Məhkəmə qərarları › İş №2(010)-5858/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5858/2022

20.12.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5858/2022 20.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı cavabdehlər “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X2, “Bakı Baş Səhiyyə Mərkəzi”nin maliyyə şöbə rəisi Qeyrət Kazımlı, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh4 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı “səkkiz il ərzində əmək haqqından tutulmaların qaytarılması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı cavabdehlər “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X2, “Bakı Baş Səhiyyə Mərkəzi”nin maliyyə şöbə rəisi Qeyrət Kazımlı, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh4 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı “səkkiz il ərzində əmək haqqından tutulmaların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqısından 8 il ərzində tutulmaların düzgün hesablanması, cəm şəklində ona qaytarılması və əmək haqqısının mühafizə vəzifəsinə uyğun verilməsini xahiş etmişdir. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh4 Xidmətinin Bakı şəhər İdarəsinin 23.11.2*22-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, İddiaçı tərəfindən məcburi köçkün statusuna aid güzəştli arayış təqdim edildikdən sonra 2*14-cü ildən 2*22-ci ilə qədərki dövr üzrə gəlir vergisinin yenidən hesablandığı, güzəştli əsaslarla hesablanmış 394.69 manat gəlir vergisinin tam olaraq hesaba qaytarıldığı, hal-hazırda əmək haqqından tutulmaların qanunvericiliyə uyğun olaraq güzəştlər tətbiq edilməklə həyata keçirildiyi müəyyən edilmişdir. Həmçinin, 2*14-cü ildən 2*2*-ci ilə qədər gecə və iş günü hesab edilməyən bayram günlərində çalışdığı saatlara görə ödənişin tam hesablanıb ödənildiyi, 2*2*-ci ilin fevral-noyabr ayları üzrə, 2*21-ci ilin fevral, aprel, noyabr, dekabr ayları üzrə, 2*22-ci ilin yanvar və fevral ayları üzrə isə ödənişlər 2*22-ci ilin may ayında hesablanıb ödənildiyi qeyd olunmuşdur. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” X1 2*.*7.2*22-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, 15 nömrəli Birləşmiş şəhər Xəstəxanasının təsdiq olunmuş və Mərkəzləşdirilmiş Mühasibatlığa təqdim olunmuş əmrlərinə və davamiyyət cədvəllərinə əsasən, eyni zamanda hesablama qaydalarına uyğun olaraq əmək haqqısı hesablanmış, əmək haqqından müvafiq tutulmalar aparılmış və müvafiq olaraq ödənişə verilmişdir. İş materiallarında olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X1 *1.*8.2*22-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən təqdim edilmiş hesablama-ödəmə cədvəli məlumatlarına əsasən əvvəllər artıq tutulmuş 227.53 manat gəlir vergisi məbləği 2*22-ci ilin may ayında hesablanaraq ona ödənilmişdir. İş materiallarında olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X1 *8.*8.2*22-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, “Bakı Baş Səhiyyə Mərkəzi” X2 tərəfindən təqdim olunmuş məlumatlara əsasən, 2*2*, 2*21 və 2*22ci illərin müvafiq ayları üçün gecə saatlarında işlədiyi günlərdə, gecə növbətçiliyinə görə əmək haqqına olan əlavə hesablamalar aparılmış və müvafiq olaraq ödənişə verilmişdir. Həmçinin təqdim olunmuş məcburi köçkün vəsiqəsinə əsasən, 2*19,2*2*,2*21 və 2*22-ci illərin müvafiq ayları üçün hesablanmış əmək haqqından gəlir vergisi üzrə tutulmalar da güzəştli qaydada yenidən hesablanmış və artıq tutulmuş gəlir vergisi üzrə məbləğ əmək haqqı hesabına qaytarılmışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, maddənin məzmunu özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 1* aprel 2*15-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.*, 261.*.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinin tələblərinə görə - şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) (maddə 2.2.1), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) (maddə 2.2.2), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) (maddə 2.2.3), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) (maddə 2.2.4), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) (maddə 2.2.5), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia) (maddə 2.2.6), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara (maddə 2.2.7) və bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına (maddə 2.2.8) - inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.* və 2.*.1-ci maddələrinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir. Hazırki işin mahiyyətindən və işin hallarından məlum olur ki, İddiaçı hazırki məsələ ilə bağlı yuxarıda qeyd olunan müvafiq inzibati orqanlara müraciət etmişdir. lakin həmin müraciət təmin olunmamışdır. Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, sonuncuya Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldım: İddiaçı cavabdehlər “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X2, “Bakı Baş Səhiyyə Mərkəzi”nin maliyyə şöbə rəisi Qeyrət Kazımlı, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh4 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı “səkkiz il ərzində əmək haqqından tutulmaların qaytarılması” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, o, hazırkı müraciəti ilə bağlı müraciət etdiyi inzibati orqanın imtinasından Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 1* (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar