Məhkəmə qərarları › İş №2(010)-5989/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5989/2021

11.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5989/2021 11.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı, Kreditor ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin borclu Bakı şəhəri, Balandin- 42 ünvanında qeydiyyatda olan Borclu qarşı məhkəmə əmrinin verilməsi tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Kreditor "xxxx" MMC Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Balandin-42 ünvanında qeydiyyatda olan Borclu 561 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 581 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət olunmadan verilmişdir. Belə ki, “X1” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.5.-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. Bu Məcəllənin 152.1.5.-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 108.3.-ci maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 01.10.2021-ci il tarixdə qüvvəyə minmiş “X1” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, kreditor "xxxx" MMC tərəfindən dövlət rüsumu az ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3, və 279.4-cü maddələrinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz», «Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor "xxxx" MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsi tələbinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar