Məhkəmə qərarları › İş №2(010)-577/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-577/2022

03.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-577/2022 03.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 qarşı "alimentin növünün və miqdarının dəyişdirilməsinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, 07.10.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 75 (yetmiş beş) manat sabit pul məbləğində alimentin ondan tutularaq cavabdeh Əliyeva (Səfərova) Nazilə Yusif qızına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayon Qeydiyyat Şöbəsinin 05.01.2006-cı il tarixli, 15 № li akt qeydi ilə nikaha daxil olaraq cavabdehlə ailə qurmuşlar. Birgə nikahdan 07.10.2006-cı il təvəllüdlü X14 anadan olmuşdur. 2009-cu ildə avtomobil qəzası nəticəsində əmək qabiliyyətimi qismən itirmiş və ailənin maddi tələbini tam ödəyə bilməmişdir. Bu səbəbdən cavabdeh Əliyeva (Səfərova) X6 rayon Qeydiyyat Şöbəsinin 05.01.2006-cı il tarixli, 15 № li akt qeydi ilə nikahın pozulması üçün Suraxanı rayon Məhkəməsinə müraciət etdi və Suraxanı rayon Məhkəməsinin 2(010)-231/2010 saylı qətnaməsi ilə nikahları ləğv edilmişdir. Həmin qətnaməyə əsasən 07.10.2006-cı il təvəllüdlü X7 anası Əliyeva (Səfərova) Nazilə Yusif qızının himayəsində qalması və 07.10.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay 75 (yetmiş beş) manat sabit pul məbləğində alimentin ondan tutularaq Əliyeva (Səfərova) Nazilə Yusif qızına verilməsi qət edilmişdir. Avtomobil qəzası nəticəsində aldığı xəsarətlərə görə əmək qabiliyyətini qismən itirdiyi üçün İİ qrup əlillik dərəcəsi itə pensiya alırdı və aliment pulunu ödəyirdi.16.07.2010-cu il tarixdə Naxçıvan MR Şərur rayon Qeydiyyat Şöbəsinin 124 №-li akt qeydi ilə X4 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan 17.07.2010-cu il təvəllüdlü X9, 23.09.2012-ci il təvəllüdlü X13 və 16.10.2014-cü il təvəllüdlü X15 anadan olmuşdur. 2014-cü ildə yenidən avtomobil qəzasına düşdü. Fiziki sağlamlığını itirmişdir. Kənar şəxslərin qulluğuna ehtiyacı yaranmışdır. 2019-cu ildən ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 160 manat müəyyən olunduqdan sonra cavabdeh Əliyeva (Səfərova) Nazilə Yusif qızı «aliment məbləğin artırılması» tələbi ilə Suraxanı rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Suraxanı rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(010)-1788/2019 say qətnaməsi ilə iddia təmin edilmiş və 160 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutularaq cavabdeh Əliyeva (Səfərova) Nazilə Yusif qızma verilməsi qət edilmişdir. 21 may 2019-cu il tarixdə Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəziniı rəyi əsasında iddiaçının İİ dərəcəli əlillik qrupum dəyişdirilərək İİİ qrup müəyyən edildi. Başqa gəlir yeri yoxdur. Əlillik pensiyanın məbləği az olduğundan qətnamə ilə qət edilmiş alimenti ödəməyə imkanı olmadığı üçün borc yığılması ilə nəticələnir və yığılmış borcları ödəmək iqtidarında deyil. Tam əmək qabiliyyətinin olmaması səbəbindən maddi vəziyyəti çox ağırdır. Valideynin köməkliyi ilə müalicə xərclərini və kommunal xərcləri ödəyir. Hal-hazırda iş yeri və sabit aylıq qazancı olmadığı üçün alimenti qazancının müəyyən hissəsi kimi tutulması mümkün olmadığını nəzərə alınaraq uşağın saxlanılması üçün ondan hər ay ödənilməli olan sabit pul məbləğində aliment müəyyən olunmaqla və həmin alimentin məhkəmə qətnaməsi ilə müəyyən olunmuş miqdarı dəyişdirilərək əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 75 manat alimentin tərəfindən ödənilməsi mümkündür. Ailəlidir, yetkinlik yaşına çatmayan daha 3 (üç) övladı var və onların da saxlanması üçün pul xərcləməlidir. 07.10.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay 75 (yetmiş beş) manat sabit pul məbləğində alimentin məndən tutularaq cavabdeh Əliyeva (Səfərova) Nazilə Yusif qızma verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir və qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə üzrə cavabdeh İddiaçı ilə 27.04.2005-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 07 oktyabr 2006-cı il təvəllüdlü X14 anadan olmuşdur. Cavabdeh İddiaçı alimenti ödəməmək üçün müxtəlif yollara əl atmışdır. 2017-ci ilin noyabr ayında cavabdehlə birgə nikahdan anadan olmuş, 07 oktyabr 2006-cı il təvəllüdlü X10 müayinə və müalicə olunmağı üçün anası iddiaçını Türkiyə Respublikasına aparmalı idi. Dəfələrlə iddiaçı və valideyini, anası cavabdeh İddiaçı onunla birgə nikahdan anadan olmuş, hazırda himayəsində olan, 07.10.2006-cı ildə anadan olmuş X7 Respublikadan xarici dövlətə sərbəst surətdə gedib-gəlməsi ilə bağlı razılıq ərizəsinin verməsi ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq, o, bilərəkdən və qərəzli şəkildə razılıq ərizəsini notarial qaydada heç vaxt verməmişdir. O, cavabdeh İddiaçı bu barədə oğlunun ümumvətəndaş pasportunun alınması və ölkədən gedib-gəlmək üçün razılıq ərizəsinin verilməsi üçün müraciət etsə də o, həmkəndlisi, qohumu olan Bakı şəhəri Sabunçu rayonu İcra şöbəsinin icra məmuru Firdovsi Vəliyev ilə sözləşərək qabaqcadan əlbir olub, hüquqi savadının olmamasından və təcrübəsizliyindən sui-istifadə edərək, ona dedilər ki, razılıq ərizəsinin verilməsi üçün mütləq şəkildə onun aliment tələbindən imtina ərizəsi yazmağı sətrdir. Onda gənc və təcrübəsiz bir ana olaraq, övladının təcili şəkildə müayinə və müalicə olunması üçün maddi imkanıın olmadığına görə. Anasının bu barədə ona maddi və mənəvi köməklik ettiyini bildiyi üçün, çarəsiz vəziyyətdə, məcburiyyət qarşısında həmin sözü gedən razılıq ərizəsini 23.11.2017-ci il tarixində yazmışdır. 23.11.2017-ci il tarixində alimentdən imtina barədə razılıq ərizəsini yazdığı üçün 25.11.2017-ci il tarixində İddiaçı Azərbaycan Respublikasından kənara istənilən xarici ölkələrə gedib qayıtması barədə 7E- 62444 reyestr nömrəli razılıq ərizəsini yazdı. Müəyyən vaxtdan sonra onun azyaşlı övladı 07.10.2006-cı ildə anadan olmuş X1 üçün maddi imkanı get-gedə pisləşdi. Məhz bu səbəbdən o, cavabdeh İddiaçı qarşı “alimentin məbləğinin artırılması tələbi haqda” Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsi 2(010)- 1788/2019 saylı, 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilərək, Suraxanı rayon Məhkəməsinin 2(010)-231/2010 saylı, 01 aprel 2010-cu il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək cavabdeh İddiaçı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan 07.10.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Səfərova (Əliyeva) Nazilə Yusif qızına verilməsini və həmin gündən Suraxanı rayon məhkəməsinin 01 aprel 2010-cu il tarixli, 2( 010)-23 1/2010 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinin ləğv edilməsini qət elmişdir. Cavabdeh İddiaçı ona qarşı yazdığı iddia ərizəsi qanunsuz və əsassız olmaqdan başqa həm də başdan ayağa tamamilə yalan məzmundan yazılmış, aliment ödənişindən bilərəkdən, qəsdən yayınmaq məqsədi ilə yazılmış bir iddia ərizəsidir. Nikahın ləğvindən sonra, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-231/2010 saylı, 01 aprel 2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 75 (yetmiş beş) manat sabit pul məbləğində alimenti və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1788/2019 saylı, 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 (yüz altmış) manat sabit pul məbləğində alimenti cavabdeh İddiaçı heç bir zaman vaxtı-vaxtında və tam şəkildə ödəməmişdir. Onu daima get-gələ salmışdır. Alimenti ödəməmək üçün müxtəlif yollara əl atmışdır. Cavabdeh İddiaçı yazdığı iddia ərizəsi alimentin ödənilməsindən qəsdən, bilərəkdən yayınması məqsədi ilə məsuliyyətdən qaçmaq xarakterli olması, anasının və digər qohumlarının təsiri altında, tamah məqsədilə yazılmiş iddia ərizəsidir. Uşağın saxlanılması üçün heç bir maddi və mənəvi köməklik göstərmədiyi halda cavabdeh İddiaçı hansı üzlə iddia ərizəsi yazaraq Məhkəməyə müraciət edir? Hesab edir ki, bu gün utanmadan, çəkinmədən, bir ataya yaraşmayan şəkildə uydurma bir iddia ərizəsi ilə müraciət etməsi utancverici bir hərəkətdir. O, heç bir yerdə işləmir, "Miqren-Kəskin şəkildə baş ağrıları” diaqnozundan əziyyət çəkir. Maddi və mənəvi cəhətdən böyük çətinliklər içərisində yalnız himayəsində olan azyaşlı uşağının təlim tərbiyəsi ilə məşğul olur, maddi imkanının zəif olmasını bir daha məhkəmənin nəzərinə çatdırır. Cavabdeh İddiaçı tərəfindən verilmiş iddia ərizəsi tam olaraq əsassız və qanunsuz olduğu üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən təmin edilməməlidir. Uşaq hazırda orta məktəbdə oxuyur. Ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2021-ci ildə hər uşaq üçün 175 manat, 2022-ci il üçün isə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Uşağın bütün qayğılarını və ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyyac və tələbat artsa da cavabdeh uşağına qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq mənə çox çətindir. Yetkinlik yaşına çatmayan 1 azyaşlı övladı hazırda onun himayəsindədir. Cavabdeh uşağın maddi vəziyyəti ilə maraqlanmır, heç bir maddi köməklik göstərmir. Tam əksinə bir ataya yaraşmayan şəkildə utanmadan, çəkinmədən özünə saxta sənədlər toplayaraq, məhkəməyə başdan ayağa tamamən yalan məzmunda yazılmış uydurma bir iddia ərizəsi ilə alimentin miqdarının azaldılması barədə müraciət edir. Uşaq azyaşlıdır, tez-tez sağlamlığında problemlər yaranır və ona görə də məsrəfləri yetərincə artmışdır. Hazırda himayəsində olan 1 azyaşlı övladlarını böyük çətinliklər içərisində böyütməyə çalışır. Buna görə də mən cavabdeh İddiaçı qarşı “alimetin miqdarının artırılması tələbinə dair"" qarşılıqlı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh İddiaçı ilə birgə nikahdan anadan olan 07 oktyabr 2006-cı il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(010)- 1788/2019 saylı Qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək, artırılaraq cavabdeh İddiaçı hər ay 200 (iki yüz.) manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-23 1/2010 saylı, 01 aprel 2010-cu il tarixli Qətnaməsi ilə İddiaçı cavabdeh Əliyeva (Səfərova) Nazilə Yusif qızına qarşı "nigahın ləğv edilməsinə” dair iddia təmin edilərək, Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 15 nömrəli qeydlə 05.01.2006-cı ildə İddiaçı ilə Əliyeva (Səfərova) Nazilə Yusif qızı arasında bağlanmış nigahın ləğv edilməsi, 07.10.2006-cı ildə anadan olmuş X14 anası Əliyeva (Səfərova) Nazilə Yusif qızının himayəsində saxlanılmasını, İddiaçı 07.10.2006-cı il tarixdə anadan olmuş oğlu Mətinin saxlanılması üçün Əliyeva (Səfərova) Nazilə Yusif qızının xeyrinə 01.04.2010-cu il tarixdən başlayaraq uşaq yetkinlik yaşma çatanadək hər ay 75 (yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsi 2(010)-1788/2019 saylı, 17 aprel 2019-cu il tarixli Qətnaməsi ilə mənim iddia tələbini təmin edərək, Suraxanı rayon Məhkəməsinin 2(010)-231/2010 saylı, 01 aprel 2010-cu il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, cavabdeh İddiaçı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan 07.10.2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Səfərova (Əliyeva) Nazilə Yusif qızına verilməsini və həmin gündən Suraxanı rayon məhkəməsinin 01 aprel 2010-cu il tarixli, 2( 010)-231/2010 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinin ləğv edilməsini qət elmişdir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 20 noyabr 2021-ci il tarixli ambulator kitabçadan çıxarışa əsasən İddiaçı 07 noyabr 2021-ci il tarixdə ağır vəziyyətdə xəstəxanaya gətirilib, reanimasiya şöbəsinə yerləşdirilmiş, aparılmış müayinə nəticəsində varoli körpüsünün sağ hissəsində 17x10 mm, sol hissəsində 5 mm ölçüdə kəskin dövr işemik ocaq, işemik insult diaqnoz kimi müəyyən edilmişdir. Xəxtəxanada 20 noyabr 2021-ci il tarixə qədər müalicə almış və həkimin nəzarəti altına evə yazılmışdır. Şərur rayon Əhalinn Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 015359 nömrəli vəsiqəyə əsasən İddiaçı müddətsiz İİİ qrup əlillik dərəcəsi verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İstinad edilən Məcəlləsinin 112.1-ci maddəsinin məzmunundan görünür ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqda müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsinə yol verilir. Məhkəmə iddiaçının maddi cəhətdən çətinlik çəkməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, göstərilən səbəb valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Məhkəmə həm iddia ərizəsində, həmçinin də etiraz ərizəsində qeyd olunanlara hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, qeyd edilən tələbləri gözlənilməlidir ki, istər uşaqların hüquq və mənafelərini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən hüquq normasından görünür ki, alimentin miqdarı dəyişdirilməsinin əsası tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bu dəyişiklilər özünü tərəflərin birinin səhhəti, ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki mülki iş üzrə məhkəmə iddia ərizəsində olan tələblərə hüquqi qiymət verərək onu da qeyd edir ki, məhkəmələr yalnız təqdim edilmiş sübutlar əsasında araşdırma aparır. Bu sübutları təqdim etmək mülki iş üzrə tərəflərin vəzifəsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən isə uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən isə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İstinad edilən Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİU) saylı qətnaməsi ilə elan edilmiş «Uşaq hüquqları haqqında» Bəyannamənin 8ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. Həmin Təşkilatının 12 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində bütün tədbirlərdə uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə əsas diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəlləsinin 75.4-cü maddəsinə əsasən isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbayçan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləçə də aliment verməyə borçlu olan valideynin qazançı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazançın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xariçi valyuta ilə alırsa, yaxud onun qazançı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəçədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məçəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İstinad edilən Məcəllənin 77.1-ci maddsəinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Buna uyğun olaraq mülki iş materiallarından müəyyən edilir ki, İddiaçı səhhətinin vəziyyətinin dəyişmiş, o cümlədən, qəbul edilmiş məhkəmə aktlarından sonra artıq 3-cü qrup əlil olduğunu, işemik insult keçirdiyini, ailə ailə vəziyyətinin dəyişməsi müəyyən edilmişdir ki, bu baxımdan məhkəmə cavabdehin üzərinə yerinə yetirilməsi qeyri-mümkün olan öhdəliyin müəyyən edilməsini qanunazidd hal hesab edir və qeyd edir ki, valideynlərin öz uşaqları barədə aliment öhdəlikləri davam edən münasibətlər sırasına daxil olduğundan və buna görə də gələcəkdə, əmlak vəziyyətinə uyğun, iddiaçı-cavabdehə qarşı alimentin miqdarına dair yeni iddia verilməsi imkanlarının mümkünlüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iddia əsaslıdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X8 alimentin artırılmasına dair qarşılıqlı iddiaya dair münasibətdə məhkəmə qeyd edir ki, alimentin azaldılmasına dair ilkin iddia təmin edildiyindən, bundan əlavə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində alimentin artırılması üçün əsaslar mövcud olmadığından qarşılıqlı iddianın təmin edilməsi qeyri-mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq tərəflərin faktiki vəziyyətini və uşağın mənafeyini, uşağı saxlamaqda valideynlərin bərabər öhdəlik daşımalarını və uşağın saxlanılması üçün minimum yaşayış xərclərini rəhbər tutaraq hesab edir ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-1788/2019 saylı, 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarının 110 manata qədər azaldılmasına dair iddiası qismən təmin olunmalıdır. İlkin iddia qalan hissədə təmin olunmamalı, qarşılıqlı iddia isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlkin iddia qismən təmin edilsin. Suraxanı rayon Məhkəməsinin 2(010)-1788/2019 saylı, 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarı 110 (bir yüz on) manatadək azaldılsın. Qətnamə qanuni qüvvəyə mindiyi andan icra edilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə üzrə cavabdeh İddiaçı qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası təmin olunmasın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar