Məhkəmə qərarları › İş №2(010)-6568/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6568/2021

21.12.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6568/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Şamil oğlunun cavabdeh “X1 Compani Limited” Şirkətinə qarşı əmrin ləğv edilməsi və əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “X1 Compani Limited” Şirkətinə qarşı əmrin ləğv edilməsi və əmək haqqı tələbinə dair məhkəməyə müraciət edərək, cavabdeh “X1 Compani Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin, “Əmək müqaviləsixitam verilməsi barədə” 10.09.2021-ci il tarixli 212 saylı Əmrinin ləğv edilməsi, həmin tarixdən etibarən ona hesablanmış əmək haqqı məbləğinin ödənilməsi və ona qarşı həyata keçirilən irqçi münasibətinə son qoyulması vəzifəsinin cavabdeh “X1 Compani Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı 14.12.2021-ci il tarixdə məhkəməyə ünvanlandığı ərizəni təsdiqləyərək, cavabdehin nümayəndəsi ilə aralarındakı danışıqlardan, yaranmış bu mübahisənin məhkəmədən kənar sülh yolu ilə həlli razılaşdırılmasını qeyd etmiş və həmin halı nəzərə alaraq, cavabdehə qarşı olan iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “X1 Compani Limited” Şirkətinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq göstərilən tarixdə məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin geri qaytarılmasına və işin baxılmamış saxlanılmasına dair ərizəsini verdiyinə görə, cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə İddiaçı cavabdeh “X1 Compani Limited” Şirkətinə qarşı əmək haqqı tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.11, 260, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh “X1 Compani Limited” Şirkətinə qarşı əmrin ləğv edilməsi və əmək haqqı tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı İddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar