Məhkəmə qərarları › İş №2(010)-689/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-689/2021

06.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-689/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin azaldılması tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin azaldılması tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 30.04.2013-cü il təvəllüdlü X8, 07 mart 2005-ci il təvəllüdlü X9, 04 iyun 2006-cı il təvəllüdlü X11 və 14 aprel 2012-ci il təvəllüdlü X1 üçün onun (X5) əmək haqqının cəmi, 50 (əlli) faizi həcmində alimentin alınaraq cavabdehlər Cavabdeh2 və X3 xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-6414/2015 saylı 10 sentyabr 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı 30.04.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün 14 iyul 2015-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5306/2016 saylı 11 may 2016-cı il tarixli qətnaməsinə əsasən 07 mart 2005-ci il tarixdə anadan olmuş X9, 04 iyun 2006-cı il tarixdə anadan olmuş X11 və 14 aprel 2012-ci il tarixdə anadanb olmuş X1 üçün cavabdeh X5 əmək haqqının 50 (əlli) faizi həcmində alimentin alınaraq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qətnamələrinin məzmunundan göründüyü kimi iddiaçının əmək haqqının yarısı aliment üçün tutulmalıdır. Lakin onun əmək haqqının demək olar ki, 75 (yetmiş beş) faizi tutulur. 30.04.2013-cü il təvəllüdlü X8, 07 mart 2005-ci il təvəllüdlü X9, 04 iyun 2006-cı il təvəllüdlü X11 və 14 aprel 2012-ci il təvəllüdlü X1 üçün onun X5 əmək haqqının cəmi, 50 (əlli) faizi həcmində alimentin alınaraq cavabdehlər Cavabdeh2 və X3 xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək, iddianın qəbul etmədiyini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir edir ki, iddia təmin edilməməlidir. İş materiallarından olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı aliment tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 30.04.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün 14 iyul 2015-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 may 2016-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası təmin edilmiş, 07 mart 2005-ci il tarixdə anadan olmuş X9, 04 iyun 2006-cı il tarixdə anadan olmuş X11 və 14 aprel 2012-ci il tarixdə anadanb olmuş X1 üçün cavabdeh X5 əmək haqqının 50 (əlli) faizi həcmində alimentin alınaraq iddiaçı X6 ödənilməsi qət edilmişdir İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş 08.06.2021-ci il tarixli A- 20/119 saylı arayışa əsasən Mustafayev X7 İdarəsində 03.11.2014-cü il tarixindən sürücü vəzifəsində işləyir. Aylıq vəzifə maaşı 445 (dörd yüz qırx beş) manatdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ərarvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Ailə Məcəlləsinin 11-ci fəslində ailədə uşaqların hüquqlarından bəhs olunur. Həmin fəsildə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququndan, uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququndan, uşağın öz fikrini bildirmək hüququndan, uşağın əmlak hüquqlarından və s. bəhs olunur. Həmin Məcəllənin 49.2 və 49.3-cü maddələrinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən olmuşdur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-6414/2015 saylı 10 sentyabr 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı 30.04.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün 14 iyul 2015-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5306/2016 saylı 11 may 2016-cı il tarixli qətnaməsinə əsasən 07 mart 2005-ci il tarixdə anadan olmuş X9, 04 iyun 2006-cı il tarixdə anadan olmuş X11 və 14 aprel 2012-ci il tarixdə anadanb olmuş X1 üçün cavabdeh X5 əmək haqqının 50 (əlli) faizi həcmində alimentin alınaraq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh2 alimentin İddiaçı hər ay qazancının və gəlirlərin ¼ hissədə təyin edilməsinə dair Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli qətnaməsi Mustafayev Kamran Xanlar oğlu tərəfindən mübahisələndirməmişdir, artıq qanuni qüvvəsini almışdır. Cavabdeh Zülfüqarova (Mustafayeva) Könül Əlimurad qızının alimentin məbləğinin təyin edliməsi tələbinə dair mülki işə baxılarkən İddiaçı əmək haqqının əlli faizini aliment kimi ödəməyə etiraz etməmişdir, hal-hazırda iddiaçının oz iddia tələbinin əsası kimi istinad etdiyi hallar həmin məhkəmə araşdırmaları zamanı da bildirməmişdir. Sonuncu qətnamədən də İddiaçı apellyasiya şikayəti verməmiş, bununla da Zülfüqarova (Mustafayeva) Könül Əlimurad qızının cavabdeh İddiaçı qarşı aliment tələbinə dair alimentin tutulması tələbinə dair qeyd olunan mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 11 may 2016-cı il tarixli məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Məhkəmənin iclasında müəyyən olundu ki, iddiaçı ailə və ya maddi vəziyyətinin əhəmiyyətli pisləşdiyini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları da sübut edə bilməmişdir. Bundan əlavə “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11.02.2020-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Zülfüqarova (Mustafayeva) Könül Əlimurad qızına qarşı yönəltdiyi tələbdə haqlı hesab oluna bilməz; belə ki, Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli qətnaməsi və Yasamal Rayon Məhkəməsinin 11 may 2016-cı il tarixli məhkəmə qətnaməsi ilə iddiaçıdan Cavabdeh2 və Zülfüqarova(Mustafayeva) Könül Əlimurad qızının xeyrinə qazancının və digər gəlirlərinin müvafiq olaraq ¼ və 50% hissəsi miqdarında aliment tutulmasını müəyyənləşdirərkən yuxarıda qeyd edilən hallar mövcud olmuş, lakin iddiaçı həmin qətnamələri mübahisələndirməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Yuxarıda qeyd olunanlala əlaqədar məhkəmə qeyd edir ki, iddiaçının alimentin azaldılmasına dair tələbinin təmin ediləcəyi halda, uşaqların saxlanılması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ əhəmiyyətli dərəcədə pozulacaqdır, məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına dair mənafeyini qorunması əvəzinə iddiaçının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədinə səbəb olacaqdır. Yuxarıda qeyd edilən qanun normalarını, iş materiallarını nəzərə almaqla, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməsin. İddia rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar