Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-58/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh1, Birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, digər iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Birinci iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mənəvi zərərin əvəzinin 20000 (iyirmi min) manat məbləğində ödənilməsi və dövlət rüsumu qaydasında ödədiyi 30 manat tutulması, birinci iddia üzrə Cavabdeh1 tərəfindən İddiaçı qızı barəsində işlətdiyi “bic doğulmuşdur” ifadəsinin “Mətanət xanım üzr istəyirəm, xahiş edirəm bağışlayın, bir daha təkrar olunmaz” kimi təkzib olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırımışdır ki, cavabdehlər münasibətdə onun sabiq qayınanası və sabiq həyat yoldaşıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Surxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində yerləşən 154 nömrəli fərdi həyət evində yaşamaqla bərabər, həmin evdə qeydiyyata alınmışlar. Onun yaşadığı ünvan isə, qonşuluqda yerləşən, 1 mərtəbədən, 3 yaşayış otağından ibarət Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində yerləşən 154 “Q” nömrəli evdir. Yaşayış evi və uşağın saxlanılması barədə onunla cavabdehlər arasında 2012-ci il tarixdən hal-hazıradək mübahisələr davam etməkdədir. Müxtəlif iddia predmetləri üzrə məhkəmə qərarları qəbul edilmişdir. Məhkəmə qərarları ilə razılaşmayan cavabdehlər tamamilə başqa bir mövzuya, heç bir əxlaqa sığmayan mübahisəyə rəvac vermişlər. Belə ki, 1-ci Cavabdeh1 2-ci cavabdehlə birləşərək demək olar ki, hər gün, körpə övladı Həcər barərsində “bic doğulmuşdur", Məmmədin uşağı deyildir deməklə, qonum-qonşuda, yaxınlarının, nəvəsini görməyə gələn anası Hacıyeva Solmazın yanında da bu fikiri ortaya atmış və oğlunu da məcbur etmişdir ki, uşaqdan imtina etsin. Mülkə, əmlaka görə cavabdehlər tərəfindən uşaq barəsində belə əxlaqsız fikirlərin irəli sürülməsini, öz şərəf və ləyaqətinin alçaldılması, eyni zamanda da, ona mənəvi zərərin vurulması kimi hesab edir. Məktəb yaşlı körpə övladı ondan soruşanda ki, “nəyə görə nənə mənim üçün belə sözlər deyir”, sualına cavab tapa bilmir. Hər dəfə yaxınları “uşaq barəsində bu arvad nə danışır, bu nə sözdür, niyə cavabını vermirsən və s." soruşanda, yalnız xəcalət hissi keçiri, mənəvi cəhətdən özünü alçalmış hiss edir. Fiziki sarsıntı keçirməyi nəticəsində saçları ağarmışdır. Bunların hamısının baisi, cavabdehlərdir. 2-ci cavabdeh həmişə anasının sözünü dəstəkləyir, onu bu yoldan daşındırmaq əvəzinə, bir az da qızışdırır. Cavabdehlərin, xüsusən də, Cavabdeh1 belə hərəkətləri onu təngə gətirmişdir, amma, onun bu hərəkətləri bağışlanmazdır. Onların hərəkətlərinin nəticəsi olaraq o, mənəvi sarsıntı keçirmişdir, belə bir ifadənin körpə qızı barəsində işlədilməsi onun şüurunda psixi reaksiya yaranmasına səbəb olmuş, bu səbəbdən də fiziki ağrı çəkməkdə davam edir. Bununla əlaqədar tibbi göstərişlərə, müayinələrə məruz qalmışdır. Ona vurulmuş sağalmaz yaranın əvəzini, mənəvi zərəri 20000 manat məbləğində cavabdehlərdən müştərək qaydada tələb edir. Aralarındakı mübahisələrin nəticəsi olaraq,1-ci iddia üzrə cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə iş açılmış, 2-ci cavabdeh isə həm inzibati, həm də məhkəmə qərarını icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Mübahisələr, münaqişəli ailə kimi qeydiyyata alınmaqla nəticələnmişdir. 1-ci cavabdehə işlətdiyi ”bic doğulmuşdur” sözünü təkzib etməyi bildirsə də, heç bir nəticəsi olmamışdır, əksinə onun axırına çıxacağını söyləmişdir. Məhkəmədən kənar şəkildə mübahisənin həlli mümkün olmamışdır. Məcbur olub məhkəməyə müraciət etmişdir. Hesab edir ki, tələbi əsaslıdır, cavabdehlərin hərəkətləri nəticəsində vurulmuş mənəvi zərər tam şəkildə ödənilməlidir. Odur ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mənəvi zərərin əvəzinin 20000 (iyirmi min) manat məbləğində ödənilməsi və dövlət rüsumu qaydasında ödədiyi 30 manat tutulması, 1-ci iddia üzrə cavabdeh tərəfindən İddiaçı qızı barəsində işlətdiyi “bic doğulmuşdur” ifadəsinin “Mətanət xanım üzr istəyirəm, xahiş edirəm bağışlayın, bir daha təkrara olunmaz” kimi təkzib olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçıya vurduğu mənəvi zərər qismində 35000 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 35.030 (otuz beş min) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ikinci iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh İddiaçı onun keçmiş gəlini, oğlunun isə keçmiş arvadı olmuşdur. Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində yerləşən 154 nömrəli fərdi həyət evində qeydiyyatda olmaqla yaşayırlar. Birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh2 ayrılmasına baxmayaraq onunla bir həyətdə yaşayır. 2012-ci il tarixdən hal-hazıradək cavabdehlə aralarında mübahisələr davam etməkdədir. Cavabdeh gəlin gələn gündən bu günə kimi onunla yola getməmiş, onları bir böyük kimi saymamış oğluna qarşı kobud olmuşdur. Bu səbəbdən də ailə dağılmışdır. Cavabdeh gəlin köçən gündən onların qara günləri başlamışdır. Cavabdeh onlara qarşı məhkəmədə iddia qaldıraraq, şər-böhtan ərizəsi vermişdir. Ərizədə göstərmişdir ki, güya o, nəvəsi Həcər barəsində “bic doğulmuşdur”, Məmmədin uşağı deyildir deməklə, qohumqonşuda, yaxınlarımın, nəvəsini görməyə gələn anası Hacıyeva Solmazın yanında da bu fikiri ortaya atmış və oğlunu da məcbur etmişdir ki, uşaqdan imtina etsin. Bunlar hamısı yalan və onlara qarşı böhtandır. Onlar heç vaxt nəvəsinə qarşı belə sözlər işlətməmişlər. Cavabdehin əsl məqsədi odur ki, oğlu qeydiyyatda olduğu və məhkəmə qətnaməsi ilə cavabdehin yaşadığı evə köçürülməməsidir. Hər cür bəhanə gətirir ki, sözügedən qətnamə icra olunmasın və oğlu evdən əl çəksin. Cavabdeh onu bu ahıl yaşında nalayiq sözlərlə təhqir etmiş bu azmış saçlarından tutub həyətdə döymüşdür. Hər dəfə oğlunun impotet olmasını və bu səbəbdən də oğlundan ayrılmasını demişdir. “Əgər oğlun impotentdirsə onda bu uşaqlar kimdən əmələ gəlmişdir, bu uşaqlar kimindir?”. Dava zamanı oğluna “İMPOTENT” deyərək qışqırmış qonşuların yanında biyabır etmişdir. Döyülməyi ilə bağlı polisə şikayət etmiş və Suraxanı RPİ-nin İŞ-də araşdırma aparılır. Bütün bu faktlar onun mənəvi sarsıntı keçirməyinə səbəb olmuş, hətta onu intihar dərəcəsinə çatdırmış və bununla da ona mənəvi zərər dəymişdir. Hər bir insan kimi ona yetirilən mənəvi zərərin qiymətini o, yüksək hesab etsə də belə hesab edir ki, bunu ağlabatan dərəcədə, yəni cavabdehin əmlak vəziyyətini nəzərə almaqla 30.000 manat məbləğində hesablamağı daha məqsədəuyğun olardı, baxmayaraq ki, həmin pullar onun keçirdiyi sarsıntının əvəzini verə bilməz. Bütün bu faktlar onun mənəvi sarsıntı keçirməyinə səbəb olmuş, hətta onu intihar dərəcəsinə çatdırmış və bununla da ona mənəvi zərər dəymişdir. Hər bir insan kimi ona yetirilən mənəvi zərərin qiymətini o, yüksək hesab etsə də belə hesab edir ki, bunu ağlabatan dərəcədə, yəni cavabdehin əmlak vəziyyətini nəzərə almaqla 30.000 manat məbləğində hesablamağı daha məqsədəuyğun olardı, baxmayaraq ki, həmin pullar onun keçirdiyi sarsıntının əvəzini verə bilməz. Xüsusi ilə qeyd edir ki, onun keçirdiyi mənəvi sarsıntını söz ilə ifadə etmək, bunu iddia ərizəsində hər hansı bir cümlələrlə əsaslandıraraq, tələbini bu hissədə əsaslandırdığın hallara dair sənədləri iddia ərizəsinə əlavə etmək mümkün deyildir. Odur ki, cavabdeh İddiaçıya vurduğu mənəvi zərər qismində 35000 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 35.030 (otuz beş min) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci iddia üzrə iddiaçı ikinci iddia üzrə cavabdeh İddiaçı 06.05.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunmasını, cavadehlərin Cinayət Məcəlləsinin 296 və 297-ci maddələrində nəzərdə tutulmuş bilə-bilə yalan ifadə verilməsinə görə məsuliyyətə cəlb edilmələrini və mülki işə səhhəti ilə əlaqədar gələ bilmədiyini, onun iştirakı olmadan yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında birinci iddia üzrə cavabdeh ikinci iddia üzrə iddiaçı Cavabdeh1 iddia tələbinə uyğun izahat vermiş, ikinci iddianın təmin olunmasını və ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında birinci iddia üzrə cavabdeh ikinci iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbinə uyğun izahat vermiş, ikinci iddianın təmin olunmasını və ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə birinci iddia üzrə iddiaçı ikinci iddia üzrə cavabdehi və ikinci iddia üzrə iddiaçı birinci iddia üzrə cavabdehləri dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, birinci iddia qismən təmin edilməli, ikinci iddia isə rədd edilməlidir. Mülki işin materiallarından olan: İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-1305/2021 saylı, 04 mart 2021-ci il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi barədə 2(010)-1305/2021 saylı mülki iş, iddiaçı İddiaçı Cavabdeh1 qarşı “mənəvi zərərin ödənilməsi” barədə 2(010)-852/2021 saylı mülki işlə bir icraatda birləşdirilmiş və mülki işə 2(010)-852/2021 nömrəsi verilməsi qərara almışdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-852/2021 saylı, 03 may 2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-linqvistik ekspertizasının təyin edilməsi, Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılması qərara alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli 4/775 saylı ekspert rəyinə əsasən, Cavabdeh1 tərəfindən 24.05.2012-ci il təvəllüdlü X6 deyilmiş “bic doğulmuşdur” və “atasının evindən gətirmişdir” ifadələri deyim olaraq bütünlüklə X5 və anası İddiaçı şərəf və ləyaqətini ləkələyən məlumatlar və ifadələr hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 09 dekabr 2021ci il tarixli 1(010)-162/2021 saylı qərarı ilə, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilməsi və, o cinayət məsuliyyətindən azad edilməsi, X1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməsi, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-503/2022 saylı 15.03.2022-ci il tarixli hökmü ilə zərərçəkmiş şəxslər X9 və X10 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin olunmuş, Cavabdeh1 Əlizvvar qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi barədə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 1 (010)-162/2021 saylı qərarı ləğv edilməsi, Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək ona 1000 (min) manat cərimə cəzası təyin edilməsi, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən Cavabdeh1 Əlizəwar qızı ona əsas cəza olaraq təyin edilmiş 1000 manat məbləğində cərimə cəzasından azad edilməsi, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. İş materiallarına əlavə edilmiş 21 aprel 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında tərəflərlə qonşu olduğunu, bilavasitə hadisələrin şahidi olduğunu, Mətanətin Zərafəti dəfələrlə döydüyünü, həmişə döyülənin Zərafət olduğunu, Mətanətin Zərafəti təhqir etməsinin, döyməsinin bilavasitə şahidi olduğunu, həmçinin Mətanət Zərafətə oğlun “kişi deyil” və s. Kimi nalayiq ifadələr işlətdiyini, Zərafətin döyülməyinin tam dəqiq vaxtının yadında olmadığını, lakin bu yaxınlarda olduğunu, “İmpotent” sözü Zərafət tərəfindən nə vaxtsa deyildiyini, hansı tarixdə dediyinin yadında olmadığını, lakin bu yaxınlarda dediyini bildirmişdir. Məhkəmə araşdırılması ilə müəyyən olunmuş hallarla əlaqədar ilk növbədə qeyd edilməlidir ki, cavabdehin iddiaçıya və onun azyaşlı qızına şərəfinə və ləyaqətinə toxunulan ifadələrin işlətməsi təsdiq edən yeganə sübut kimi 1 ədəd video yazısı əks olunmuş CD-dən ibarətdir. Bu sübutun (iddiaçı tərəfindən təqdim olunan video yazısı) mümkünlüyü ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh video yazısı tədqiq edildiyi zaman məhkəmə iclasında iştirak etmiş və baxılmasına etiraz etməmişdir. Belə olan halda cavabdehin özünün iştirak etməklə bu video yazısının tədqiqiliyinə etiraz bildirməməsini nəzərə alaraq məhkəmə həmin video yazısını mötəbər sübut kimi qəbul edir. Həmin video yazısında əks olunanlara qiymət verib, məhkəmə ilk növbədə qeyd edir ki, yazının 18-ci dəqiqə 24-ci saniyəsi ilə 18-ci dəqiqə 27-ci saniyəsi arasında birinci iddia üzrə cavabdeh birinci iddia üzrə iddiaçı ilə mübahisə zamanı ona və onun qızına digər şəxslərin yanında “atanın evindən gətirmisən”, “bic doğulmuşdur” sözlərini bildirir. Belə olan halda məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində bildirdiyindən başqa, cavabdeh həmin halları inkar edən hər hansı digər sübutları təqdim etmədiyindən, bundan əlavə “atanın evindən gətirmisən” ifadələrini təsdiq etdiyindən məhkəmə bu nəticəyə gəlir ki, təqdim olunmuş video yazısı cavabdehin iddiaçı qarşısında mənəvi zərərin tələb edilməsin üçün əsasların yaranmasını təsdiq edir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Avropa İttifaqının əsas insan hüquqları haqqında Xartiyasının 1-ci maddəsinə əsasən insan ləyaqəti toxunulmazdır, ona hörmət olunmalı və qorunmalıdır. BMT Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul edilmiş Ümumdünya insan hüquqları Bəyannaməsinin 12-ci maddəsində də heç kimin şəxsi və ailə həyatına müdaxiləyə, evinin toxunulmazlığına, məktublaşmasının gizliliyinə, şərəf və nüfuzuna özbaşına qəsdə məruz qalmasının yolverilməzliyi bəyan olunur. Bütün yuxarıda göstərilən müddəalar vətəndaşın şərəf, ləyaqət və nüfuzuna qeyriqanuni qəsddən müdafiə hüququna zəmanət verən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 17-ci maddəsində və İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsində də öz əksini tapmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7№-li “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təəcrübəsinə haqqında” Plenum qərarına əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə araşdırılması zamanı iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatların cavabdeh tərəfindən yayılması halı müəyyən edilmişdir. Belə ki, Cavabdeh1 İddiaçı qızının qızı 24.05.2012-ci il təvəllüdlü X6 və İddiaçı özünə deyilmiş “bic doğulmuşdur” və “atasının evindən gətirmişdir” ifadələri işlətməklə şərəf və ləyaqətinə toxunulması, iddiaçının haqqında, ailə üzvlərinin yanında, onun və qızının barədə şər atılması, yaşadığı ərazidə onu hörmətdən salmağa çalışması halı öz təsdiqini tapmış, bundan əlavə həmin hal iddiaçı tərəfindən təqdim edilmiş və mülki işini materiallarına əlavə edilmiş video-görüntüdə də əks olunmuş, həmin ifadələrin şərəf və ləyaqətini ləkələyən məlumatlar olması məhkəmə-linqvistik eskpertizasının rəyi ilə müəyyən edilmişdir. Bundan əlavə birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 öz iddia ərizəsində göstərmişdir ki, İddiaçı onu qonşuların yanında döyərək, şərəf və ləyaqətinin alçaldılmasına, digər iddiaçı Cavabdeh2 ünvanına şərəf və ləyaqətini alçaldan “İmpotent” ifadəsini işlətməsinə görə ona və digər cavabdehə mənəvi ziyan ödənilməsini tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 tərəfindən bildirilən hallar, o cümlədən Cavabdeh1 İddiaçı ilə dalaşması halı istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaq zamanı araşdırılmış və məhkəmə tərəfindən aşağıdakı hüquqi qiymət verilmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1, 27 iyul 2020ci il tarixdə saat 12:00 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsində yerləşən 154Q ünvanda yerləşən evin həyətyanı sahəsində aralarında yaranmış şəxsi münasibətlər zəminində X4 bədəninin müxtəlif nahiyələrinə əl və ayaqları ilə qəsdən vurub ona sol bazunun qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən, habelə sol saidin şişkinliyi, qançırı (hematoması) və sıyrığı ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa, Cavabdeh1 30 iyul 2020-ci il tarixdə saat 10 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 1.Süleymanov küçəsində yerləşən 154Q ünvanda yerləşən evin həyətyanı sahəsində aralarında yaranmış şəxsi münasibətlər zəminində İddiaçı bədəninin müxtəlif nahiyələrinə əl və ayaqları ilə qəsdən vurub, ona sol bazunun qançırları, sol saidin sıyrığı, sol əlin arxa səthinin şişkinliyi, sol süd vəzinin qançırı ilə nəticələnən ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən, habelə oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İ barmağının şişkinlik və qançırı ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bunnula da Bakı Apellyasiya Məhkəməsinin 1(103)-503/2022 saylı 15.03.2022-ci il tarixli hökmü ilə zərərçəkmiş şəxslər X9 və X10 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin olunmuş, Cavabdeh1 Əlizvvar qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi barədə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 1 (010)-162/2021 saylı qərarı ləğv edilməsi, Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək ona 1000 (min) manat cərimə cəzası təyin edilməsi, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən Cavabdeh1 ona əsas cəza olaraq təyin edilmiş 1000 manat məbləğində cərimə cəzasından azad edilməsi, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsinə məcburidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı”, “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Beləliklə, yuxarıda qeyd olunan mülki işin materiallarını nəzərdən keçirərək, məhkəmə o qənaətə gəlir ki, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 törədilməsinə görə mənəvi zərərin ödənilməsini tələb edilən halların, o cümlədən İddiaçı ilə Cavabdeh1 ilə dalaşması nəticəsində hamının qarşısında döyülməsi və bununla də şərəf və ləyaqətinin alçalmasına dair halların təsdiq edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Əksinə istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan hallar hüquqi qiymət verilərkən, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 yuxarıda təsvir olunan faktiki hallara görə təqsirli bilinmiş, cərimə cəzası təyin edilmişdir. Həmin məhkəmə aktından kassasiya şikayəti ilə yuxarı instansiyası məhkəməsinə müracət edilməmiş və məhkəmə aktı qanuni qüvvəsini almış, qeyd olunan hallar da artıq preyudisial xarakteri daşıyır. İddia tələbinin digər hissəsi birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı tərəfindən birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh2 “impotent” ifadəsini hamının yanında işlətməsini və bununla da onun şərəf və ləyaqətini alçaldılmasına dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, digər iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia əsassız olduğundan rədd edilməlidir. Bundan əlavə şəhər və ləyaqətin müdafiəsi ilə bağlı mənəvi ziyanın ödənilməsi məsələsinə gəldikdə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə Smirnova Rusiyaya qarşı iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. §68 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Qeyd edilməlidir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırmasının nəticəsi olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının vahid kontekstdə mənəvi ziyanın vurulması həm mənəvi sarsıntı keçirməsi, həmdə ki, mənəvi iztirablara məruz qalması sübuta yetirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, hər bir mənəvi stressin, emosional gərginliyin keçirilməsi nəticə etibarı ilə şəxsin daha dərin psixoloji məhrumiyyətlərinə səbəb olan mənəvi iztirablarla nəticələnmədikdə, onun mənəvi zərərlə üzləşməsindən söhbət gedə bilməz. Başqa bir sözlə, şəxsin hər bir emosional stressin və gərginliyin keçirməsi onun mənəvi zərərə məruz qaldığına dəlalət etmir. Mənəvi zərərin vurulması şəxsiyyətin mənəvi komponentinə elə bir ağır və bir cox hallarda bərpaedilməz ziyanın vurulmasını nəzərdə tutur ki, bu halda şəxs nəinki emosional gərginlik halını keçirir, hətta bu halda qalmaqda davam edir, eyni zamanda bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab çəkməsi halları müşahidə edilir. Məhkəmə nəzərə alır ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən mənəvi zərərə məruz qalmasını, mənəvi sarsıntı və iztirab keçirməsini (yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin iddiaçının maddi zərərə məruz qalması, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını, bunun nəticəsində onun maddi ziyana məruz qalmasını, sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini), bunların cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsini, qanunsuz hərəkət iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması təsdiq edilməklə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, birinci iddia qismən təmin edildiyindən, birinci iddia üzrə iddiaçı ikinci iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu birinci iddia üzrə cavabdeh ikinci iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 tutularaq aid birinci iddia üzrə iddiaçı ikinci iddia üzrə cavabdeh İddiaçı ödənilməli, ikinci iddia rədd edildiyindən, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Birinci iddia qismən təmin edilsin. Birinci iddia üzrə iddiaçı ikinci iddia üzrə cavabdeh İddiaçı birinci iddia üzrə cavabdeh ikinci iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində zərərin əvəzi olaraq birinci iddia üzrə cavabdeh ikinci iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Birinci iddia qalan hissədə rədd edilsin. İkinci iddia təmin edilməsin. İkinci iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia əsassız olduğundan rədd edilsin. Birinci iddia üzrə iddiaçı ikinci iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu birinci iddia üzrə cavabdeh ikinci iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 tutularaq aid birinci iddia üzrə iddiaçı ikinci iddia üzrə cavabdeh İddiaçı ödənilsin. Digər iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. 24 iyun 2021-ci il tarixli məhkəmə-linqivistik ekspertizasının keçirilməsinə görə 100 manat birinci iddia üzrə cavabdeh ikinci iddia üzrə iddiaçı Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (X3, Kod 210005 VÖEN ********** Müxbir Hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) hesabına ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-58/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-58/2022
18.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver