Məhkəmə qərarları › İş №2(010)-728/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-728/2023

17.04.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-728/2023 17.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı (digər iddiaçının nümayəndəsi) İddiaçı1 və Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən podratçı tərəfindən müqavilə şərtlərinə əməl olunmaması nəticəsində onlara maddi ziyan dəydiyi üçün xx.xx.2020-ci il tarixli podrat müqaviləsinin ləğv edilməsi və ödənilmiş 6850 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı (eyni zamanda digər iddiaçının nümayəndəsi) İddiaçı1 və Cavabdeh məhkəməyə barışıq sazişi təqdim edərək məhkəmədən sazişin təsdiq edilməsini xahiş etmişlər. Məhkəmə təqdim edilmiş barışıq sazişini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və tərəflərin (digər iddiaçının nümayəndəsi olan iddiaçı və cavabdeh) imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişi və ona edilmiş dəyişiklikdən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: “1. Tərəflər razılığa gəlirlər ki, İddiaçı2 ilə Cavabdeh arasında 21 yanvar 2020-ci il tarixli podrat müqaviləsi üzrə yaranmış mübahisənin qarşılıqlı razılıqla həll edilməsi məqsədi ilə həmin müqavilə üzrə İddiaçı2 tərəfindən ödənilmiş məbləğ 6800 (altı min səkkiz yüz) manat və Cavabdeh tərəfindən tikintiyə sərf edilmiş məbləğ 2500 (iki min beş yüz) manat müəyyən edilir.

2. Cavabdeh 21 yanvar 2020-ci il tarixli podrat müqaviləsi üzrə tikintiyə sərf edilmiş 2500 manat məbləği İddiaçı2 tərəfindən ödənilmiş 6800 manat məbləğindən çıxaraq qalan 4300 manat məbləğində pul vəsaitini İddiaçı2 qaytarmağı öhdəsinə götürür.

3. İddiaçı2 21 yanvar 2020-ci il tarixli podrat müqaviləsi üzrə ödədiyi 6800 manatdan tikintiyə sərf edilmiş 2500 manat məbləğin çıxılaraq, qalan 4300 manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən ona qaytarılmasına razılıq verir və bu məbləğdən əlavə heç bir məbləğ tələb etmir.

4. Məmmədov X1 Aybəniz İlqar qızına qaytarmalı olduğu 4300 manat məbləğində pul vəsaitini 15 may 2023-cü il tarixdən başlayaraq 6 ay müddətinə hər ay 716 (yeddi yüz on altı) manat olmaqla ödəməyi öhdəsinə götürür.

5. İddiaçı2 4300 manat məbləğində pul vəsaitini 15 may 2023-cü il tarixdən başlayaraq 6 ay müddətinə ona qaytarılmasına etiraz etmir.

6. 21 yanvar 2020-ci il tarixli podrat müqaviləsi üzrə Cavabdeh tərəfindən tikilmiş tikiliyə sərf edilmiş tikinti materialları İddiaçı1 və İddiaçı2 məxsusdur və onların həmin tikinti materiallarını çıxarıb (söküb) aparmaq hüququ var.

7. İddiaçı1 və İddiaçı2 21 yanvar 2020-ci il tarixli podrat müqaviləsi üzrə Cavabdeh tərəfindən tikilmiş tikilinin yerləşdiyi torpaq sahəsinə heç bir tələblərinin olmamasını və gələcəkdə də belə bir tələblə çıxış etməyəcəklərini bəyan edirlər.

8. Bu barışıq sazişi imzalandığı andan İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair 2(010)-728/2023 saylı mülki iş üzrə iddia tələblərindən imtina edir.

9. Tərəflər bu barışıq sazişi üzrə üzərinə götürdükləri öhdəliyi yerinə yetirmədiyi təqdirdə Bu sazişin tələblərinin məcburi icraya yönəldilməsinə etiraz etmədiyini bildirir.

10. Вarışıq sazişinin bağlanmasının nəticələri tərəflərə məlumdur və tərəfər iş üzrə icraata xitam verilməsinə razıdır”. Məhkəmə hesab edir ki, tərəflər arasında yuxarıda qeyd edilmiş şərtlərlə bağlanmış bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsi. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tərəfindən iş üzrə tərəflərə barışıq sazişinin hüquqi nəticələri izah edilmişdir. Tərəflər sazişin istəklərinə uyğun olduğunu, onların iradələrini ifadə etdiyini və heç bir hüquqlarını pozmadığını qeyd etmişdir. Həmçinin müəyyən edilmişdir ki, tərəflər artıq öz aralarında mövcud mübahisəni barışıq sazişi bağlamaqla həll etdiklərindən işə məhkəmədə mahiyyəti üzrə baxılmasına ehtiyac yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub onların iradələrini ifadə edir və həmin saziş hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi iş üzrə tərəflər olan şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, barışıq sazişində məhkəmə xərclərinin ödənilməsi məsələsi həll edilməmişdir. Belə olan halda məhkəmə xərcləri ilə bağlı məsələ Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 114.1.4-cü maddəsinə uyğun olaraq həll edilməli, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən ödənilmiş 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin: “1. Tərəflər razılığa gəlirlər ki, İddiaçı2 ilə Cavabdeh arasında 21 yanvar 2020-ci il tarixli podrat müqaviləsi üzrə yaranmış mübahisənin qarşılıqlı razılıqla həll edilməsi məqsədi ilə həmin müqavilə üzrə İddiaçı2 tərəfindən ödənilmiş məbləğ 6800 (altı min səkkiz yüz) manat və Cavabdeh tərəfindən tikintiyə sərf edilmiş məbləğ 2500 (iki min beş yüz) manat müəyyən edilir.

2. Cavabdeh 21 yanvar 2020-ci il tarixli podrat müqaviləsi üzrə tikintiyə sərf edilmiş 2500 manat məbləği İddiaçı2 tərəfindən ödənilmiş 6800 manat məbləğindən çıxaraq qalan 4300 manat məbləğində pul vəsaitini İddiaçı2 qaytarmağı öhdəsinə götürür.

3. İddiaçı2 21 yanvar 2020-ci il tarixli podrat müqaviləsi üzrə ödədiyi 6800 manatdan tikintiyə sərf edilmiş 2500 manat məbləğin çıxılaraq, qalan 4300 manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən ona qaytarılmasına razılıq verir və bu məbləğdən əlavə heç bir məbləğ tələb etmir.

4. Məmmədov X1 Aybəniz İlqar qızına qaytarmalı olduğu 4300 manat məbləğində pul vəsaitini 15 may 2023-cü il tarixdən başlayaraq 6 ay müddətinə hər ay 716 (yeddi yüz on altı) manat olmaqla ödəməyi öhdəsinə götürür.

5. İddiaçı2 4300 manat məbləğində pul vəsaitini 15 may 2023-cü il tarixdən başlayaraq 6 ay müddətinə ona qaytarılmasına etiraz etmir.

6. 21 yanvar 2020-ci il tarixli podrat müqaviləsi üzrə Cavabdeh tərəfindən tikilmiş tikiliyə sərf edilmiş tikinti materialları İddiaçı1 və İddiaçı2 məxsusdur və onların həmin tikinti materiallarını çıxarıb (söküb) aparmaq hüququ var.

7. İddiaçı1 və İddiaçı2 21 yanvar 2020-ci il tarixli podrat müqaviləsi üzrə Cavabdeh tərəfindən tikilmiş tikilinin yerləşdiyi torpaq sahəsinə heç bir tələblərinin olmamasını və gələcəkdə də belə bir tələblə çıxış etməyəcəklərini bəyan edirlər.

8. Bu barışıq sazişi imzalandığı andan İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair 2(010)-728/2023 saylı mülki iş üzrə iddia tələblərindən imtina edir.

9. Tərəflər bu barışıq sazişi üzrə üzərinə götürdükləri öhdəliyi yerinə yetirmədiyi təqdirdə Bu sazişin tələblərinin məcburi icraya yönəldilməsinə etiraz etmədiyini bildirir.

10. Вarışıq sazişinin bağlanmasının nəticələri tərəflərə məlumdur və tərəfər iş üzrə icraata xitam verilməsinə razıdır”. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş 59 (əlli doqquz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı1 qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar