Məhkəmə qərarları › İş №2(010)-692/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-692/2025

30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-692/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, 15 sentyabr 2015-ci il təvəllüdlü X9 və 01 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02 oktyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər uşağa 250 manat olmaqla, ümumilikdə 500 manat Cavabdeh onun xeyrinə sabit pul məbləğində aliment tutulması və mediasiya arayışına görə ödədiyi 50 manat rüsumun, poçt kargüzarlıq xərcinə görə ödədiyi 10 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh 2014-cü il tarixdə faktiki nikaha daxil olmaqla ailə qurmuşdurlar və 02 fevral 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirmişdirlər. Onların birgə nikahdan 15 sentyabr 2015-ci il təvəllüdlü X9 və 01 mart 2019-cu il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Cavabdehlə birgə yaşadıqları dövrdə bir müddət mehriban yaşamış, sonradan münasibətləri pozulmuşdur. Buna görə də, Cavabdeh nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(010)2362/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikahın pozulması qət edilmişdir. Hazırda 15 sentyabr 2015-ci il təvəllüdlü X9 və 01 mart 2019-cu il təvəllüdlü X5 onun himayəsindədir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, aliment tələb edir. Cavabdeh böyük qızının onda qalmasını istəmişdi, lakin o buna etiraz edir. 246 manat alimentə də razıdır. Uşaqların onda qalmasını istəyir, onların bir-birindən ayrı düşməsini istəmir. Mediasiyada barışıq sazişi bağlamışdılar. Ona ödəniş olunduğunu qeyd edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı rədd edərək bildirmişdir ki, 430 manatdan yuxarı aliment ödəyə bilməyəcəkdir. İş materialları. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İV seriyalı 285420 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2019-cu ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 134 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2362/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ilə Həsənli (Ələkbərova) Röyalə Müşfiq qızı arasında xx.xx.2018-ci il tarixdə 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində 213 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “X1 sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında mediasiya MŞB/8/2024-02117 nömrəli işi açılmış, xx.xx.2024-cü il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında tərəflər iştirak etmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru X8 vasitəsilə Cavabdeh ilə İddiaçı arasında aşağıdakı məzmunda xx.xx.2024-cü il tarixli MŞB/2/2024-00256 nömrəli Barışıq Sazişi bağlanmışdır: “Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: Tərəflər – İddiaçı və Cavabdeh aşağıda göstərilən şərtlər əsasında razılaşdılar:

1. Tərəflərin qarşılıqlı razılığına əsasən Ata- Cavabdeh övladları xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X4 ümumilikdə 430 manat aliment ödəməyi öhdəsinə götürür. Cavabdeh alimenti hər ayın sonuncu günündən gec olmayaraq ödəməyi öhdəsinə götürür.....

2. Tərəflərin qarşılıqlı razılığına əsasən Ata- Cavabdeh övladları xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təcəllüdlü X5 ilə hər həftənin 5-ci günü saat 20:00 dan bazar günü saat 20:00-a qədər sərbəst görüşə bilər. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ seriyalı 735684 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (atası Cavabdeh, anası X3) xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 186 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri ...100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.... Maddə 110. Alimentin indeksasiyası 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: ...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər ...218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: ...9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar... 9.4.İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür... “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 36. Mediasiya xərcləri 36.1. Mediasiya prosesinə dair xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. 36.2. Bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36.3. Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər..... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.... “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği: 1. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir: 1. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə - 50 manat. 2. İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, tərəflər arasında nikah xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, lakin onların nikahından iki uşağı - 15 sentyabr 2015-ci il təvəllüdlü X9 və rəsmi nikahdan – 01 mart 2019-cu il təvəllüdlü X5 doğulmuşdur. Nikah pozularkan, tərəflər arasında mediasiya vasitəsilə barışıq sazişi bağlanmış, bu barışıq sazişi ilə tərəflər alimentin ödənilməsi və atanın uşaqlarla görüş vaxtı ilə bağlı razılığa gəlmişlər. Bununla da, tərəflərin qarşılıqlı iradə ifadəsi ilə uşaqların ananın himayəsində qalmaları müəyyənləşdirilmiş və hazırda tərəflərin birgə nikahdan olan 15 sentyabr 2015-ci il təvəllüdlü X9 və 01 mart 2019-cu il təvəllüdlü X5 hazırda İddiaçı himayəsindədir. xx.xx.2024-cü il tarixli MŞB/2/2024-00256 nömrəli Barışıq Sazişi ilə uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ümumilikdə 430 manat ödənilməsi müəyyən edilmiş, iddiaçı cavabdehə müraciət edərək həmin aliment məbləğinin artırılmasını xahiş etmiş, lakin nəticəsi olmadığından, məhkəməyə müraciət etmişdir. Aliment məsələsi ilə bağlı xx.xx.2024-cü il tarixdə verilmiş ilkin mediasiya sessiyası keçirilmiş, lakin sonra prosesin davam etdirilə bilməməsi barədə tərəflərə arayış verilmişdir. Göründüyü kimi, İddiaçı himayəsində olan uşaqların saxlanılması üçün məhkəmənin qətnaməsi ilə aliment tutulması iş materialları ilə müəyyən edilməmişdir. Bu səbəbdən də uşaqları yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğı göstərən və xərclər çəkən iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. İddiaçı uşaqların saxlanılması üçün cavabdehdən hər ay 250 manat məbləğində aliment tələb etmiş, cavabdeh isə alimentin bu miqdarda ödənilməsinə razı olmadığını bildirmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Nəzərə alınmalıdır ki, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat kimi müəyyən edilmiş, uşaqların isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Belə olan halda, məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşaqların üstün maraqlarına uyğundur. Tələbin alimentin mediasiyaya müraciət etmə tarixindən – 02 oktyabr 2024-cü il tarixdən hesablanmaqla tutulması hissəsində məhkəmə qeyd edir ki, göründüyü kimi, tərəflər arasında alimentə dair barışıq sazişi mövcud idi və iddiaçı məhkəmə iclasında cavabdeh tərəfindən ödənişlər edildiyini etiraf etmişdir. Belə olan halda, alimentin məhkəməyə müraciət edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh tutulması daha məqsədəuyğundur. Həmçinin, Ailə Məcəlləsinin 110-cu maddəsinin tələblərini nəzərə alınmaqla, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Mediasiya xərclərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, yuxarıda göstərilmiş qanunvericiliyinin tələblərinə görə, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İlkin mediasiya sessiyasında cavabdeh iştirak etdiyindən, iddiaçı onun tərəfindən ödənilmiş mediasiya xərclərin yalnız yarısını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğindən 25 manat, poçt-kargüzarlıq xərcinə görə ödənilmiş 10 manat məbləğindən 5 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,681 misli həddində sabit pul məbləğində aliment, mediasiya xərcinin yarısını təşkil edən 25 manat, poçt-kargüzarlıq xərcinn yarısını təşkil edən 5 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (235x2x12=5640 manat) mütənasib olan 76,4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,681 misli həddində sabit pul məbləğində aliment tutulsun Mediasiya xərcinin yarısını təşkil edən 25 manat, poçt-kargüzarlıq xərcinin yarısını təşkil edən 5 manat məbləğində pul vəsaiti Cavabdehdan tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 76.4 manat məbləğində dövlət rüsumu Cavabdehdan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar