Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-622/2022 18.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı «ATASİĞORTA” ASC-nin Cavabdeh qarşı sığorta ödənişi tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı «ATASİĞORTA” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1605,00 (bir min altı yüz beş) manat sığorta ödənişi məbləğinin və 36,05 ( otuz altı manat, sıfır beş qəpik) manat dövlət rüsumunun, cəmi 1 641,05 (bir min altı yüz qırx bir manat, sıfır beş qəpik) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "AtaSığorta” ASC ilə X4 arasında 13.06.2018-ci il tarixdə PAA ********** saylı sığorta müqaviləsi bağlanmış və “Renault Megane" markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avlonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 10.06.2019-cu il tarixdə “Renault Megane“ markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Babək prospektində yolnəqliyyat hadisəsi törətmiş və "Mercedes Benz C180” markalı. **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" QSC 1 605.00 (bir min altı yüz beş) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Nizami RPİ DYPŞ-dən ünvanımıza 10.06.2019-cu il tarixli. İXP2625 157 saylı İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh oglu AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Nizami RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi 12.06.2019-cu il tarixli. 1206 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərəri aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt və "Renault Megane markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. İddiaçı «ATASİĞORTA” ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırkı iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -13.06.2018-ci il tarixli, PAA ********** saylı İcbari sığorta müqaviləsindən görünür ki, sığortaçı «ATASİĞORTA” ASC tərəfindən «RENAULT MEGANE» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta təminatının müddəti 1 il olmaqla sığortalanmışdır. - "xxxx" MMC tərəfindən tərtib olunmuş “Qüsur akt”ından görünür ki, "Mercedes Benz C180” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı 1605 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan 21.06.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, "Mercedes Benz C180” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1605 manat zərər sığortaçı tərəfindən zərərçəkmiş X2 ödənilmişdir. İş materiallarında olan “X1 Şəhadətnaməsi”nin surətindən görünür ki, «RENAULT MEGANE» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan inzibati tənbehvermə haqqında qərardan görünür ki, Cavabdeh oğlu Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi, hazırkı işdə sığortaçının sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülən tələb əsaslıdır və təmin edilməlidir Mülki Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: - Həmin Qanunun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1605 manat zərər məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36.05 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1605 (min altı yüz beş) manat məbləğində sığorta ödənişi və 36.05 (otuz altı manat beş qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 1641.05 ( min altı yüz qırx bir manat, beş qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-622/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-622/2022
18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver