Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-581/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X2 18 yaşı tamam olana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 235 manat məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2424/2024 № li iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilərək xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğdə alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdehlə olan faktiki nikah münasibətlərindən xx.xx.2022-ci il tarixində Fərid adlı bir oğlu olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)- 2424/2024 № li qətnaməsi ilə 04 aprel 2024-cü il tarixindən başlayaraq 22 dekabr 2022-ci il təvəllüdlü X2 18 yaşı tamam olana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 235 manat məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Həmin vaxt cavabdehin gəlirləri az olduğu üçün o, sabit məbləğdə aliment tutulmasını tələb etmək məcburiyyətində qalmışdı. Hazırda cavabdeh "xxxx" QSC-də maşınist vəzifəsində işləyir və kifayət qədər normal gəliri var. Lakin cavabdeh könüllü olaraq uşağın saxlanılması üçün qanunvericiliklə müəyyən edilmiş miqdarda aliment vermək niyyətində deyil. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, tələblə razı deyil, o, təyin edilmiş 235 manat məbləğində alimenti daim ödəmişdir. Hazırda onun əmək haqqısı 1200-1250 manat təşkil edir. Alimentdən əlavə kredit borclarını da əmək haqqısı ilə ödəyir.
İş materialları
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 2424/2024 saylı qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 18 yaşı tamam olan günə qədər sabit pul məbləğində 235 manat məbləğində alimentin xx.xx.2024-cü il tarixdən hesablanmaqla (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 16(010)-86/2024 saylı qərardadı ilə tutulan müvəqqəti aliment nəzərə alınmaqla) tutularaq iddiaçı X1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X1 qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
6. Elektron Məhkəmə İnsformasiya Sistemindən Çıxarışdan görünür ki, Cavabdeh "xxxx" QSC-də maşınist (elektrik qatarı) vəzifəsində işləyir və aylıq əmək haqqısı 1527.72 manatdır.
İşin faktiki halları
7. Tərəflər arasında faktiki nikahın olması, nikah münasibətlərindən bir uşaqlarının doğulması, eyni zamanda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2424/2024 saylı qətnaməsi ilə xx.xx.2022-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsinə dair hallar işin faktiki hallarını təşkil edir. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən yetkinlik yaşına çatmayan övladının saxlanılmasına görə tutulan alimentin miqdarı artırılmalıdır (dəyişdirilməlidir) və cavabdehin aylıq qazancının ¼ hissəsi miqdarında müəyyən edilməlidir. Cavabdeh isə iddia tələbini qəbul etmir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
9. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
10. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
13. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı. “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”
Məhkəmənin mövqeyi
14. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, tərəflərin ailə münasibətlərindən anadan olan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə 235 manat sabit pul məbləğində aliment tutulur. Hazırki tələbdə isə iddiaçı cavabdehin aylıq gəlirinin artdığı üçün alimentin cavabdehin həmin gəlirinin ¼ hissəsi miqdarında tutulmasını tələb edir. Əvvəla qeyd edilməlidir ki, hazırkı tələb cavabdehin aylıq gəlirlərinin artmasına əsaslanır. Başqa sözlə, cavabdehin əmək haqqısında artım olmuşdur. Əvvəlki məhkəmə qətnaməsi ilə aliment məbləği sabit formada tutulurdu. İndi isə, iddiaçı alimentin cavabdehin aylıq gəlirlərinin ¼ hissəsi miqdarına tutulması formasında dəyişdirilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ailə Məcəlləsinin 112-ci maddəsinin tələbləri baxımından iddiaçı hazırkı iddia ilə müraciət etməkdə haqlıdır. Müəyyən edilmişdir ki, cavabdeh Bakı Metropoliteni” QSC-də maşınist (elektrik qatarı) vəzifəsində işləyir və aylıq əmək haqqısı 1527.72 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alimentlə bağlı tələblərə baxılan zaman məhkəmə uşağın əvvəlki təminat səviyyəsinin maksimum yüksək saxlanılmasına xüsusi diqqət yetirməlidir. Bu xüsusda məhkəmə hazırki vəziyyətdə cavabdehin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, yetinlik yaşına çatmayanın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi təmin edilməli, məhkəmənin qərarına əsasən xx.xx.2022-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirinin 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu xüsusda mövqeyini onunla əsaslandırır ki, cavabdehin aylıq gəliri mövcuddur və belə olduğu təqdirdə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment onun aylıq gəlirinin yuxarıda qeyd edilən hissəsinə yönəldilməlidir. Alimentin bu formada tutulması Ailə Məcəlləsinin istinad edilən normalarına uyğundur.
15. Məhkəmə qeyd edir ki, qət edilmiş aliment miqdarı AR Ali Məhkəməsinin yuxarıda qeyd olunan Plenum qərarında əks olunan mövqe nəzərə alınmaqla, iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.
Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat pul vəsaiti Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh Qədı̇ r oğlundan xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2424/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulan aliment miqdarı dəyişdirilərək xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh Qədı̇ r oğlunun aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçı Tarverdı̇ yeva Fərqanə Səfər qızına ödənilsin. Dəyişdirilmiş aliment miqdarı 15 noyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh Qədı̇ r oğlundan tutularaq iddiaçı Tarverdı̇ yeva Fərqanə Səfər qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.