Məhkəmə qərarları › İş №2(010)-5648/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5648/2021

10.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5648/2021 10.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdehə qarşı “aliment miqdarının azaldılması və borcun silinməsi” tələbi barədə barədə ilk iddia ərizəsinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “aliment məbləğinin artırılması və dəbbə pulunun ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması və borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(010)-525/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 01.04.2009-cu il təvəllüdlü X3, 16.10.2010-cu il təvəllüdlü X4, 21.04.2014-cü il təvəllüdlü X2 və X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla 400 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi, iddia verildiyi vaxtdan hesablanmış 3800 manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin artırılması və dəbbə pulu” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı alimentin azaldılması və aliment borcunun silinməsi barədə iddiasının rədd olunması, onun qarşılıqlı iddiasının təmin edilərək, 01 aprel 2009-cu il təvəllüdlü X3, 16 oktyabr 2010-cu il təvəllüdlü X4, 21 aprel 2014-cü il təvəllüdlü X2 və X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulmalı olan alimentin məbləğinin hər ay hər uşağa 175-manat olmaqla, cəmi 700-manat müəyyən olunması, 3800 manat aliment borcunun və ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulunun ödənlməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini qəbul etməyərək, ilk iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(010)-525/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan uşaqları 01.04.2009-cu il təvəllüdlü X3, 16.10.2010-cu il təvəllüdlü X4, 24.04.2014-cü il təvəllüdlü X2 və X1 anası Cavabdeh yanında saxlanılmışlar. Uşaqların saxlanması üçün hər bir uşaq üçün 150 manat olmaqla cəmi 600 manat sabit pul məbləğində aliment ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Lakin o heç yerdə işləmədiyindən, hər ay hər uşağa 150 manat olmaqla 600 manat sabit pul məbləğində aliment ödəmək iqtidarında deyildir. Məhkəmə qətnamə qəbul edərkən onun maddi vəziyyəti nəzərə almamışdır. Bundan başqa, məhkəmə qətnaməsi ilə alimentin tutulması 2020-ci ilin noyabr ayından hesablansa da, Cavabdeh məhkəmə müraciət etdiyi vaxtdan hal-hazırkı vaxtadək onlar eyni ünvanda, ünvan 1 yaşayırlar və uşaqların bütün maddi tələbatlarını o təkbaşına ödəyir. Bundan başqa, onun adına "xxxx" ASC- dən ünvanlı sosial yardım almaq üçün kart verilmiş və həmin kart da cavabdehin istifadəsində olmuşdur. 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayınadək olan müddətdə hər ay 332 manat tələbkar onun kartından çəkərək istifadə etmişdir. Bunu təsdiq edən hesabdan çıxarış da mövcuddur. Qeyd olunanları nəzərə alaraq, 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayınadək olan müddətdə ona məxsus kartdan hər ay 332 manat olmaqla cəmi 1660 manat, ödənilmiş market qəbzləri də hesablanmaqla, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(010)-525/2021 saylı icra sənədi üzrə yaranmış borcdan silinməlidir. Hal-hazırda 3800 manat hesablanmış ödənilməmiş borcu yaranmışdır. O ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi qismində izahat verən onun vəkili Vəkil ilk iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirərək göstərdi ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 16 may 2021-ci il tarixli 2(010)-525/2021-nömrəli qətnaməsi ilə təmsil etdiyi şəxslə İddiaçı arasında bağlanmış nigah pozulmuş, birgə nigahdan olan 01 aprel 2009-cu il təvəllüdlü X3, 16 oktyabr 2010-cu il təvəllüdlü X4, 21 aprel 2014-cü il təvəllüdlü X2 və X1 Cavabdeh yanında saxlanması, 01 aprel 2009-cu il təvəllüdlü X3, 16 oktyabr 2010-cu il təvəllüdlü X4, 21 aprel 2014-cü il təvəllüdlü X2 və X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 150-manat olmaqla, 600-manat sabit pul məbləğində alimentin 26 oktyabr 2020-ci il tarixdən hesablanmaqla ödənilməsi qət edilmişdir. Bu günə kimi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin ona ödənilməmiş 3800 manat məbləğində aliment borcu vardır, cavabdeh iddia ərizəsində heç bir yerdə işləmədiyini bildirir. Həqiqətdə isə İddiaçı avtomaşınların təmiri ilə məşğul olur və çilingərdir, maddi durumu da yaxşıdır, anasına, qardaşına köməklik edir. Məhkəmə qətnaməsi ilə hər uşağa 150-manatdan hesablanmaqla aliment qət edilmişdir. Həmin vaxt Cavabdeh aliment məbləğinin az olmasından şikayət etməmişdir. Ona görə ki, cavabdeh də Cavabdeh ilə qalır. Bəzi vaxtlarda bazarlıq da edirdi. Cavabdeh heç bir yerdə işləmir. Uşaqlar məktəbə gedir, idmanla məşğul olur, xəstəlikləri var, böyüdükcə əlavə xərclər ortaya çıxır. Bir uşağın saxlanması üçün hər ay ən azı 250-300-manat pul xərclənir. Bunlara görə ilkin iddia üzrə İddiaçı alimentin azaldılması və aliment borcunun silinməsi barədə iddiasının rədd olunması, qarşılıqlı iddianın isə təmin edilərək, 01 aprel 2009-cu il təvəllüdlü X3, 16 oktyabr 2010-cu il təvəllüdlü X4, 21 aprel 2014-cü il təvəllüdlü X2 və X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona hər ay hər uşağa 175-manat olmaqla, cəmi 700-manat alimentin, 3800-manat aliment borcunun və ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulunun Cavabdeh ödənlməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, ilk iddia və qarşılıqlı iddia ərizələrini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 16 may 2021-ci il tarixli 2(010)-525/2021-nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, birgə nigahdan olan 01 aprel 2009-cu il təvəllüdlü X3, 16 oktyabr 2010-cu il təvəllüdlü X4, 21 aprel 2014-cü il təvəllüdlü X2 və X1 Cavabdeh yanında saxlanması, 01 aprel 2009-cu il təvəllüdlü X3, 16 oktyabr 2010-cu il təvəllüdlü X4, 21 aprel 2014-cü il təvəllüdlü X2 və X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 150-manat olmaqla, 600-manat sabit pul məbləğində alimentin 26 oktyabr 2020-ci il tarixdən hesablanmaqla ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 16 may 2021-ci il tarixli 2(010)-525/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq olaraq azaldılması və artırılması barədə ilkin və qarşılıqlı iddiaları aşağıdakılara görə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını yalnız o halda mümkündür ki, tərəfin həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli dəyişiklik olsun. Lakin nə ilkin iddia üzrə iddiaçı, nə də qarşılıqlı iddia üzrə iddiaçılar bu halları təsdiq edən və alimentin artırılması və ya azaltması üçün əsas ola bilən sübutları məhkəməyə təqdim etməmişlər. Bu baxımdan məhkəmə ilkin iddia üzrə iddiaçının maddi cəhətdən çətinlik çəkməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, göstərilən səbəb valideyni öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Qarşılıqlı iddia ərizədə qeyd olunmuş dəlillərlə əlaqədar isə məhkəmə vurğulayır ki, qarşılıqlı iddia üzrə iddiaçı alimentin təyin olunması barədə qətnamənin qəbulundan çox qısa müddət ərzində hazırkı iddia ilə məhkəməyə müraciət etməklə yanaşı iddianın əsaslığını bu dövr ərzində cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olmasa ilə deyil, 2021-ci il üçün 1 uşaq üçün nəzərdə tutulan yaşayış minimumunun yüksək olması ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər il uşaqlar üçün yaşayış minimumu qanunla müəyyən edilsə də, qanunvericilik həmin məbləği alimentin minimum həddi kimi müəyyən etməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində alimenin məbləği müəyyən edilərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə muəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təsbit edilməklə yanaşı, həmin Qanunun 19-cu maddəsi valideynlərin uşaqlar barəsində bərabər hüquq və vəzifələrinin olduğunu müəyyən edir Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, özü-özlüyündə aliment miqdarının artırılması üçün əsas ola bilməz. 3800 manat təşkil edən aliment borcunun silinməsi barədə ilkin iddianı əsassız hesab edərək məhkəmə qeyd edir ki, həmin iddia tələbinin hüquqi əsasını Azərvbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsi təşkil edir. Qeyd olunan normaya görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Yəni şəxs aliment borcunu ödəməkdən tamamilə və ya qismən o, vaxt azad edilə bilər ki, aliment borcunun borclunun xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyi müəyyən edilmiş olsun, eyni zamanda ailə, maddi vəziyyəti borcluya bu borcu ödəməyə imkan verməsin. Lakin ilkin iddaçı tərəfindən yuxarıda qeyd olunan halları təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni ilə ödənilməmiş 3800 manat aliment borcuna görə cavabdehdən dəbbə pulunun tutulmasına dair qarşılıqlı iddianı əsassız hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 108.2-ci maddəsi təşkil edir. Həmin normaya görə məhkəmə qətnaməsi üzrə aliment ödəməli şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir. Göründüyü kimi normanın tətbiqi üçün təkçə aliment borcunun yığılıb qalması şərtinin müvcüdluğu kifayət deyil və aliment ödəməli olan şəxsin təqsirli olması zəruri şərtdir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən bu halın təsdiqi ilə bağlı hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilk iddia üzrə İddiaçı Cavabdehə qarşı “aliment miqdarının azaldılması və borcun silinməsi” tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “aliment miqdarının artırılıması” tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdehə qarşı “aliment miqdarının azaldılması və borcun silinməsi” barədə iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “aliment miqdarının artırılması və dəbbə pulu” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar