Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6134/2025 19.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia tələbi İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 500 manat olmaqla, cəmi 1000 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk ddia tələbinin əsaslandırıldığı hallar İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2011-ci il tarixdə Qazax rayon qeydiyyat şöbəsində 142 nömrəli qeyd aparılaraq rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. xx.xx.2009-cu il tarixdə X5, xx.xx.2012-ci il tarixdə X6 adlı iki uşaqları dünyaya gəlmişdir. Uzun müddət bir ailə kimi yaşasalar da, xeyli müddətdir ki, bir ailə kimi yaşamırlar, bundan sonra da bir ailə kimi yaşamaqları mümkün deyil. Uşaqlar onun himayəsində yaşayırlar. Hazırda iş yeri yoxdur və uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə Rusiya Federasiyasına gedir və orada normal qazanc əldə edir. Əvvəllər uşaqlara normal məvacib, yəni hər ay 3000-4000 manat məbləğində pul göndərsə də, sonra bir ildə bir manat belə göndərmir. Cavabdehin uşaqlarının saxlanılmasında heç bir iştirakı yoxdur və uşaqlar böyüdükcə onların tələbatları da artır. Həmçinin, cavabdeh ilkin mediasiya sessiyasında da iştirak etməmiş və uşağın saxlanılmasında könüllülük göstərməmişdir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qarşılıqlı iddia tələbi İddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2011-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Nikahları 142 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Birgə nikahdan iki uşaq – xx.xx.2009-cu il təvəllüdlü Vahid və xx.xx.2012-ci il təvəllüdlü Nahid doğulmuşdur. Cavabdehlə öz istəyi ilə ailə qurmuşdur. Lakin, sonradan cavabdeh ailə dəyərlərinə yaraşmayan hərəkət etdiyi, yəni ona xəyanət etdiyi üçün 2025-ci ilin aprel ayında faktiki olaraq onunla ayrılmışdır. Artıq faktiki olaraq cavabdehlə ayrılmışdır və bütün münasibətlər kəsilmişdir. Uşaqlar cavabdehin himayəsində yaşayır. Uşaqların cavabdehin yanında qalmasına etirazı yoxdur. Bununla belə, cavabdehin ilkin iddia üzrə tələb etdiyi alimentin məbləği ilə razı deyil. Belə ki, 2026-cı il üzrə ölkə üzrə alimentin minimum məbləği 260 manat müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən, uşaqları saxlamaq hər iki valideynin vəzifə borcudur. Bu səbəbdən də, alimentlə bağlı qeyd edir ki, uşaqların saxlanılması üçün hər bir uşağa görə 150 manat aliment ödəyə bilər. Aralarında olan nikah formal xarakter daşıyır. Cavabdehlə barışmaları, bundan sonra mümkün deyil. Ona görə də cavabdehlə aralarında olan nikahın pozulmasını istəyir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul edərək bildirdi ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı ilə aralarında bağlanmış nikahın pozulmasına heç bir etirazı yoxdur və qarşılıqlı iddianı qəbul edir. Bununla belə, ilk iddia tələbini də müdafiə edir və təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil ilk iddia tələbini qismən qəbul edərək, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehlə birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment ödəmək imkanına malikdir. Odur ki, ilk iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2011-ci il tarixli, AZ-İ seriyalı, 624704 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı oğlu arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 142 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Kazımov, arvada İbrahimova soyadı verilmişdir. xx.xx.2011-ci il tarixli, AZ-İİ seriyalı, 598367 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X5 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.2014-cü il tarixli, AZ-İİİ seriyalı, 397296 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X6 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X3 2 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞS/MT054-00211 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş aliment tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) və poçt-kargüzarlıq xərci (10 manat) ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları Tərəflər arasında xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Tərəflərin birgə nikahından iki uşaq – xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 doğulmuşdur. Yetkinlik yaşına çatmayan hər iki uşaq hazırda ilk iddia üzrə iddiaçının yanında qalır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18.
1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olanhəyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyatşəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
“İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolu
Maddə 5. Ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli, 419 nömrəli sərəncamı
1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Maddə 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; 22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar; 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən nikahın pozulması tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı
8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı
1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.
2. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin.
Məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, ilk və qarşılıqlı iddia ərizələri və onlara əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi qismən, qarşılıqlı iddia tələbi tam təmin edilməlidir. İşin hallarından görünür ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından artıq onların nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın bir-birini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı nikahın pozulmasını tələb etmiş, məhkəmə baxış iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh nikahın pozulmasına razı olduğuna dair iradə ifadəsini məhkəməyə açıq şəkildə bildirmişdir. Belə olan halda, məhkəmə nikahın kişi ilə qadın arasında könüllü iradə əsasında formalaşan ittifaq olmasını və bu ittifaqın pozulmasına dair tərəflərin iradə azadlığı prinsiplərinin mövcudluğunu nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Nikahın pozulmasından sonra uşaqların hansı valideynin yanında qalması ilə bağlı hissədə məhkəmə nəzərə çatdırır ki, işin hallarından göründüyü kimi tərəflərin birgə nikah münasibətlərindən doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 hazırda ilk iddia üzrə iddiaçının yanında qalır. İlk iddia üzrə iddiaçı nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqların onun yanında qalmasının müəyyən edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə baxış iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) ilk iddia üzrə cavabdehin tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra birgə nikahdan doğulan uşaqların analarının, yəni ilk iddia üzrə iddiaçının yanında qalmalarına dair etirazının olmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Həmçinin nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Məhkəmə işin faktiki hallarını, uşaqların yaşayış yeri ilə bağlı tərəflər arasında əldə edilmiş qarşılıqlı razılığı, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, uşaqların eyni valideynə verilməsinin onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunmasının ən yaxşı mənafelərinə uyğun olmasını, uşaqların yaşını, lakin ən əsası uşaqların üstün maraqlarını və diqqətəlayiq mənafelərini nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra birgə nikahdan doğulan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 ilk iddia üzrə iddiaçının yanında qalmaları müəyyən edilməlidir. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün aliment tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşağı saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaqlar daimi olaraq iddiaçının yanında qaldıqlarından onların saxlanılmaları ilə bağlı gündəlik qayğılar da iddiaçının üzərinə düşür. Bu səbəbdən iddiaçının uşaqlara qulluq etməsi, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarını çəkməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Bütün bu qeyd edilənləri, lakin hər bir halda ən əsası uşaqların üstün maraqlarını və diqqətəlayiq mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 300 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşaqların üstün maraqlarına uyğundur. Lakin nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yenə yuxarıda istinad edilmiş əlaqəli qərarında da qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Odur ki, məhkəmə bir uşağın saxlanılması üçün cavabdehdən 300 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəldiyindən müvafiq məbləğin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq indeksasiyası məqsədilə cavabdehdən 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (400 manat) 0.75 misli miqdarında aliment tutulmalıdır. Uşaqların saxlanılmaları üçün alimentin hansı tarixdən tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qətnamə ilə alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən hesablanmaqla başlanmalıdır.
Məhkəmə xərcləri
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zamanı dövlət rüsumu ödəməkdən azad edilsələr də, iş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ilk iddia üzrə iddiaçı tərəfindən aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən ilk iddia üzrə iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, ilk iddia üzrə iddiaçı ilkin mediasiya sessiyası zamanı çəkdiyi xərclərin əvəzi kimi 60 manat məbləğində xidmət haqqının da ilk iddia üzrə cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materialların əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan da göründüyü kimi, ilk iddia üzrə cavabdehə ilkin mediasiya sessiyasının keçirilmə vaxtı və yeri barədə bildiriş göndərilsə də, o, ilkin mediasiya sessiyasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə mediasiya təşkilatına heç bir məlumat verməmişdir. Odur ki, ödənilmiş 60 manat məbləğində mediasiya xərci ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112-ci maddəsinə müvafiq olaraq, alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusuna uyğun qiymətləndirilir. Odur ki, iddianın təmin edilmiş hissəsinə (600 x 12 = 7200 manat) mütənasib olan 92 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş bir digər mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Qarşılıqlı iddia tələbi təmin edildiyindən, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, ilk iddiа qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.75 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 60 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilməmiş 92 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, artıq ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı qaytarılmalı, qarşılıqlı iddia təmin edilməli, Cavabdeh və İddiaçı arasında Qazax rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə 142 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulmalı, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları müəyyən edilməli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Həmçinin iddiaçı ilə cavabdehə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququna malik olmaları izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ
İlk iddiа qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.75 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 92 (doxsan iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Artıq ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh və İddiaçı arasında Qazax rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə 142 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulsun. xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.