Məhkəmə qərarları › İş №2(010)-718/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-718/2021

23.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Valideynlik hüquqlarından məhrum etmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-718/2021 23.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Maraqlı şəxs iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ”valideynlik hüququndan məhrumetmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13.12.2007-ci il təvəllüdlü X4 münasibətdə valideynlik hüququndan məhrum edilməsi və cavabdehdən yetkinlik yaşına çatmayan X1 üçün hər ay yetkinlik yaşına çatana qədər 170 manat sabit məbləğdə alimentin tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil daha sonra iddia həcminin azaldılması barədə ərizə verərək Cavabdeh 13.12.2007-ci ildə anadan olmuş X4 münasibətdə valideyinlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı cavabdehlə 08.08.2008-ci ildə rəsmi nikaha daxil olmuş olmuşdur. Birgə nikahdan 13.12.2007-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə nikahları Suraxanı Rayon Məhkəməsinin 2(010)-335/2012 saylı, 30.01.2012-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və nikah pozulduqdan sonra X5 anasının himayəsində saxlanılmışdır. Həmin vaxtdan Cavabdeh azyaşlı övladı ilə maraqlanmamış, övladına münasibətdə valideynlik vəzifələrini yerinə yetirməmiş, onun təlim-tərbiyəsi ilə məşğul olmamışdır. Bununla bağlı olaraq Cavabdeh 15.04.2014-cü il tarixdə ərizə verərək 13.12.2007-ci il təvəllüdlü X2 imtina etdiyini və onun bütün hüquqlarının anası İddiaçı həvalə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan başqa Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 07.04.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh 14.08.2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhəddindən çıxmışdır. Cavabdehin hazırda harada olduğu heç kimə məlum deyildir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Maraqlı şəxs izahatında göstərdi ki, RİH yanında Qəyyumluq və Himayə Komissiyasının 19.05.2021-ci il tarixli iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil Cavabdeh 13.12.2007-ci il təvəllüdlü övladı X4 münasibətdə valideynlik vəzifələrini yerinə yetirmədiyi, övladının anada olduğu müddət ərzində onunla maraqlanmadığı, övladının saxlanılması üçün bu vaxtadək maddi və mənəvi köməklik göstərmədiyini bildirmişdir. Eyni zamanda Vəkil tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədə Cavabdeh 13.12.2007-ci il təvəllüdlü övladı X2 imtina etdiyi və onun bütün hüquqlarının anası İddiaçı həvalə edilməsinə etiraz etmədiyi qeyd edilmişdir. Bununla bağlı olaraq həmin ərizə komissiya tərəfindən araşdırılmış və müəyyən olunmuşdur ki, ərizə ləğv olunmamışdır. Cavabdeh 13.12.2007-ci il təvəllüdlü övladı X2 imtina etdiyi və onun bütün hüquqlarının anası İddiaçı həvalə edilməsinə etiraz etmədiyi barədə notarial qaydada təsdiq edilmiş ərizəsini, övladına münasibətdə valideynlik vəzifələrini yerinə yetirmədiyini, onun təlim-tərbiyəsi ilə məşğul olmadığını və yetkinlik yaşına çatmayan övladının anada olduğu müddət ərzində onunla maraqlanmadığını nəzərə alaraq, Cavabdeh valideynlik hüququndan məhrum edilməsi RİH yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən məqsədəuyğun hesab edilmişdir. Odur ki, iddianın uşaq hüquqları mənafeyi baxımından təmin edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ 493302 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 13.12.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X6r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İ 392008 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh 13.12.2007-ci il təvəllüdlü X3 atası hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 07.04.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh 14.08.2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhəddindən çıxmışdır. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 2(010)-335/2012 saylı, 30.01.2012-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında olan nikahın pozulması və X3 anasının himayəsində saxlanılması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası”nın 1/664 saylı, 21.05.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh 13.12.2007-ci il təvəllüdlü övladı X2 imtina etdiyi və onun bütün hüquqlarının anası İddiaçı həvalə edilməsinə etiraz etmədiyi barədə notarial qaydada təsdiq edilmiş ərizəsini, övladına münasibətdə valideynlik vəzifələrini yerinə yetirmədiyini, onun təlim-tərbiyəsi ilə məşğul olmadığını və yetkinlik yaşına çatmayan övladının anada olduğu müddət ərzində onunla maraqlanmadığını nəzərə alaraq, Cavabdeh valideynlik hüququndan məhrum edilməsi RİH yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən məqsədəuyğun hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən 15.04.2014-cü il tarixdə verilmiş ərizədən müəyyən olunur ki, 13.12.2007-ci il təvəllüdlü X2 imtina etdiyini və onun bütün hüquqlarının anası İddiaçı həvalə edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Bu Məcəllənin 50.4-cü maddəsinə görə, valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Ailə Məcəlləsinin 64.0-cı maddəsinə əsasən valideynlər (onlardan biri) valideynlik hüquqlarından öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaqlarla amansız davrandıqda, onları fiziki və psixi təzyiq altında saxladıqda, xroniki alkoqol və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə məhrum edilə bilərlər: BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasının 9-cu maddəsinin 1-ci hissəsinə əsasən, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və proseduralara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Həmin maddənin 3-cü hissəsinə əsasən, iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, amma bu münasibətlərin və əlaqələrin uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil edir. Həmin Konvensiyanın 18-ci maddəsinə əsasən, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin qəbul edilməsini təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, iş üzrə İddiaçı Cavabdeh valideynlik vəzifələrini yerinə yetirmədiyini qeyd etməklə sonuncunun valideynlik hüquqlarından məhrum etməsini tələb etmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh ərizə verərək 13.12.2007-ci il təvəllüdlü X2 imtina etdiyini və onun bütün hüquqlarının anası İddiaçı həvalə edilməsinə etiraz etmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, uşağın valideyn qayğısı ilə əhatə olunması onun tərbiyəsi, hərtərəfli inkişafı üçün zəruri olduğundan, buna baxmayaraq cavabdeh öz valideynlik vəzifələrini yerinə yetirmədiyindən, övladının təlim tərbiyəsində və təhsilində iştirak etmədiyindən İddiaçı iddia ərizəsi təmin edilməli, Cavabdeh 13.12.2007-ci il təvəllüdlü X4 münasibətdə valideynlik hüququndan məhrum edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin olunsun. Cavabdeh 13.12.2007-ci il təvəllüdlü X4 münasibətdə valideynlik hüququndan məhrum edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar