Məhkəmə qərarları › İş №2(010)-68/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-68/2020

30.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-68/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X2, İlkin iddia üzrə Cavabdeh2 və onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Ələkbər qızına və Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə ilkin iddia tələbinə, qarşılıqlı iddiaçı Cavabdeh1 Ələkbər qızının cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Ələkbər qızına və Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Ələkbər qızından və Cavabdeh2njan maddi zərər qismində 23.000 ABŞ dolları mənəvi zərər qismində 10.000 ABŞ dolları məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu qismində ödədiyi 30 manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə əlavə ilə müraciət edərək, iddiaçılar tərəfindən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsi, dalan 1-də yerləşən 1 saylı evin yaxşılaşdırılmasına çəkilmiş 40.000 (qırx min) manat məbləğində xərcin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavbadehlər Cavabdeh1 Ələkbər qızı və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıları ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Ələkbər qızı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər İddiaçı1 və İddiaçı2 ona vurduqları maddi zərərə görə 31.200 manat məbləğində pulun, mənəvi zərərə görə isə 50.000 manat məbləbində pulun və qarşılıqlı iddia ərizəsinin məhkəməyə verdiyinə görə ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 iddia tələbini müdafiə edib,qarşılıqlı iddianı isə əsassız hesab edərək izahatında bildirdi ki, doğulduğu vaxtdan, İddiaçı2 isə 1986-cı ildən hal-hazıra kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar.Həmin ev əvvəllər anası Cavabdeh1 Ələkbər qızının mülkiyyətində olmuş, sonradan, yəni xx xxxxxx 2005-ci il tarixdə Cavabdeh1 Ələkbər qızı ilə İddiaçı1 arasında bağlanmış bağışlama müqaviləsinə görə onun mülkiyyətinə keçmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh1 Ələkbər qızının İddiaçı1 və İddiaçı2 qarşı iddiası qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı1 bağışlanmasına dair Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxx 2005-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və evin Cavabdeh1 mülkiyyətinə qaytarılması qərara alınmışdır. Bununla belə onun və İddiaçı2 həmin evdən çıxarılması hissəsində iddia təmin edilməmişdir. Bundan sonra isə, iş üzrə Cavabdeh1 Ələkbər qızı İddiaçı1, İddiaçı2 qızma və qeyrilərinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2, X6, X7 və Kərimova Könül Nəriman qızının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, İddiaçı1 və İddiaçı2 həmin evdən çıxarılmaları və həmin evin İddiaçı1 və İddiaçı2 tərəfindən tutulmuş hissəsinin boşaldılıb, Cavabdeh1 Ələkbər qızına təhvil verilməs, barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-5628/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı1, İddiaçı2, X6, X7 və Kərimova Könül Nəriman qızının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, İddiaçı1 və İddiaçı2 həmin evdən çıxarılmaları və həmin evin İddiaçı1 və İddiaçı2 tərəfindən tutulmuş hissəsinin boşaldılıb, Cavabdeh1 Ələkbər qızına təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2900/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)- 5628/2018 saylı qətnaməsi “cavabdehlər İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları və həmin evin İddiaçı1 və İddiaçı2 tərəfindən tutulmuş hissəsinin boşaldılıb, iddiaçı Cavabdeh1 Ələkbər qızına təhvil verilməsi, qeyd olunan cavabdehlərin həmin ünvana istifadə hüquqlarına xitam verilməsinin onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmalarına əsas olmasına” dair hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, Cavabdeh1 Ələkbər qızının iddia tələbi İddiaçı1 və İddiaçı2 aid hissədə rədd olunmuşdur. Cavabdeh1 Ələkbər qızı apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(103)-4560/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11521/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı1, İddiaçı2, X6, X7 və Kərimova Könül Nəriman qızının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilmiş, İddiaçı1 və İddiaçı2 həmin evdən çıxarılmaları və həmin evin İddiaçı1 və İddiaçı2 tərəfindən tutulmuş hissəsinin boşaldılıb, iddiaçı Cavabdeh1 Ələkbər qızma təhvil verilməsi qət edilmişdir. Hazırda onun və İddiaçı2 sözügedən evdən çıxarılması ilə bağlı məhkəmə qətnaməsi icra olunması üçün Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə verilmişdir. Lakin bu müddət ərzində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsi, dalan 1-də yerləşən 1 saylı evin yaxşılaşdırılmasına, yəni evin təmirinə, evdə əlavə tikililərin inşasına və sair 40 000 manat pul xərcləmişdir. Bu hal məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə habelə evdə müvafiq təmir-tikinti və işlərin aparılmasını təsdiq edən ekspertiza rəyi ilə öz təsdiqini tapmışdır. Odur ki, bir müddət mülkiyyətində olan evdən çıxarıldığından 40.000 manat təşkil edən xərclərinin əvəzini cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 eyni məzmunlu izahatında ilkin iddianın təmin edilməsi qarşılıqlı iddianın isə rədd olunmasınə xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə Cavabdeh1 Ələkbər qızı ilkin iddianı qəbul etməyərək qarşılıqlı iddianı isə müdafiə edərək göstərdi ki, İddiaçı1 oğlu, cavbdeh İddiaçı2 isə gəlinidir. Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Nizami küçəsi döngə 1 ev 1 ünvanında yerləşən fərdi yaşayış evini X13 ilə 1956-cı ildə öz şəxsi vəsaitləri hesabına tikmiş, həmin fərdi yaşayış evi tikilən zaman 2 yaşayış otağından, dəhliz, bağlı və açıq eyvandan ibarət olmuş, sanitar qovşağı isə həyətdə tikilmişdir. Həmin ev tikiləndə İddiaçı1 heç anadan olmamışdır. X13 ilə yaşadıqları dövrdə Suraxanı rayon (keçmiş Orconikidze) X8 müvafiq icazə alandan sonra qanuni əsaslarla 1978-ci ildə evin həyətində iki mərtəbəli başqa bir ev də tikmişlər. Həmin vaxt İddiaçı1 2-illik hərbi qullquda olmuş və bu müddət əraində onlar tam evi tikməklə onu təmir etmiş və istifadəyə hazır etmişlər. Cavabdeh İddiaçı1 hərbi xidmətdən qayıtdıqdan bir neçə il sonra 1986-cı ildə İddiaçı2 ilə ailə qurmuş və bundan sonra onlar 1978-ci ildə tikdirdikləri iki mərtəbəli fərdi yaşayiş evini onlara vermişlər. Həmin evin ikinci mərtəbəsi 3 otaqdan, 1-ci mərtəbəsi isə qaraj və mətbəxdən ibarət olmuşdur.1986-ci ildən 2004-cü ilin sonlarında evlərini satana kimi cavabdehlər həmin bu iki mərtəbəli evdə yaşamışlar. 2003-cü ilin sonlarına yaxın o, öz şəxsi vəsaiti hesabına 1956-cı ildə tikdirdikləri fərdi yaşayış evində yenidənqurma işləri görərək dəhliz, bağlı və açıq eyvanı yenidən qurdurub onların yerində əlavə bir yaşayış otağı, mətbəx, sanitar qovşağı tikdirmişdir. Görülən bu tikinti işləri ilə bağlı lazım olan bütün tikinti materiallarının alınmasına 7000 manat məbləğində pul sərf etmişdir. Apardığı bu tikinti işləri üçün mişar daşını, sement və qumu Bülbülə qəsəbəsində yaşayan Rahim adlı kənd sakinindən almışdır. Həmin tikililərin üstünü örtmək üçün isə şiferləri verdiyi pulla qardaşı Adil Məmmədov alıb gətirmişdir. Tikinti işləri başa çatandan öz şəxsi vəsaiti hesabına əlavə olaraq lazım olan tikinti-təmir materialları və ustalara 3.000 manatdan çox pul vermiş, cəmi bu işlərin görülməsinə usata və fəhlə pulu da daxil olmaqla 10.000 manat və 700 ABŞ dolları pul sərf etmişdir. Bu tikinti-təmir işlərinin görülməsinə cavbdehlər bir manat da olsa pul xərcləməmiş və bununla bağlı heç bir köməklik etməmişlər. Cavabdehlər İddiaçı1 və İddiaçı2 X13 ilə birgə onlara verdikləri iki mərtəbəli evin ikinci mərtəbəsini 2004-cü ilin sonlarında satmışlar. Onlar evlərini özlərinə başqa yerdən ev alıb oraya köçmək məqsədilə satmışlar. Onlar evlərini satandan bir neçə ay kirayədə yaşamış, 2005-ci ildə isə ev alana kimi müvəqqəti olaraq ona məxsus evdə yaşamaqlarına icazə verməsini xahiş etmişlər o isə onların dediklərinə və səmimiyyətinə, eləcə də oğlu və gəlini olmasını nəzərə alaraq müvəqqəti olaraq onları evinə buraxmışdır. İddiaçı1 və İddiaçı2 evinə gələndən sonra evin iki otağını tutmuş və oradan istifadə etməyə başlamışlar. Bir müddət yaşayandan sonra onlar ömrünün sonuna kimi saxlayacaqlarını və qulluq edəcəklərini, evin kommunal xidmətlərini ödəyəcəklərini yaşadıqları bütün müddət ərzində birgə yaşayış qaydalarına riayət edəcəklərini və onun dinc və rahat yaşaması üçün lazım olan şərait yaradacaqlarını və evi onun razılığı olmadan özgəninkiləşdirməyəcəklərinə söz verərək evin İddiaçı1 bağışlamağımı xahiş etmişlər. O, onların səmimiyyətinə və dediklərinə inanaraq tək və yaşlı qadın olduğunu nəzərə alaraq xx.xx.2005-ci il tarixdə 31 saylı dövlət notariat kontorunda rəsmləşdirilmiş bağışlama müqaviləsi əsasında fərdi yaşayış evini İddiaçı1 bağışlamışdır. Lakin İddiaçı1 evin bağışlanmasından sonra ona verdikləri vədləri pozmuş və amansız rəftar etməyə başlamış, hətta cavabdeh İddiaçı2 digər cavabdeh İddiaçı1 gözləri qarşısında tez-tez ona əl qaldırmış və vurmuşdur. Eyni zamanda cavabdehlər ondan evdən çıxıb getməyini tələb etməyə, evi satmaq niyətləri ilə onu hədələmişlər. Belə olan halda o, bir necə dəfə xəbərdarlıq etdikdən sonra”bağışlanma müqaviləsinin ləğv edilməsi və evın özünə qaytarılması tələbi” ilə 2010-cu ildə Suraxanı rayon Məhkəməsinə iddia qaldırmış və məhkəmənin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi tam şəkildə təmin edilmişdir. Cavabdehlərin ona qarşı etdikləri bu cür hərəkətlər nəticəsində çox böyük mənəvi sarsıntılara, əzab-əziyyətlərə, iztirab və işgəncələrə məruz qalmışdır. Bu cür vəziyyət hələ də davam edir və dəfələrlə cavabdehlərə evi tərk edib çıxıb getmələrini xahiş etsə də onlar heç bir əhəmiyyət verməyərək evi ələ keçirəcəyi ilə hədələyirlər. O, cavabdehlərin hərəkətlərindən dəfələrlə Suraxanı rayon X9 etsə də, ona Suraxanı rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə ediləndən sonra Suraxanı rayon Məhkəməsində onlara qarşı iddia qaldırmışdır. Beləliklə də, iddiaçılar 2005-ci ildən indiyə kimi ona məxsus evdə qanunsuz yaşamaqla ona həm maddi, həm də ölçüyəgəlməz dərəcədə mənəvi zərər vurmuşlar. Cavabdehlər 2005-ci ildən ona məxsus evin iki otağını zəbt etməsəydilər o, həmin iki otağı kirayəyə verməklə hər ay buna görə 200 manat kirayə haqqı ala bilərdi. Beləliklə də, 13 il ərzində ödənilməyən kirayə haqqına görə ona vurulmuş zərər 31.200 manat edir. Mənəvi cəhətdən isə cavabdehlər 50.000 manat zərər vurmuşlar. Bunlara əsasən İddiaçı1 və İddiaçı2 mənə vurduqları maddi zərərə görə 31.200 manat məbləğində pulun, mənəvi zərərə görə isə 50.000 manat məbləğində pulun və qarşılıqlı iddia ərizəsini məhkəməyə verdiyimə görə ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh2 izahatında göstərdi ki, ilk iddianı qəbul etmir. Qarşılıqlı iddianı müdafiə edir. Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Nizami küçəsi döngə 1 ev 1 ünvanında yerləşən mənzildə o, yaşamamışdır. Anası Cavabdeh1 Ələkbər qızı tək yaşayırdı. Anası Cavabdeh1 Ələkbər qızı tək və yaşlı qadın olmasını nəzərə alaraq, onların şirin və aldadıcı vədlərinə inanaıb, evıni cavabdeh İddiaçı1 bağışlamağa razılıq vermişdir. Bu yolla da cavabdehlər onu aldadıb xx.xx.2005-ci il tarixdə 31 saylı dövlət notariat kontoruna aparmaqla özünə məxsus olan fərdi yaşayış evinin İddiaçı1 bağışlanmışı barədə müqaviləni bağlamışlar. Lakin anası Cavabdeh1 Ələkbər qızı 2010-cu ildə Suraxanı rayon Məhkəməsinə müraciət etmiş, Suraxanı rayon Məhkəməsinin 2(010)-185/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi tam şəkildə təmin edilmiş və cavabdeh İddiaçı1 bağışladığı evini geri qaytarılmışdır. Tikinti işləri gedən zaman qarşılıqlı iddia üzrə cavabdehlər həmin ünvanda yaşamamışlar. Bütün təmir-tikinti işlərini anası həyata keçirmişdir. Bunlara əsasən ilkin iddianın rədd olunması, qarçılıqlı idianın isə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X18ifadəsində göstərdi ki, o, Bakı şəhəri Suraxanı rayonu Bül-Bülə qəsəbəsi Nizami küçəsi dalan 1 ev 1-də yerləşən mənzildə 2004-2005-ci illərdə hamamxananı təmir etmişvə santexnik işlərini görmüşdür. Zəhmət haqqı kimi ona 2.500 manat İddiaçı2 tərəfindən ödənilmişdir. Eləcə də, İddiaçı2 ilə birlikdə tikinti materiallarını almışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Nizami küçəsi, dalan 1, ev 1-də yerləşən köhnə bir tikilidə elektrik və suvaq işlərini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində göstərdi ki, İddiaçı1 onun xalası oğludur. ünvan 2 ünvanında yerləşən mənzildə İddiaçı1 və İddiaçı2 dəvəti ilə hasar çəkmiş iki evin arasını tikmiş, suvaq vurmuş və sair təmir işlərini aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadəsində göstərdi ki, Cavabdeh1 tanıyır, usta kimi onun evində mala və daş işləri görmüşdür. Mehriban və Nərimanı isə tanımır. Bununla belə təmir işləri ilə bağlı zəhmət haqqını ona Əhməd adlı şəxs ödəmişdir. Həmin Əhməd artıq vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, Cavabdeh1 onun xalasıdır. Xalasının evi əvvəl mərhum ərinin adına olmuş, sonradan onu öz adına keçirmişdir. Onun evi ilə xalasının evi üzbəüzdür. O, Cavabdeh1 evinə maşınla daş gətirməsinin, ustalara pul verməsini görüb, lakin bununla bağlı hansı ustaya və nə qədər pul verməsini dəqiq bilmir. Nəriman həmin evdə heç bir təmir işləri aparmamş, ümumiyyətlə ev üçün heç etməmişdir. Məhkəməproses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki,iş materiallarına əlavə edilmiş Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə X3 arasında nikah xx.xx.1986-cı ildə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Düvlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Düvlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxx 2019-cu il tarixli **********71 saylı arayışından müəyyən olunur ki, 4 saylı “Asan Xidmət” mərkəzinin notariusunun 4Ə-231 reyestr nömrəli xx.xx.2019-cu tarixli bağışlama müqaviləsinə əsasən Möhsüni Rübabə Babaəli qızının adına xx.xx.2019-cu il tarixdən qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə təyin olunaraq keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 11513 saylı rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən tikiliyə əlavə olaraq iki otaq mətbəx-dəhliz və vanna otağı mövcud olduğu və həmin ünvanda aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 18661manat təşkil edir. İşin materialları ilə müəyyən olunur ki, Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 Ələkbər qızı cavabdehlər İddiaçı1, İddiaçı2, X10, X11 və Kərimova Könül Nəriman qızına qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilərək cavabdehlər İddiaçı1, İddiaçı2, Əliyeva Könül Nəriman qızının, X6, X7 (onların azyaşlı uşaqları X20 və X12) ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərinhəmin fərdi yaşayış evindən çıxarılmaları və həmin evin cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən tutulmuş hissəsinin boşaldılıb iddiaçı Cavabdeh1 Ələkbər qızına təhvil verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (103)-1152/2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı1, İddiaçı2, Əliyeva Könül Nəriman qızının, X6, X7 (onların azyaşlı uşaqları X20 və X12) ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərinhəmin fərdi yaşayış evindən çıxarılmaları və həmin evin cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən tutulmuş hissəsinin boşaldılıb iddiaçı Cavabdeh1 Ələkbər qızına təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (103)-1152/2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda sadalanan məhkəmə aktları ilə, eləcə də məhkəmə iclasında işin mübahisəsiz halları ilə müəyyən olunan hallar ondan ibarətdir ki, Cavabdeh1 Ələkbər qızı Bakı şəhəri 31 saylı Dövlət Notariat kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən evi İddiaçı1 bağışlamış, lakin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli qətnaməsinə əsasən qeyd olunan bağışlanma müqaviləsi ləğv edilərək əmlakın Cavabdeh1 Ələkbər qızının mülkiyyətinə qaytarılması və bu evin Cavabdeh1 Ələkbər qızının adına xüsusi mülkiyyət kimi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində hüquqi qeydiyyatdan keçirilməsi həmin idarəyə tapşırılmış, lakin həmin qətnamə ilə cavabdehlər İddiaçı1 və İddiaçı2 ünvan 4-dən çıxarılması hissədə iddia tələbi təmin edilməmişdir. 2018-ci ildə ilkin iddia üzrə Cavabdeh1 Ələkbər qızı ilkin iddia üzrə iddiaçılara qarşı mülkiyyətində olan evdən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılmaları barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və həmin iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə də, məhkəmə iclasında işin mübahisəsiz halları işə müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 2005-ci ildən hazıra kimi ünvan 4 ünvanında yerləşən evdə yaşamışlar. Mülki prosesual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Deməli, məhz iddiaçı iddia tələbində qeyd etdiyi halları sübut etməlidir. İlkin iddia üzrə iddiaçıların tələbinə qiymət verərək məhkəmə aşağıdakılara əsasən həmin tələbi qismən əsaslı hesab edir və ilk növbədə qeyd edir ki, ictimai münasibətləri tənzimləyən qanunvericilik aktı normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlər oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2.-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 157.7-ci maddəsinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Eyni zamanda qeyd olunmalıdır ki, Mülki Məcəllənin 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. İlk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin iddia tələbi ilə bağlı yalnız hər iki tərəfin vəsatətləri əsasında şahidlər dindirilmiş, eləcə də ekspertiza keçirilmişdir. Məhkəmə şahid ifadələrinə iş üzrə müəyyən olunan, o cümlədən əvvəlki məhkəmə aktları ilə müəyyən olunmuş və preyudisial əhəmiyətə malik olan hallarla müqayisəli şəkildə qiymət verərək bu qənaətə gəlir ki, ilkin iddiaçıların vəsatəti üzrə dindirilmiş şahidlər N.Ə.Nəzərov, S.H.Qasımov və A.F.Talıbov mübahisəli evdə təmir işlərini aparmaqdan ötrü İddiaçı1 və İddiaçı2 tərəfindən dəvət olunduqlarını, zəhmət haqlarını məhz sonuncular tərəfindən ödənildiyini bildirmişlər. İlkin iddia tələbi üzrə cavabdehlər tərəfindən bilavasitə təmir işləri görülməsi ilə bağlı dəvət olunmuş şahid X19 isə Cavabdeh1 tanıdığını bildirsə də, sonuncunun evində mala və daş işləri gördüyünü, lakin bu işləri gördüyünə görə pulu ona “Nadir” adlı şəxs vermiş və həmin şəxs artıq vəfat etmişdir. Bu baxımdan məhkəmə ilkin iddia üzrə iddiaçıların şahid kimi dəvət olunmuş şahidlərin həmin evdə təmir edilməsi ilə bağlı ifadələrini inandırıcı hesab edir, qarşı tərəfin şahid ifadəsinə isə tənqidi yanaşır. Bu qənaətini məhkəmə həm də onunla əsaslandırır ki, ilkin iddia üzrə cavabdehlər İddiaçı1 və X4 ilkin iddia üzrə cavabdehlərlə ədavətli münasibətlərdə olması sonuncular tərəfindən etiraf edilir və işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə inandırıcı hesab etmir ki, tərəflər arasında ədavətli münasibətlər mövcüd olduğu şəraitdə istərmübahisəli ev bağışlama müqaviləsi əsasında mülkiyyət hüququ ilə İddiaçı1 mülkiyyətində olduğu dövr ərzində, istərsə də həmin müqavilə ləğv edildikdən sonra İddiaçı1 ailəsi ilə birlikdə qeyd olunan ev və tikililərdə yaşamaqlarını davam etdirdiyi dövr ərzində sonuncuların evdən istifadə etməsini bu və ya digər şəkildə yaxşılaşdıran təmirtikinti işləri Cavabdeh1 Ələkbər qızı tərəfindən aparılmış olsun. Şərh olunanlara qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 yaşadıqları evin təmirinə çəkdiyi xərcləri cavabdehlərdən tələb etməkdə haqlıdılar. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Lakin ilkin iddia üzrə iddiaçılar tərəfindən bu işlərin görülməsinə 40000 manat pul xərclənməsi barədə sübut təqdim edilməmişdir. Belə olan halda mübahisəli evdə mənzilində aparılmış tikinti-təmir işlərinin 18661manat təşkil edilməsinə dair iş üzrə keçirilmiş məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli 11513 saylı ekspert rəyinin nəticələri əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə qəbul edilməli və məhz həmin məbləğdə vəsaitin tutulması hissədə iddia tələbi təmin olunmalıdır. Cavabdehlərin mülki məsuliyyətini araşdıraraq məhkəmə hesab edir ki, mübahisəli ev bağışlama müqaviləsinin əvvəlki mülkiyyətçisi Cavabdeh1 Ələkbər qızından, eləcə də bağışlama müqaviləsindən sonra evin hazırki mülkiyyətçisi Cavabdeh2 tutulmalıdır. Aşağıdakılara əsasən məhkəmə qarşılıqlı iddia tələblərini əsassız hesab edir. Belə ki, maddi zərərin tutulması ilə bağlı iddia tələbini məhkəmə əsassız hesab edərək ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin mənasına görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriəyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu baxımdan 2005-ci ildən mübahisəli evin bağışlama müqaviləsinə əsasən İddiaçı1 mülkiyyətində olması işin mübahisəsiz halıdır. İşin bu halları ona dəlalət edir ki, bağışlama müqaviləsi ləğv edilənədək evin mülkiyyətçisi olmuş İddiaçı1 başqa mübahisəli ev barədə kiminsə sərəncam vermək hüququ istisna edilirdi. Digər tərəfdən qeyd edilməlidir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli qətnaməsinə əsasən qeyd olunan bağışlanma müqaviləsi ləğv edilsə də, cavabdehlər İddiaçı1 və İddiaçı2 ünvan 4 ünvanından çıxarılmaları hissədə iddia tələbi təmin edilməmiş və sonuncular evdən qanuni əsaslarla istifadə etmişlər. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçılar buna dair dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırmaları zamanı da bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nə də ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə aparılmış məhkəmə-texniki-tikinti ekspertizasının dəyəri 100 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edildiyinə görə ekspertizasının dəyəri 100 manat məbləğində xərc ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 Ələkbər qızından və Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ013601**********3944, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 Ələkbər qızından və Cavabdeh2 Bakı şəhəri, Nizami küçəsi, dalan 1 ev 1-in yaxşılaşdırılmasına çəkilmiş 18661.0 (on səkkiz min altı yüz altmış bir) manat məbləğində xərc və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 Ələkbər qızından və Cavabdeh2 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ013601**********3944, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar