Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-735/2022 11.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 200 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 21.01.2021-ci il tarixdə Xətai rayonu ünvanında "xxxx" ASC-də mülki məsuliyyəti PAZ********** saylı müqavilə ilə icbari sığorta olunmuş "İsuzu" yük markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh sürücü X1 idarə etdiyi “Opel Astra” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vuraraq “hadisə verindən yayınmışdır”. Baş vermiş hadisə ilə bağlı Bakı şəhər Xətai RPİ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.6-cı maddəsi ilə İXP ******* nömrəli protokol yazılmış və 21.01.2021-ci il tarixli qərar qəbul edilərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. “Opel Astra” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 200 (iki yüz) manat məbləğində sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. AD seriyalı 601147 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X8” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. 05.09.2021-ci il tarixli etibarnamədən görünür ki, “X8” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 qeyd olunan nəqliyyat vasitəsini istifadə etməsi üçün X3 1 il 1 ay müddətinədək etibarnamə vermişdir. Xətai rayon DYPŞ-nin 03.02.2021-cil tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh AR İXM-nin 327.6 maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Xətai RPİ-nin DYPŞ-də Cavabdeh verdiyi izahatda etiraf etmişdir ki, 21.01.2021-ci il tarixdə idarə etdiyi "İsuzu" yük markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsi saxladığı yerdə buz olduğu üçün maşın sürüşərək orada dayanmış “Opel Astra” markalı, **- UG-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxa hissədən yüngül toxunub. Hadisədən sonra heç bir dövlət orqanlarına məlumat vermədən hadisə yerini tərk etmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, "İsuzu" yük markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh sürücü X1 idarə etdiyi “Opel Astra” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vuraraq “hadisə verindən yayınmışdır”. Baş vermiş hadisə ilə bağlı Bakı şəhər Xətai RPİ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.6-cı maddəsi ilə İXP ******* nömrəli protokol yazılmış və 21.01.2021-ci il tarixli qərar qəbul edilərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “Opel Astra” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 200 manat həcmində olması müəyyən edilmişdir. 17.02.2021-ci il tarixli CML-0370/2021-AKT498/21 №-li sığorta aktından görünür ki, “İsuzu” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsi 26.09.2020-ci il tarixdən 26.09.2021-ci il tarixədək 55000 manat məbləğində sığorta edilmişdir. Həmin akta əsasən sığortalanmış avtomobil . “Opel Astra” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 200 manat, sığorta ödənişi isə 0 manat azadolma məbləği çıxmaqla 200 manat təşkil edir. 17.02.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “X8” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 200 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 25.11.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1.-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İş materiallarına əlavə edilmiş 17.02.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “X8” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 200 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş materiallarından görünür ki, "İsuzu" yük markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh sürücü X1 idarə etdiyi “Opel Astra” minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vuraraq “hadisə verindən yayınmışdır”. Baş vermiş hadisə ilə bağlı Bakı şəhər Xətai RPİ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.6-cı maddəsi ilə İXP ******* nömrəli protokol yazılmış və 21.01.2021-ci il tarixli qərar qəbul edilərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırkı işdə ziyan vuran nəqliyyat vasitəsi mülkiyyətçisi onu etibarnamə olmadan bilavasitə ziyan vuran üçüncü şəxsin qanunsuz istifadəsinə verdiyi üçün, məhkəmə hər iki cavabdehin müştərək qaydada mülki hüquq pozuntusuna görə cavabdehlik daşımalı olduqları qənaətinə gəlir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə ümumilikdə 200 (iki yüz) manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə ümumilikdə 200 (iki yüz) manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-735/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-735/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver