Məhkəmə qərarları › İş №2(105)-1108/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1108/2025

04.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Valideynlik hüquqlarından məhrum etmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1108/2025 04.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ramazanov Cavabdeh qarşı aliment və valideynlik hüququndan məhrumetmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi Rüstəmli Aytən Kamil qızının katibliyi ilə İddiaçı cavabdeh Ramazanov Cavabdeh qarşı aliment və valideynlik hüququndan məhrumetmə tələbinə dair mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının müəyyən edilməsi məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Birinci instansiya məhkəmələrində icraat a) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində icraat

1. İddiaçı cavabdeh Ramazanov Cavabdeh qarşı aliment və valideynlik hüququndan məhrumetmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü Ramazanzadə Aylin Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, cavabdehin xx.xx.2010-cu il təvəllüdlü Ramazanzadə Aylin Cavabdeh qızına münasibətdə valideynlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim F.Hüseynov) xx.xx.2025-ci il tarixli, 2(002)-474/2025 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir.

3. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Ağdam rayonunda qeydiyyatda olan iddiaçı yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Həmçinin, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Ramazanzadə Aylin Cavabdeh qızı Abşeron rayonu, Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbdə təhsil alır. Bundan əlavə, mülki iş üzrə rəy Abşeron rayon İcra Hakimiyyətinin müvafiq Komissiyası tərəfindən verilmişdir. Beləliklə, hazırda Bakı şəhəri Qaradağ rayonunda yaşayış yeri üzrə qeydiyyatda olmayan və yaşamayan tərəflər arasında aliment və valideynlik hüququndan məhrumetmə tələbinə dair mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən baxılması mümkün olmadığından, habelə valideynlik hüququndan məhrum etmə ilə bağlı tələbə müvafiq icra hakimiyyəti orqanının (Abşeron rayon İcra Hakimiyyətinin Komissiyasının) iştirakı ilə baxılması zərurəti, eyni zamanda ərazi aidiyyəti və prosessual qənaət prinsiplərindən irəli gələn tələblər nəzərə alınmaqla, məhkəmə hesab edir ki, vəsatət əsaslı hesab olunaraq təmin edilməli və mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir.

4. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.7-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.3, 44.2.2, 45.1, 65.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Abşeron Rayon Məhkəməsində icraat

5. Abşeron Rayon Məhkəməsinin (hakim M.Mirhəsənli) 14 iyul 2025-ci il tarixli, 2(012)-4463/2025 nömrəli qərardadına əsasən mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AA 128060 seriyalı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Məmmədova (Abbasova) Lamiyə Tahir qızı 1986-cı ildə daimi yaşayış yeri olan Ağdam rayonunu tərk edərək Qaradağ rayonu, Sanqaçal qəsəbəsində məskunlaşmışdır. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli, 1269 nömrəli arayışından görünür ki, İddiaçı Qaradağ rayonunda müvəqqəti qeydiyyatdadır. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan cavabdehin qeydiyyat ünvanının (yaşayış yerinin) ünvan 2 əsasən məhkəmə qeyd edib ki, iddiaçının yaşayış yerinin Abşeron rayonu olmaması səbəbindən hazırki mülki işə Abşeron Rayon Məhkəməsində deyil, iddiaçının yaşayış (qeydiyyat) yeri üzrə Qaradağ Rayon Məhkəməsində və ya cavabdehin yaşayış (qeydiyyat) yeri üzrə Lənkəran Rayon Məhkəməsində baxıla bilər. Məhkəmə hesab edib ki, qeyd olunan xüsusatlar məhkəmələr arasında fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.

7. Abşeron Rayon Məhkəməsi öz mövqeyini “Yaşayış yeri və olduğu yer” haqqında Azərbaycan Respublikası qanununun 1, 3.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 36.5, 45.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Madddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 40.2. Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Maddə 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Maddə 40.4. Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Madddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası iş materiallarını bir-birilə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Ramazanov Cavabdeh qarşı “aliment və valideynlik hüququndan məhrumetmə” tələbinə dair mülki işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılması daha məqsədəmüvafiqdir

11. Birincisi ona görə ki, iş materiallarından görünür ki, hazırkı mülki iş üzrə iddia ərizəsi xx.xx.2024-cü ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatına daxil olmuş, məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmiş, və iş üzrə bir neçə dəfə məhkəmə hazırlıq iclası keçirilmiş, hətta iş üzrə müvafiq rəy əldə edilməsi üçün iş materialları Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasına göndərilmiş, həmin qurumdan rəy əldə edilmiş, məhkəmə icraatı təzələnib baxış iclasına təyin edilmişdir.

12. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında yuxarıda qeyd olunan əsaslandırıcı mövqeyə uyğun olaraq məhkəmə hazırkı mülki işin Abşeron Rayon Məhkəməsində baxılmalı olması qənaətinə gəlmiş və işi həmin məhkəməyə göndərmişdir ki, sadalanan ardıcıllıqdan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi prosessual qənaət prinsipinin tələblərini nəzərə almamış, ilkin olaraq prosessual əsaslar üzrə düzgün şəkildə icraata qəbul edilən iddia ərizəsi üzrə mülki işin uzun müddət məhkəmənin icraatında olması, müvafiq araşdırmanın həyata keçirilməsi və təxminən işin mahiyyəti üzrə baxılmasının yekunlaşması mərhələsi olmasını diqqətə almadan, işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatəti təmin etməklə yanlış nəticəyə gəlmişdir.

13. İkincisi, iş materiallarında olan Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AA 128060 seriyalı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Məmmədova (Abbasova) Lamiyə Tahir qızı 1986-cı ildə daimi yaşayış yeri olan Ağdam rayonunu tərk edərək Qaradağ rayonu, Sanqaçal qəsəbəsində məskunlaşmışdır.

14. Yenə işdə olan Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli, 1269 nömrəli arayışından görünür ki, İddiaçı Qaradağ rayonunda müvəqqəti qeydiyyatdadır.

15. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan cavabdehin qeydiyyat ünvanının (yaşayış yerinin) ünvan 3an Respublikası MPM-in 36.3cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.

17. Hazırkı işdə tələb yuxarıda qeyd olunan normanın dispozisiya şərtlərinə uyğun olan tələbdir. İddiaçı da məcburi köçkün olduğundan və hazırda məskunlaşdığı ünvan Qaradağ rayonu ərazisi olduğundan onun hazırkı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət hüququ yolveriləndir.

18. Mülki Prosessual Qanunvericilik işlərin düzgün və vaxtında həlli üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir.

19. Odur ki, kollegiya hazırki iş üzrə məhkəmə icraatının əsas hissənin artıq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində həyata keçirilməsini, tərəflərin bir neçə dəfə izahatlarının alınması və s. bu kimi prosessual hərəkətlərin yerinə yetirilməsini nəzərə alaraq hesab edir ki, işə baxılması ilə əlaqədar maksimum dərəcədə əlverişli şərait yaradılması, işin hərtərəfli və obyektiv həll edilməsi üçün iddia tələbinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılması daha məqsədəmüvafiqdir.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı cavabdeh Ramazanov Cavabdeh qarşı aliment və valideynlik hüququndan məhrumetmə tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar