Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5646/2025 03.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiаçı İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dаir iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 8(010)- 342/2025 saylı qərardadı ilə rəsmi nikahdan anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş minimum əmək haqqının 1.17 misli həddində sabit pul məbləğində aliment məbləğinin azaldılaraq, əmək haqqının 1/4 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 8(010)-342/2025 saylı qərardadı ilə rəsmi nikahdan anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.17 misli həddində sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Hal-hazırda X4 ilə 16 iyun 2010-cu ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 08 iyul 2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X13 oğlu anadan olmuşdur. O, "xxxx" MMC-də işləyir. Aylıq əmək haqqı 1069.20 manat təşkil edir. Digər bir yerdən qazancı yoxdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 8(010)-342/2025 saylı qərardadı onun və 2 övladının hüquqlarını pozur. Mediasiya prosesi zamanı cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. X12 Sessiyasında (İMS) iştirak edilməməsi barədə 27 sentyabr 2025-ci il tarixli, MŞS/MT064/2025-00080 saylı arayış təsdiq edir.
Tərəflərin izahatları.
3. İddiаçı İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X5 dünyaya gəlmişdir. Məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün ayda 136 manat aliment təyin edilmiş və tərəflərindən həmin məbləğ vaxtı-vaxtında ödənilmişdir. Daha sonra Cavabdeh aliment məbləğinin indeksasiya olunmasına dair ərizə vermiş, həmin məbləğ indeksasiya olunmuş və aliment məbləği 468 manat təşkil etmişdir. İddiaçı başqa nikahdan daha iki uşağı vardır. O, hal-hazırda 900 manat məbləğində əmək haqqı alır və 468 manat aliment ödəməsi qeyri-mümkündür. Yaşayış minimumu 246 manat məbləğdə müəyyən olunmuşdur, belə olan halda aylıq əmək haqqının ¼ hissəsi qədər aylıq aliment ödəməyə razı olduğunu bildirmişdir.
4. Cavabdeh izahat verərək bildirmişdir ki, ən azı aylıq 300 manat məbləğində aliment tutularaq ona ödənilməlidir. Hazırda onun aylıq əmək haqqı məbləği 490 manatdır. Onun tərəfindən aylıq işıq, qaz və su ödənişləri edilməlidir. Uşağın hazırlığa gedə bilməsi üçün, ona aylıq 300 manat məbləğində aliment ödənilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materialları.
5. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı xx.xx.2010-cu il tarixdə 876 nömrəli qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Niyazova, ərə Niyazov soyadı verilmişdir.
6. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. X2 və atası İddiaçıdur.
7. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 oğlu xx.xx.2013-cü il tarixdə doğulmuşdur. X2 və atası İddiaçıdur.
8. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Sumqayıtçay stansiyası və Qazpaylayıcı Mərkəzin ətraf əraziləri” üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, İddiaçı Sumqayıt Çay Stansiyası qazpaylayıcı mərkəzin ətraf ərazisində qeydiyyatsız yaşayır.
9. xx.xx.2025-ci il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, (iddiaçı) xx.xx.2025-ci il tarixində saat 15:30 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat İMS və 10 manat kargüzarlıq xərci ödəmişdir.
10. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(010)- 342/2025 saylı qərardadının surətindən müəyyən olunur ki, ərizə təmin edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-11173/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.17 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır.
İşin faktiki halları.
11. İddiaçı Cavabdeh ilə birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-11173/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 20 oktyabr 2017-ci il tarixindən başlayaraq hər ay bir uşaq üçün 136 manat 60 qəpik sabit pul məbləğində aliment iddiaçı Cavabdeh xeyrinə tutulması, qət olunmuşdur. Daha sonra Cavabdeh aliment məbləğinin indeksasiya olunmasına dair ərizə vermiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(010)-342/2025 saylı qərardadının surətindən müəyyən olunur ki, ərizə təmin edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-11173/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.17 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda iddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-342/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən olunmuş alimentin azaldılması, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş minimum əmək haqqının 1.17 misli həddində sabit pul məbləğində aliment məbləğinin azaldılaraq, əmək haqqının 1/4 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
13. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.
Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.
Məhkəmənin mövqeyi.
18. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından bir uşaq doğulmuş və bu uşaq hazırda cavabdehin himayəsindədir.
19. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(010)-342/2025 saylı qərardadına əsasən ərizə təmin edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-11173/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.17 misli həddində sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır.
20. “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan müəyyən olunur ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində, soba operatoru, əritmə/polad vəzifəsində işləyir və əmək haqqı məbləği 900 manatdır.
21. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.
22. İddiaçı tərəf aylıq 900 manat əmək haqqı aldığını və həmin əmək haqqının 468 manat hissəsini bir uşağa aliment kimi ödədiyini və qalan məbləğin isə dörd nəfərdən ibarət (ikisi azyaşlı olmaqla) ailə üzvlərinin saxlanılmasına yetərli olmadığını qeyd etmişdir.
23. Məhkəmə qeyd edir ki, iddiaçının başqa nikahından doğulan bir uşağa görə minimum əmək haqqının 1.17 misli həddində alimentin ödənilməsi, digər nikahdan doğulan azyaşlı uşaqların maddi cəhətdən təmin olunmasında çətinlik yaradır.
24. Məhkəmə hesab edir ki, valideynlər uşağın təhsili, fiziki inkişafı, sağlamlığı, məişət qayğılarının çəkilməsi, onun təlim-tərbiyəsi, maddi cəhətdən saxlanılması kimi məsələlərdə bərabər hüquq və vəzifələrə malikdirlər. X1 9 yaşı vardır, onun saxlanılması üçün minimum dolanacaq xərclərindən daha çox maddi təminat alması, hazırkı halda iddiaçının himayəsində olan digər iki azyaşlı uşaqların maddi təminat almaq hüquqlarını məhdudlaşdırır. Bundan əlavə cavabdeh özü işləyir və əmək haqqı alır.
25. Məhkəmə tərəflərin bərabər hüquq və vəzifələrə malik olmalarını, onların maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, hazırkı halda iddiaçının himayəsində olan digər iki azyaşlı uşağın maddi cəhətdən saxlanılması halı da diqqətə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti nəzərə alınaraq, lakin hər bir halda uşağın maraqları üstün tutularaq uşağın saxlanılması üçün iddiaçıdan tutulan alimentin miqdarı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir.
26. Məhkəmə, son olaraq onu da qeyd edir ki, miqdarı dəyişdirilmiş alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Belə ki, yuxarıda (§ 25) istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Məhkəmə xərci.
27. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl 50 manat məbləğində mediasiya xərci çəkmişdir.
28. Alimentin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, iddianın təmin edilmiş hissəsinə (0.62x400=248 manat) mütənasib olan manat məbləğində dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-342/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş alimentin məbləği azaldılmalı, İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməli və azaldılan aliment məbləğinin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Ödənilməmiş – 4.76 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-342/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş alimentin məbləği azaldılsın. İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Azaldılan aliment məbləğinin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin olunmasın. Ödənilməmiş – 4.76 (dörd manat, yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova