Məhkəmə qərarları › İş №2(010)-611/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-611/2025

15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-611/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiаçı İddiaçı, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi qaydada xx.xx.2015-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı soyadlı üç övladları olmuşdur. Onların nikahları Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, lakin nikahları pzulan zaman alimentin tutulması məsələsi həll edilməmişdir. Hal-hazırda cavabdeh uşaqlarla maraqlanmır, onların gündəlik tələbatı, təhsili və sağlamlığı ilə təkcə o, özü məşğuldur və bütün öhdəliklər onun üzərində qalmışdır. Cavabdeh uşaqların geyim, qida, dərman preparatlarının alınması üçün hər hansı ödəniş etmir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiаçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Həmin birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı üç övladları olmuşdur. Hazırda övladının biri azyaşlıdır və ona qulluq etdiyi üçün işləyə və qazanc əldə edə bilmir. Bununla bağlı cavabdehə dəfələrlə iradını bildirsə də, lakin cavabdeh ona və uşaqlara heç bir maddi və mənəvi dəstək olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək azyaşlı övladları xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat məbləğində alimentin iddiaçıya ödənilməsinə etiraz etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbini qəbul etdiyini və ərizənin təmin olunmasını xahiş etmişdir.

İş materialları.

5. xx.xx.2024-cü il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, (iddiaçı) xx.xx.2024-cü tarixində saat 13:00 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat və poçt xərci olaraq 10 manat ödəmişdir.

6. Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə doğulmuş, anası İddiaçı və atası Cavabdehdur.

7. Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə doğulmuş, anası İddiaçı və atası Cavabdehdur.

8. 6 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə doğulmuş, anası İddiaçı və atası Cavabdehdur.

9. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-801/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiаçı İddiaçı Cavabdeh arasında Şəmkir rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixdə 260 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir.

İşin faktiki halları.

10. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2018ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X5 doğulmuşdur. Hazırda iddiaçı öz yanında qalan uşaqların saxlanılması üçün sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddianı müdafiə etmiş, cavabdeh tərəf isə bununla razı olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

13.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il № 15 Qərarı.

"8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Məhkəmənin mövqeyi.

16. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından üç uşaq doğulmuş və bu uşaqlar hazırda iddiaçının himayəsindədir. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur.

17. İddia tələbindən görünür ki, İddiaçı cavabdehlə birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Cavabdeh isə iddiaçının tələb etdiyi məbləği qəbul etdiyini və iddianın təmin olunmasını bildirmişdir.

18. Bundan başqa məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından üç övladları vardır və hazırda cavabdehin işləməsi, yüksək əmək haqqı alması, həmçinin zəruri vəsaitə malik olması iş materiallarından müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və onların xərclərinin qarşılanması məqsədilə uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalı olması qənaətinə gəlir.

19. Bundan əlavə məhkəmə qeyd edir ki, 2024-cü il üçün ölkə üzrə 345 manat minimum əmək haqqı müəyyən edilmiş və həmin ilə münasibətdə bir uşağa görə 100 manat sabit pul məbləğində alimentin həddi (100:345)=0.29 misli miqdarında müəyyən edilməli və minimum əmək haqqının dəyişməsi ilə bağlı olaraq sonrakı artımlar da nəzərə alınmalıdır.

20. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan aliment miqdarının hər ay hər bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.29 misli həddində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.

21. Məhkəmə alimentin hansı tarixdən tutulmağa başlanması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qətnamə ilə alimentin tutulmasına ərizə ilə müraciət edildiyi tarixdən –xx.xx.2024-cü il tarixdən başlanmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.29 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı və 61.76 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməli və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.29 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.29 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.29 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə ödənilmiş - 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. Məhkəmə xərcləri – 61.76 (altmış bir manat, yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar