Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-609/2025 04.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Pirallahı Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə 28 dekabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək (artırılaraq) hər ay cavabdehin aylıq gəlirlərinin 1/4 miqdarında tutulması, həmçinin 50 (əlli) manat məbləğində mediasiya xərcinin, məhkəməyə müraciət üçün çəkdiyi 450,00 (dörd yüz əlli) manat məbləğində hüquqi xidmət haqqının qarşı tərəfdən tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlliləri Pirallahı rayon məhkəməsinin 24 avqust 2021-ci il tarixli Qətnaməsi ilə cavabdehlə aramızda bağlanılmış nikahın pozulması, həmçinin birgə nikahdan olan 28 dekabr 2018-ci il təvəllüdlü X1 üçün sabit pul məbləği formasında alimentin ödənilməsi qərara alınmışdır. Hazırda cavabdeh "xxxx" MMC-də işləyir və onun aylıq gəliri 1700 (bir min yeddi yüz) manat təşkil edir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə doğulmuş və valideynləri Cavabdeh ilə İddiaçıdır. X12 -nin 40 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh həqiqətən 01 may 2024-cü il tarixdən bu günə qədər "xxxx" MMC-də satış meneceri vəzifəsində çalışır və onun əmək haqqı aşağıda göstərilir: 05.2024 -1700.00 karta 1501.50; 06.2024 -1700.00 karta 1501.50; 07.2024 -1700.00 karta 1501.50; 08.2024- 1700.00 karta 1501.50. cəmi 6800.00. Vəzifə maaşından əlavə heç br ödəniş olunmayıb. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017ci il tarixdə bağlanmış və 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 2916 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalı, həmin nikahdan olan X3 anası İddiaçı yanında qalması müəyyən edilməli, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh oğlundan hər ay 200 (iki yüz) manat miqdarda aliment və xx.xx.2018-ci il təvəllüdlü X5 üç yaşına çatanadək əlavə olaraq 100 (yüz) manat məbləğində pul tutularaq İddiaçı verilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 2916 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, həmin nikahdan olan X3 anası İddiaçı yanında qalması müəyyən edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 200 (iki yüz) manat miqdarda aliment və xx.xx.2018-ci il təvəllüdlü X5 üç yaşına çatanadək əlavə olaraq 100 (yüz) manat məbləğində pul tutularaq İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli 65/24 saylı Hüquqi xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, «X10 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin X2 ilə İddiaçı arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı hüquqi xidmətin göstərilməsini sifariş verib «X10 Company” MMC-nin razılaşdırılmış xidmət haqqını ödəməyi, «X10 Company” MMC-ti isə İddiaçı sifarişi əsasında hüquqi xidmətin göstərilməsini öhdəsinə götürür. «X10 Company” MMC-nin xx.xx.2024-cü il tarixli İUD seriyalı 138869 saylı kassa mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 65/24 saylı müqavilə üzrə 250 (iki yüz əlli) manat məbləğində ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli 51/24 saylı Hüquqi xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, «X10 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin X2 ilə İddiaçı arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı hüquqi xidmətin göstərilməsini sifariş verib «X10 Company” MMC-nin razılaşdırılmış xidmət haqqını ödəməyi, «X10 Company” MMC-ti isə İddiaçı sifarişi əsasında hüquqi xidmətin göstərilməsini öhdəsinə götürür. «X10 Company” MMC-nin xx.xx.2024-cü il tarixli İUD seriyalı 138848 saylı kassa mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 51/24 saylı müqavilə üzrə 200 (iki yüz) manat məbləğində ödəniş edilmişdir. Bakı 9 saylı Mediasiya Təşkilatının "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞB/9/2024-01296 saylı arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi "şəxsin aylıq gəlirinin ¼-i miqdarında alimentin tutulması" tələbi üzrə xx.xx.2024-cü il tarixində 13:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. İşin faktiki halları İddiaçı və Cavabdeh xx.xx.2017-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahından 28 dekabr 2018-ci ildə X5 adlı övladı anadan olmuşdur. Hazırda iddiaçı, Pirallahı Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə 28 dekabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək (artırılaraq) hər ay cavabdehin aylıq gəlirlərinin 1/4 miqdarında tutulması, həmçinin 50 (əlli) manat məbləğində mediasiya xərcinin, məhkəməyə müraciət üçün çəkdiyi 450,00 (dörd yüz əlli) manat məbləğində hüquqi xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsini istəyir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1 Valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2 Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı.
8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi İddiaçı və Cavabdeh xx.xx.2017-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahından 28 dekabr 2018-ci ildə X5 adlı övladı anadan olmuşdur. Hazırda iddiaçı, Pirallahı Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə 28 dekabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək (artırılaraq) hər ay cavabdehin aylıq gəlirlərinin 1/4 miqdarında tutulması, həmçinin 50 (əlli) manat məbləğində mediasiya xərcinin, məhkəməyə müraciət üçün çəkdiyi 450,00 (dörd yüz əlli) manat məbləğində hüquqi xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsini istəyir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyinə görə onun iddiayv münasibəti öyrənilməmişdir. AZEMİS vasitəsi ilə müəyyən olunuk ki, iddiaçı Cavabdeh X12-nin marketinq üzrə mütəxəssisi vəzifəsində işləyir və əmək haqqı 1700.00 manat təşkil edir. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını, təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, o cümlədən normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasına, fiziki cəhətdən inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsini, uşağın azyaşlı olmaqla gündəlik tələbatını nəzərə alaraq, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq cavabdehdən övladının saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir.
Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Lakin İddiaçı və Cavabdeh özü də Laçın rayonundan məcburi köçkün olduqlarından “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20 maddəsinə əsasən qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehdən mediasiya proseduru üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. İddiaçının hüquqi xidmətə görə ödədiyi 450 manat məbləğində pul vəsaitinə münasibətdə məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə bağlı alınan hüquqi xidmətə görə cavabdehin 150 manat məbləğində iddiaçıya geri ödəniş etməsi ağlabatan məbləğ hesab edilə bilər. (AR MPM 121.1)
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilməli və xx.xx.2024-cü il tarixdən hesablanmaqla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)-609/2025 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh hüquqi xidmətə görə ödənilmiş 150 manat və mediasiya proseduru üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 28 dekabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment müəyyən edilsin və xx.xx.2024-cü il tarixdən hesablanmaqla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)- 609/2025 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh hüquqi xidmətə görə ödənilmiş 150 (bir yüz əlli) manat və mediasiya proseduru üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova