Məhkəmə qərarları › İş №2(010)-6097/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6097/2024

13.12.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6097/2024 13.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu İddiaçı Cavabdeh qarşı “barışıq müqaviləsinin ləğv edilməsi” barədə tələbinə dair ərizəsini nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “barışıq müqaviləsinin ləğv edilməsi” barədə tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 3M-214 reyestr nömrəli, 28 aprel 2022-ci ildə bağlanmış “Barışıq müqaviləsi”nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırki iddia ərizəsi mülki prosessual qanunvericilkdə müəyyən edilmiş qaydalara riayət edilməklə məhkəməyə təqdim edilməmişdir. Hazırki iddia ərizəsindən görünür ki, iddiaçı hazırki tələbində cavbadeh aralarında bağlanmış barışıq müqaviləsinin ləğv edilməsini tələb edir. AR Mülki Məcəlləsinin 423.2-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, mülki qanunvericilikdə müqavilənin dəyişdirilməsi və ya ləğvi ilə əlaqədar məhkəməyə müraciət etməzdən öncə mövcud prosedur qaydalara əməl edilməsi ilə əlaqədar imperativ şərt nəzərdə tutulmuşdur. Lakin hazırki tələbdə iddiaçı cavabdehlə aralarında olan müqavilənin ləğv edilməsini tələb etsə də, lakin həmin məcburi şərtlərə əməl edilməsi hazırki iş materiallarından müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi hazırki ərizə maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə olan hala məhkəmə hesab edir ki, hazırki ərizənin icraata qəbulu mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə eyni zamanda bildirir ki, ərizəçi qeyd edilmiş nöqsanları aradan qaldırmaqla, yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “barışıq müqaviləsinin ləğv edilməsi” barədə tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar