni, cavabdeh aylıq gəlirinin müəyyən hissəsini kirayənin ödənilməsinə xərcləyir, iddiaçının isə belə bir xərci yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı münasibətdə daha az təminatlı olduğu aşkardır. Odur ki, daha az təminatlı valideyn olan cavabdehin xeyrinə aliment tutulması qanuni və ədalətlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia təmin edilməməlidir. Bundan başqa “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli оlduğu hаldа, iddia təmin edilmədiyindən tərəflərdən heç bir dövlət rüsumu tutulmamalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5609/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5609/2021
25.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver